KƏPƏK

is.
1. Un ələndiyi zaman ələk üstündə qalan buğda və s.-nin qabıq qırıntıları. Arpaya qatsan at yeməz; Kəpəyə qatsan it yeməz. ( Ata. sözü ).
2. Ağac, taxta mişarlandığı zaman tökülən xırda ovuntu.
Söz nadan dilində qəpiyə dəyməz; Dəyməz, su üzündə köpüyə dəyməz; Dəyməz, heç bir ovuc kəpəyə dəyməz… M.Araz.

3. Başda və heyvan tüklərinin dibində əmələ gələn qovaq. Başında kəpək olmaq.
4. bax kövrək 1-ci mənada. Kəpək alma. Kəpək heyva.

Etimologiya

  • KƏPƏK Un kəpəyi, baş kəpəyi və s. birləşmələrindəki kəpək sözü, əslində, “qabıq” deməkdir, sonra kəpək formasına düşüb
KƏNKAN
KƏPƏKLƏMƏ
OBASTAN VİKİ
Kəpək
Kәpәk — dәrinin әn kәnar üzündәn tökülәn hüceyrәlәrdәn yaranır. Adәtәn tüklәrin olduğu yerdәn tökülür. Kəpək başın tüklü hissəsində laylı yağlı və ya kiçik quru ağımtıl-sarımtıl rəngli pulcuqların əmələ gəlməsidir. Başın qaşınması ilə müşayiət olunur; saçlar cansız, quru , tez qırılan, yağlı və ya parlaq olur. Seboreya, psoriaz, dərinin göbələk xəstəlikləri , sinir gərginliyi, A və ya B qrup vitaminlərinin defisiti, saçlara qeyri-düzgün qulluq nəticəsi , mədə-bağırsaq traktının fəaliyyətinin pozulmasının təzahürü ola bilər. Kəpək saç tökülməsinin geniş yayılmış səbəbidir; o, nəzərə çarpan kosmetik problem yaradır. == Yaranma səbəbləri == Kəpəyin əsas yaranma səbəbi Malassezia Furfur göbələklərinin həddən artıq inkişafı nəticəsində baş dərisinin vəziyyətinin dəyişməsidir . Bu göbələk baş dərisində yaşayan fakultativ mikrofloraya aiddir və normal şəraitdə onun həyat fəaliyyəti simptomsuz gedir. Stress, piy vəzilərinin fəaliyyətinin pozulması, qidalanmanın pozulması; hamiləlik, cinsi yetişkənlik dövrü , menopauza kimi hormonal dəyişikliklər M. furfur — un aktivləşməsini təşviq edə bilər. Kəpək çox tez — tez saçlara düzgün qulluq olunmadıqda meydana çıxır.

Digər lüğətlərdə

кото́рый посиде́ть пропи́ливание цефеи́ды эска́дра вопию́щий грузи́нский за двумя́ зайцами гоняться отрави́тель рассу́чивать эпиграммати́ческий choregy herald parachute-jumper pertinacious potion quadrupedal spot-advertising veena verminoses благополучие колонизация плавка потаскуха травмировать