KƏRKİ

Mənası “əyri” deməkdir. Kərki formaca toxayabənzər (əyri)  dəmir alətidir, ağzı içəriyə doğru əyilmiş olur. Əyri mənasında kərkə sözü işlədilib ki, bunların hər ikisi eyni sözün müxtəlif formalarıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

KƏRƏNTİ
KƏRPİC
OBASTAN VİKİ
Kərki
Kərki — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun inzibati-ərazi vahidində kənd. Azərbaycanın Ermənistan ərazisindəki 3 eksklav ərazisindən biri. 1990-cı ilin yanvarında Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. == Toponimikası == Oykonim kərki tayfasının adı ilə bağlıdır. Mənbələrdə kərkilərin Azərbaycana erkən orta əsrlərdə qıpçaqların tərkibində gəldiyi göstərilir. XIX əsrin əvvəllərində qazaxlı tayfasının tərkibində kərkibaşlı adlı tirənin olması haqqında məlumat verilir. Türkmənlərin ersarı tayfasının bir qolu da kərki adlanırdı. Kərki tayfaları Türkiyə, Özbəkistan ərazisində də qeydə alınmışdır. Türkmənistan ərazisində Kərki adlı şəhər, rayon, qəsəbə və Kərkidağ adlı dağ mövcuddur. == Tarixi == Kərki kəndi 1990-ci ildə ermənilər tərəfindən işğal edilib.
Kərki (dəqiqləşdirmə)
Kərki — Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda kənd. Yeni Kərki — Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunda kənd.
Kərki nekropolu
Kərki nekropolu — Sədərək rayonunun ərazisində, tunc dövrünə aid arxeoloji abidə. == Tarixi-coğrafi mövqeyi == Nekropol Kərki kəndindən qərbdə yerləşir. Sahəsi 2 hektara yaxındır. Qəbirlər daş qutu tipli olub kənarları iri sal daşlardan qurulmuş, üzəri iri sal daşlarla örtülmüşdür. Bəzi qəbirlərin ətrafında kromlexlərə təsadüf olunur. Daş qutuların bəzisi aşınma nəticəsində üzə çıxmış və dağıntıya məruz qalmışdır. == Tədqiqi və aşkarlanmış maddi mədəniyyət nümunələri == 1979-cu ildə nekropolun ərazisində təsərrüfat işləri görülərkən təsadüfən bir neçə qəbir dağıdılmışdır. Dağıdılmış qəbirlərin materiallarının bir qismi Naxçıvan MR Dövlət Tarix Muzeyinə verilmişdir. Tapıntılar əsasən monoxrom boyalı küpə və kasalardan ibarətdir. Onların üzəri qırmızı anqobla örtülərək yaxşı cilalanmış, qırmızı anqob üzərindən qara rənglə çəkilmiş xətlə naxışlanmışdır.
Yeni Kərki
Yeni Kərki — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun tərkibindəki yaşayış məntəqəsi Yeni Kərki kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. Yeni Kərki kəndi mərkəz olmaqla Yeni Kərki kənd inzibati ərazi vahidi yaradılmışdır. == Toponimikası == Oykonim kərki tayfasının adı ilə bağlıdır. Mənbələrdə kərkilərin Azərbaycana erkən orta əsrlərdə qıpçaqların tərkibində gəldiyi göstərilir. XIX əsrin əvvəllərində qazaxlı tayfasının tərkibində kərkibaşlı adlı tirənin olması haqqında məlumat verilir. Türkmənlərin ersarı tayfasının bir qolu da kərki adlanırdı. Kərki tayfaları Türkiyə, Özbəkistan ərazisində də qeydə alınmışdır. Türkmənistan ərazisində Kərki adlı şəhər, rayon, qəsəbə və Kərkidağ adlı dağ mövcuddur. == Tarixi == Kənddə Ermənistan tərəfindən işğal olunan Kərki kəndinin sakinləri məskunlaşmışlar.
Kərki yaşayış yeri
Kərki yaşayış yeri — Azərbaycan ərazisində arxeoloji abidə Kərki yaşayış yeri Sədərək rayonunun Kərki kəndindən cənubda, Tejkar dağının üzərində yerləşir. Yaşayış yerində kobud yonulmuş iri qaya parçalarından tikilmiş divar qalıqları qalmışdır. Yerüstü materiallar Orta Tunc dövrünə aid çəhrayı rəngli monoxrom boyalı gil qablar, dən daşları, həvəng və dəstələrdən ibarətdir. == Mənbə == Vəli Baxşəli oğlu Baxşəliyev. Azərbaycan arxeologiyası (Ali məktəb tələbələri üçün vəsait). I cild.
Kərkibaş
Kərkibaş — Göyçə mahalının Basarkeçər rayonuda kənd. == Tarixi == İrəvan quberniyasının Novobayazid qəzasında kənd adı. XIX əsrin əvvəllərində yaşamış Kərkibaş tayfasının məskunlaşması nəticəsində yaranmışdır. Kənd rayon mərkəzi Basarkeçərdən (Vardenis) 13 km məsafədə yerləşir. 25 may 1967-ci ildə kəndin adı Şəfəq, 19 aprel 1991-ci ildə kəndin adı Vanevan qoyulmuşdur. == Mədəniyyəti == Kərkibaş — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Basarkeçər (Vardenis) rayonunda kənd. Rayon mərkəzindən 5 km cənubda, Göyçə gölünün yaxınlığında yerləşir. == Toponimi == Toponim qazax tayfasına məxsus kərkibaşlı etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Kərkicahan
Kərkicahan — Azərbaycan Respublikasının Xankəndi şəhərinin inzibati ərazi vahidində şəhər tipli qəsəbə.28 dekabr 1991-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. 10 noyabr 2020-ci il tarixində üçtərəfli razılaşmaya əsasən Rusiya Sülhməramlı Qüvvələrinin müvəqqəti nəzarətinə keçmişdir. 19-20 sentyabr 2023-cü il tarixində Qarabağda həyata keçirilən lokal antiterror tədbirlərindən sonra Azərbaycan Ordusu Kərkicahan qəsəbəsinə nəzarəti ələ keçirib. == Tarixi == 1960-cı illərdə Dağlıq Qarabağ Muxtar Vilayətinin millətçi erməni rəhbər orqanları qəsəbənin adını yaşayış məntəqələrinin rəsmi siyahısından çıxarıb özünü Xankəndi şəhərinə (Stepanakertə) birləşdirmişdilər. Azərbaycanlılar yaşayan bu qədim kəndə şəhər tipli qəsəbə statusu verilmişdir. Xankəndi şəhəri vaxtı ilə Qarabağ xanı Pənahəli xanın oğlu Mehdiqulu xan Kərkicahan yaxınlığında salmışdır. Oykonim mənbələrdə Kərkican və ya Kirkican kimi qeydə alınmışdır. Əsli Kərkican olan bu etnotoponim kərki tayfa adından və yer, məkan bildirən – can topoformantından ibarət olub, "kərki tayfasının məskəni" mənasındadır. Kərkicahan uğrunda döyüşlərdə 150-dən çox azərbaycanlı, 40 qadın və 110 kişi şəhid olub. Həmin vaxt kəndin müdafiəsi yerli əhali, polis və yenicə yaranmış Azərbaycan Ordusunun bir qrup əsgəri tərəfindən təşkil olunmuşdu.
Kərkicahanın işğalı
Xankəndinin işğalı və ya Kərkicahanın işğalı — Dağlıq Qarabağın ən böyük şəhəri olan Xankəndinin erməni qüvvələri tərəfindən işğal edilməsi. İşğaldan sonra Azərbaycan tərəfi şəhəri mühasirəyə almışdır. 1992-ci ilin mayınadək bu şəhər və erməni əhalisi Azərbaycan tərəfindən bir neçə ay davam edən qəsdən bombardman kampaniyasının hədəfində idi. Azərbaycan tərəfindən tam mühasirə şəraitində baş verən bombardman, Xankəndi və ona bitişik qəsəbə və kəndlərdə geniş dağıntılara və çoxsaylı mülki ölümlərə səbəb oldu.Human Rights Watch təşkilatının hesabatına görə, Azərbaycan Silahlı Qüvvələrinin Xankəndini bombalamaq üçün istifadə etdiyi əsas bazaların Xocalı və Şuşa şəhərlərini əhatə edirdi. Azərbaycan qüvvələri BM-21 Qrad reaktiv yaylım atəş sistemi kimi silahlardan istifadə edirdi. Snayper atışları və hava hücumları yüzlərlə mülki şəxsi öldürdü və ya yaraladı, qanuni hərbi hədəf olmayan evləri, xəstəxanaları və digər binaları dağıtdı və ümumiyyətlə mülki əhalini terrorizm etdi. Azərbaycanın etdiyi hücum nəticəsində 40 mindən çox insan məcburi köç etdi.Memorial İnsan Hüquqları Mərkəzindən verilən məlumata görə, həm Xankəndinin, həm də Şuşanın yaşayış sahələri artilleriya və raketlər ilə mütəmadi olaraq atəşə tutulub. Xankəndində Şuşadakından daha çox dağıntı və itki var idi ki, bu da Xankəndinin ovalıqda yerləşməsi və Azərbaycanın Ağdamdakı Sovet depolarını və digər bölgələrdəki 11.000 vaqon raketi ələ keçirməsi səbəbiylə Şuşadan atəşə tutulma dərəcəsinin daha yüksək olması ilə izah edilə bilər.Şəhərin mühasirəsi Şuşanın işğalından sonra bitmişdir. == Arxa plan == Xankəndi Dağlıq Qarabağın mərkəzindəki Qarabağ yaylasında yerləşən bir şəhərdir. Erməni mənbələrində buranın adı içindən axan çayın adı olan Vararakn (erm.
Kərkincək qızılquş
Kərkincək qızılquş (lat. Falco vespertinus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir. == Təsviri == 28–30 sm ölçüdə kiçik yırtıcı quşdur. Erkək fərdlər üçün bozumtul göy rəngli bel və qarın hissə, qırmızımtıl ayaqlar, dimdik və göz ətrafı halqa xarakterikdir. Dişilərdə sinə və qarın hissə narıncı rəngdədir. Göz ətrafı halqa qaradır. == Yayılması == Şərqi Avropada, Qərbi və Mərkəzi Asiyada yuvalayır. Qışlamaq üçün Afrika ölkələrinə köç edir. Azərbaycanda olduqca azsaylı növdür.

Digər lüğətlərdə

бу́рный отрепа́ться приби́ться реформа́тство словопроизведе́ние суше́ние дикта́т неве́рность непрямо́й отстрига́ться переключи́ть по́мповый спеси́вица то́щий average out duality glove compartment lardy-dardy may sickness nature-worship self-blinded verst исключительность обозначение помахать