KƏRPİC

Qədim forması qırbiş şəklində olub, qır “torpaq”, “gil” deməkdir, biş isə “bi­şir­­məkdir”. Kərpic “odda bişirilən (qurudulan) torpaq, gil” anlamı ilə bağlıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

KƏRKİ
KƏRTMƏK
OBASTAN VİKİ
Kərpic
Kərpic — Düzbucaqlı paralelepiped şəklində olan və tikintidə işlədilən material. Hazırda kərpicin əsas 2 növündən istifadə edilir: qırmızı kərpic və silikat kərpic. Qırmızı kərpic yanmış gildən düzəldilir. Silikat kərpic isə qum və sönməmiş əhəngin qatışığından düzəldilir. Kərpic hələ keçmiş zamanlardan - X-XII əsrlərdən etibarən tikinti materialı kimi geniş yayılıb. Hazırda tarixi abidələr kimi qorunan orta əsrlərə aid binaların əksəriyyətinin tikintisində kərpicdən istifadə olunduğu məlum faktdır. Bu tikinti materialının uzunömürlülüyü imkan verir ki, müasir tikintilərdə də ondan geniş istifadə olunsun.
Naxçıvan Kərpic Zavodu
Naxçıvan Kərpic Zavodu - 1925-ci ildə istifadəyə verilmişdir. Bu zavod həmin vaxt ildə 3 milyon ədəd kərpic buraxmaq gücünə malik idi. == Kürə kompleksi == Zavod hər kamerası 9 mindən 12 min ədədə qədər kərpic tutan 16 kameralı Hofman kürəsi ilə təchiz edilmişdir. Naxçıvan Kərpic Zavodunun kürə kompleksi 1911-ci ildə alman mühəndisi Hofmanın lahiyəsi əsasında tikilmişdir. Kürə kompleksi 2 mərtəbədən və hündürlüyü 38 metr, başlanğıc dia metri 3,76 metr, qurtaracaqda isə 2 metr olan ekologiyaya zərər vuracaq his-pas buraxmadan işləyən bir konsvari qüllədən ibarətdir.Kürə vasitəsilə hər dövretmə ərzində 240 min ədəd keyfiyyətli kərpic istehsal etmək mümkündür. Hofman kürəsində istənilən ölçüdə kərpic bişirmək olar. Hazırda isə burada 20x20x4 sm olan dördkünc kərpic, 20x10x4 sm olan yerli və 25x16x6 sm olan rus kərpic formatlı məmulat istehsal olunur ki, qədim abidələrdə bərpa və yenidənqurma məqsədilə bu kərpiclərdən geniş istifadə olunur. == Binası == Kərpic zavodunun binası öz ilkin quruluşunu saxlamışdır. Planda kəllə divar yarımdairəvi formada həll edilmişdir. Binanın uzunluğu 40 metr, eni isə 12 metrə bərabərdir.Şimal və cənubdan kəllə divarların ortasından iki giriş qapısı var.
13-cü rayon: Kərpic imarətlər
Kərpic imarətlər (ingiliscə: Brick Mansions) 2014-cü ildə Kanadada ingilis dilində çəkilmiş filmdir. Filmin aktyor heyətinə Paul Walker, David Belle və RZA daxildir. Filmin rejissoru Camille Delamarre, ssenari müəllifləri isə Luc Besson, Robert Mark Kamen və Bibi Naceri olmuşdur. Film 2004-cü ildə çəkilmiş Banlieue 13 filminin remeykidir. Daha əvvəl Banlieue 13 filmində rol alan David Belle də bu filmdə rol almışdır. Kərpic imarətlər Paul Walkerin (ö. 30 noyabr 2013) ölümündən əvvəl çəkilmiş son filmidir. Film Pol Uolkerin ölümündən 5 ay sonra ekranlara çıxmışdır. == Süjet xətti == 2018-ci ildə Detroitdə kərpicdən tikilmiş evlər nəzarətdən çıxan cinayətkarlarla dolu bir yerə çevrilmişdir. Buna görə də polis şəhərin qalan hissəsini mühafizə etmək üçün şəhərin ətrafında nəhəng divarlar çəkir.
Kərpicli
Kərpicli və ya Geğadir — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Ellər (Kotayk, Abovyan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 22 km məsafədə, İrəvan şəhərindən 11 km şərqdə yerləşir. Toponim kərpicli tayfasının adı əsasında yaranmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin 3.l. 1935-ci il fərmanı ilə adı dəyişdirilib Geğadir qoyulmuşdur. == Əhalisi == Kənddə 1873 -cü ildə 141 nəfər, 1886-cı ildə 172 nəfər, 1897-ci ildə 250 nəfər, 1904 - cü ildə 188 nəfər, 1914 - cü ildə 316 nəfər, 1916-cı ildə 307 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar ermənilərin soyqırımına məruz qalaraq deportasiya olunmuş, Türkiyənin Van, Rştu, Xizan, Abağa, Mokus vilayətlərindən köçürülən ermənilər burada yerləşdirilmişdir.
Kərpicvari qarğa soğanı
Kərpicvari qarğa soğanı - (lat. Gladiolus imbricatus L.) Süsənkimilər – (İridaceae Juss.) fəsiləsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir –VU A2c. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Çoxillik, düz gövdəli (hündürlüyü 50 sm), yaşıl bitkidir. Yarpaqlar xətvari, 5-5,5 mm enindədir. Çiçəkyanlığı 2-2,5 sm uzunluğunda, tünd-bənövşəyi rənglidir.Tərəfləri küt, tərs – oval, yuxarı və aşağı tərəfi eyni uzunluqdadır. Erkəkcik sapı tozcuqdan bir qədər uzun, ağızcıq tərs – neştərşəkillidir == Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri == Çiçəkləmə may, meyvə əmələ gətirmə iyul aylarına təsadüf edir. Soğanaqla və toxumla çoxalır. Dekorativ bitkidir == Yayılması == Böyük Qafqazın Quba hissəsi və şərqi .
Kərpickəsən qocanın bir cavanla hekayəti
Kərpickəsən qoca ilə cavan — Azərbaycanın dahi şairi Nizami Gəncəvinin ilk məsnəvisinin beşinci hekayəsidir. == Haqqında == "Kərpickəsən qoca ilə cavan" hekayəsində Nizami insanın bütün vaxtlarda işləməsini, əməklə məşğul olmalısını təbliğ edir və bunu gənclərə də tövsiyə edir.Hekayə məktəb dərsiklərində də öz yerini alıb. == Məzmunu == Şam şəhərində qoca bir kərpickəsən yaşayırdı. O, adi torpaqdan daş kimi möhkəm kərpic hazırlayırdı. Bir gün geyimli-keçimli cavan oğlan yoldan keçərkən qocanın belə əziyyətli işlə məşğul olduğunu görüb təəcübləndi və qocaya dedi:"Bu nə peşədi tapmısan? Sən qul deyilsən, daş-kəsəkdən uzaqlaş sənə yaraşmaz bu peşə!" Bu sözlərdən əsəbləşən qoca cavab verdi:"Gördüyün bu qəsr soyuq su ilə yox, isti tər ilə yorğulub. Kərpic kəsmək, palçıq tutmaq, qara işdə çalışmaq insan üçün qəbahət deyil. Öz əlimin əməyi ilə yaşamaq mənim üçün şərəfdir. Nə qədər ki, qolumda qüvvət, dizimdə taqət, gözümdə işıq var çalışacağam. Sən hələ uşaqsan bunları anlamazsan."Qocanın nəsihəti cavanı heyrətləndirmişdi.

Digər lüğətlərdə

в долг внеочередно́й драматурги́я калейдоскопи́ческий невро́зы недосма́тривать нитрова́ть пресс-бюро́ пульпа́рный свежевы́стиранный обно́вка по́стник пошата́ться сюже́тность кораз рыгать anasarca apotheosis esthete half-ruined New Zealand onomatopoeically зала рифмоваться цыганский