KƏSİŞMƏK


1. f. Bir nöqtədə bir-birini kəsmək, bir-birinin üstünə düşmək. Məftillərin kəsişdiyi yer. Dəmiryol xətləri kəsişmir. Yolların kəsişdiyi nöqtədə. – Tavandan təkəmseyrək elektrik fanarları asılmışdı.
Onların içində ildırım zolaqları kimi kəsişən işıq telləri şəhərin elektrik stansiyasının motor səsinə uyğun olaraq gah şiddətlənir, gah da öləziyirdi. İ.Şıxlı.

2. f. riyaz. Bir-birini qət etmək, kəsmək. Kəsişən ( f.is. ) xətlər.
3. qarş. məc. Razılığa gəlmək, müəyyən bir qərara gəlmək; razılaşmaq, uzlaşmaq. Qiymətdə kəsişmək.
[Hacı Rüstəm] bazara gündə yüz taks qoysunlar, danışıb kəsişməsə idi, yarım girvənkə soğan da almazdı. Ə.Haqverdiyev.

KƏSİŞMƏ
KƏSKİ₂
OBASTAN VİKİ
Kəsişmək
Kəsişmək ( ing. intersect ~ ru. пересекать ~ tr. kesişmek) – verilənlər bazalarının idarə olunmasında istifadə olunan relyasiya cəbri operatoru. Birtipli kəmiyyətləri özündə saxlayan eyni sayda sahədən ibarət olan iki A və B münasibətləri (cədvəlləri) üçün INTERSECT A , B yeni bir münasibətdir (cədvəldir); bu yeni münasibət (cədvəl) həm A-da, həm də B-də olan kortejlərdən (sətirlərdən) təşkil olunur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.

Digər lüğətlərdə

виско́за держа́ние комбинезо́н ку́бик расклёвываться стоматоско́п долби́ться е́дкий заполоня́ть ко псам отпра́здновать периселе́ний приеда́ться примётываться утрамбова́ть хо́бби турусы шалаган biotechnology ecological Pilgrim Fathers roadworthiness terra rossa грибоварня хлебобулочный