KƏTANYIĞAN
KƏTİL
OBASTAN VİKİ
Kətə
Kətə və ya Əhər şirnisi — Şərqi Anadolu və Cənubi Azərbaycan mətbəxlərinə xas, bir növ xəmir işidir. Edilən bölgəyə görə fərqliliklər göstərməkdədir. Ərzurum da edilən açma Kətə un, yağ, duz, bir az şəkər, yaş maya və su ilə yoğurulduqdan sonra bir saat qədər gözlədilməsi və dinlən/istirahət edən xəmirdən alınan bezələrin oxlov köməyi ilə orta incəlikdə bir kövrək halında açılaraq, üzərinə əridilmiş marqarinin sürtülməsi və rulo halında sarılıb, kiçik parçalara kəsilməsi, daha sonra kəsilən bu parçaların iki dənəsi birləşdirilmək şərtiylə arasına istəyə görə qoz, un qovurması, pendir (istənsə şokolad) qoyulması və çox xəmirlə oynamadan yağlanılmış nimçəyə qoyularaq yüksək nizamlı sobaya verilərək bişirilməsi şəklində edilməkdədir. Kayseri kimi fərqli bölgələrdə içi boş və daha sərt şəkildə edilməkdədir. Posofda isə halvalı (içli Kətə) olaraq növləri vardır.
Kəsmikli kətə
Kətə və ya Əhər şirnisi — Şərqi Anadolu və Cənubi Azərbaycan mətbəxlərinə xas, bir növ xəmir işidir. Edilən bölgəyə görə fərqliliklər göstərməkdədir. Ərzurum da edilən açma Kətə un, yağ, duz, bir az şəkər, yaş maya və su ilə yoğurulduqdan sonra bir saat qədər gözlədilməsi və dinlən/istirahət edən xəmirdən alınan bezələrin oxlov köməyi ilə orta incəlikdə bir kövrək halında açılaraq, üzərinə əridilmiş marqarinin sürtülməsi və rulo halında sarılıb, kiçik parçalara kəsilməsi, daha sonra kəsilən bu parçaların iki dənəsi birləşdirilmək şərtiylə arasına istəyə görə qoz, un qovurması, pendir (istənsə şokolad) qoyulması və çox xəmirlə oynamadan yağlanılmış nimçəyə qoyularaq yüksək nizamlı sobaya verilərək bişirilməsi şəklində edilməkdədir. Kayseri kimi fərqli bölgələrdə içi boş və daha sərt şəkildə edilməkdədir. Posofda isə halvalı (içli Kətə) olaraq növləri vardır.
Kətəbə
Kətəbə — ornament sənətində əsas elementlərdən biridir. Kətəbələrin quruluşu uzunsov formalı "gölə" oxşayır. Bir qayda olaraq şeir və tarixi rəqəmlər kətəbənin daxilində yazılır. Ən çox Cənubi Azərbaycan xalçalarının hasiyəsində istifadə edilir. == İstinadlar == .
Kətəbəli xalçaları
Kətəbəli xalçaları — Təbriz xalçaçılıq məktəbinə aid Azərbaycan xalçaları == Təbriz xalçaçılıq sənəti == Təbriz xalçaçılıq sənətinin çiçəklənmə dövrü XII–XVI əsrlərə aiddir. Təbriz məktəbinin XVI əsr qızıl dövrünün 200-ə qədər şah əsəri miniatür rəssamlıq sənəti ilə toxuculuğun harmonik birləşməsi, peşəkar rəssam və xalçaçıların yüksək ustalığı ilə səciyyələnir. Həmin şəhər dekorativ-tətbiqi sənətin zəngin ənənələrinin inkişafında mühüm rol oynamışdır. Təbriz xalçaları arasında saray üçün toxunan iri xalılar daha məşhur olub. Sərdabələri, məqbərələri bəzəmək üçün böyük ölçüdə xalçalar toxunub. Hətta xalçaların toxunmasında ipəkdən, bahalı daş-qaşdan da istifadə olunub. Xalça üzərində əks olunan hər bir ornamentin özünün simvolik mənası olub. Alimlər illərdir bunun tədqiqatı ilə məşğul olurlar. Təbriz xalçaları kompozisiya baxımından mürəkkəbliyi, naxışlarının incə və nəfisliyi, ən başlıcası isə dinamikliyi ilə göz oxşayır. Bu xalça qrupu incə naxışlı kompozisiyalarla yanaşı, həm də süjetli xalçaların toxunması ilə seçilir ("Leyli və Məcnun", "Ovçuluq", "Dörd fəsil", Dərvişlər" və s.).
Kətəl Kötül
Kətəl Kötül (və ya Kətəl Köhül) — İranın Zəncan ostanında yerləşən mağara. Kətəl Kötül mağarası Khudabəndə bölgəsində yerləşir. Bu mağara 1924-cü ildən əvvəl tapılıb, hicri tarixi ilə 1330-uncu ildə Jamaliy-e Zanjani adlı şəxs tərəfindən qeydə alınmışdır .
Kətəlparaq
Kətəlparaq — Azərbaycan Respublikasının Bərdə rayonunun Kətəlparaq kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Qarabağ düzündədir. Kalboyəhmədli də adlanır. Yaşayış məntəqəsi 1949-1950-ci illərdə indiki Ermənistan ərazisindəki qədim Azərb. torpaqlarından köçürülmüş azərb. ailələrin Kətəlparaq adlı yerdə məskunlaĢması nəticəsində yaranmışdır. Toponim azərb. dilinin dialektlərindəki kətəl (dik yer, kotan tutmayan yer) və paraq (mal-qara saxlamaq üçün hasarlanmış yer, ağıl) komponentlərindən düzəlib, "dik yerdə düzəlmiş ağıl" mənasındadır. == Əhalisi == Vəliyev Səyyad Vəli oğlu — şair.
Kətəlparaq bələdiyyəsi
Bərdə bələdiyyələri — Bərdə rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Xarici əlaqələri == Bərdə rayonunda fəaliyyət göstərən Bərdə (şəhər) bələdiyyəsi və Türkiyə Respublikası İstanbul şəhəri Beykoz bələdiyyəsi arasında 11 oktyabr 2021-ci il tarixində qardaş şəhər protokolu imzalanmışdır. İmza mərasimində VI çağırış Milli Məclisin deputatı Fatma Yıldırım, Beykoz bələdiyyəsinin başçısı Murat Aydın, Bərdə şəhər bələdiyyəsinin sədri Sadiq Xəlilov və Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibi Tofiq Həsənov iştirak etmişdir. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Kətəməz
Kətəməz — yeni bala vermiş heyvandan sağılan ilk süddən bişirilmiş xörək. Kətəməz bişirildikdən sonra adətən onun bir hissəsi qonşulara paylanır. Pay alan qonşular isə pay aldığı qaba imkan çatan hər hansı bir pay qoyur. Heç nəyə imkanı olmayan qonşular həmin qaba duz qoyub qaytararlar. Adət-ənənəyə görə qabı boş qaytarmaq olmaz. Kətəməzi ağuz südü olmadıqda süni surətdə hazırlamaq olur. Bunun üçün hər bir litr südə bir yumurta vurmaqla hazırlamaq olur. Qeyd edək ki, süni kətəməzi qonşulara pay vermək münasib sayılmır.
Qarabağ kətəsi
Kətəban
Kətəban — e.ə. I minilliyin əvvəllərindən b.e. I–II əsrlərinə qədər mövcud olmuş qədim Cənubi Ərəbistan (qədim Yəmən) padşahlığı. Bu, səbailər, məinlilər, həzrəmövtlülər, himyarlılar və əvsanlılar ilə birlikdə qədim Yəmənin altı qədim Cənubi Ərəbistan krallığından biri idi. == Coğrafiya == Kətəban Bəyhan vadisi ətrafında mərkəzləşmişdi və paytaxtı Timnə şəhəri idi. Kətəbanın qonşuları şimal-qərbdə və qərbdə səbailər, cənubda əvsanlılar və şərqdə həzrəmövtlülər idi. Kətəbanın ərazisi maksimum dərəcədə cənub-qərbdə Babül-Məndəb, şimalda Ramlat-əs-Sabataym və şərqdə Həzrəmövtün qərb sərhədlərinə qədər uzanırdı.
Çiriş kətəsi
Çiriş kətəsi — Azərbaycan milli mətbəxinə aid yeməklərdən biri. Təmizlənmiş və yuyulmuş çirişə, doğranmış quru zoğal və ya zırınc əlavə edilərək qarışdırılır. Bundan əlavə bu qarışığa doğranmış soğanda əlavə edilir. Bir qədər düyü götürülür və o bir qədər qaynadılır. Bu qaynadılmış düyü də qarışığa əlavə edilir. Ələnmiş una su və duz qatılıb xəmir yoğrulur. Xəmir bir qədər acıdılır. Bir qədər sonra ondan kündələr ayrılaraq oxlovla yayılır. Hazırlanmış yuxaların üzərinə duz və istiot əlavə edilmiş çirişli qarışıq əlavə olunaraq yuxalar qatlanır. Kənarları kəsilir.

Digər lüğətlərdə