KƏTƏMƏZ

Ağız (aquz) və ondan bişirilən yemək  adlanır. Biləsuvar rayonunda ağuz sözünün yerinə kələkə sözü işlədilir. Ehtimal olunur ki, kətəməzkələkə sözləri eyni kökə malikdir. Füzuli rayonunda kətəməz sözünün sinonimi kimi kitıl sözü də işlədilir. Bu da Biləsuvardakı kələkə kəlməsinin dəyişmiş formasıdır. Ordubadda kətəməz əvəzinə, məhz kələkə işlədilir. Bu da yuxarıdakı fikri sübut edir. Şamaxı­da kasamaz sözü var, “kasada çalınmış qatıq” anlamında işlədilir. Deməli, bura­da­kı maz (mas kimi də işlədilir) qatıq deməkdir. Kətəməzkətilməz sözü zə­­minində yaranmış ola bilər. Kətilkət sözləri eyni mənaya malikdir, “birinci” deməkdir (kətəməz “ilk süd və ondan hazırlanan” deməkdir). V.Radlov qayğanaq (kağanaq) və kətəməz (вареное, первое молоко...) sözlərini sinonim kimi işlədilib. Görünür, kətəməz sözü qaynamaq (bişmək) kəlməsi ilə bağlı yaranıb. Mübahisəlidir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

KƏŞMİRİ
KƏTXUDA
OBASTAN VİKİ
Kətəməz
Kətəməz — yeni bala vermiş heyvandan sağılan ilk süddən bişirilmiş xörək. Kətəməz bişirildikdən sonra adətən onun bir hissəsi qonşulara paylanır. Pay alan qonşular isə pay aldığı qaba imkan çatan hər hansı bir pay qoyur. Heç nəyə imkanı olmayan qonşular həmin qaba duz qoyub qaytararlar. Adət-ənənəyə görə qabı boş qaytarmaq olmaz. Kətəməzi ağuz südü olmadıqda süni surətdə hazırlamaq olur. Bunun üçün hər bir litr südə bir yumurta vurmaqla hazırlamaq olur. Qeyd edək ki, süni kətəməzi qonşulara pay vermək münasib sayılmır.

Значение слова в других словарях

антиза́падный вы́деланный затрясти́ масси́рованно пробуксова́ть прочили́кать тру́бочка уклоня́ться шпина́т я́годник ежесу́точно зака́тываться самосу́дство шелкови́нный Мангазея протест розвальни трава Lassa fever party frock -аршинный ассигнование вощанка невылазный недолгий