LƏLƏDAĞ

lələdağ verməx’:
(Çənbərək)
dağ çəkmək. – No:ruz maηa bir lələdağ verdi ki
LƏLƏBƏTİN
LƏLƏG VƏRMEG
OBASTAN VİKİ
Əvəz Mahmud Lələdağ
Əvəz Cəlal oğlu Mahmudov (29 oktyabr 1935, Ağdü, Qarakilsə rayonu) – Azərbaycanlı pedaqoq, şair-publisist, dramaturq, Sumqayıt Dövlət Universitetinin müəllimi, Qabaqcıl Maarif Əlaçısı, "Tərəqqi" medalı laureatı. Əvəz Mahmudov 1935-ci ildə Ermənistan SSR Qarakilsə rayonunun Ağdü kəndində anadan olmuşdur. İbtidai təhsilini Ağdü kənd orta məktəbində almış, 1953-cü ildə Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutunun Alman dili fakültəsinə daxil olmuşdur. Ali məktəbdə təhsil aldığı müddətdə komsomol təşkilat katibi vəzifəsində çalışmışdır. Təhsilini başa vurduqdan sonra öz doğma kəndində əmək fəaliyyətinə başlamışdır. 1972-ci ildən Sumqayıt şəhərində yaşayır. Müxtəlif məktəblərdə direktor müavini və 6 №-li, 13-№-li,25- №-li məktəblərdə direktor vəzifəsində çalışmışdır. 1989 -1995- ci illərdə Sumqayıt şəhər təhsil həmkarlar ittifaqının sədri seçilmişdir. Azərbaycan Yazıçılar Birliyi [1], AİB və Azərbaycan Aşıqlar birliyinin [2] üzvüdür. Sumqayıt şəhərində YAP-ın ilk təşəbbüskarı olmuş, 1993-cü ildən YAP idarə heyətinin üzvüdür.

Digər lüğətlərdə