LABORATORİYA

\[lat. laboratorium-işləmək\] 1. лаборатория (техникадин ва илимдин тежрибаяр ва мс. тухун патал лазим алатралди таъмин авунвай чка, кӀвал ва я кархана); kimya laboratoriyası химиядин лаборатория; // лабораториядин; 2. пер. пешекарди кӀвалах тухудай хел.
LABORANTLIQ
LABÜD
OBASTAN VİKİ
Laboratoriya
Laboratoriya - (lat. laboratorium, laboro - "işləyirəm") müxtəlif xüsusi tədqiqatların (kimyəvi, fiziki, texniki və mexaniki) aparılması üçün müxtəlif cihaz və alətlərlə təchiz olunmuş otaq. Laboratoriyalardan ali məktəblərdə, istehsalat və tədqiqat müəssisələrində istifadə olunur. 1)elmi və ya texniki təcrübələr, tədqiqat aparmaq ücün xüsusi avadanlıqla təchiz olunmuş bina və ya otaq, belə təcrübə, tədqiqat aparılan müəssisə – təcrübə müəssisəsi; 2)yaradıcılıqla məşğul olanların fəaliyyət sahəsi; 3)elmi-tədqiqat müəssisələrində və s. müxtəlif eksperimentlər aparılan şöbə və ya bölmə; xüsusi avadanlıqla təchiz olunur; 4)elmi tədqiqatlar, tədris məşğələləri üçün xüsusi avadanlıqlarla təchiz olunmuş otaq, yer; həmçinin eksperimental-tədqiqat işi aparan təşkilat; 5)məcazi mənada kiminsə, nəyinsə daxili fəaliyyəti, daxili prosesləri.
Atmosfer proseslərinin laboratoriya modelləşdirilməsi
Atmosfer proseslərinin laboratoriya modelləşdirilməsi – bir sıra atmosfer proseslərinin sadələşdirilmiş şəraitdə müxtəlif laboratoriya qurğularında kicik miqyasda gedişinin modelləşdirilməsidir. Belə üsul atmosfer hərəkətlərinin ümumi xassələrini təyin etməyə imkan verir.
Lourens Berkli adına Milli Laboratoriya
Lourens Berkli adına Milli Laboratoriya (ing. Ernest Orlando Lawrence Berkeley National Laboratory, Berkeley Lab, LBNL) — ABŞ-nin Enerji Nazirliyinin Berklidə yerləşən Milli Laboratoriyası. Kaliforniya Universitetinin strukturunun bir hissəsi. Yaxınlıqdakı Livermor Milli Laboratoriyasından fərqli olaraq təsnifləşdirilməmiş tədqiqatlar aparır. Lourens, xüsusilə nüvə silahlarının inkişafı ilə məşğul idi.Laboratoriya, universitetin mərkəzi kampusunun üstündəki Berkli Hills-də yerləşir. 0.8 km² (ərazi universitetə ​​məxsusdur) üzərində yerləşən 72 laboratoriya binasında (Enerji Nazirliyinə məxsusdur) 800 tələbə və nazirliyin iyirmiyə yaxın əməkdaşı daxil olmaqla 4.000 universitet işçisi çalışır. Bundan əlavə, hər il laboratoriyada 3000 ziyarətçi tədqiqat aparır. Laboratoriya 26 avqust 1931-ci ildə universitetin fizika kafedrasının bir bölməsi olaraq "Radiasiya Laboratoriyası" adı altında qurulmuşdur. Əsas aləti bu tip sürətləndiricinin icadına görə 1939-cu ildə Fizika üzrə Nobel mükafatı alan E.Lourens tərəfindən yaradılan siklotron idi. == Elmi nailiyyətlər == Laboratoriyada astat, neptunium, plutonium, kürium, amerium, berklium, californium, einsteinium, fermium, mendelevium, nobelium, lourensium, dubnium və siborgium kimi kimyəvi elementlər aşkar edilmişdir .
Azərbaycan Süni İntellekt Laboratoriyası
Azərbaycan Süni İntellekt Laboratoriyası — Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (Azərbaycan)nin nəznində əsası qoyulan Azərbaycan Süni İntellekt Laboratoriyası, süni intellektin inkişafı və milli süni intellekt fəaliyyətinin, qabiliyyətinin çevik idarə olunmasını məqsədilə yaradılmışdır. Süni intellektlə idarə olunan gələcək üçün lazım olan qabiliyyətləri inkişaf etdirmək, bacarıqlı kadr hazırlamaq üçün innovativ infrastruktur, Azərbaycan Süni İntellekt Laboratoriyasının tərkibində yaradılıb. Əsas məqsəd isə bu sahə üzrə tədqiqat və inkişafı artırmaq, istedadların inkişafı üçün texniki bacarıq təlimləri və məqsədyönlü seminarlar təşkil etməkdir. Süni intellekt laboratoriyası bu səhənin imkanlarından tam istifadə etmək üçün sənaye tərəfdaşları, innovativ şirkətlər və akademik institutlarla əməkdaşlıq edilir.Həmçinin uzunmüddətli perspektivdə süni intellekt imkanlarını genişləndirmək və tam şəkildə istifadə etmək üçün təlimlər, təlim düşərgələri, vebinarlar, konfranslar və məqsədyönlü seminarlar kimi bir sıra geniş fəaliyyətlər təşkil etməyi və iştirak etməyi planlayır. Platforma süni intellektlə idarə olunan və gələcək üçün lazım olan qabiliyyətləri inkişaf etdirmək üçün elmi-tədqiqat və təkmilləşdirmə və istedadların inkişafı üçün sənaye-akademiya tərəfdaşlığının artırılmasına yönəlmişdir. == Fəaliyyət istiqamətləri == Laboratoriya aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir: Cari təşkilati və sosial problemlərin tədqiqi və müəyyənləşdirilməsi; Süni intellekt modellərinin və tətbiqlərinin yaradılması və təbliği; Süni intellekt və Böyük Data üzrə təlimlərin keçirilməsi; Rəqəmsal transformasiyanı gücləndirmək üçün özəl və dövlət sektorunun ehtiyacı olan süni intellekt tətbiqi sahəsində peşəkar dəstək və təlimatı təmin etmək; Sahibkarlıqda, xüsusilə tədqiqatın və inkişafın artırılmasında, innovasiya potensialının artırılmasında dəstək göstərmək.
Kasperski Laboratoriyası
"Kasperski Laboratoriyası" (rus. Лаборатория Касперского) — informasiya təhlükəsizliyinin sistemlərinin hazırlaması sahəsində fəaliyyət göstərən Rusiya şirkəti. Yaradıcısı Yevgeni Kasperskidir. == Tarixi == Yevgeni Kasperski 1991–1997-ci illərdə "KAMİ" elmi texniki mərkəzində antivirus layihəsini inkişaf etdirirdi. Onun hazırladığı "-v" proqramı adlandırılan məhsul 1994-cü ildən "AVP" (AntiViral Toolkit Pro) adını alır. 1997-ci ildə Kasperski və onun komandasından olan 5 nəfər "KAMİ"-dən ayrılır və öz şirkətlərini – "Laboratoriya Kasperskoqo" — "Kasperski Laboratoriyası"nı təsis edirlər. Həmin vaxta qədər Rusiyada informasiya təhlükəsizliyinin sistemlərinin hazırlaması sahəsində lider olan məhsul beynəlxalq bazara çıxır. Ancaq ABŞ-da onların partnyoru ticarət markası kimi "AVP" adını qeydiyyatdan keçirir və özünü onun sahibi kimi təqdim edir. Nəticədə "Kasperski Laboratoriyası" "AVP" ticarət markasını itirir. 2000-ci ilin noyabrında laboratoriya rəsmən məhsulun adının və loqotipinin dəyişdirildiyini elan edir.
Kavendiş laboratoriyası
Kavendiş laboratoriyası — Kembric Universitetinin fizika fakültəsi. Laboratoriya 1874-cü ildə tələbələrin eyni zamanda həm təhsil ala biləcəkləri, həm də universitetin əməkdaşları ilə bir yerdə təcrübə apara biləckləri dünyada ilk elmi-tədris laboratoriyası kimi yaradılmışdır. Əvvəlcə laboratoriya Kembricin mərkəzində, Freye-Skul küçəsində yerləşirdi. XX əsrin 70-ci illərində şəhərin qərb kənarında laboratoriya üçün yeni binalar kompleksi tikilmişdir. 2013-cü il üçün laboratoriyanın rəhbəri professor Ceyms Stirlinqdir. Laboratoriyada ənənəvi Kavendiş professoru fəxri adı mövcuddur. Bu adı laboratoriyanın professorlarından biri daşıyır. Vaxtilə bu adı lord Reley, ser C.C. Tomson, lord Rezerford, ser Uilyam Breqq, ser Nevill Mott, ser Brayan Pippard, ser Sem Edvards kimi dünyaca məşhur alimlər daşımışdılar. 2013-cü il üçün Kavendiş professoru ser Riçard Frenddir. Laboratoriyanın devizi Kavendiş laboratoriyasının ilk müdiri Ceyms Maksvellin dediyi ifadədir: "Mən heç bir zaman insanı bu və ya digər təcrübəni etməkdən çəkindirmirəm; çünki o, təcrübə zamanı axtardığı şeyi tapmasa da başqa bir şey kəşf edə bilər." Belə bir yanlış fikir geniş yayılmışdır ki, guya Kavendiş laboratoriyası məşhur ingilis fizik və kimyaçısı Henri Kavendiş, 2-ci Devonşir hersoqunun şərəfinə adlandırılıb.
Moray laboratoriyası
Milli Fizika Laboratoriyası (Birləşmiş Krallıq)
Milli fizika laboratoriyasında

Digər lüğətlərdə

-ть-(ё) безынтере́сный двуно́гий зна́чащий казённик отягча́ть ре́гулы сомни́тельность Ча́рлстон экспре́ссный баба́хать буквали́стка донкихо́тствовать неглу́пый от вре́мени до вре́мени приме́рность пчелово́дство drupaceous glass-case oil-bag pocket calculator pointless senatorial courtesy termini наивный