LAHIC

I
сущ. лагич, лагичка; lahıclar (этническая группа, населяющая Исмаиллинский район Азербайджанской Республики)
II
прил. лагичский. Lahıc dili лагичский язык
LAĞŞƏK
LAHICCA
OBASTAN VİKİ
Lahıc
Lahıc (İsmayıllı) — İsmayıllı rayonunda qəsəbə. Lahıc (Zaqatala) — Zaqatala rayonunda kənd.
Lahıc (1979)
== Məzmun == Film Azərbaycanın qədim yaşayış məskənlərindən olan Lahıc qəsəbəsi haqqındadır. Filmdə Lahıcın tarixi keçmişindən, bu günündən, əhalisinin məşğuliyyətindən, xalq sənətkarlığından bəhs olunur.
Lahıc (Zaqatala)
Lahıc — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalinin əsas məşğuliyyəti taxılçılıq, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır.
Lahıc (İsmayıllı)
Lahıc — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində qəsəbə. == Mədəniyyəti == Lahıc XVIII-XIX əsrlərdə Azərbaycanın misgərlik və silah istehsalı mərkəzlərindən olub. Lahıc ustalarının misdən hazırladıqları, mürəkkəb və incə naxışlarla bəzədikləri dolça, satıl, sərnic, məcməyi, sərpuc, güyüm, aşsüzən, kəfkir, kasa, cam, qazan, çıraq və sair məmulatlar Orta Asiyada, Dağıstanda, Gürcüstanda, İranda, Türkiyədə və digər yerlərdə tanınıb. 1980-ci ildən muzey-qoruğa çevrilmiş Lahıcda həmin illərdən yadigar qalan məhəllə məscidləri, su kəməri və kanalizasiya (kürəbənd), Girdiman qalası qayğı ilə qorunur, sənətkarlıq ənənələri davam və inkişaf etdirilir. Burada yaşayıb-yaratmış misgərlərin, zərgərlərin, sərracların, ahəngərlərin, dülgərlərin, xalçaçıların,həkkakların, nəqqaşların, dabbaqların, çəkmə və çarıq tikənlərin, və s. ustaların yaratdıqları maddi-mədəniyyət nümunələri hal-hazırda da dünyanın ən məşhur muzey və kolleksiyalarının ekspozisiyalarını bəzəməkdədir. 1717-1718-ci illərdə usta Nəcəfqulunun düzəltdiyi samovar mütənasibliyi, formasının gözəlliyi, üzərindəki bəzəkləri ilə şöhrət qazanıb. XIX əsrin ortalarında Lahıcda 200-dək misgərlik emalatxanası fəaliyyət göstərib. Lahıc ustaları odlu (tüfəng, müxtəlif tipli tapançalar və sair) və soyuq (xəncər, beybut, qılınc, bıçaq və sair) silah hazırlamaları ilə də tanınırlar. Bu silahlar ornamentlərlə bəzədilir, onlara sənətkarların möhürü vurulurdu.
Lahıc bələdiyyəsi
İsmayıllı bələdiyyələri — İsmayıllı rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Lahıc mahalı
Lahıc mahalı — Şirvan xanlığının inzibati ərazilərindən biri. == Tarixi == İsmayıllı rayonu ərazisində mövcud olmuşdur. Mahalın naibi Cəfərqulu ağa (Mustafa xanın oğlu) idi. == Əhalisi == 1821-ci ildə 6 kənddə (Lahıc, Həftəsov, Əhənli, Ximran, Müdri, Dahar) 374 ailə yaşayırdı. Lahıc mahalının sakinləri bağçılıq, bostançılıq, ipəkçilik, misgərlik, dəmirçilik, kömürçülük, barıdarlıq, paxırçılıq, bərbərlik, başmaqçılıq, qəssablıq, dabbaqlıq, papaqçılıq, xarratlıq, bənnalıq, əyiricilik, tüccarlıqla məşğul olurdular. == İstinadlar == == Həmçinin bax == Şirvan xanlığı == Xarici keçidlər == Fariz Xəlilli-Tarix üzrə fəlsəfə doktoru. "Şirvan xanlığının süqutu: özündən sonra qalanlar…" (az.). Musavat.az. İstifadə tarixi: 2017-04-03. Fariz Xəlilli-Tarix üzrə fəlsəfə doktoru.
Lahıc qəsəbəsi
Lahıc — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində qəsəbə. == Mədəniyyəti == Lahıc XVIII-XIX əsrlərdə Azərbaycanın misgərlik və silah istehsalı mərkəzlərindən olub. Lahıc ustalarının misdən hazırladıqları, mürəkkəb və incə naxışlarla bəzədikləri dolça, satıl, sərnic, məcməyi, sərpuc, güyüm, aşsüzən, kəfkir, kasa, cam, qazan, çıraq və sair məmulatlar Orta Asiyada, Dağıstanda, Gürcüstanda, İranda, Türkiyədə və digər yerlərdə tanınıb. 1980-ci ildən muzey-qoruğa çevrilmiş Lahıcda həmin illərdən yadigar qalan məhəllə məscidləri, su kəməri və kanalizasiya (kürəbənd), Girdiman qalası qayğı ilə qorunur, sənətkarlıq ənənələri davam və inkişaf etdirilir. Burada yaşayıb-yaratmış misgərlərin, zərgərlərin, sərracların, ahəngərlərin, dülgərlərin, xalçaçıların,həkkakların, nəqqaşların, dabbaqların, çəkmə və çarıq tikənlərin, və s. ustaların yaratdıqları maddi-mədəniyyət nümunələri hal-hazırda da dünyanın ən məşhur muzey və kolleksiyalarının ekspozisiyalarını bəzəməkdədir. 1717-1718-ci illərdə usta Nəcəfqulunun düzəltdiyi samovar mütənasibliyi, formasının gözəlliyi, üzərindəki bəzəkləri ilə şöhrət qazanıb. XIX əsrin ortalarında Lahıcda 200-dək misgərlik emalatxanası fəaliyyət göstərib. Lahıc ustaları odlu (tüfəng, müxtəlif tipli tapançalar və sair) və soyuq (xəncər, beybut, qılınc, bıçaq və sair) silah hazırlamaları ilə də tanınırlar. Bu silahlar ornamentlərlə bəzədilir, onlara sənətkarların möhürü vurulurdu.
Lahıc (film, 1979)
== Məzmun == Film Azərbaycanın qədim yaşayış məskənlərindən olan Lahıc qəsəbəsi haqqındadır. Filmdə Lahıcın tarixi keçmişindən, bu günündən, əhalisinin məşğuliyyətindən, xalq sənətkarlığından bəhs olunur.
Lahıc misgərlik sənəti
Lahıc misgərlik sənəti — Azərbaycanın İsmayıllı rayonunun Lahıc qəsəbəsində ənənəvi xalq sənəti olan, misdən qabların və müxtəlif məhsulların istehsalı. == Lahıc misgərlik sənəti haqqında == Lahıc misgərlik sənəti yalnız Lahıc qəsəbəsində mərkəzləşmişdir (xüsusilə də qəsəbənin "Misgər bazarı" adlandırılan Ağalı rayonunda). Lahıc qəsəbəsi Girdmançay Çayının sol sahilində 1375 metr hündürlükdə İsmayıllı rayonunda yerləşir. Qəsəbə Böyük Qafqazın cənub yamacında yerləşir. İnzibati baxımdan, Lahıc qəsəbəsinin (rəsmi olaraq –"şəhər-tipli qəsəbə") özünüidarə müəssisəsi kimi öz bələdiyyəsi mövcuddur. Gündəlik həyatlarında mis məmulatlardan istifadə edən geniş insan icması Azərbaycan Respublikasının bir çox regionlarında yerləşir. Mis əridən usta tam prosesi kordinasiya edir və ustaya kömək edərək lazımi texnikaları öyrənən usta köməkçisi tərəfindən müşayiət edilir. Misgər-dəmirçi havanı sobalara vurur və nazik lövhələrdə əridilən misi əzir. Sənətkar daha sonra əzilən mis lövhələri cilalayır və hazır mis məmulatları naxışlarla bəzəyir. Prosesin bu son mərhələsi sahibkarın ənənəvi biliyini və mədəni dəyərlərini əks etdirərək ətraf mühitdə diqqət mərkəzi olan istifadə edilmiş dizaynlar kimi vacib olduğu deyilir.
Lahıc Tarix-Diyarşünaslıq Muzeyi
Lahıc Tarix-Diyarşünaslıq Muzeyi — Lahıc kəndinin yerli tarix muzeyi. 1985-ci ildə qurulmuş və Azərbaycanın İsmayıllı rayonunun Lahıc kəndində yerləşir. . == Yaranması == 1985-ci ildə Lahıc Tarix-Mədəniyyət Qoruğunun nəzdində ictimai əsaslarla təşkil edilmiş Lahıc Tarix-Diyarşünaslıq Muzeyi, 1992-ci ildən dövlət statusu alaraq Lahıc Tarix- Diyarşünaslıq Muzeyi kimi fəaliyyət göstərir. Muzeyin özü Lahıcda "Ağaoğlu məscidi" kimi məşhur olan və 1914-cü ildə inşa edilmiş bir binanın içərisindədir. Muzeyin direktoru Əliyev Maarif Ağamehedi oğlu muzeyə eksponatların toplanmasında əhali arasında təbliğat aparırı. Muzeyin nümayəndəsi Kamilli Tofiq Kamil oğlu, 20–22 aprel 2009-cu il tarixlərində Bakıda keçirilmiş UNESCO / ICOM nəşrlərindən istifadə edərək muzey rəhbərliyi tərəfindən Azərbaycan Respublikasından muzey işi üzrə təlimçi-mütəxəssislər üçün milli təlimlərdə iştirak etmişdir. == Muzeyin eksponatları == Muzeydə 1336 ədəd eksponat qorunub saxlanılır. Bina 10 ekspozisiya və müxtəlif şöbələrdən ibarətdir. Müxtəlif mövzulara aid guşələr yaradılmışdır. Muzeyə gələn ziyarətçilərə 1000–dən çox eksponat təqdim edilir.
Lahıc Dağlarında Əks-Səda (1971)
== Məzmun == Ta qədim zamanlardan Azərbaycan özünün mis məmulatları ilə şöhrət tapmışdır. Bunların əsas istehsal mərkəzi Böyük Qafqaz dağlarında yerləşən kiçik Lahıc kəndidir. Burada misdən hazırlanan dolça, satıl, sərnic, məcməyi, sərpuş, aşsüzən, kəfkir, kasa, cam, qazan, çıraq və s. dünyanın bir çox ölkələrinə, o cümlədən Rusiyaya, Orta Asiyaya və Yaxın Şərqə aparılmışdır. Lahıcda dəmir üzərində döymə sənətinin sirləri nəsildən nəslə ötürülür. Filmdə Lahıc sənətkarlarından, onların yaradıcılığından məhəbbətlə söhbət açılır.
Zaqatala-Lahıc fiziki-coğrafi rayonu
Zaqatala-Lahıc fiziki-coğrafi rayonu — Böyük Qafqazın (Azərbaycan daxilində) cənub yamacına uyğun gələn zona. Bu rayon ərazisi qərbdə Gürcüstanın sərhəddindən (Mazımçay hövzəsindən) başlayıb, şərqdə Girdimançay hövzəsinə qədər 220 km məsafədə uzanır. Onun şimal sərhəddi Dağıstan ilə qovuşmaqla Baş Qafqaz silsiləsinin suayrıcı boyu, cənub sərhəddi isə Alazan-Əyriçay çökəkliyinin şimal sərhəddi boyu keçir. == Mövqeyi == Bölgənin ən geniş yeri şərq və qərb hissədə olub, 26 km-dir. Onun ən dar yeri mərkəzdə — Daşaqılçay hövzəsində olub, 10 km enə malikdir. Baş Qafqaz silsiləsinin suayrıcısı dar olub şiş, konusvari zirvələrdən ibarətdir. Onu eninə kəsib keçən aşırımlar həmin istiqamətdə uzanan təknəvarı dərələrdən (Tinov— Rosso, Dindidağ, Xnov, Nohurlar və s.) və yaxud da dar, yəhərvari formada olan Qərbi Salavat, Ağbulaq, Şərqi Salavat alçalmalarından keçir. Onların ən hündür olanı 3400 metrə, ən alçaq olanı isə 2600 m-ə qədər mütləq yüksəkliyə malikdir. İndi Baş Qafqaz sıra dağları aşırımlarının bəzilərində gediş-gəliş olmadığından onlar keçilməz hala düşmüşdür. Dağlarda yayda saxlanılan qar talaları, Bazardüzü, Bazaryurd və Tufan dağlarının şimal yamaclarında isə buzlaqlar vardır.
İsmayıllı-Lahıc ekogeokimyəvi landşaft rayonu
İsmayıllı Lahıc ekogeokimyəvi landşaft rayonu — kimyəvi analizlərin nəticələrinə görə bu rayonun əksər əraziləri üçün sulfatlı-natriumlu zəif minerallaşma səciyyəvidir. == Ekoloji şəraiti == Ərazinin bəzi yerlərində təsadüf edilən mis, vanadium və mərgümüş kimi mikroelementlərin klarka nisbətən azacıq üstünlüyü, nikel, barium və fosforun isə əksinə, klarka nisbətən az olmasını nəzərə almasaq İsmayıllı-Lahıc ekogeokimyəvi landşaft rayonunu ekoloji şəraiti qənaətbəxş olan region kimi səciyyələndirmək olar. Çünki göstərilən elementlərdən ekoloji şərait üçün təhlükə ehtimalı, ancaq mühitdə misin miqdarının çoxluğundan, fosforun isə az olmasındandır. == Ekoloji şəraitin canlılara təsiri == Mühitdə misin miqdarının çox olması heyvanlarda qaraciyər atrofiyası xəstəliyi törədir; bitkilərin qida mühitində fosfor çatışmadıqda bitkilərin böyüməsi zəifləyir, çiçəkləmə və yetişmə fazaları gecikir, çiçəklərin və meyvələrin sayı az olur, yarpaqlar bənövşəyi rəng alıb solğunlaşır, bitkilərdə pur-pur xəstəliyi əmələ gəlir, heyvanlarda osteoporoza adlı sümük xəstəliyi baş verir. Lakin belə hallar rayon ərazisi üçün o qədər də səciyyəvi deyildir. == Təbii suları == Hidrokimyəvi analizlərin nəticələrinə görə,rayon ərazisindəki təbii suların tərkibində hidrokarbonatlı-kalsiumlu-maqneziumlu birləşmələr üstünlük təşkil edir. Rayonun əsas çay şəbəkəsini təşkil edən Göyçay, Girdmançay və onların qolları kimyəvi elementlərlə çirklənməyib öz təbii geokimyəvi rejimlərini qoruyub saxlamışlar. == Geokimyəvi şərait == Rayonun ən iri yaşayış məntəqəsi olan İsmayıllı şəhəri ərazisindəki allüvial çəmən-meşə torpaqları, spektral analizlərin nəticələrinə görə, mis, sink, qurğuşun, bor, vanadium və mərgümüşlə zəngin olsa da burada mikroelementlərdən stronsium, nikel və sirkoniumun qıtlığı hiss edilir. Bu torpaqlarda təxminən klark səviyyəsində olan mikroelementlər molibden və kobaltdır. İsmayıllıda stronsiumun anomallıq əmsalı 1,6-ya ancaq çatır.
Lahıc dağlarında əks-səda (film, 1971)
== Məzmun == Ta qədim zamanlardan Azərbaycan özünün mis məmulatları ilə şöhrət tapmışdır. Bunların əsas istehsal mərkəzi Böyük Qafqaz dağlarında yerləşən kiçik Lahıc kəndidir. Burada misdən hazırlanan dolça, satıl, sərnic, məcməyi, sərpuş, aşsüzən, kəfkir, kasa, cam, qazan, çıraq və s. dünyanın bir çox ölkələrinə, o cümlədən Rusiyaya, Orta Asiyaya və Yaxın Şərqə aparılmışdır. Lahıcda dəmir üzərində döymə sənətinin sirləri nəsildən nəslə ötürülür. Filmdə Lahıc sənətkarlarından, onların yaradıcılığından məhəbbətlə söhbət açılır.
Lahıclar
Lahıclar — Azərbaycanın İsmayıllı rayonunun Lahıc kəndində yaşayan etnik tatlar. Dilləri tat dilinin cənub ləhcəsidir. == Ümumi məlumat == Lahıc dilində boğaz (qartan) səslərdən istifadə olunur ki, bu digər tat ləhcələrində də olsa da, fars dilində bu səslər yoxdur.

Digər lüğətlərdə

верте́ться гонобо́бель лозохо́дство обде́лать отде́льческий резву́нья злове́ще полусфери́ческий пра́ктика сде́лка astride for- fourth market gripper late-blooming Parkinson's Law penitential postage stamp prude silverfish sit-downer solar farm безумно пересниматься сводничать