LAKTÁSİYA

[ lat. ] fiziol. İnsanlarda və məməli heyvanlarda süd vəzilərində südün əmələ gəlməsi, toplanması və onun ifrazı prosesi.
// Bu prosesin davam etdiyi müddət.
LAKONİK
LAQ-LAQ
OBASTAN VİKİ
Laktasiya
Doğuşdan sonra demək olar ki, bütün dişi məməlilər süd vəzilərindən süd ifraz edərək balalarını qidalandırırlar. Bu dövrə laktasiya, ya da süd ifrazı dövrü deyilir. Əmizdirmə anaların balalarını südlə bəsləməsidir. Demək olar ki, bütün məməli növlərində süd məmə ucundan gəlir, lakin platipuslarda qarın altındakı dərialtı vəzilərdən ifraz olunur. Dyacopterus spadiceus yarasalarında isə laktasiya normal olaraq erkek fərdlərin funksiyasıdır. Süd ifrazının və ya laktasiyanın üç mərhələsi mövcuddur: Mammogenez: Döşlərin böyüməsi və inkişafı; Laktogenez: Süd ifrazının başlanması; Qalaktopoez: Başlanmış süd ifrazının davamlılığıdır. Bu mərhələ prolaktin (PRL) və oksitosin tələb edir.Qalaktoreya hormonal disbalans və ya qeyri-adi fizioloji stimullar nəticəsində bir çox məməli növünün erkək və ya dişilərində süd ifrazıdır.
Erotik laktasiya
Erotik laktasiya, yaxud da erotik əmmə — qadının məməsini və döşünü əmmək yolu ilə yaradılan cinsi oyanmadır. Döşlər və xüsusilə məmə ucları həm kişilər, həm də qadınlar üçün yüksək dərəcədə erogen zonalardırlar. Qadınlarda döş gilələrinin və döş uclarının oyandırılması insanların seksual tərəflərinin demək olar ki, universal aspektidir, lakin kişilərdə döş giləsi o qədər də seksual baxımdan həssas deyildir.

Digər lüğətlərdə

двена́дцать запа́шник отлави́роваться рикоше́тить волейбо́л заутю́жить навью́читься наполне́ние нецивилизо́ванный подлакиро́вываться про́черк раскряжёвщик соло́минка эпизоди́чность dew-pond ferocious gauge-wheel klinostat loadmaster narrowing self-respectful stoicism Zolaesque возобладать фырканье