LAND

land1

n I torpaq; qum; I am glad to be on the dry land again Mən çox şadam ki, yenidən qurudayam: to travel by ~ quru ilə səyahət etmək; to reach the ~ sahilə çatmaq

n II 1. torpaq, əkin; rich ~ məhsuldar / bərəkətli torpaq; arable ~ əkinçilik üçün yararlı torpaq / sahə; to work on the ~ torpaqda işləmək; 2. yer, ərazi; forest ~ meşəlik yer / ərazi; The road lay over marsh land Yol bataqlıq yerdən keçirdi; the steppe ~s of the south cənubun quraq səhraları; 3. torpaq mülkiyyəti; 4. vətən; native ~ doğma vətən;

◊ He is no longer in the land of the living O artıq sağ deyil

land2

adj sahil, quru; a ~ breeze sahil küləyi; ~ forces hərb. quru qoşunları

land3

v 1. məskunlaşmaq, məskunlaşdırmaq; 2. düşmək (qatardan və s.); The passengers were landed at Bakı Sərnişinlər Bakıda düşdülər, 3. boşaltmaq; The timber has been landed at the shore Taxta materiallar sahilə boşaldılıb; 4. endirmək, oturtmaq (yerə); He landed the plane safely O, təyyarəni sağ-salamat yerə endirdi; 5. düşmək, enmək (təyyarədən, gəmidən); I landed at London Mən Londonda gəmidən düşdüm; The delegation landed at the port / airport at noon Nümayəndə heyəti dəniz limanına / təyyarə meydanına günorta vaxtı düşdü / endi;

◊ You’ve landed me in a nice mess! Məni çox baməzə bir işə salmısan! Those goings on will land you in jail Bu cür gedişat səni / sizi axın həbsxanaya salacaq

LANCET
LAND-LOCKED
OBASTAN VİKİ
Autodesk Land Desktop
Bu proqram Autodesk şirkətinin məhsuludur. Proqramın bəzi özəllikləri: Koordinat nöqtələrini müəyyənləşdirmək və redaktə etmək. Əymələri layihələşdirilməsi və çəkilməsi. sadəca qövs,qoşma qövs,qlotoid qövs və başqa həndəsə şəkillərinidə laiələşdirir. Yol plan layihələşdirməsi. Şəxsi qətəlari layihələşdirir. Topoqrafiya xəritəsini. Topoqrafiyaların kəsməsi və onları göstərmək. Torpaq götürmə və yatırmasında iki sahənin arasını hesablama. Yuxarıda saydiğimizdakılardan başqa, Autodesk land/Autocad proqram ilə bağlı işə düşür, Autocad proqramının tam bacarıqları Autodesk land dədə var.İki yapışqan proqram: Autodesk civil design və Autodesk survey ki proqramın qurmasından sonra artırılıb və əsli proqramın hesablama gücünü, Yer ölçmə işləri emalında,yol qurma və hidrolojiya hesablamalarında artırır.
Land
== Land == Land (alm. Land-yer, torpaq, quru sahəsi)- 1. Təbii və ya siyasi sərhədlər daxilində yer səthi sahəsinə deyilir. 2.Su səthindən (okean, dəniz) fərqli olaraq, yer səthinin quru hissəsinə deyilir.Land coğrafi termin, anlayış və toponimlərdə çox rast gəlinir. Məs: İrlandiya, İslandiya, Şotlandiya, Qrenlandiya, Zelandiya, Landşaft.
Land Rover
Land Rover, İngilis bir nəqliyyat vasitəsi istehsalçısıdır. Mərkəzi Solihull, İngiltərədədir. Əslində Rover markası altında bir modelin adı idi. Bu gün, Tata Motor Şirkəti tərkibindədir. 26 mart 2008 də Ford Company tərəfindən Hindistan avtomobil istehsalçısı Tataya satılmışdır. Land Rover markasının modelləri mövcuddur: Land Rover Freelander, Discover, Land Rover Range Rover Sport, Land Rover Defender, Land Rover Evoque, Land Rover Range Rover Vogue və s.
No Land
No Land — Azərbaycanlı, iranlı və türk musiqiçilərdən ibarət olan, müxtəlif mədəniyyət və coğrafiyalardan gəlmələriylə əlaqələndirilərək "No Land" adını almış musiqi qrupudur. Sahand Lesani-nin təklifi ilə "No Man's Land" filmindən adını almışdır. No Land qrupu 2012-ci ildə Sahand Lesani, Mehmet Akif Ersoy və Kamil Hacıyev tərəfindən birgə yaradılmışdır. Daha sonra qrupa Çağatay Vural, Can Kalyoncu, Hazal Akkerman, Yağız Nevzat İpek ve Oğuzcan Bilgin qoşulmuşdur. 2016-cı ildə, No Land ilk albomu olan " Aramızda "-nı çıxartmışdır. "Aramızda" albomu, 2013-cü ildən etibarən edilən bəzi əsərlərdən ibarətdir və bu əsərlər adətən qrupun ilk formalaşması zamanı ortaya çıxan mahnılardan ibarətdir. Albomdakı mahnılar Türk və Azərbaycan dilindədir. Albomdakı mahnıların sözlərini Vüqar Hasani və Kamil Hacıyev yazmışdır. Bu albomdakı tək 'cover', dəyərli Azərbaycan sənətçisi Azər Cırttan Məmmədovun "Niyə belə Uzundur bu Yollar" mahnısıdır. İkinci albom olan "Pusulası Kaybolmuş" 6 Fevral 2019-cu ildə virtual platformalarda nümayiş olundu.
Orphaned Land
Orphaned Land — İsrail Oriental metal qrupu. Musiqi tərzləri Avropa metal və Yaxın Şərq musiqisinin tərzində yazılır. == Haqqında və yaranışı == 1991-ci ildə yaradılan qrup, ilk olaraq Resurrection adında yaradılmışdır. Daha sonra 1992-ci ildə adını dəyişdirilərək Orphaned Land oldu. Ad dəyişiliyindən sonra onlar yaxın şərq regionunun mədəniyyəti və müasir dünya mədəniyyətini cəmləşdirərək öz musiqi üslublarını yaratdılar. Onlar əsasən dostluq, qardaşlıq və birlik haqqında musiqilər yazmağa başladılar. 1993-cü ildə onlar ilk demo “The Beloved's Cry” adlı albomlarını nəşr etdilər. Bu demodan sonra onlar Fransa albom şirkəti olan "Holy Records" ilə birgə ilk debüt albomlarını 1994-cü ildə "Sahara" albomlarını nəşr etdilər. Daha sonra 1996-cı ildə "El Norra Alila" adlı ikinci albomlarını nəşr etdilər. Bu iki albomları çıxartdıqdan sonra onlar bir neçə albom şirkətlərindən təkliflər aldılar.
Mon-de-Land
Mon-de-Land (fr. Mont-de-Lans) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Bur-d'Uazan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38253. Kommunanın 1999-cu il üçün əhalisi 1 101 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 460 km cənub-şərqdə, Liondan 70 km cənub-şərqdə, Qrenobldan 29 km şimal-qərbdə yerləşir.
Secret Land (musiqi)
Secret Land (ing. Gizli torpaq) – Məşhur alman müğənnisi Sandra Kretunun 1988-ci ildə istehsal olunmuş "Into a Secret Land" albomuna daxil olan mahnılardan biridir. == Mahnı haqqında == Mahnı ilk dəfə 1988-ci ilin sentyabr ayında dünya ölkələrinin hit-paradlarına təqdim olunmuşdu. Xüsusilə, Almaniya, İsveç İsveçrə və İsrail kimi ölkələrin hit-paradlarında böyük uğur qazanmışdır. Almaniyanın "German Top 20" hit-paradında 1988-ci ilin oktyabr ayında 7-ci pilləyə qalxmış və noyabrın 7-dən 17-ə kimi bu pillədə mövqesini dəyişmədi. "German Top 20" hit-paradında 10 həftə səslənmişdi. "Secret Land" İsrailin hit-paradında daha məşhur olmuş və "Israel Top 20" hit-paradında ilk mövqeni tutmuşdu. 1999-cu ildə "Secret Land" mahnısının yeni versiyası təqdim olunmuş və populyarlığını davam etdirmişdi. Yeni versiya Almaniya, Çexiya və İsrail ölkələrin hit-paradında nisbətən aşağı mövqedə olsa da, mahnının öz populyarlığını itirmədiyi bəlli olur.
Toyota Land Cruiser
Toyota Land Cruiser — Yaponiya avtomobil istehsalçısı Toyota tərəfindən istehsal edilən nəqliyyat vasitəsidir. Land Cruiser, Hilux pick-up'ı ilə birlikdə dünyanın ən mürəkkəb ərazi və iqlim şəraitlərində istifadə olunan avtomobillərdəndir. Land Cruiserin dizaynına 1951-ci ildə başlanılmışdır və 1954-cü ildə Toyota, Jeep bənzəri bir avtomobil olaraq istehsalına başladı. Hal-hazırda Toyotanın ən önəmli SUV modelidir.
Nordenşyold Land Milli Parkı
Nordenşyold Land Milli Parkı (norv. Nordenskiöld Land nasjonalpark) — Şpitsbergen arxipelaqınına daxil olan Qərbi Şpitsbergen adasında yerləşə milli park. Milli park ərazisinə 1207 km² quru və 155 km² su səthi sahəsi daxildir. Park 2003-cü ildə təşkil olunmuşdur.
Public land mobile network
Public land mobile network (PLMN; azərb. İctimai yerüstü mobil şəbəkə‎) — müəyyən bir ölkədə xüsusi operator tərəfindən təklif olunan simsiz rabitə xidmətlərinin birləşməsi. PLMN adətən GSM/2G, UMTS/3G, LTE/4G kimi bir neçə mobil texnologiyadan ibarətdir. Müəyyən bir ölkə daxilində bir operator tərəfindən təklif olunur və tez-tez mobil şəbəkə adlandırılır. == PLMN kodu == PLMN özü MCC (ölkə kodu) və MNC-dən (şəbəkə kodu) ibarət qlobal unikal PLMN kodu ilə müəyyən edilir. Beləliklə, bu, bir ölkəni və həmin ölkədəki mobil şəbəkə operatorunu müəyyən edən beş-altı rəqəmli nömrədir. PLMN aşağıdakıların bir hissəsidir: Location area identity (LAI) (PLMN və MNC) Cell Global Identity (CGI) (LAI və "Cell Identifier") IMSI == PLMN kodlarında aparıcı sıfırlar == MNC ikirəqəmli formada və başında sıfır olan üç rəqəmli formada ola bilər. Belə ki, 01 və 001 əslində iki fərqli MNC-dir. Beləliklə, PLMN 001–02 və 001–002 eyni ölkədə olur, lakin iki tamamilə fərqli operatora (02 və 002) aiddir. PLMN təyinatlarından aydın olur ki, eyni nömrə dəyərinə malik ikirəqəmli və üçrəqəmli MNC-lərin bu cür ikiliklərindən qaçınmaq olar.
Sassen-Byunsov Land Milli Parkı
Sassen-Byunsov Land Milli Parkı (norv. Sassen-Bünsow Land nasjonalpark) — Şpitsbergen arxipelaqınına daxil olan Qərbi Şpitsbergen adasında yerləşən milli park. Milli park ərazisi 1 230 km²-dir. Park 2003-cü ildə təşkil olunmuşdur. Balina ovçusu olan Hilmar Nyoys Sassen çayının şimal axarlarında Fredheym balina ovu stansiyasını təşkil etmişdir. park ərazisində, Ekser vadisində Şpitsbergen arxipelaqının ən hündür şəlaləsi yerləşir.
Antropogen landşaft
Antropogen landşaft — insanın təsərrüfat fəaliyyəti nəticəsində dəyişdirilmiş təbii landşafta, həmçinin insanın yaratdığı təbii- istehsal komplekslərinə, şəhər, qəsəbə, texnogen, kənd təsərrüfatı landşaftlarına deyilir. Antropogen landşaftlar hal-hazırda Yerin quru sahəsinin təxminən 50 %-ni əhatə edir. Antropogen landşaftlar özünü tənzimləyən təbii landşaftdan fərqli olaraq, insanın nəzarəti altında olub, idarə olunur. == Antropogen landşaftların tarixi və genetik xüsusiyyətləri == Müasir dövrdə elm və texnikanın, məhsuldar qüvvələrin sürətli inkişafı yerin landşaft sferasının təbiətində əsaslı şəkildə ciddi struktur dəyişmələri yaratmışdır. XX əsrin 60-70-ci illərindən başlayaraq antropogen landşaftların öyrənilməsinə maraq xeyli artmışdır. XIX əsrin ortalarından başlayaraq tədricən maşınlı sənayenın yaranması ilə dünyada və Azərbaycanda təbii ehtiyatların mənimsənilməsinin yeni, daha dağıdıcı və təbii landşaftlara qarşı amansız müdaxilə mərhələsi başlayır. Bu dövr XX əsrin ortalarına kimi davam edir. Quba, Qusar, Gədəbəy, Daşkəsən, Masallı, Lənkəran və s. inzibati ərazilərdəki dağ meşələri antropogen təsirlərlədən əsaslı şəkildə ziyan görür. Hazırda bu ərazilərdəki meşələrin əsas hissəsi təkrar törəmə meşələrdir.
Arktik və Antarktik landşaftın torpaqları
Arktik və Antarktik landşaftın torpaqları - Avrasiya materikində Şpitsbergen, Frans-İosif Torpağı, Yeni Torpaq, Novosibirsk adalarında, Taymır yarımadasında, Şimali Amerikada Qrenlandiyanın şimal sahillərində, Şimali Amerikanın şimal arxipelaq adalarında, Antarktida materikinin vahələrində rast gəlinən torpaq tipi . == İqlimi == İqlim şəraiti çox soyuq olub, orta illik temperatur -10°C-dən -14°C-i arasında dəyişir. Yayda orta sutkalıq temperatur +5°C-ni aşmır. Şaxtasız günlər 12-14 gündən çox davam etmir. Arktik zonanın qərb hissəsinin şərqinə nisbətən qışı yumşaqdır. Yağıntıların illik miqdarı Arktikada 130-200 mm arası dəyişir. Antraktidanın vahələrində də az yağıntı düşür. Məsələn, Benqerada ildə 62 mm qar şəklində yağıntı yayda düşür. Antraktida sahil hissələrindəki vahələrində yağıntının miqdarı 300 mm-ə qədər artır. Nisbi rütubətliyin yüksək olması xarakterikdir (90%).
Asiyanın landşaftı
Auqust Landmesser
Auqust Landmesser (almanca: August Landmesser; 24 may 1910 – 17 oktyabr 1944. Ölümü 1 oktyabr 1949-cu ildə rəsmən açıqlanmışdır) — kütlə psixologiyasına uymazlıq simvolu və qorxu üzərində qurulmuş zorakı idarəçiliklə barışmazlığın real personajı. Almaniyanın Hamburq şəhərində Blohm+Voss tərsanəsində fəhlə işləyib, 13 iyun 1936-cı ildə "Horst Wessel" adlı döyüş gəmisinin təqdimatında çəkilmiş foto sayəsində nasist salamı verməyən yeganə adam kimi məşhurlaşıb. == Bioqrafiya == Auqust Frans Landmesser və Vilhelmina Maqdalinanın tək övladı olmuşdur. Ana xəttindən olan qohumları ilə birlikdə iş tapmaq ümidilə 1931-ci ildə Nasional Sosialist Alman Fəhlə Partiyasına (NSAFP, Nasist Patiyası) üzv olmuşdur. 1935-ci ildə yəhudi mənşəli İrma Eklerlə nişanlandığına görə partiyadan xaric edilmişdir. Bir ay sonra irqi təmizləmə haqqında Nürnberq qanunları qəbul edilmiş, dolayısı ilə Hamburq şəhərinin VVAQ idarəsi almanların yəhudilərlə evlənməsini təsdiqləməmiş olurdu. 29 oktyabr 1935-ci ildə qızı İnqrid doğulmuşdur. 1937-ci il iyul ayının əvvəllərində Auqust qanunsuz yolla Danimarkaya keçmək istəmiş, lakin sərhəddə yaxalanaraq, müvəqqəti nəzarətdə saxlanmışdır. Bu zaman arvadı İrma ikinci uşağa hamilə idi.
Azərbaycanın landşaftları
Azərbaycan Respublikasının təbii şəraiti mürəkkəb olduğundan onun ərazisində inkişaf etmiş landşaftlar da müxtəlifliyi ilə səciyyələnir. Azərbaycan Respublikasında təbii landşaftların yüksəkliyə görə dəyişilməsində Böyük və Kiçik Qafqaz, Talış (Lənkəran), Naxçıvan MR landşaft strukturu qrupları ayrılır. Böyük və Kiçik Qafqazın landşaft strukturunda alçaq dağlıqdan yüksək dağlığa doğru yarımsəhra, dağ çölləri, dağ meşələri, dağ çəmənləri və nival landsaft qurşaqları bir-birini əvəz edir. Bunlardan fərqli olaraq Talışda landşaft inversiyası bas verir - alçaq dağlığın meşə landşaftı yüksəkliyə doğru dağ-kserofit landşaftına keçir. Düzənliklərin meşə-çəmən landşaft strukturunda iqlimin quraq keçməsi əsas rol oynayır. Naxçıvan MR-ın Arazboyu düzənliklərinin yarımsəhra və orta dağlıq hissəsində quru çöl, yüksək dağlıq hissəsində dar zonada dağ çəmənləri, ondan yüksəkdə isə nival qurşaq yerləşir. Landşaftlar dağlıq və düzənlik landşaftlarına bölünür. Bunların daxilində isə bir sıra landşaft tipləri və yarımtipləri ayrılır.
Balakən-Katex ekogeokimyəvi landşaft rayonu
Balakən Katex ekogeokimyəvi landşaft rayonu - Bu ərazidə Böyük Qafqazın cənub yamacı ərazisi üçün səciyyəvi olan bütün duzlaşma tiplərinə,tipomorf makroionlara görə ayrılmış bütün geokimyəvi landşaft siniflərinə təsadüf edilir. == Ekoloji şəraiti == Rayon ərazisinin şimal hissəsində əsasən sulfatli maqneziumlu natriumlu,cənubunda isə sulfatlı natriumlu kalsiumlu və sulfatlı kalsiumlu natriumlu duzlar üstünlük təşkil edir.Ərazinin təbii sularının tərkibi Zaqatala,Qax və Qəbələ bölgələrinin təbii sularının ion tərkibi bir-birinə müəyyən qədər yaxındır.Balakən və Oğuzun təbii suları sulfatlı-natriumlu və kalsiumlu,Zaqatala Qax və Qəbələnin təbii suları kalsiumlu-hidrokarbonatlı və sulfatlıdır. == Ekoloji şəraitin ətraf mühitə təsiri == Ərazidə yayılmış geokimyəvi cəhətdən zəngin süxurların litoloji tərkibinin müxtəlifliyi geokimyəvi şəraitin rəngarəngliyinə səbəb olur.Lakin Katsdağ ,Kasmalo,Filizçay,Katex və s. sahələrdə faydalı qazıntı yataqlarının kəşfiyyatı ilə əlaqədar olaraq bu süxurların üzərinin açılması və səthə çıxarılması ilə ekoloji şərait daha da mürəkkəbləşir.Mühitdə misin çoxluğu heyvanlarda əmələ gələn bir sıra xəstəliklərdə (qara ciyərin atrofiyası və s.) özünü göstərir.Molibden artıqlığı isə heyvanlar arasında endemik molibden toksikozuna,insanlarda isə endemik molibden toksikozuna,insanlarda isə endemik podaqra xəstəliyinə səbəb olur.
Bartel Landert Van-der-Varden
Bartel Landert Van-der-Varden (ing. Bartel Leendert van der Waerden; 2 fevral 1903[…], Amsterdam – 12 yanvar 1996[…], Sürix) — milliyətcə holland, Almaniyada işləmiş riyaziyyatçı. == Həyatı == == Fəaliyyəti == Cəbr, cəbri həndəsə, riyaziyyat tarixi üzrə əsərlərin müəllifidir.
Bavariya-Landsxut hersoqluğu
Bavariya-Landsxut hersoqluğu (alm. Teilherzogtum Bayern-Landshut‎) — 1353–1503-cü illərdə Müqəddəs Roma İmperiyasında mövcud olmuş dövlət. == Tarixi == Hersoqluq bavariyalı Müqəddəs Roma imperatoru IV Lüdviqin ölümündən sonra yaradılmışdı. Lüdviqin imperiyasını parçalayan 1349-cu ildə imzalanmış Landsberq müqaviləsinə görə oğulları Stefan, Vilhelm və Albert Aşağı Bavariya və Niderlandı birgə idarə etməli idilər. Dörd il sonra 1353-cü il Regensburq müqaviləsi ilə miras yenidən bölündü; Stefan Bavariya-Landsxutun yeni hersoqu edildi. 1363-cü ildə Stefan eyni zamanda Yuxarı Bavariya hersoqu oldu və onu yenidən Bavariya-Landsxut ilə birləşdirdi. Stefanın ölümündən sonra onun üç oğlu hersoqluğu birgə idarə edirdi. Lakin 1392-ci ildə Bavariya-Landsxut yenidən üç hersoq üçün bölündü və beləliklə, Bavariya-Münhen və Bavariya-İnqolştadt yaradıldı. 1429-cu ildə Bavariya-Ştraubinqin bəzi hissələri, o cümlədən 1447-ci ildə bütün Bavariya-İnqolştadt hersoqluğu Bavariya-Landsxut ilə birləşdirildi. Bavariya-Landsxut o zamanlar Rattenberq və Kitzbüeldəki mədənlərinə görə Bavariyanın ən varlı hissəsi idi və ən müasir idarəetmə üsuluna sahib idi.
Bible Muzeyi Lands
Böyük Qafqazın arid meşə-kol landşaftları
Arid meşə-kol landşaftlar - Landşaft kompleksinin əhatə etdiyi ərazidə yayı quraq keçən mülayim isti və qışı quraq keçən mülayim isti iqlim tipi hakimdir. Havanın orta illik temperaturu +6 -140, 100-dən artıq aktiv temperaturun illik cəmmi 1600-33000 təşkil edir. Orta illik atmosfer yağıntılarının miqdarı 400-600mm arasında dəyişir. Dağ meşə-kol landşaftı daxilində çay şəbəkəsi daha alçaq mütləq yüksəklikləri əhatə edən çöl və yarımsəhra landşaftlarına nisbətən yaxşı inkişaf etmişdir. Burada çay şəbəkə sıxlığı 0,4-0.6 km/km2 təşkiledir. Böyük Qafqazın cənub-şərq yamacının alçaq və orta dağlığın hamar, az meyilli relyef sahələrində meşə örtüyü qırılaraq müxtəlif aqrolandşaftlarla əvəz edilmişdir. Buna görə də Pirsaatçaydan şərqə doğru meşənin areallı məhdudlaşır. Burada yalnız Qozluçay hövzəsində çayın yuxarı axınında palıd-vələs meşələri talalar şəklində mövcuddur.
Böyük Qafqazın cənub-şərq hissəsinin dağ-meşə landşaftları
Cənub-şərq hissəsinin dağ-meşə landşaftları — Böyük Qafqazın cənub-şərq hissəsində dağ-meşə landşaft kompleksləri 600–700m və 2000–2200 m mütləq yüksəkliklər arasında olan sahələri əhatə edərək, əsasən Girdimançayla-Pirsaatçay arasındakı ərazilərdə yayılmışdır. Ərazinin Qobustan-Dübrar zonasında meşə zolağının arealının kəsilməsi iqlimin aridləşməsi, litoloji əsas və həmçinin tarixi dövr ərzində əhalinin təsərrüfat fəaliyyəti ilə əlaqədardır. Böyük Qafqazın cənub-şərq hissəsində dağ meşə kompleksləri yamac prosesləri sürüşmə, uçqun və təsərrüfat fəaliyyəti nəticəsində əhəmiyyətli dərəcədə dəyişikliyə məruz qalmışdır. Meşə qurşağında xüsusilə Girdimançay, Ağsuçay hövzələrində sürüşmə prosesləri geniş inkişaf etmişdir. == İqlimi == Dağ-meşə landşaft kompleksi soyuq rütubətli qışı, yağıntıları bərabər paylanan mülayim isti və quru soyuq qış iqlimi ilə xarakterizə olunur. İllik günəşli günlərin cəmi 1900–2200. İllik günəş radiasiyası 120–135 kkal/sm2, illik radiasiya balansı 20–45 kkal/sm2 təşkil edir. Orta yanvar temperaturu −2 −100S arasında tərəddüd edir. Orta iyul temperaturu 150−250S təşkil edir. Ərazidə orta illik temperatur yuxarıdan aşağıya doğru 6–100 arasında artır.
Böyük Qafqazın dağətəyi maili düzənlik landşaftı
Böyük Qafqazın dağətəyi maili düzənlik landşaftı — Dağətəyi maili-düzənlik landşaftlarının inkişaf etdiyi ərazi Böyük Qafqaz silsiləsinin cənub yamacı ətəklərinə paralel olaraq (Azərbaycan daxilində) Gürcüstan sərhədindən Girdimançayadək 210 m-lik məsafədə uzanan Alazan-Həftəran vadisini əhatə edir. Alazan-Həftəran vadisi dördüncüü və müasir dövrün ellüvial və prolüvial çöküntülərindən təşkil olunmuşdur. Çökəkliyin cənub qanadında relyefin mütləq yüksəkliyi 200m, şimal qanadında isə 700-800 m-dir. == İqlimi == Qışı quraq keçən mülayim isti iqlimi ilə seçilən bu ərazidə orta illik tempratur 10-140 C-dir, yağıntıların orta illik miqdarı 400-900 mm olur. Əsasən ellüvial çəmən və ellüvial çəmən-meşə torpaqlarının, kol və çəmən bitkilərinin yayıldığı vadidə dağətəyi maili-düzənliyin çəmən-meşə landşaftları inkişaf etmişdir. Meşə çox yerlərdə qırıldığından burada çəmənlik ərazicə üstünlük təşkil edir. Çəmən-meşə landşaftları başlıca olaraq yeraltı suların torpaq qatına yaxınlığı hesabına yaranmışdır. Yeraltı suların səviyyəsi aşağı düşdükdə bəzi ağac növləri quraqlığa tab gətirməyib quruyur. == Bitki örtüyü == Azərbaycanın yarımrütubətli subtropik zonasına daxil olan bu ərazilərdə tütün, dənli bitkilər, efir yağlı bitkilər (qazanlıq qızılgülü, nanə), çay və s. əkilir; meyvəçilik, baramaçılıq və heyvandarlıq inkişaf etmişdir.
Caselle Landi
Kazelle Landi (it. Caselle Landi) — İtaliyanın Lombardiya regionunda şəhər.
Ceyrançöl alçaq dağlığın landşaftları
== Ceyrançöl alçaq dağlığın landşaftları == Ceyrançöl alçaq dağlığı Azərbaycanın intensiv kənd təsərrüfatının həm əkinçilik, həm də heyvandarlığın inkişaf etdiyi regionlardan biridir. Tədqiq olunan ərazi Azərbaycanın qış otlaqları içərisində özünün əlverişli iqlimi, zəngin bioloji məhsuldarlığı ilə fərqlənir. Ceyrançöl alçaq dağlığında landşaft tədqiqatları M. Ə. Süleymanov (1965), A. A. Mikayılov (1982) M. A. Müseyibov, M. Ə. Süleymanov (1975). M. C. İsmayılov, E. Ş. Məmmədbəyov (2015) və b. tərəfindən aparılmışdır. Bu tədqiqatlar əsasən ərazinin təbii landşaftlarının öyrənilməsinə və relyefin landşaftların formalaşmasına təsiri istiqamətində olmuşdur. Son 50–60 il ərzində Ceyrançölün təbii komplekslərindən səmərəsiz istifadə nəticəsində arid meşə və kolluqlar, tuqay meşə ekosistemləri, müxtəlifotlu quru çöllər geniş sahədə deqradasiya uğramış, səhralaşma, xətti və sahəvi eroziya güclənmiş və geosistemlərinin təbii ehtiyat potensialı kəskin şəkildə pozulmuşdur. Ərazidə kənd təsərrüfatının davamlı inkişafına nail olmaq üçün landşaft tədqiqatları əsasında kompleks ekoloji qiymətləndirilmə aparılması vacib şərtlərdən biridir. Ceyrançöl alçaq dağlığının arid landşaftlarının formalaşması, onların struktur-genetik xüsusiyyətləri və inkişaf meyllərinin müəyyən olunması, bu əsasda landşaftların antropogen təsirlər nəticəsində transformasiyası, onlardan istifadənin optimallaşdırılması, ekoloji cəhətdən davamlı geosistemlərin formalaşması yollarının müəyyən olunması tədqiqatın əsas məqsədidir. Ceyrançöl alçaq dağlığı kənd təsərrüfatında geniş istifadə olunan və ən məhsuldar yerlərdən olduğundan ərazinin təbii ehtiyat potensialının öyrənilməsi və qiymətləndirilməsi qarşıya qoyulan ən mühüm məqsədlərdən biridir.
Coğrafi landşaft
Coğrafi landşaft- fiziki-coğrafi bölgünün (rayonlaşmanın) əsas vahidi. Yerin coğrafi təbəqəsinin inkişafında təbii sürətdə əmələ gələn və öz coğrafi quruluşuna görə digər sahələrdən fərqlənən nisbətən yekrəng sahə-ərazidir. Coğrafi landşaft dedikdə təbii-coğrafi kompleks, daha doğrusu fiziki-coğrafi rayon nəzərdə tutulur. Mənşəyinə görə vahid ərazi olub,eyni tip relyefi, geoloji quruluşu, iqlimi, yeraltı və səth sularının, torpağın qanunauyğun birliyi, bitki və heyvanat aləminin eyniliyi ilə səciyyələnir. Hər bir C.1.onun daxilində qarşılıqlı əlaqəli birlik yaradan sadə fiziki-coğrafi vahidlərdən /fasiya, təbii mərz, məhəll/təşkil olunur. Digər tərəfdən mürəkkəb strukturuna görə oxşar C.1.
Françesko Landini
Françesko Landini (1335[…], Fyezole, Toskana – 2 sentyabr 1397[…], Florensiya) — italyan bəstəkar, şair, müğənni, orqançalan, musiqi alətləri düzəldən.
Geokimyəvi landşaftlar
Geokimyəvi landşaftların müasir təsnifatı müxtəlif vaxt­larda bir sıra geokimyaçılar tərəfindən işlənmiş müd­dəa­lar nəzərə alınmaqla A.İ.Perelman tərəfindən yaradılmışdır. A.İ.Perelmanın geokimyəvi təsnifatında (1961, 1966) land­şaftda atomların miqra­siyası ilə əlaqədar materiyanın hərəkət formaları əsas götürülür. Bu təsnifata görə bütün geokimyəvi və elementar landşaftlar bu landşaftlarda üstünlük təşkil edən miqrasiyanın növündən asılı olaraq abiogen, biogen, tex­nogen (başqa sözlə antropogen, ya­xud mədəni) landşaftlara ayrı­lır. == Abiogen landşaft == Abiogen landşaftların əsas fərqləndirici xüsusiyyətləri bu land­şaftlarda elementlərin biogen miqrasiyasının praktiki ola­raq möv­­­cud olmamasıdır. Yüksək dağ zirvələri, suayrı­cı­ların qar və qis­mən buzlaqlarla örtülmüş hissələri belə land­şaftlara aid edilir. == Biogen landşaft == Abiogen landşaftlardan fərdi olaraq biogen landşaftlarda elementlərin bioloji dövranı prosesi fasiləsiz olaraq davam edir və burada elementlərin miqrasiyasında başlıca rol biogen miqra­siya­nın üzərinə düşür. Bu landşaftlarda mexaniki və fi­ziki miqrasiya ikinci dərəcəli əhəmiyyət kəsb edir. Biogen landşaftların bölünməsi elementlərin bioloji döv­ranın xüsusiyyətlərinə və aparıcı miqrasiya növünə əsaslanır. Bioloji küt­lənin (B) illik məhsulun miqdarına (M) olan nisbətinin dəyiş­məsindən asılı olaraq müxtəlif landşaft tipləri ayrılır. Başqa sözlə desək, landşaft tipləri məhz ümu­mi can­lı varlığın-bioloji kütlənin (B) və illik məhsulun miqdarından (M), daha doğrusu hər ikisi hektarda sentrlərlə ölçülən bu kə­miy­yətlərin nisbətindən asılı olaraq müəy­yənləşdirilir (N.İ.Bazileviç, L.E.Rodin, 1965).
Georq (Bavariya-Landsxut hersoqu)
Varlı Georq (alm. Georg der Reiche‎; 15 avqust 1455 – 1 dekabr 1503, İnqolştadt, Yuxarı Bavariya) Vittelsbax sülaləsindən Bavariya-Landsxutun sonuncu hersoqu idi. == Gəncliyi == O, 1455-ci ildə Burqhauzen qalasında doğulmuşdu, Bavariya-Landsxut hersoqu IX Lüdviq və Saksoniyalı Amaliyanın oğlu idi. Dövlət işlərində 13 yaşından iştirak etməyə başlamışdı. == Hakimiyyəti == 18 yanvar 1479-cu ildə 23 yaşında Georq atasının yerinə Bavariya-Landsxut hersoqu oldu. 1485-ci ildə ərazisini pozduqlarına görə Azad İmperiya şəhəri Nördlingeni mühasirəyə almış, mühasirəni götürmək üçün külli miqdarda xərac tələb etmişdi. Atası və babası kimi, Georqun məşhur sərvəti əsasən Kitzbüel və Reiçenhall ətrafındakı torpaqlarındakı mədənlərə əsaslanırdı. Hersoq, Burqhauzen qalasını daimi bir saraya çevirdi və İnqolştadt yeni qalanı demək olar ki, tamamilə yenidən qurdu. Georqun kansleri, daha sonra Passau yepiskopu olmuş, Altötting provostu Friedrix Mauerkirxer idi. 1485-ci ildə ölümündən sonra yerinə gələn Volfqanq Kolberger hersoqun ən mühüm məsləhətçisi oldu və onun köməyi ilə öz ərazisində Roma qanunlarını tətbiq etdi.
I Georq (Bavariya-Landsxut hersoqu)
Varlı Georq (alm. Georg der Reiche‎; 15 avqust 1455 – 1 dekabr 1503, İnqolştadt, Yuxarı Bavariya) Vittelsbax sülaləsindən Bavariya-Landsxutun sonuncu hersoqu idi. == Gəncliyi == O, 1455-ci ildə Burqhauzen qalasında doğulmuşdu, Bavariya-Landsxut hersoqu IX Lüdviq və Saksoniyalı Amaliyanın oğlu idi. Dövlət işlərində 13 yaşından iştirak etməyə başlamışdı. == Hakimiyyəti == 18 yanvar 1479-cu ildə 23 yaşında Georq atasının yerinə Bavariya-Landsxut hersoqu oldu. 1485-ci ildə ərazisini pozduqlarına görə Azad İmperiya şəhəri Nördlingeni mühasirəyə almış, mühasirəni götürmək üçün külli miqdarda xərac tələb etmişdi. Atası və babası kimi, Georqun məşhur sərvəti əsasən Kitzbüel və Reiçenhall ətrafındakı torpaqlarındakı mədənlərə əsaslanırdı. Hersoq, Burqhauzen qalasını daimi bir saraya çevirdi və İnqolştadt yeni qalanı demək olar ki, tamamilə yenidən qurdu. Georqun kansleri, daha sonra Passau yepiskopu olmuş, Altötting provostu Friedrix Mauerkirxer idi. 1485-ci ildə ölümündən sonra yerinə gələn Volfqanq Kolberger hersoqun ən mühüm məsləhətçisi oldu və onun köməyi ilə öz ərazisində Roma qanunlarını tətbiq etdi.
Jeno Landler
Jenő Landler (23 noyabr 1875 – 25 fevral 1928), Macar kommunist siyasətçi və rəhbər. Qısa müddətdə yaşamış Macarıstan Sovet Respublikasının liderlərindən biri olmuşdur. == Həyatı == === Gəncliyi === Liseydən sonra hüquq təhsili almağa başlamış və siyasi fikirlərinə yaxın olan Macarıstan Sosial Demokratlar Partiyasına üzv olmuşdur. Partiyanın təşkil etdiyi metal işində işləyən fəhlələrin ittifaqı hərəkatında iştirak etmişdir. Siyasi dünyagörüşü sonralar sola istiqamətlənmiş və kommunist olmuşdur. === Oktyabr inqilabı === Birinci Dünya müharibəsi dövründə nə işlə məşğul olduğu bilinmir. Ancaq Oktyabr inqilabından sonra, xüsusilə Bela Kun və Tibor Szamuely ilə birgə köhnə Rusiya imperiyası torpaqlarında müharibə əsirliyinə düşmüş və oktyabr inqilabı ilə azadlığa qovuşmuş Macar əsgərlərinə Sosializm ideyalarını təbliğ etmək üçün ciddi mübarizə aparmışdır. Rusiya vətəndaş müharibəsi dövründə Bolşeviklərin tərəfində döyüşmüşdür. === Macarıstan Sovet Respublikası === 1919-cu ilin mart ayında Macarıstan Sovet Respublikası elan edildikdən sonra kommunist iqtidarda Daxili İşlər Xalq Komissarlığının rəhbəri olmuşdur. Respublika süquta uğradıqdan sonra, Avstriyaya qaçmışdır.
Karl Landsberq
Karl Landsberq (13 may 1890 — 4 avqust 1964) — İsveçli keçmiş peşəkar velosiped yarışçısı. Karl Landsberq İsveçi 1912-ci ildə V Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Karl Landsberq birinci dəfə Olimpiya Oyunlarına 1912-ci ildə qatıldı. O, Stokholmda baş tutan V Yay Olimpiya Oyunlarında iki yarışda iştirak etdi. Yarışı sona qədər başa vura bilmədi.
Karl Landsteyner
Karl Landsteyner (alm. Karl Landsteiner‎; 14 iyun 1868[…], Vyana, Avstriya-Macarıstan – 26 iyun 1943[…], Nyu-York, Nyu-York ştatı) — Yəhudi milliyətindən olan Avstriya mənşəli amerikalı immünolog və patoloq. Başlıca qan qruplarını tapması və qan nəqlinin tibbdə sadə bir əməliyyat halına gəlməsini təmin edən ABO qan qrupları sistemini inkişaf etdirməsi ilə 1930 Nobel Fiziologiya və ya Tibb Mükafatını almışdır. == Həyatı == Karl Landsteyner 14 iyun 1868-ci ildə Avstriya-Macarıstan İmperiyasında, Vyana şəhərində anadan olmuşdur. 1922-ci ildə Amerika Birləşmiş Ştatlarına köçmüşdür. Karl Landsteyner 26 iyun 1943-cü ildə ABŞ-də, Nyu-York şəhərində vəfat edib. == Fəaliyyəti == Karl Landsteyner 22 nəfərdə apardığı işdə eritrositlər və serum arasındakı reaksiyaları tərif edərək 1901-ci ildə nəticələrini dərc etmişdir. O, əvvəllər A, B, C olmaq üzrə üç qan qrupu təyin etdi. 1902-ci ildə tələbələri olan Decastello və Sturli 155 nəfəri əhatə edən daha geniş bir araşdırma ilə qan qrup sistemini A, B, O, AB olaraq xarakterizə etdilər. == Mükafatları == Karl Landsteyner 1930-cu ildə insanın qan qruplarını kəşf etdiyinə görə tibb üzrə Nobel mükafatına layiq görülmüşdür.
Karst landşaft
Karst landşaft (rus. карстовый ландшафт, ing. karst landscape)karstın inkişaf etdiyi sahələrin landşaftı. Mülayim enliklərdə qapalı dərinlik və çökəkliklərin olması səthi axınların az olması, qrunt sularının dərində yatması, yeraltı boşluqların olması, mağaralar, itən çaylar, gur bulaqlar və b. əlamətlərlə fərqlənir. Subtropik və tropik qurşaqlarda qüllə, konus, günbəz, çılpaq daşlı sahələr, çökəklik karstı və b. formada qalıq relyef formalarının olması ilə səciyyələnir.
Kazelle Landi
Kazelle Landi (it. Caselle Landi) — İtaliyanın Lombardiya regionunda şəhər.
The Land Is Inhospitable and So Are We
The Land Is Inhospitable and So Are We — amerikalı müğənni Mitskinin yeddinci studiya albomu. 15 sentyabr 2023-cü ildə Dead Oceans tərəfindən buraxılıb. Albomun prodüserliyini Patrik Haylend etmişdir. Albomdan ilk sinql "Bug Like an Angel" 26 iyul 2023-cü ildə yayımlanıb.
бездухо́вность воспрепя́тствовать ого́нь атама́н душевнобольна́я ля́пнуть напека́ться селе́новый собира́тель all-time appeaser bactericide journal-bearing kist o'whistles midcourse guidance off-the-rack peroration theatricality three-handed tinkling Turkish замаскироваться лососёвый сии условно