laymərdan
layner-ekspres
OBASTAN VİKİ
Layner Dominqez
Lener Dominqes Peres (isp. Leinier Domínguez Pérez) (1983-cü ilin 23 sentyabrda Havanada anadan olub) Kubalı qrosmeyster. O, 2002, 2003, 2006, 2012-ci illərdə Kuba Şahmat Çempionatının qalibi olub. 2004-cü ildə Fide Dünya Şahmat Çempionatında 1/4 finalda Teymur Rəcəbova taybreykdə uduzub. Onun ən yaxşı nəticəsi 2006-cı ildə Barselonada olub. O, turnirdə 9 oyundan 8 xal yığıb. Həmin turnirdə 2932 reytinqli Vasili İvançuk iştirak edirdi. 2008-ci ildə CPA şahmat turnirinin və 43-cü Kapablankanın xatirə turnirinin qalibidir. Eyni ildə Biel-də keçirilən turniri Evgeny Alekseyev ilə birinci yerdə bitirdi (amma taybreykdə ona uduzmuşdu). Həmin turnirdə dünya çempionu Maqnus Karlsen də iştirak edirdi.

Digər lüğətlərdə