lacivərdlik
laçınquyruğu
OBASTAN VİKİ
Abdallar (Laçın)
Abdallar — Laçın rayonunun Qarıkaha inzibati ərazi vahidində (keçmiş Abdallar) mövcud olmuş kənd. Kənd Həkəri çayının sahilində, Qarabağ silsiləsinin ətəyindədir. 1923-cü ilədək Laçın şəhərinin adı da Abdallar olmuşdur.Kənd sonralar ləğv olunmuşdur. 2019-cu ilə aid Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin "İnzibati ərazi bölgüsü təsnifatı"nda kəndin adına rast gəlinmir.
Alagöllər (Laçın)
Alagöllər — Azərbaycanın Laçın rayonunun şimal-qərbində, Qarabağ yaylasında dağ. Sönmüş vulkan konusudur. Hündürlüyü 3,175 metrdir. Subalp və alp çəmənlikləri var. Laçın rayonunun mərkəzi 18 may 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən zəbt edildiyinə görə dağın yerləşdiyi ərazi erməni işğalı altında idi. 1 dekabr 2020-ci tarixində Azərbaycan tərəfindən azad edilmişdir.
Alpout (Laçın)
Alpout — Azərbaycan Respublikasının Laçın rayonu Qoşasu kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Əvvəllər Azərbaycanın Quba, Ağdam, Şamaxı, Samux rayonlarının ərazilərində də Alpout adlı kəndlər qeydə alınmışdır. Etnotoponimdir. Məlumdur ki, VIII əsrdən adları çəkilən alpoutlar Səfəvilərə hərbi xidmət etdiklərinə görə Cənubi Qafqazın müxtəlif yerlərində torpaqlar almışdılar. Buda Alpout adının yayılma arealına öz təsirini göstərmişdir. Hal-hazırda bu adda yaşayış məskəni Qazax, Göyçay, Ucar, Goranboy və Bərdə rayonlarında da vardır. Mənbələrdə bu sözə Alp Azux, Alp-ər Tonqa, Alp-Arslan tərkiblərinədə rast gəlirik. Alp igid mənasında XV əsərə qədər dilimizidə işlənmişdir. XV əsrdən sonra mənbələrdə bu sözə rast gəlinmir. "Dədə Qorqud"da "alp" sözü ilə yanaşı "dəli" sözü də igid mənasında işlənnmişdir (Dəli Domrul, Dəli Budaq).
Ağbulaq (Laçın)
Ağbulaq — Azərbaycan Respublikasının Laçın rayonu Ağbulaq kənd inzibati ərazi dairəsində kənd.1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. == Tarixi == Rayon mərkəzindən təxminən 62 km. şimal qərbdə yerləşir. Hocazsu çayının sağ qolunun sahilindədir. Kəndin ərazisi keçmışdə Zəngəzur qəzasında yaşamış ağkörpü adlı tayfanın qışlaq yerlərindən olmuşdur. Bu ərazi işğal dövründə ermənilər tərəfindən "Spitakajur" icması adlandırılmışdır.2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == Mədəniyyət == Şəhid Əmir Əsgərov adına orta məktəb var. Orta məktəb, klub, kitabxana, xəstəxana, poçt, 3 mağaza və s. sosial obyektləri var idi. == Əhalisi == 2006-cı ilin statstikasına görə kəndin əhali sayı 795 nəfər olub Erməni mənbələrinin 2014-cü ilə aid olan məlumatına görə kənddə 42 ailə yaşayır.
Ağcakənd (Laçın)
Ağcakənd — Azərbaycan Respublikasının Laçın rayonu Ağcakənd kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 15 mart 2002-ci il tarixli, 273-IIQ saylı Qərarı ilə Laçın rayonunun Ağcakənd kəndi Qoşasu kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Ağcakənd kənd inzibati ərazi dairəsi yaradılmışdır. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Qabaqtəpə dağının ətəyində yerləşən Ağcakənd kəndinin adı "ağ qayalıqlarla əhatə olunmuş kənd" mənasını verir. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == Tarixi == Kənd ərazisində bir neçə tarixi yerlər mövcuddur. Ağdərə çayının sol sahilində tikilmiş kiçik qala var idi. Bu qala el arasında “Qalaça” adlanırdı. Bu qala divarların arasında kəndin müdafiəsi üçün kiçik səngərlər qazılmışdır. Kənd ərazisində alban qəbirsanlığının olmasına görə ehtimal edilirdi ki, bu səngərlər albanlar tərəfindən qazılıb.
Ağcayazı (Laçın)
Ağcayazı — Azərbaycan Respublikasının Laçın rayonu Arduşlu kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Laçın rayonunun Vaqazin kənd Sovetindən Ağcayazı kəndi Ardıclı kənd Sovetinin tərkibinə verilmişdir. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == Toponimikası == Oykonim ağca (ağımtıl; quru; şumlanmamış bozumtul torpaq) və yazı (çöl, düz, düzənlik, səhra) sözlərindən düzəlib, "ağımtıl, bozumtul düzən, çöl" deməkdir. Ağdaş rayonu ərazisində Aşağı və Yuxarı Ağcayazı adlı iki kənd var. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd rayon mərkəzindən təxminən 43 km. şimal qərbdə yerləşir. == Əhalisi == Əhalisi 124 nəfərdir. Kənd əhalisi azərbaycanlılardan ibarətdir.
Ağoğlan (Laçın)
Ağoğlan (əvvəllər Kosalar adlandırılırdı) — Azərbaycan Respublikasının Laçın rayonu Malıbəy kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Ağoğlan kəndi Laçın rayonunun Malıbəy kəndinin inzibti ərazi vahidində yerləşir. Ağoğlan çayının sağ sahilində, Qarabağ yaylasındadır. Ağoğlan kəndinin keçmiş adı Kosalar olmuşdur. Sonralar yaşayış məntəqəsi kəndin ərazisindəki, Ağoğlan pirinin adı ilə adlandırılmışdır. Yerli əhalinin rəvayətinə görə, Ağoğlan qədimdə buraya basqın etmiş yadellilərə qarşı döyüşdə öldürülmüş və alban kilsəsi ərazisində dəfn edilmiş igidin adıdır və "pak, təmiz, müqəddəs oğlan mənasını daşıyır. Xocavənd rayonunun ərazisinə daxil olan keçmiş Hadrut rayonunun 1923-cü ilədək adı Ağoğlan olmuşdur.Kəndin əsasını kosalar nəsli qoymuşdur. Bu tayfanın nümayəndələri harada məskunlaşıblarsa oranı "Kosalar" adlandırıblar. Azərbaycan Respublikasının bir sıra rayonlarında Kosalar adında yaşayış məskənləri mövcuddur. Kosalar adına Qazax rayonunda, Lənkəran rayonunda, Şamaxı rayonunda, Ağdam rayonunda, Xocalı rayonunda, Lerik rayonunda, Naxçıvan Muxtar Respublikasında, hətta Gürcüstan Respublikasının ərazisində rast gəlinir.
Ağsu (Laçın)
Ağsu - Laçın rayonunda çay. Həkəri (Əkərə) çayının sağ qoludur. Qarabağ silsiləsindən başlanır.
Bozlu (Laçın)
Bozlu — Azərbaycan Respublikasının Laçın rayonu Bozlu kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Laçın rayonunun Bozlu kəndi Mirik kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Bozlu kənd Soveti yaradılmışdır. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Kəndin keçmış adı Bozlu Ağcakənd olmuşdur. XVIII əsrdə Dərələyəz mahalından gəlib burada məskunlaşmış bozlu (bozulu) tayfasının adındandır. XIX əsrdə kəndin əhalisi hazırda Bozlu gövşəni, Bozlu copu (Minkəndin qərbində) adlanan yerdən Minkənd çayının sol sahilindəki indiki yerə köçmüşdür. Etnotoponimdir. == Tarixi == Kəndin adı işğaldan sonra ermənilər tərəfindən dəyişdirilməmişdir. Tarixi baxımdan Bozlu kəndinin ərazisi tam tədqiq edilməsə də, bu ərazidə albanlara aid daş fiqurların çoxluğu, orta əsrlərə aid su dəyirmanının mövcudluğu və qədim alban kilsəsi, coxsaylı qədim yaşayış məskənləri olmuş mağaralar diqqət çəkir.
Bəylik (Laçın)
Bəylik — Azərbaycan Respublikasının Laçın rayonu Zabux kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Laçın rayonunun Zabux kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Bəylik kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == Toponimikası == Bəy (titul) və -lik (mənsubiyyət bildirən şəkilçi) komponentlərindən ibarət olan bu oykonim "bəyə məxsus kənd" mənasındadır. 1933-cü ildə Kəlbəcər rayonunun Əsrik inzibati ərazi vahidində də Bəylik adlı kənd qeydə alınmışdır. Saatlı və Ağdaş rayonunun ərazisində də bu adda yaşayış məntəqələri var. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi.
Cicimli (Laçın)
Cicimli – Azərbaycan Respublikasının Laçın rayonu Cicimli kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Cicimli Azərbaycanın ən qədim yaşayış məntəqələrindən biri hesab olunur. Buna əyani sübut kimi bu kənddə yerləşən Məlik Əjdər türbəsi, Kar künbəz abidəsi və bu abidələr ətrafında yerləşən "Çoban daş" abidəsini göstərmək olar. Cicimli kəndi XX əsrin 70-ci illərinədək bölgədə əsas məskunlaşma məntəqəsi olmuşdur. Bu kəndin mərkəzində XIX əsrin 2-ci yarısında inşa edilmiş Məscid uzun illər (Azərbaycanın Sovet Rusiyası tərəfindən işğalınadək) mədrəsə kimi fəaliiyət göstərmişdir və bu təhsil ocağında dövrünün görkəmli din xadimləri islam dinini tədris etmişlər. Peyk görüntüləri ilə müşahidə etdikdə həmin Məscid binasının bu gün də mövcud olduğunun şahidi oluruq. Cicimli kəndi 1828-ci il Türkmənçay "sülh" müqaviləsindən sonra Rusiya İmperiyasının bu ərazilərdə məskunlşdırdığı ermənilər tərəfindən 8 dəfə işğal edilib, 7 dəfə əhalisi soyrırıma məruz qalıb və bütünlüklə yandırılaraq dağıdılmışdır. Sonuncu işğal 1992-ci ilin may ayında baş verib. İşğal nəticəsində kənddə yerləşən orta məktəbin 1948-ci ildə və 1976-cı ildə inşa edilmiş binaları, İcra nümayəndəliyinin, poçtun, tikiş fabrikinin, M.Ə.Sabir adına kolxozun, klubun, kitabxananın, qarışıq mallar mağazasının, tibb məntəsinin və dəyirmanın binaları, həmçinin kənd sakinlərinə məxsus 80-ə yaxın fərdi yaşayış evi Rusiya və Ermənistan Silahlı Qüvvələri və onların himayədarlıq etdiyi erməni terrorçuları tərəfindən yandırılaraq tamamilə məhv edilmişdir. Döyüş əməlyyatları zamanı yaxınlığında heç bir hərbi hədəfin olmamasına baxmayaraq 12 may 1992-ci il tarixdə terrorçu erməni ordusuna məxsus artilleriya qurğusundan açılan atəş nəticəsində bu kənddə yerləşən XII-XIII əsr abidəsi Məlik Əjdər türbəsinin günbəz hissəsi dağıdılmışdır.
Daşlı (Laçın)
Daşlı — Azərbaycan Respublikasının Laçın rayonu Daşlı kənd inzibati ərazi dairəsində kənd. == Etimologiyası == Ərazinin daşla əhatə olunduğu və çınqıllı, daşlı yer oldugu üçün, həmçinin kəndin də həmin daşlı ərazidə salındığına görə, toponimin adı da Daşlı adlandırılmışdır.Yerli əhali bəzən kəndin adını Daşdı, Daştı formasında tələffüz edir. Daşlı sözü düzəltmə toponimdir və relyeflə bağlı yaranıb. Sözün kökü ola daş termini oronimiyada “filiz”, “qaya”, “daş” mənalarında işlənir. Sözün ikinci hissəsi Azərbaycan dilində daş sözünə çoxluq mənası ifadə edən “lı” şəkilçisidir.Daşlı toponiminin arealları Xəzər dənizinin arxipelağında ada, Gədəbəy ərazisində dağ, Şamaxı ərazisində dağ adı kimi keçir. Ölkə xaricində Başqırdıstanda Taşlı, Dağıstanda Daşlıkənd, Moldovada Taşlı, Türkmənistanda Daşlıq və s. == Tarixi == 1593 cü ildə Daşlıkəndinin ərazisi Mağavuz nahiyəsinin tərkibində olub. Osmanlı İmperiyasının Gəncə-Qarabağ əyaləti Xaçın sancağı inzibati–ərazi nahiyəsinin tərkibində olan zaman Osmanlı dövləti Mağavuz nahiyəsinin oba, kənd, qışlaq və məzrələrini siyahıya alıb. Həmin siyahıda Böyük Daşlı və Kiçik Daşlı adında iki kənd qeydə alınmışdır.XVIII əsrin ortalarında Şəlvə, Hacıxanlı, Qovuşuq və Kaha kəndlərində daimi oturaq yaşayışın bərpasından sonra Daşlı və digər ətraf kəndlərdə də daimi yaşayış bərpa edildi. Vəlibəyli, Narışlar, Canbəyli kəndlərində isə Daşlıdan köçən ailələr tərəfindən daimi yaşayışa başlamışdılar.Kəndin ərazisi XIX əsrdə Zəngəzur qəzasında yaşamış qaracorlu tayfasının əliyanlı qolunun qışlaqlarından biri olmuşdur.
Fədayə Laçın
Məmmədova Fədayə Baris qızı (3 iyun 1977, Laçın) — azərbaycanlı müğənni, aktrisadır. == Həyatı == Müğənni Fədayə Məmmədova Baris qızı 1977-ci il 3 iyun tarixində Laçın şəhərində dünyaya göz açıb. Bacısı İlahə Fəda da ifaçılıq etmişdir. Bir dəfə ailəli olan xanım müğənninin bir oğlu var. Həyat yoldaşı onu tərk edərək Rusiyaya gedib. Oğlunu tək böyütməyə məcbur olan Fədayə Laçın elə o zamandan müğənniliyə başlayıb. Fədayə Laçın, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Azərbaycanın xalq artisti, xanəndə Canəli Əkbərovun tələbəsi olub və ifaçılığın sirlərini ondan öyrənib. Fədayə Laçın, C.Əkbərovun tələbəsi olması ilə yanaşı, Azərbaycanın əməkdar və xalq artisti, "Şöhrət" və "Şərəf" ordenli muğam ustadı Arif Babayevdəndə dərs almışdır. Fədayə Məmmədovanı Fədayə Laçın kimi Azərbaycan tamaşaçılarına tanıdan, Azərbaycanın əməkdar artisti, mərhum Məhəbbət Kazımov olub. == Karyerası == Bir çox xalq və bəstəkar mahnılarının mahir ifaçısıdır.
Hacılar (Laçın)
Hacılar — Azərbaycan Respublikasının Laçın rayonu Hacıxanlı kənd inzibati ərazi dairəsində kənd.1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == Tarixi == Kənd Qarabağ yaylasındadır. XIX əsrdə Qarıqışlaq kəndinin binə yerlərindən biri olan bu ərazidə Hacı qəbri adlanan yer də var. Yaşayış məntəqəsi qızılbaşların zülqədər tayfasının hacılar tirəsinə mənsub ailələrin məskunlaşması nəticəsində yarandığı üçün belə adlandırılmışdır. Etnotoponimdir. Bu baxımdan Azərbaycan Respublikasının bir çox bölgələrində, Gədəbəy, Tovuz, Xaçmaz, Ağdaş, Ağcabədi, Bərdə rayonlarında Hacılar yaşayış məntəqəsi mövcuddur. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi.
Hüsaməddin Laçın
Laçın əl-Mansuri ya da tam adı Məlik əl-Mənsur Hüsaməddin Laçın el-Mansuri (ərəb. الملك المنصور حسام الدين لاجين المنصورى‎; v. 16 yanvar 1299, Qahirə)- Misir və Suriyada 1296–1299-cu illərdə hökm sürmüş on birinci Məmluk Sultandır. == Həyatı == Laçın, Sultan Mənsur Əlinin məmlüklü köləsi idi. Sarışın olduğu üçün Avropalılar onun German əsilli olduğunu iddia etsələr də Qafqazlı sarışın bir Çərkəz olması daha mümkündür. 1259-cu ildə bu Sultan Mənsur Əlinin taxtan endirilməsi ilə Kalavun tərəfindən satın alındı və onun yanında yetişib bacarıqlı olduğuna görə Əmir adını aldı. 1280-ci ildə Kalavun tərəfindən Dəməşq qalasının mühafizə komandanlığına gətirildi. Bu da əvvəl komandan olmuş Sunqur al-Askarın Dəməşqdə üsyan etməsinə və özünü sultan elan etməsinə səbəb oldu. Bu üsyanın yatırılması üçün Kahoredən qoşunlar gətirildi və bu qoşuna komandanlığı da Laçın edərək üsyan yatırtdı. Bu uğuru münasibətilə iyun 1280-ci ildə Laçın Suriya əyaləti valisi təyin edildi.
Hüsülü (Laçın)
Hüsülü — Azərbaycan Respublikasının Laçın rayonu Malıbəy kənd inzibati ərazi dairəsində kənd.1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci il 1 dekabrda Azərbaycan respublikası Silahlı qüvvələri tərəfindən işğaldan azad edilib. == Tarixi == Hüsülü kəndi Laçın rayonunun Malıbəyli kəndinin inzibati ərazi vahidində yerləşmişdir. Keçmiş adı Sultanlar (Sultanlı, Sultankənd kimi də qeydə alınmışdır) olmuşdur. Yaşayış məntəqəsi qaraçorlu tayfasından Həmzə sultanın adı ilə adlandırılmışdır.. Hüsülü kəndi 1992-ci il Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilənə qədər kənddə Həmzə sultanın tikdirdiyi XVIII əsrə aid Həmzə Sultan sarayı qalırdı. == Mədəniyyəti == == Coğrafiyası və iqlimi == Hüsülü kəndi dağətəyi ərazidə yerləşir. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi.
Hətəmlər (Laçın)
Hətəmlər – Azərbaycan Respublikasının Laçın rayonu Daşlı kənd inzibati ərazi dairəsində kənd.1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == Tarixi == Yaşayış məntəqəsi hətəmlər nəslinin məskunlaşması nəticəsində yarandığı üçün belə adlandırılmışdır. == Əhalisi == 2006-cı ilin statstikasına görə kəndin əhali sayı 220 nəfər olmuşdur.Kənd əhalisinin etnik tərkibi azərbaycanlılardan ibarətdir. == Tanınmışları == Maarif Köçkün – şair. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi.
Kaha (Laçın)
Kaha — Azərbaycan Respublikasının Laçın rayonu Daşlı kənd inzibati ərazi dairəsində kənd.1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == Tarixi == Laçın rayonunun Daşlı inzibati ərazi vahidində olan kənd Çalbayır silsiləsinin ətəyindədir. Keçmiş adı İsgəndər kahası olmuşdur. Yaşayış məntəqəsi XIX əsrdə qarabayramlı tirəsinə mənsub ailələrin özlərinə məxsus qışlaqlardan birində məskunlaşması nəticəsində yaranmışdır. Oykonim kəndin ərazisindəki qədim kaha qalıqları ilə əlaqədardır. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi. == Əhalisi == 2006-cı ilin statstikasına görə kəndin əhali sayı 200 nəfər olmuşdur. Əhalisinin milli tərkibi isə tamamilə azərbaycanlılardan ibarətdir.
Laçın
Laçın — Azərbaycan Respublikasının Laçın rayonunun inzibati mərkəzi, Laçın şəhər inzibati ərazi dairəsində şəhər.Respublikanın paytaxtı Bakı şəhəri ilə şose yolla ara məsafəsi 450 km, Xankəndi dəmir yolu stansiyası ilə ara məsafəsi isə 60 km olmuşdur. 18 may 1992-ci ildən Ermənistan Silahlı qüvvələrinin işğalı altında olub. Qarabağ atəşkəs bəyanatına əsasən 26 avqust 2022-ci ildə Azərbaycanın nəzarətinə keçib. 27 may 2023-cü ildə Laçın şəhərinə 20 laçınlı ailə (97 nəfər) geri qayıdıb. == Tarixi == Laçın əvvəllər Abdallar adlanıb, 1923-cü ildən şəhər statusu alıb və 1926-cı ildən Laçın adlandırılıb. 1930-cu ildə Laçın inzibati rayonu təşkil edilərkən Laçın şəhəri onun mərkəzinə çevrilib. "Laçın" toponimi bir oykonim kimi 1924-cü ildən xəritəmizdə özünə yer tapmışdır. Ona qədər isə bu ad "Yuxarı Laçın" adlı kəndin adında özünü qoruyub saxlamışdır. Qismən qədim xəritələr üzərində araşdırmalar göstərir ki, Kiçik Qafqaz sıra dağlarının ən böyük silsiləsi olan Qarabağ yaylasının əsas zirvəsi ilə yanaşı Laçın adlı bir zirvə də diqqəti cəlb edir.Bu zirvə Yuxarı Qarabağ bölgəsində Böyük Kirs, Kiçik Kirs, Sarı baba zirvələri ilə üçbucaq təşkil edir. Bu zirvə Qarabağ sıra dağlarının mərkəzi hissəsində, onun cənub-qərbində yerləşir.
Kamallı (Laçın)
Kamallı — Azərbaycan Respublikasının Laçın rayonu Kamallı kənd inzibati ərazi dairəsində kənd.1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == Tarixi == Laçın rayonunun Alxaslı inzibati ərazi vahidində yrləşən kənd dağlıq ərazidədir. Keçmiş adı Bozlu olmuşdur. Yaşayış məntəqəsinin əsasını Dərələyəz mahalından gəlmiş bozlu tayfasına mənsub ailələr salmışlar. Kəndin qərbindəki əkin sahələrindən biri Kamalın çuxuru adlanırdı. == Əhalisi == Kəndin əhalisi 1992-ci ildə 2 min nəfərə çatırdı və türksoylu millət olan azərbaycanlılardan ibarət idi. Onlar kəndin işğalından sonra on iki müxtəlif rayonda məskunlaşmışdır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyəti heyvandarlıq və əkinçilik idi. Kəndin 1992-ci ildə 800–900 baş iribuynuzlu mal-qarası, 6–7 min baş xırda buynuzlu davan, meyvə və bostan məhsullan yetişdirmək üçün böyük bağ sahəsi var idi.
Kosalar (Laçın)
Ağoğlan (əvvəllər Kosalar adlandırılırdı) — Azərbaycan Respublikasının Laçın rayonu Malıbəy kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Ağoğlan kəndi Laçın rayonunun Malıbəy kəndinin inzibti ərazi vahidində yerləşir. Ağoğlan çayının sağ sahilində, Qarabağ yaylasındadır. Ağoğlan kəndinin keçmiş adı Kosalar olmuşdur. Sonralar yaşayış məntəqəsi kəndin ərazisindəki, Ağoğlan pirinin adı ilə adlandırılmışdır. Yerli əhalinin rəvayətinə görə, Ağoğlan qədimdə buraya basqın etmiş yadellilərə qarşı döyüşdə öldürülmüş və alban kilsəsi ərazisində dəfn edilmiş igidin adıdır və "pak, təmiz, müqəddəs oğlan mənasını daşıyır. Xocavənd rayonunun ərazisinə daxil olan keçmiş Hadrut rayonunun 1923-cü ilədək adı Ağoğlan olmuşdur.Kəndin əsasını kosalar nəsli qoymuşdur. Bu tayfanın nümayəndələri harada məskunlaşıblarsa oranı "Kosalar" adlandırıblar. Azərbaycan Respublikasının bir sıra rayonlarında Kosalar adında yaşayış məskənləri mövcuddur. Kosalar adına Qazax rayonunda, Lənkəran rayonunda, Şamaxı rayonunda, Ağdam rayonunda, Xocalı rayonunda, Lerik rayonunda, Naxçıvan Muxtar Respublikasında, hətta Gürcüstan Respublikasının ərazisində rast gəlinir.
Köhnəkənd (Laçın)
Köhnəkənd — Azərbaycan Respublikasının Laçın rayonu Köhnəkənd kənd inzibati ərazi dairəsində kənd.1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020 -ci il dekabr ayının 1- də erməni işgalından azad edilib. == Tarixi == Kiçik Kirs dağının ətəyindədir. Keçmiş adı Kirs olmuşdur. Yerli əhalinin məlumatına görə, Kirs kəndi XV əsrdə teymurilərin işğalı zamanı tamamilə dağıdılmışdı. Sonralar Xocavənd rayonunun Susanlıq kəndindən çıxmış ailələrin buradakı köhnə kəndin yerində məskunlaşması nəticəsində yaranan yeni yaşayış məntəqəsi ərazinin adı ilə Köhnəkənd adlandırılmışdır. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi. == Əhalisi == 2006-cı ilin statstikasına görə kəndin əhali sayı 420 nəfər olmuşdur.
Kəlbəcər-Laçın
Kəlbəcər-Laçın iqtisadi rayonu — Azərbaycanın Kəlbəcər, Laçın, Zəngilan və Qubadlı rayonlarını əhatə edən iqtisadi rayon. Kəlbəcər-Laçın iqtisadi rayonunun ən inkişaf etmiş və önəmli şəhəri Laçındır. Azərbaycan ərazisinin 7,5%-i, əhalisinin isə 2%-dən bir qədər çoxu bu rayonun payına düşür. Ümumi ərazisi 6398 km² (yuvarlaq 6,4 min km²), ümumi əhalisi 231,3 min nəfər (1 yanvar 2011-ci il), 1 km²-ə düşən əhali sıxlığı isə 36 nəfərdir. == Rayonlar == === Kəlbəcər inzibati rayonu === 08.08.1930-cu ildə təşkil edilmişdir. Rayon Kiçik Qafqazın mərkəzində, Tərtər çayının hövzəsində yerləşir, qərbdən Ermənistan Respubilkası ilə həmsərhəddir. Sahəsi 3054 km², əhalisinin sayı 83,9 min nəfər, o cümlədən şəhər əhalisi 11,5 min nəfər,kənd əhalisi 72.4 min nəfərdir(01.01.2012). Mərkəzi Kəlbəcər şəhəridir. Rayonda 1 şəhər, 1 qəsəbə, 53 kənd ərazisi,145 kənd yaşayış məntəqəsi vardır. Rayon 02 aprel 1993-cü ildə Ermənistan tərəfindən işğal edilmişdir.
Laçın abidələri
=== Memarlıq abidələri === Rayonun ərazisində 300-ə yaxın tarixi, mədəniyyət və memarlıq abidələri, onlarla kurqan, qala tipli arxeologiya baxımından faydalı olan abidələr, çoxlu sayda qəbirüstü abidələr, stellalar, at, qoç fiqurları, süjetli daşlar, eləcə də bu ərazi çoxlu təbii sərvətləri, qiymətli minelar suları ilə zəngindir. Bu ərazidə olan abidələrin əksəriyyəti Qafqaz Albaniyası dövrünün yadigarlarıdır. Alimlərimizin verdiyi məlumata əsasən bu ərazidə olan Qafqaz Albaniyası dövrü abidələrinin bir çoxu bizim eranın xristianlıqdan əvvəlki dövrünə aiddir. Bu yerlərin mürəkkəb relyefi, sərt iqlimi bir çox çay keçidlərində, yolların keçilməz hissələrində körpülərin inşasına səbəb olmuşdur. Onlar əsasən bir tağlı və yaxud iki tağlı körpülərdir. Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalı zamanı rayonda mövcud olan əksər tarixi, mədəni və dini abidələr dağıdılmışdır. Rayonun ərazisində aşağıda adları çəkilən abidələr rayon ərazisində olan abidələrin yalnız 70%-ə qədərini təşkil edir. Abdallar (Bəylik) kənd ərazisində: Həkəri çayı üzərində körpü XVIII əsr, daş qutu-dəmir dövrü, qəbiristanlıq. Zabux kəndi ərazisində: Sümüklü qəbiristanlığı, XVI əsrə aid Xallanlı qəbiristanlığı. Malıbəy kəndi ərazisində: qədim qəbiristanlıq.
Laçın alayı
811 saylı Laçın dağ-atıcı alayı və yaxud Laçın alayı — Qarabağ müharibəsində Laçın rayonunda dislokasiya olunmuş hərbi hissə. 27 mart 1992-ci il tarixində Laçın ərazi özünümüdafiə batalyonunun bazasında yaradılıb. 30 aprel 1992-ci il tarixinə kimi mövcud olmuş hərbi hissənin komandiri Arif Paşa, qərargah rəisi Rafiq Nağıyev olub.811 saylı Laçın alayı Laçının işğalından 18 gün əvvəl 1992-ci il aprelin 30-da müdafiə naziri Rəhim Qazıyevin 0151 saylı əmri ilə ləğv edilərək 704 saylı briqadanın komandiri, ərazi üzrə məsul komendant Elbrus Orucova tabe etdirilib. Rəhim Qazıyev alayın ləğvi barədə bunları deyir: Arif Paşanın bildirdiyinə görə alayın de-yure ləğvindən sonra da fəaliyyətlərini davam etdirmişlər.
"Laçının azad olunmasına görə" medalı
"Laçının azad olunmasına görə" medalı — Azərbaycanın dövlət təltifi (medal). İkinci Qarabağ müharibəsində qələbə münasibətilə təsis edilmişdir. == Təsis edilməsi == 2020-ci il noyabrın 20-də Azərbaycan Respublikasının Milli Məclisində Vətən Müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi təqdim edilmiş və birinci oxunuşda təsdiqlənmişdir.Azərbaycan Respublikasının "Laçının azad olunmasına görə" medalının əsasnaməsi Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli Qanunu ilə təsdiq edilmişdir. Əsasnamədə deyilir: Maddə 1. Təltif edilən şəxslər "Laçının azad olunmasına görə" Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif edilir.Maddə 2. Təltif edən orqan "Laçının azad olunmasına görə" Azərbaycan Respublikasının medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə uyğun olaraq təltif edilirlər.Maddə 3. Taxılma qaydası "Laçının azad olunmasına görə" Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, "Ağdamın azad olunmasına görə" medalından sonra taxılır. == Təsviri == Medalın təsviri Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli Qanunu ilə təsdiq edilmişdir. Maddə 1. Medalın ümumi təsviri "Laçının azad olunmasına görə" Azərbaycan Respublikasının medalı (bundan sonra – medal) bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 36 mm olan dairəvi lövhədən ibarətdir.Maddə 2.
121 saylı Laçın seçki dairəsi
811 saylı Laçın dağ-atıcı alayı
811 saylı Laçın dağ-atıcı alayı və yaxud Laçın alayı — Qarabağ müharibəsində Laçın rayonunda dislokasiya olunmuş hərbi hissə. 27 mart 1992-ci il tarixində Laçın ərazi özünümüdafiə batalyonunun bazasında yaradılıb. 30 aprel 1992-ci il tarixinə kimi mövcud olmuş hərbi hissənin komandiri Arif Paşa, qərargah rəisi Rafiq Nağıyev olub.811 saylı Laçın alayı Laçının işğalından 18 gün əvvəl 1992-ci il aprelin 30-da müdafiə naziri Rəhim Qazıyevin 0151 saylı əmri ilə ləğv edilərək 704 saylı briqadanın komandiri, ərazi üzrə məsul komendant Elbrus Orucova tabe etdirilib. Rəhim Qazıyev alayın ləğvi barədə bunları deyir: Arif Paşanın bildirdiyinə görə alayın de-yure ləğvindən sonra da fəaliyyətlərini davam etdirmişlər.
Ay Laçın (xalq mahnısı)
== Sözləri == Laçın Araz axar lil ilə, Dəstə-dəstə gül ilə, Mən yarımı sevirəm Şirin-şirin dil iləBağçaları sarı gül, Yarı qönçə, yarı gül. Gec açıldın, tez soldun, Olmayaydın barı, gül.Ay Laçın, can Laçın, Mən sənə qurban Laçın...Yeri-yeri nişan yar, Yeni eşqə düşən yar, Elçiləri qırılmış... Özü elçi düşən yar!Alma atdım nar gəldi, Kətan köynək dar gəldi Qapıya kölgə düşdü, Elə bildim yar gəldi.Ay Laçın, can Laçın, Mən sənə qurban Laçın...Su atdım yara dəydi Əlim divara dəydi. Dilim mənim qurusun, (bəzən: Dilim ağzım qurusun) Nə dedim Yara dəydi.Ey əlim oda yansin Pərvanə o da yansın Mən yandım yar üzündən Eşitsin o da yansınAy Laçın, can Laçın, Mən sənə qurban Laçın...
Aybəniz Laçınlı
Aybəniz Laçınlı (Vəliyeva Aybəniz Sabir qızı; 1963, Nağdalı, Laçın rayonu) — Azərbaycan aşığı. == Həyatı == Aybəniz Vəliyeva 1963-cü ildə Laçın rayonunun Şamkənd sovetliyinin Nağdalı kəndində anadan olub. Orta məktəbdə oxuduğu illərdə şifahi xalq ədəbiyyatına və saza-sözə maraq göstərmişdir. Aybənizin saza-sözə olan marağı atası Sabir Vəliyevdən keçmişdir. Aybənizin anası Şərqiyyə xanım Sosialist Əməyi Qəhrəmanı, Qəhrəman ana, respublika səviyyəsində tanınmış bir qadındır. Dədə Şəmşirin lent yazılarından, radioda olan çıxışlarından bəhrələnən Aybəniz 1980-ci ildə Kəlbəcər rayonundan olan tanınmış ustad aşıq Qəmkeş Allahverdinin şagirdi olmuşdur. Aşıq Allahverdi aşıqlıq sənətinin bütün sirlərini Aybənizə öyrətmişdir. == Yaradıcılığı == 1984-cü ildə Azərbaycanda fəaliyyətə başlayan "Aşıq Pəri" məclisinin rəhbəri Narınc Xatun Aybənizi bu məclisə dəvət etmişdir. Aşıq Pəri məclisinə dəvət aldıqdan sonra "Pəri qızları" ilə tanış olub və bir neçə tanınmış ustad aşıqlarla — Aşıq Əhməd Sadaxlı, Mikayıl Azaflı, Aşıq Əkbər Cəfərov, Aşıq İmran Həsənov, Aşıq Aydın Çobanoğlu və başqa aşıqlarla dəfələrlə görüşmüşdür.İlk dəfə Laçınlı təxəllüsü ilə çıxış edən şair Ağa Laçınlı ΙV Aşıqlar Qurultayında Aybənizlə görüşən vaxt Aybənizin ustadı Qəmkeş Allahverdi Ağa Laçınlıya müraciət edərək demişdir: "Ağa müəllim, ilk dəfə Laçınlı təxəllüsü ilə siz çıxış etmisiniz. Əgər izin versəniz, öz şəyirdim Aybənizə Laçınlı təxəllüsü verərdim".
Ağa Laçınlı
Ağa Əliqəmə oğlu Əliyev (Ağa Laçınlı; 5 may 1940, Oğuldərə, Laçın rayonu – 25 noyabr 2007, Bakı) — Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1969), filologiya elmləri namizədi. == Həyatı == Ağa Laçınlı 1940-cı il may ayının 5-də Laçın rayonunun Oğuldərə kəndində anadan olub. 1963–1966-cı illərdə Maksim Qorki adına Moskva Ədəbiyyat İnstitunun poeziya fakültəsində təhsil alıb. 1966–1969-cu illərdə "Ədəbiyyat və incəsənət" qəzetinin şeir şöbəsində ədəbi işçi vəzifəsində çalışıb. 1969–1971-ci illərdə Yazıçılar İttifaqının Natəvan klubunun müdiri olub. Ədəbi fəaliyyətə 1958-ci ildə Ağdam rayonunun "Lenin yolu" qəzetində çap olunan "Çoban" şeiri ilə başlayıb. 1966-cı ildə "Ümid" adlı ilk kitabı işıq üzü görüb. Sonralar "Sakitlik", "Sirli-soraqlı dağlar", "Aşırımlar qarşısında", "Vaxt yetişəndə", "Sevgimizlə sevindirək", "Meşə nəğməsi", "Gecə yuxusu", "Alın yazımız" və s. kitabları çapdan çıxıb. Ağa Laçınlı 1970-ci ildən Bakı Dövlət Universitetində çalışıb, "Dünya ədəbiyyatı" kafedrasının dosenti olub.
Dəlidağ (dağ, Laçın)
Dəlidağ — Laçın rayonu ərazisində dağ. Laçın rayonunda, Mıxtökən silsiləsinin şərq hissəsində zirvə. Hündürlüyü 2246 m. Bu dağ və yüksəklik dağın ərazisində tez-tez havanın dəyişməsi, gözlənilmədən yağış və qar yağması, tufan və dağ uçqunlarının olması ilə əlaqədar belə adlandırılmışlar.

Digər lüğətlərdə

гамбу́зия зажа́дничать недоучёт о́рден основно́й полноголо́сый раска́ливание стра́нствие фесто́нный ой-ой-ой подорожа́ть пожа́ть эротоло́гия ястребёнок узгать dessert filigranist girly incommensurability Indo-Germanic Jutish outfielder samba вымучивать разражаться