Leandro Andrade
Leandro Livramento Andrade (24 sentyabr 1999, Tavira[d]) — Kabo-Verdeli peşəkar futbolçusu. Azərbaycan Premyer Liqasında çıxış edən Ağdamın "Qarabağ" klubunun və Kabo-Verde milli futbol komandasının vingeri. O, Portuqaliyada anadan olmuş, sonradan Kabo-Verdi millisinin şərəfini qorumuşdur.
== Karyera ==
=== Klub ===
Andrade "Olyanense"nin gənclər akademiyasında üç il çıxış etmiş, 2018-ci ildə əsas komandaya yüksəlmişdir. O, növbəti il "Fatima" FK -da çıxış etmiş, 2020-ci ilin iyulunda Bolqarıstanın "Çerno More" komandasına transfer olunmuşdur.Andrade 16 avqust 2020-ci ildə Bolqarıstan Birinci Liqasında, "Etar Veliko Tarnovo" səfərində 4:0 hesablı qələbədə əvəzedici kimi debüt etmişdir.Andrade 13 yanvar 2022-ci ildə "Qarabağ" FK-na transfer edilmişdir. O, klub ilə 2025-ci il iyunun 30-dək müqavilə bağlamışdır.
=== Beynəlxalq ===
Portuqaliyada anadan olan Andrade Kabo-Verde mənşəlidir. O, 2022-ci ilin martında bir sıra yoldaşlıq oyunlarında çıxış etməsi üçün Kabo-Verde millisinə dəvət olunmuşdur. Andrade 25 mart 2022-ci ildə Lixtenşteyn millisi ilə görüşdə debüt etmiş, oyun 6–0 hesablı qələbə ilə nəticələnmişdir.