LEAVE

leave1

n 1. icazə; by your ~ sənin / sizin icazənlə / icazənizlə; 2. məzuniyyət; He is on leave O, məzuniyyətdədir;

◊ to take one’s ~s ayrılmaq; xudahafizləşmək; to take French ~ dərsdən / işdən icazəsiz çıxıb getmək

leave2

v 1. saxlamaq, qoyub getmək; yaddan çıxarmaq; Leave some salad for dad Ata üçün bir az salat saxla /saxlayın; Leave it to me O mənim boynuma; Leave the window open Pəncərəni açıq qoy / qoyun; Some things are better left unsaid Bəzi şeylər danışılmasa daha yaxşıdır; 2. məc. tapşırıq vermək; Leave a word to say where you’ll be Tapşır / Tapşırın ki, sənin / sizin harada olacağını / olacağınızı mənə desinlər; 3. qalmaq; He left one son Ondan bir oğlan uşağı qaldı; I’ve no money left Mənim pulum qalmayıb; 4. getmək; başqa yerə getmək; They left Bakı today Onlar bu gün Bakını tərk etdilər; to ~ about / around hara gəldi atmaq; səpələmək, dağıtmaq; Don’t leave your toys lying around / about Oyuncaqlarını / Oyuncaqlarınızı hara gəldi atma / atmayın

LEATHER
LEAVE TAKING
OBASTAN VİKİ
Leave Me Alone
Leave Me Alone (azərb. Məni Yalnız Buraxın‎) – Maykl Ceksonun 1987-ci ildə çıxarılmış yeddinci studio albomu olan Bad albomundan olan sinql. 1989–cu ildə çıxarılan sinql həmin albomdan olan səkkizinci sinqldır. "Leave Me Alone "Bad" albomunun yalnız CD versiyasında özüdə bonus parça olaraq satışa çıxarılıb. Mahnı Maykl Cekson tərəfindən yazılıb. Prodüsserliyini isə Cekson və Kuinsi Cons edib. Mahnının sözləri tez-tez dövri mətbuatda Cekson haqqında yayılan saxta və neqativ xəbərlər haqqındadır. Mahnı bütün dünyada uğur qazanmış və sevilmişdir. Belə ki, İspaniyada birinci, Birləşmiş Krallıqda ikinci yerə qədər yüksəlmiş, Yeni Zellandiya və İtaliyada isə uzun müddət hit paradda qalmağı bacarmışdır. Mahnıya həmçinin musiqi videosu da çəkilmişdir.
Live or Leave
Live Or Leave - Azərbaycanda Nu-Metal,Rapcore,Alternativ janrında ifa edən qrup. Qrup 2010-cu il Aprel ayının 17-si Anar Həmidov tərəfindən yaradılmışdır. Musiqi forumunda Anar gitarist Ayaz və zərb ifaçısı Bəxtiyar ilə tanış olur. Daha sonra qrupa vokalist Məsut qatılır. Qrup bu heyyətlə məşqlərə başlayır. Daha sonra Anar qrupa digər bir qrupda gördüyü gitarist və vokalist Fəridi dəvət edir. Qrup koverlər ifa edir və öz mahnıları üzərində işləyirdi. Bu heyyətlə Live or Leave bir neçə Bakı konsertlərində, eləcə də Gəncədə "Bakı Küləyi" festivalında uğurla çıxış etmişdir.Məhz həmin bu festivaldan sonra qrup belə qərara gəldi ki, Məsutun vokalı onları qane etmir və Məsut artıq qrupla vidalaşdı. Qrup əsas vokalistsiz məşq edirdi lakin artıq Noyabr ayında qrupa öz səsi,vokal imkanları ilə qrupu təəccübləndirən vokalist və klavişnik Orxan qoşuldu. Təxminən elə həmin vaxt bəzi yaradıcılıq səbəblərinə görə yollar qrupun zərb ifaçısı - Bəxtiyarla ayrıldı.
Coreopsis leavenworthii
Coreopsis leavenworthii (lat. Coreopsis leavenworthii) — mürəkkəbçiçəklilər fəsiləsinin koreopsis cinsinə aid biki növü.
Leaves' Eyes
Leaves' Eyes — Alman və Norveç metal qrupu. 2003-cü ildə Liv Kristine-in Theatre Of Tragedy qrupundan ayrıldıqdan sonra və Liv Kristine-in həyat yoldaşı Atrocity qrupunun vokalisti Alexander Krull ayrıldıqdan sonra qurulmuşdur. Liv Kristine Norveçli,Alexander Krull isə Almaniyalı olduğundan qrup iki ölkənin təmsilçisi kimi qeyd edilir. Qrupun ilk studio albomu 2004-cü ildə "Lovelorn" adlı albomları olmuşdur. Bu albomun işləri qurtardıqdan sonra Liv Kristine hamilə idi və onların ilk uşaqları dünyaya gəldi.
-яч-(ий) маркиро́вочный наго́рный нелюди́мость органотерапи́я отмира́ние плоёный буква́льно годови́к дать тёку де́верь каприфо́ль нераспространённый оканто́вывать турба́за лобаста Basic English British Empire cineangiogram esquisse Greg misquotation prepense муфтий подсознание