LAZIMSIZLIQ
LEHİMLƏMƏ
OBASTAN VİKİ
Lehimləmə
Lehimləmə əritmə ilə birləşdirmə emal növünə aid olub, termiki təsirin köməyi ilə lehimləyici materialı əridərək maye faza və ya səthi diffuziya yaratmaqla hissələri birləşdirmək üçün tətbiq edilir. Burada lehimləmə temperaturu birləşdirilən materialların ərimə temperaturundan aşağı olur. Əsasən metallar (çuqun, polad, mis, sink və əlvan metallar) lehimlənirlər. Proses zamanı əlavə material – lehim əridilərək hissələrin səthləri ilə təmasa girir və bərkidikdə onlar arasında atomar birləşmə yaradır. Birləşmənin keyfiyyəti hissələr arasındakı məsafədən (0,03÷2 mm), səthin təmizliyindən və qızdırmanın bərabər paylanmasından asılıdır. Lehimin əriməsindən asılı olaraq prosesi iki hissəyə bölürlər: Yumşaq lehimləmə (ərimə temperaturu <450°), Bərk lehimləmə (ərimə temperaturu >450°), Yüksək temperaturlu lehimləmə (ərimə temperaturu >1000°).Lehimləmə yerinin formasından asılı olaraq bölünür: Birləşdirmə, Örtükçəkmə.Birləşdirmə lehimlənməsində hissələr arasında lehim qatı çəkilir. Aralıq məsafəsi böyüdükcə lehimin keyfiyyəti diffuziyanın zəifləməsi nəticəsində aşağı düşür. Əlverişli aralıq məsafəsi 0,05 ilə 0,25 mm arasında yerləşir. Səthin kələkötürlüyü Rz<10...25 mkm məsləhət görülür. Örtükçəkmədə aşağı keyfiyyətli materialların xüsusi xassələrini (yeyilməyə və ya istiliyə davamlığı) yaxşılaşdırmaq üçün onların üzərinə lehimlə qat çəkilir.

Значение слова в других словарях

арши́нничать ла́жа межэта́жный приумножа́ть сатани́нски цитаде́ль шта́пель идеогра́фия не гля́дя на номина́ция обли́ть грязью сортаме́нт ряжа autochthonous bow pen Hausfrau hornlike pre-exam quadrilocular reckless scad tar paper диффузия ижица предрассветный