LEK

лек (Албанияда пулунин тек).
LEHMƏLİK
LEKAL
OBASTAN VİKİ
Albaniya leki
Albaniya leki və ya Lek (alb. Leku Shqiptar; cəm lekë) — Albaniyanın rəsmi pul vahidi.
Alois Leksa von Erental
Alois Leksa von Erental (27 sentyabr 1854[…] – 17 fevral 1912[…] və ya 1912, Vyana) — Avstriya-Macarıstan siyasi xadimi və diplomatı. 1895–1898-ci illərdə Buxarestdə diplomatik elçi, 1899–1906-cı illərdə Peterburqda səfir, 1906–1912-ci illərdə xarici işlər naziri olmuşdur. Bosniya və Herseqovinanın Avstriya-Macarıstan tərəfindən işğalının hazırlanmasında mühüm rol oynamışdır.
Corc-Luis Lekler de Buffon
Jorj-Lui Lekler de Büffon (fr. Georges-Louis Leclerc de Buffon; 7 sentyabr 1707[…] – 16 aprel 1788[…], Paris, Fransa krallığı) — Fransız təbiət tarixçisi, riyaziyyatçı, kosmoloq və ansiklopediya yazıçısı. 1773-cü ildə kont ünvanı almışdır. Büffonun dəyərli işləri, Jan-Batist Lamark ve Jorj Küvye də daxil olmaqla gələcək iki nəsil boyunca bir çox naturalistə təsir etmişdir. Büffon, həyatı boyu davam edən və onun ən əsas əsəri olan 44 cildlik Histoire naturelle(Təbiət Tarixi) adlı əsərini yayımlamışdır. Onun qeydlərinə və digər araşdırmalarına əsaslanan əlavə vahidlər isə onun ölümündən sonra iyirmi il müddətində yayımlanmışdır .
Fud Leklerk
Fud Leklerk (1924 — 20 sentyabr 2010) — Belçika müğənnisi. == Avroviziyada == Belçikanı 4 dəfə Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir.
Jorj-Lui Lekler de Büffon
Jorj-Lui Lekler de Büffon (fr. Georges-Louis Leclerc de Buffon; 7 sentyabr 1707[…] – 16 aprel 1788[…], Paris, Fransa krallığı) — Fransız təbiət tarixçisi, riyaziyyatçı, kosmoloq və ansiklopediya yazıçısı. 1773-cü ildə kont ünvanı almışdır. Büffonun dəyərli işləri, Jan-Batist Lamark ve Jorj Küvye də daxil olmaqla gələcək iki nəsil boyunca bir çox naturalistə təsir etmişdir. Büffon, həyatı boyu davam edən və onun ən əsas əsəri olan 44 cildlik Histoire naturelle(Təbiət Tarixi) adlı əsərini yayımlamışdır. Onun qeydlərinə və digər araşdırmalarına əsaslanan əlavə vahidlər isə onun ölümündən sonra iyirmi il müddətində yayımlanmışdır .
Lekko əyaləti
Lekko əyaləti — İtaliyanın Lombardiya regionunda əyalət.
Leklerk
Leklerk — Fransanın əsas döyüş tankı. 1993-ci ildən istifadədədir. Leclercin bir sıra cizgiləri başqa Qərb tanklarından kopiyalanıb. Leclerc inkişaf etdirilmiş zirehə və əlavə olunmuş zirehli plitələrə malikdir. Ekipajı 4 nəfərdən ibarətdir və avto-doldurma mexanizmi var. Tank istər dayanmış, istərsə də hərəkət edən hədəfləri yüksək dəqiqliklə vura bilir. 56 tonluq tankın dizel mühərriki 1500 at gücündədir və 1300 litr yanacaqla tankı 550 km-lik hərəkət mənzilinə çatdıra bilir. Saatda 72 km sürətlə hərəkət etməyə qadir olan tank, qeyri-asfalt yolda saatda 55 km sürətlə hərəkət edir. Dəqiqədə 12 dəfə atəş açmağa qadir olan tank, şnorkellə suyun dibində hərəkət edə bilər. Hazırda Fransa (406) və Birləşmiş Ərəb Əmirlikləri (388) orduları bu tankdan istifadə edir.
Leksem
Leksem (en. lexeme) – dilin mənası olan ən kiçik vahidi. Məsələn, BASIC dilindəki 10 PRINT "The square root of 2 is";SQR(2) sətrində 10 leksem var. Bəziləri boşluq simvolunu leksem hesab etmir. Proqramın translyasiya fazalarından biri onun leksik təhlilidir. Bu zaman mətndən dilin leksemləri (açar sözlər, identifikatorlar, literallar və s.) ayrılır, sonra isə onlar sintaktik analizatora ötürülür. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Leksi Bell
Leksi Bell (5 avqust 1987, İndependens[d], Luiziana) – ABŞ pornoaktrisası. Leksi Bell 2012-ci ilin rəsmi məlumatların əsasən 293 pornoqrafik filmdə çəkilmişdir.. == Həyatı == Leksi Bell 5 avqust 1987-ci il tarixində ABŞ-də anadan olmuşdur. Leksi Bell əvvəllər video-maqazində çalışmışdır. Onun MySpace saytında şəklini görən rejissorlardan biri ona nəzər yetirmiş və Leksini filmə dəvət etmişdir. Bu təklifdən 3 ay sonra 2006-cı ildə Leksi ilk dəfə olaraq pornoqrafik film karyerasına başlamışdır. Bu zaman Leksi Bellin 18 yaşı var idi.
Leksi Lü
Leksi Lü (çin. 刘柏辛; 21 dekabr 1998, Çansa) və ya əsl adı ilə Lü Yuyu – Çin müğənnisi, repçisi və mahnı yazarı. 2015-ci ildə "K-pop ulduzu 5" müsabiqəsində iştirak etmiş və qrupu ilə birlikdə 4-cü yeri tutmuşdur. 2018-ci ilin iyulunda "Çin repi" verilişində 4-cü yerin qalibi olmuşdur. Bu uğurundan sonra solo karyeraya başlamışdır. 2019-cu ilin fevralında "2030" adlı ilk mini-albomunu buraxmışdır. "League of Legends" video oyununun K/DA musiqi qrupu üçün Serafin personajını bir neçə dəfə səsləndirmişdir. == İlk illəri == Leksi Lü Çinin Çansa şəhərində anadan olmuş və orda böyümüşdür. 4 yaşında rəqs etməyi, 6 yaşında pianoda çalmağı öyrənib. 7-ci sinifdə beynəlxalq liseyə keçib.
Leksika
Leksika (q.yun. τὸ λεξικός) – Sözün Lüğət Tərkibini öyrənir. Dilin əsas vahidlərindən biri sözdür. Dildəki sözlərin hamısı birlikdə dilin leksikasını, yəni lüğət tərkibini təşkil edir. Leksika yunan sözüdür: lexikos – lüğət, loqos – təlim deməkdir. Leksikanı öyrənən dilçilik bölməsi leksikologiya adlanır. Leksikologiyada sözlərin mahiyyəti, onların formaca və məzmunca əmələ gətirdiyi qruplar, sözlərin mənşəyi və işlənmə dairəsi öyrənilir. Dilimizdəki sözlərin çoxunun həm leksik, həm də qrammatik mənası vardır. Sözün birbaşa ifadə etdiyi mənaya onun leksik mənası deyilir. Başqa sözlə desək, sözün leksik mənası onun məzmununu bildirməsi, hər hansı bir anlayışı ifadə etməsidir.
Leksikologiya
Leksikologiya (yun. lexikos-lüğət və logos-təlim) — Dildəki sözlərin hamısı birlikdə dilin leksikasını (lüğət tərkibini) təşkil edir. == Leksikologiya ==. Leksikologiya dilçiliyin bir bölməsi olub, dilin müasir vəziyyətində və eləcə də tarixi inkişaf prosesində lüğət tərkibini öyrənir. Müasir Azərbaycan dilinin lüğət tərkibinə danışıqda rol oynayan bütün sözlər və frazeoloji vahidlər daxildir. Bununla belə, lüğət tərkibi, sadəcə söz yığımından ibarət olmayıb, leksik vahidlərin mürəkkəb bir sistemini təşkil edir. Azərbaycan dilinin leksikologiyası müasir və tarixi leksikologiya olmaq üzrə iki qismə ayrılır. Müasir Azərbaycan dilinin leksikologiyası o dildə danışan xalqın tarixi ilə əlaqədar olaraq yaranmış lüğət tərkibinin əsas söz qruplarını və onların müasir vəziyyətini öyrədir. Tarixi leksikologiya isə lüğət tərkibinin əmələ gəlməsindən və onun inkişaf yollarından bəhs edilir. Leksikologiyanın əsas məqsədi dilin lüğət tərkibini bir sistem kimiöyrənməkdən ibarətdir.
Leksikon
Leksikon (en. lexicon) – dildə olan sözlərin toplusu. Proqramlaşdırma dillərinin leksikonunu identifikatorlar, açar sözlər, sabitlər (konstantlar) və s. təşkil edir; leksikonun bu elementlərinin birləşəbilmə üsulları dilin sintaksisini əmələ gətirir. = Ədəbiyyat = İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Leksikoqrafik çeşidləmə
Leksikoqrafik çeşidləmə (en. lexicographic sort) – hərflərin əlifbadakı ardıcıllığına görə sıralama. Leksikoqrafik çeşidləmədə ədədlər, onların sözlə yazılışında hərflərin əlifbadakı yerinə uyğun olaraq düzülür; məsələn, 567 ədədi B hərfinə uyğun bölmədə yerləşir (B – "beş"). == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Leksinqton
Leksinqton (ing. Lexington) - ABŞ-nın Kentukki ştatında şəhər.
Leksinqton prospekti (Manhetten)
Leksinqton prospekti (ing. Lexington Avenue) — Nyu-York şəhəri Manhetten borosunun İst Sayd rayonunda yerləşən birtərəfli uzun küçə. Küçənin cənub sərhədi 21-ci küçədəki Qramersi Parkda yerləşir, şimal sərhədi isə 131-ci küçədə. Leksinqton prospektinin uzunluğu 8,9 kilometr təşkil edir və o, Harlem, Karnegi Hill, Yuxarı İst Sayd, Midtaun və Marri Hill kvartal və rayonlarından keçir. Qramersi Parkdan cənubda, 14-cüdən 20-ci küçələrə qədər prospekt xətti boyunca kiçik, iki tərəfli İrvinq Pleys küçəsi yerləşir. == İctimai nəqliyyat == Leksinqton prospekti boyunca Nyu-York metropoliteninin Leksinqton Avenyu, Ay Ar Ti xətti keçir. Həmçinin küçədə Mərkəzi vağzal — 42-ci küçə (7), Leksinqton Avenyu — 63-cü küçə (7) və Leksinqton Avenyu — 59-cu küçə (N, Q, R) kimi stansiyaların çıxışı yerləşir. 2013-cü ilin iyun ayına olan vəziyyətə əsasən Leksinqton prospektində M98, M101, M102 və M103 avtobus marşrutları xidmət göstərirlər.İrvinq Pleys küçəsində ictimai nəqliyyat vasitəsi xidmət göstərmir.
Leksus
Lexus – Yaponiya avtomobil istehsalçısı Toyotanın lüks avtomobil bölməsi. Lexus brendi dünyanın 90-dan çox ölkə və ərazisində satılır və Yaponiyanın ən çox satılan premium avtomobil markasıdır. Bazar dəyərinə görə Yaponiyanın 10 ən böyük qlobal markası arasında yer alıb. Lexus-un baş ofisi Yaponiyanın Naqoya şəhərində yerləşir. Mərkəzləri isə Brüssel, Belçika və Plano, Texas, ABŞ-da yerləşir. 2005-ci ildən etibarən Yaponiyada satılmağa başlamışdır. 1989-cu ildə ilk çıxdığından bəri, Lexus avtomobillərini dözümlü, möhkəm və yüksək keyfiyyətdə təqdim etdiyi üçün müştərilərin etibarını qazanmışdır. 2006-cı ildə JD Power and Associates Vasitələrin Etibarlılığı Araşdırmasına əsaslanaraq Lexus markasını ABŞ-də ən dözümlü və möhkəm avtomobil istehsal edən marka seçdi. Lexus bu mükafatı 12 il ardıcıl olaraq qazanmışdır.
Lekuxona (Suxumi)
Lekuxona (gürc. ლეკუხონა) – Gürcüstanın Abxaziya bölgəsinin Suxumi ərazisində yerləşən kənd. Dəniz səviyəsindən 200 m hündürlüktə, Suxumidən 15 km uzağlıktadır. 2008-ci ildə Rusiya Federasiyası tərəfindən işğal edilib. == Ədəbiyyat == ქართული საბჭოთა ენციკლოპედია, ტ. 6, თბ., 1983. — გვ. 165.
Maşınqayırma leksikonu
Nemoral lekanora
Nemoral lekanora (Elmi adı - Lecanora nemoralis) — IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar"kateqoriyasına aiddir – VU D2. Nadir növdür. == Qısa morfoloji təsviri == Tallomun diametri 10 sm, nazik, hamar, dənəvər və azacıq çatvaridir. Apotesilər iridir, diametri 2 mm-ə çatır. Tallom üzərində səpələnmiş komacıq formasındadır. Apotesi diski sarımtıl qəhvəyidən qəhvəyiyə kimi, cavan apotesilər çökük yaşlılar isə qabarıqdır. Tallomun qıraqları qalındır, əyri dişvaridir, talloma nisbətən açıq rənglidir. Tallom KOH təsirindən saralır. == Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri == Mezofit növdür, apotesilər vasitəsi ilə çoxalır. == Yayılması == Quba rayonu, şəhər mərkəzi parkında (cükədə); Qusar rayonu caqar kəndi ətrafında, meyvə bağında (almada); Qəbələ rayonu Muxas kəndi ətrafında meşədə (ağcaqayın), 660–1250 m hündürlükdə rast gəlinir.
Nikoloz Lekişvili
Nikoloz "Niko" Lekişvili (gürc. ნიკოლოზ [ნიკო] ლეკიშვილი; 20 aprel 1947, Tbilisi) — gürcü siyasətçi, keçmiş dövlət naziri (Gürcüstan) və Tbilisi meri, Gürcüstan parlamentinin üzvüdür. == Həyatı == Lekişvili 20 aprel 1947-ci ildə Gürcüstanın Tbilisi şəhərində anadan olub. 1971-ci ildə Gürcüstan Politexnik İnstitutunu İstilik və Enerji Mühəndisliyi (Yüksək Temperatur Fiziki) ixtisasını bitirib. 1971-ci ildən 1972-ci ilə qədər Yüksək Temperatur Fizikası falültəsində elmi işçi və böyük elmi işçi kimi eyni institutda işləməyə başlamışdır. 1972–1973-cü illərdə Tbilisi şəhər komsomol komitəsinin təlimatçısı olmuşdur. 1973–1974-cü illərdə Tiflisdə Pervomayski rayon komsomol komitəsinin katibi, daha sonra birinci katibi olmuşdur. 1974-cü ildən 1977-ci ilə qədər Tbilisi Şəhər Komsomol Komitəsinin katibi və birinci katibi vəzifələrində çalışmışdır. 1977-ci ildən 1990-cı ilə qədər Gürcüstan Kommunist Partiyası və Sovet hökumət orqanlarında rəhbər vəzifələr tutmuş, Pervomayski Rayon Partiya Komitəsinin ikinci və birinci katibi, daha sonra 1977–1989-cu illərdə rayon İcraiyyə Komitəsinin sədri vəzifələrində çalışmışdır. 1989-cu ildən 1990-cı ilədək Partiya Komitəsinin ikinci və birinci katibi vəzifəsini tutmuşdur.
Peter Leko
Peter Leko (mac. 'Lékó Péter', 8 sentyabr 1979, Subotiça, Yuqoslaviya Sosialist Federativ Respublikası) — Macar şahmatçısı, qrosmeyster. İlk dəfə 1999-cu ildə FİDE Dünya Çempionatında iştirak edib və dörddə bir finala qədər irəliləyib. 2000-ci ildəki Dünya Çempionatında isə üçünçü raundda Xalifman tərəfindən məğlub edilmişdir. 2002-ci ilin iyununda keçirilən Dortmund Chess Meeting turniri iki hissədən ibarət idi. Hər qrupdan ilk iki yeri şahmatçılar daha sonra ən güclünü müəyyən etməli idi.Leko B qrupundan final matçlarına vəsiqə qazandı və daha sonra Aleksey Şirov üzərində qələbə qazanaraq finalda Veselin Topalovla görüşdü. Həmin oyunda 2.5-1.5 hesabı ilə qələbə qazanaraq Vladimir Kramniklə matç oynamaq hüququ əldə etdi. Bu uğur Macar komandasının Olimpiadada gümüş medal qazanması ilı əvəz olundu. 2003-cü ildə keçirilən Linares turnirinin qalibi oldu. Kramniklə Klassik Dünya Çempionatının matçın nəticəsi 7:7 oldu və Kramnik öz titulunun qorumuş oldu.
Sözün leksik mənası
Hər bir söz müəyyən məna ifadə edir. Sözün əsas vəzifəsi əşya, hadisə, hərəkət və s. adlandırmaqdır. Azərbaycan dilində bütün söz kökləri leksik və qrammatik mənası olan müstəqil sözlərdir. Sözün leksik mənası dedikdə, onun əsas lüğəvi mənası, birbaşa ifadə etdiyi məna nəzərdə tutulur. Leksik məna konkret predmet barədə olan məlumat, həmin sözü deyərkən nəyi başa düşməyimizdir. Sözün leksik mənasını müxtəlif yollarla izah etmək olar: . Həmin sözə yaxın mənalı söz seçməklə (zəngin – varlı – dövlətli, aramla – sakit -tələsmədən). . Sözün məzmun, əlamət və xüsusiyyətlərini izah etməklə (dalbadal – arasıkəsilmədən, ardıcıl). . Mürəkkəb sözün tərkib hissələrinin mənasını açmaqla (üçbucaq – bucaqlarının sayı üç olan fiqur, enliyarpaqlı – yarpaqları enli olan). .
Yan Lekun
Yan Lekun (ing. Yann LeCun) — kompüter elmləri sahəsində fransız alimi, əsas fəaliyyət sahələri maşın öyrənməsi, kompüter görmə, mobil robototexnika və hesablama neyrobiologiyasıdır. Sinir şəbəkələrinin optik xarakter tanıma və maşın görmə vəzifələrinə tətbiqi üzrə işləri ilə tanınır. DjVu görüntü sıxılma texnologiyasının əsas yaradıcılarından biri (Leon Botu və Patrick Huffner ilə birlikdə). Leon Botu ilə birlikdə Luş proqramlaşdırma dili yaratdı. Türinq mükafatı laureatı (2018, Benjio və Hinton ilə birlikdə dərin bir öyrənmə sahəsini yaratdığına görə). Kompüter elmləri doktoru dərəcəsini 1987-ci ildə Pyer və Mari Kyuri Universitetindən almışdır. 1988-ci ildə, AT&T Bell Laboratoriesdə işə başladı, burada bir sıra maşın öyrənmə metodlarını, o cümlədən konvulsion sinir şəbəkələrini inkişaf etdirdi. 1996-cı ildə, AT&T Labs tədqiqat mərkəzinə keçdi, burada DjVu görüntü sıxma texnologiyası üzərində çalışdı. 2003-cü ildən Nyu-York Universitetində çalışmışdır.
Şarl Lekler
Şarl Lekler (16 oktyabr 1997, Monte Karlo) — Monakolu peşəkar Formula 1 pilotu. Ferrari komandasında çıxış edir. Lekler 2016-cı ildə GP3 Series çempionatında və 2017-ci ildə FIA Formula 2 çempionatında qalib gəldi. Lekler, 2018-ci ildə Ferrari Sürücü Akademiyasının üzvü olduğu zaman, Ferrari ilə əlaqəli bir komanda olan Sauber üçün debüt etdi. Sauberin bir il əvvəl sona çatması ilə, Lekler, iki Sauber sürücüsünün ən yüksək sırasına sahib olmaqla, mühəndislər çempionatında son vəziyyətini səkkizinciyə yüksəltmək tapşırığını verdi. Lekler, Sebastian Vettel ilə birlikdə sürdüyü Ferrari ilə 2019 mövsümü üçün müqavilə bağladı. Lekler, Bəhreyndə ilk Ferrari mövsümündə Formula 1-də ikinci ən gənc sürücü oldu. 2019 mövsümü də Lekler Belçikada ilk karyerasını qazandı, ardından bir həftə sonra Ferrari sürücüsü olaraq ilk dəfə İtaliya Qran Prisini qazandı. O, 2019 F1 mövsümündə "Pole Trophy" qazandı və bunu qazanan ən gənc sürücü oldu. == Karyerası == Lekler karyerasına 2005-ci ildə kartinq yarışları ilə başlamışdır.

Digər lüğətlərdə

агрикульту́ра бога́рный Же́ртвенник живопи́сный не́тто по случаю того́ что скувырну́ться циркора́ма вооружённым глазом ликвида́торский похвора́ть ритмизова́ть ро́довый с далёким прицелом делать что-л тип ха́янье anticoagulant binder's twine eventilation postcondition repossession agency красящий противник участок эсперанто