LEY

is. Qısadimdik, alıcı – yırtıcı quş. Ley vuran oldu, mənim kimi tükü dağılan olmadı. ( Ata. sözü ).
Birdən xəzəl kimi qopur yerdən; Küləyə qoşulub qaçır; Tükünü ley dağıtmış; Boz bir quş olub qaçır. R.Rza.
Səməndər leydən qorxmuş sərçə kimi qımıldanmadı. B.Bayramov.

□ Ley kimi – çox cəld, çox sürətlə, çox iti.
[Həmzə] bir də diqqət eləyəndə gördü, budu Koroğlu Qıratın üstündə elə gəlir, elə gəlir ki, ley kimi. Koroğlu”.
[Nazlı:] Dayan! Bu saat bir qıy vurram, Mustafa ley kimi başının üstün alar. Ə.Məmmədxanlı.

LEŞYEYƏN
LEYBORİST
OBASTAN VİKİ
Canq Ley
Canq Ley (d. 9 may 1988) — Çini təmsil edən su poloçusu. == Karyerası == Canq Ley, Çin yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Rusiya yığmasını 16:15 hesabı ilə məğlub edən Çin yığması, London Olimpiadasını beşinci pillədə başa vurdu.
Ley
Belibağlı (lat. Circus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan cinsi.
Fransis Ley
Fransis Ley (fr. Francis Lai; 26 aprel 1932[…], Nitsa, Dənizkənarı Alplar, Fransa – 7 noyabr 2018[…], Parisin 8-ci rayonu[d], Fransa) — fransız bəstəkarı, "Sevginin tarixi" (1970, ABŞ) filminə görə 1970-ci il musiqi nominasiyasında Oskar mükafatının laureatı. == Həyatı == 26 aprel 1932-ci ildə anadan olub. Estrada müğənnilərini müşahidə etməklə musiqi karyerasına başlayıb. 1960-cı illərin əvvəllərində kino bəstəkarı kimi tanınmağa başlayıb. Klod Leluşla uzun müddət və məhsuldar əməkdaşlığı olub. Edit Piaf, Julyett Qreko, İv Montan, Mirey Matye, Conni Halidey üçün mahnılar yazıb. Bu mahnıları həmçinin Tom Cons, Frenk Sinatra və Ella Fitzgerald oxuyub. Mahnılarının bəzilərini ("Sur notre étoile", "La Rose Bleue") özü ifadə edib.
Ley Zanq
Ley Zanq – Çinli qadın voleybolçu. 2013-cü ildən İqtisadçının şərəfini qoruyur. == Karyerası == Zanq voleybol həyatına məktəb səviyyəsində başlamışdır. 2001-ci ildən Şanxay voleybol klubunun A komandasında oynamışdır. Karyerasına uzun müddət doğma vətənində davam edən voleybolçunun legioner həyatı 2013-cü ildə başlayır. Belə ki, o, 2013–14 mövsümündə Bakının İqtisadçı klubuna transfer olunur. 2010-cu ildə isə ilk dəfə milliyə dəvət olunur. Voleybolçu milli komanda da ilk matçını İsveçrə millisinə qarşı oynayır.O milli komanda ilə birlikdə 2012-ci ildə Londonda keçirilən Yay Olimpiya Oyunlarında da iştirak edir. Həmin il Zanq komandası ilə birlikdə Asiya kubokunun da sahibi olmuşdur. 2013–14 mövsümünü İqtisadçıda keçirən voleybolçu Superliqada oynayan ilk çinli olur.
Adil Əfəndiyev (baş leytenant)
Adil Qədir oğlu Əfəndiyev (12 avqust 1995, Qazax rayonu – 22 oktyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin tibb xidməti leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Adil Əfəndiyev 1995-ci il avqustun 12-də Qazax rayonunda anadan olub. 2012–2018-ci illərdə Azərbaycan Tibb Universitetində (ATU) ali təhsil alıb. == Hərbi xidməti == Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin leytenantı olan hərbi tibb qulluqçusu Adil Əfəndiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə feldşer olmamasına baxmayaraq yaralanan hərbçilərə yerindəcə yardım edib. Adil Əfəndiyev oktyabrın 21-də Şuşanın azad edilməsi gedişatında həmin istiqamətdə strateji yüksəkliklərin azad olunması zamanı Xocavənd rayonunun Tuğ kəndində polkovnik-leytenant Anar Əliyev ilə birgə şəhid olub. Oktyabrın 25-də Qazax rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Adil Əfəndiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Adil Əfəndiyev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Adil Əfəndiyev ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Adil Əfəndiyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Şəhid Adil Əfəndiyevə məxsus materiallar ailəsi tərəfindən Milli Azərbaycan Tarixi Muzeyinin İkinci Qarabağ müharibəsi fonduna təhvil verilmişdir.2022-ci ilin noyabr ayında şəhid A. Əfəndiyevin xatirəsinə həsr edilmiş "Xüsusi təyinatlı həkim" filmi çəkilib.
Adil Əfəndiyev (leytenant)
Adil Qədir oğlu Əfəndiyev (12 avqust 1995, Qazax rayonu – 22 oktyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin tibb xidməti leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Adil Əfəndiyev 1995-ci il avqustun 12-də Qazax rayonunda anadan olub. 2012–2018-ci illərdə Azərbaycan Tibb Universitetində (ATU) ali təhsil alıb. == Hərbi xidməti == Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin leytenantı olan hərbi tibb qulluqçusu Adil Əfəndiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə feldşer olmamasına baxmayaraq yaralanan hərbçilərə yerindəcə yardım edib. Adil Əfəndiyev oktyabrın 21-də Şuşanın azad edilməsi gedişatında həmin istiqamətdə strateji yüksəkliklərin azad olunması zamanı Xocavənd rayonunun Tuğ kəndində polkovnik-leytenant Anar Əliyev ilə birgə şəhid olub. Oktyabrın 25-də Qazax rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Adil Əfəndiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Adil Əfəndiyev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Adil Əfəndiyev ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Adil Əfəndiyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Şəhid Adil Əfəndiyevə məxsus materiallar ailəsi tərəfindən Milli Azərbaycan Tarixi Muzeyinin İkinci Qarabağ müharibəsi fonduna təhvil verilmişdir.2022-ci ilin noyabr ayında şəhid A. Əfəndiyevin xatirəsinə həsr edilmiş "Xüsusi təyinatlı həkim" filmi çəkilib.
Amin Gülməmmədov (leytenant)
Amin Mayis oğlu Gülməmmədov (31 iyul 1995, Saltaq, Naxçıvan Muxtar Respublikası – 4 noyabr 2020, Xocavənd) – Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, Vətən Müharibəsi şəhidi == Həyatı == Baş leytenant Amin Gülməmmədov Naxçıvan şəhərindəki Heydər Əliyev adına Hərbi Lisey bitirdikdən sonra Bakıdakı Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. Yüksək hərbi biliklərə yiyələnən şəhid Amin Gülməmmədov nümunəvi xidməti ilə seçilib. Nümunəvi xidməti onu Qarabağ döyüşlərində də fərqləndirib. Füzulidən-Daşaltıya doğru gedən döyüşlərdə xüsusi rəşadət göstərmişdir. Füzulinin, Hadrutun, Cəbrayılın, Xocavəndin işğaldan azad olunması uğrunda rəşadətlə vuruşub və şəhidlik məqamına yüksəlib. Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirən, düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqlənən Gülməmmədov Amin Mais oğlu Prezident İlham Əliyevin sərəncamı ilə “Cəsur döyüşçü” medalı ilə təltif edilib. Amin Gülməmmədov 28.12.2020-ci il tarixdə Culfa rayon Saltaq kənd qəbirstanlığında dəfn olunmuşdur. == Hərbi xidməti == 2017-cü ildə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin qərarı ilə hərbi hissədə leytenant kimi xidmətini davam etdirmişdir. Daha sonra isə 2020-ci ildə baş leytenant rütbəsini almışdır. Azərbaycan Ordusunun baş leytenantı Amin Gülməmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak etmişdir.
Anar Əliyev (polkovnik-leytenant)
Anar Vaqif oğlu Əliyev (28 avqust 1980, Boyaqlı, Kəlbəcər rayonu – 21 oktyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, USTA dərəcəli hərbi qulluqçu, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun Xüsusi Təyinatlı Bölməsinin Komandiri, İkinci Qarabağ müharibəsinin şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. 2018-ci ilin may ayında Şərur rayonunun Günnüt kəndində baş tutan Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun əks-hücum əməliyyatı nəticəsində Günnüt kəndi işğaldan azad olunmuşdur. Anar Əliyev bu əməliyyatda yaxından iştirak etmiş və fərqlənmişdir. Anar Əliyev 11 oktyabrdan iştirak etdiyi 2020-ci ilin 27 sentyabrından başlanan İkinci Qarabağ müharibəsində Zəngilanın, Cəbrayılın, Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 21 oktyabr tarixində Şuşanın başlanğıcında, Xocavəndin Tuğ kəndində gedən döyüşlərdə hərbi həkim, leytenant Adil Əfəndiyev ilə birlikdə həlak olmuşdur. Anar Əliyevin də rəhbərliyi altında baş verən bu döyüş Şuşaya girişi asanlaşdırmışdır. == Həyatı == Anar Əliyev 28 avqust 1980-ci ildə Kəlbəcər rayonunun Boyaqlı kəndində müəllim ailəsində dünyaya göz açmışdır. Atası Vaqif Əliyev və anası Səkinə Bayramova Xarici Dillər İnstitutunu bitirmişdirlər, müəllimdirlər. Anar Əliyevin nəsli Kəlbəcərin ilk sakinlərindən olan "Kalvavəllər" Kərbəlayi Vəlinin nəslinə qədər gedib çıxır. O, Kərbəlayi Vəlinin tayfasından olan Kərbəlayi Əlinin yadıcası, Məşədi İsmayılın kötücəsi, Əlinin nəticəsi, Vaqif Əliyevin isə ikinci oğludur.
Aqil İsmayılov (leytenant)
Aqil Əli oğlu İsmayılov (18 iyul 1996, Çomaxtur, Naxçıvan Muxtar Respublikası – 28 sentyabr 2020, Murovdağ) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Aqil İsmayılov 1996-cı il iyulun 18-də Şərur rayonunun Çomaxtur kəndində anadan olub. 2002-ci ildə Çomaxtur kənd tam orta məktəbinin 1-ci sinfinə daxil olur.2009 -cu ildə 8-ci sinifi bitirərək Cəmşid Naxçıvanski adina Hərbi Liseyə qəbul olub.Daha sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olur. 2018-ci ildə "leytenant" hərbi rütbəsi ilə xidmətə başlayır. 1 il pilotluq kursları keçdikdən sonra Xüsusi Təyinatlı Qüvvələrə daxil olmaq üçün "Təməl komando kurslarına" qatılır. Aqil üçün ən ağır kurs Gürcüstan Dağ komando kursu olur, lakin 500 nəfər iştirakçıdan müvəffəqiyyətlə xidmətini tamamlayan 40 zabitdən biri olaraq kursu bitirir. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun leytenantı olan Aqil İsmayılov Xüsusi Təyinatlı Qüvvələrdə xidmət etmişdir.Xüsusi kəşfiyyat taqımının xüsusi kəşfiyyat qrup komandiri,çevik kəşfiyyat taqımının çevik kəşfiyyat qrup komandiri vəzifələrini yerinə yetirimiş, bir çox kursları fərqlənmə, sertifikat və döş nişanı ilə sonlandırmışdır.2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Aqil İsmayılov sentyabrın 28-də Murovdağ döyüşləri zamanı şəhid olub. Şərur rayonunda dəfn olunub.
Aslan İsmayılov (baş leytenant)
Aslan Əvəz oğlu İsmayılov (1 iyun 1993; Sarvan, Salyan, Azərbaycan — 9 oktyabr 2020; Daşkəsən, Cəbrayıl, Azərbaycan) — Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsinin iştirakçısı və şəhidi. == Həyatı == Aslan İsmayılov 1993-cü il iyunun 1-də Salyan rayonunun Sarvan kəndində anadan olub. 1999—2007-ci illərdə İsfəndiyar Həsənov adına Sarvan kənd tam orta məktəbində təhsil alıb. Bu məktəbdə 8 sinif oxuduqdan sonra təhsilini 2007—2010-cu illər aralığında Cəmşid Naxçıvanski adına hərbi liseydə davam etdirib. Daha sonra isə 2010-cu ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olmuş və 2014-cü ildə oradan "leytenant" hərbi rütbəsində məzun olmuşdur. == Hərbi xidməti == Təhsilini başa vurduqdan sonra, yəni 2014-cü ildən İkinci Qarabağ müharibəsi başlayanadək Naxçıvan Muxtar Respublikası və Bakıda yerləşən hərbi hissələrdə xidmət edib. Azərbaycan Ordusunun baş leytenantı olan Aslan İsmayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi məqsədilə başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayıl, Füzuli, Hadrut və Murovdağ döyüşlərində savaşıb. Müharibə başlayan zaman o, Xüsusi Təyinatlı Qüvvələrin döyüş qrupunda xidmət edirdi. Oktyabrın 9-da içində Aslan İsmayılovun da olduğu xüsusi təyinatlı qrup Cəbrayılın Daşkəsən kəndində Ermənistan Ordusunun döyüş postu ilə qarşılaşır və aralarında atışma başlayır. Atışma zamanı baş leytenant Aslan İsmayılov aldığı güllə yarasından hadisə yerindəcə şəhid olur.
Avstraliya Leyboristlər Partiyası
Avstraliya Leyboristlər Partiyası (ing. Australian Labor Party; ALP) — Avstraliyada əsas sol mərkəzçi siyasi partiya. Bu, mərkəz sağ siyasət güdən Avstraliya Liberal Partiyası ilə birlikdə Avstraliya siyasətindəki iki əsas partiyadan biridir. Partiya 2013-cü il seçkilərindən bəri federal parlamentdə müxalifətdədir. ALP hər bir ştatda və ərazidə siyasi şöbələri olan federal bir partiyadır. Onlar hazırda Viktoriya, Kvinslend, Qərbi Avstraliya, Avstraliya Paytaxt Ərazisi və Şimal Ərazisində hökumətdədirlər. Leyboristlər Partiyası Avstraliyanın ən köhnə siyasi partiyasıdır, 1891-ci ildə yaradılmışdır.
Aydın Əliyev (general-leytenant)
Aydın Əli oğlu Əliyev (28 may 1957, Bakı) — Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri. Gömrük xidməti general-polkovniki. == Həyatı == Aydın Əliyev 28 may 1957-ci ildə Bakı şəhərində anadan olub. 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Əmək fəaliyyətinə 1979-cu ildə Azərbaycan Dövlət Universitetində müəllim vəzifəsindən başlamışdır. 1980–1992 illərdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində böyük məsləhətçi, nazirin köməkçisi, kadrlar şöbəsinin rəis müavini, şöbə rəisi, Azərbaycan Respublikası Dövlət Arbitrajında arbitr, Azərbaycan Respublikasının Ali Məhkəməsində şöbə rəisi vəzifələrində çalışmışdır. 1992–1999-cu illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində inspektor, şöbə rəisi, aparıcı mütəxəssis, Baş İdarə rəisi vəzifələrində çalışmışdır. 1999-cu ilin fevral ayından 2006-cı ilin 6 fevralına gədər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin 1-ci müavini vəzifəsində çalışmışdır. 6 fevral 2006-cı ildən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri vəzifəsində çalışır. 27 yanvar 2017-ci ildə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə gömrük xidməti general-polkovniki ali xüsusi rütbəsi verilmişdir.23 aprel 2018-ci il tarixində Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən vəzifəsindən azad edilib.
Ağ leylək
Ağ leylək (lat. Ciconia ciconia) — leyləklər fəsiləsinin leylək cinsinə aid quş növü. İri bataqlıq quşu olan ağ leylək leyləklərin ən tanınmış nümayəndəsidir. Bu quş əsasən ağ rəngdə olub, qanadlarının uc hissələri qara rəngdədir. Ağ leyləyin həmçinin boynu uzun, dimdiyi nazik və uzun, ayaqları isə uzun olub qırmızıya çalan rəngdədir.
Bayram Məmmədov (Leytenant)
Baş leytenant
Baş leytenant (fr. lieu tenant — müavin, lieu — yer və tenant — mövqe tutan) — Bir çox dövlətlərin silahlı qüvvələrinin kiçik zabit heyətində hərbi rütbə.
Baş leytenant (HDQ)
Baş leytenant — Azərbaycan Silahlı Qüvvələrində (Quru Qoşunlar, Azərbaycan Hərbi Dəniz Qüvvələri və Azərbaycan Hərbi Hava Qüvvələri) zabit rütbəsi.
Başmaq dimdikli leylək
Başmaq dimdikli leylək, Balinabaş və ya Kral leylək (lat. Balaeniceps rex) — leyləyə bənzər bir quş növü. Adını çox böyük və başmağa bənzəyən dimdiyinə görə almşdır. Forma etibarı ilə leyləyə oxşasa da leyləkkimilər (Ciconiiformes) fəsiləsindəki quşlarla qohumluq əlaqəsi güclü deyil. Bəzi alimlər onları Qutankimilərə (Pelecaniformes) aid edir. Yetkin quşlar ümumi olaraq boz tüklərə sahib olsalar da, cavan ikən tükləri qəhvəyi çalara sahib olur. == Yayılması == Afrikanın tropik şərq bölgəsində, Sudandan Zambiyaya qədər böyük bataqlıqlarda yaşayırlar. Mərkəzi Afrikanın Konqo Demokratik Respublikası, Uqanda, Keniya, Tanzaniya və Zambiya kimi ölkələrində rastlanılır. Onları bəzən Botsvanada belə görürlər. == Təsviri == Boyları 110–140 sm olsa da bəzi fərdlər 152 sm-ə qədər çata bilirlər.
British Leyland
British Leyland — Motor Corporation (BLMC) 1968-ci ildə Leyland Motor Corporation və British Motor Holdingsin birləşməsi ilə yaradılmış Britaniya avtomobil şirkətidir.
Bulbophyllum leysenianum
Bulbophyllum antenniferum (lat. Bulbophyllum antenniferum) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. == Arealı == Bulbophyllum antenniferum növü Cənubi Taylanddan Malayziyanın qərb və mərkəzi hissələrinə qədər yayılmışdır. == Sinonim == Bulbophyllum elbertii J.J.Sm. Bulbophyllum leysenianum Burb. Bulbophyllum minahassae Schltr. Bulbophyllum ornithorhynchum (J.J.Sm.) Garay, Hamer & Siegerist Cirrhopetalum antenniferum Lindl. Cirrhopetalum ornithorhynchum J.J.Sm. Hyalosema antenniferum (Lindl.) Rysy Hyalosema elbertii (J.J.Sm.) Rolfe Hyalosema leysenianum (Burb.) Rolfe Hyalosema minahassae (Schltr.) Rolfe Hyalosema ornithorhynchum (J.J.Sm.) Rysy Phyllorchis antennifera (Rchb.
Bulbophyllum leytense
Bulbophyllum leytense (lat. Bulbophyllum leytense) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Bəxtiyar İslamov (leytenant)
Bəxtiyar Saleh oğlu İslamov (11 iyun 1997, Əli-Bayramlı – 12 oktyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Bəxtiyar İslamov 1997-ci il iyunun 11-də Şirvan şəhərində anadan olub. == Hərbi xidməti == Bəxtiyar İslamov 2018-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edirdi. Azərbaycan Ordusunun leytenantı olan Bəxtiyar İslamov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Bəxtiyar İslamov oktyabrın 12-də Hadrutun azad edilməsi zamanı Hadrut istiqamətində şəhid olub. Şirvan şəhərində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Bəxtiyar İslamov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Bəxtiyar İslamov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Bəxtiyar İslamov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Bəxtiyar İslamov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Bəxtiyar İslamov ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.
Ceyhun Həsənov (general-leytenant)
Ceyhun Həsənov (5 dekabr 1962, Salyan rayonu) — Azərbaycan Respublikası Ədliyyə Nazirinin müavini və Penitensiar xidmətin rəisi (2016-2023), ədliyyə general-leytenantı. == Həyatı == Həsənov Ceyhun Əkbər oğlu 5 dekabr 1962-ci ildə Salyan rayonunda anadan olmuşdur. 1981–1983-cü illərdə Silahlı Qüvvələrin sıralarında hərbi xidmət keçmişdir. 1994-cü ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Polis Akademiyasını bitirmişdir. 1984–2004-cü illərdə daxili işlər orqanlarında müxtəlif məsul və rəhbər vəzifələrdə çalışmışdır. 2004–2016-cı illərdə Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis idarəsinin rəisi vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Prezidentinin 10.06.2016-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Ədliyyə Nazirinin müavini — Penitensiar xidmətin rəisi vəzifəsinə təyin olunmuşdur. Ədliyyə general-leytenantıdır. Azərbaycan Respublikası Prezidentinin 10.07.2023-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Ədliyyə Nazirinin müavini — Penitensiar xidmətin rəisi vəzifəsindən azad olunub Daxili işlər orqanlarında uzun illər ərzində qüsursuz xidmətinə görə Daxili İşlər naziri tərəfindən dəfələrlə müxtəlif təltiflərə layiq görülmüşdür. Azərbaycan Respublikası Prezidentinin 01.07.2009-cu il tarixli, 364 nömrəli Sərəncamı ilə Qanunçuluğun qorunmasında, cinayətkarlıqla mübarizədə igidlik və şücaət göstərdiyinə görə "İgidliyə" görə medalı ilə təltif olunmuşdur.
Cozef Leydi
Cozef Leydi (ing. Joseph Leidy; 9 sentyabr 1823, Filadelfiya, Pensilvaniya – 30 aprel 1891 və ya 29 aprel 1891, Filadelfiya, Pensilvaniya) — Amerikalı paleontoloq, bioloq == Həyatı == 1853-cü ildən Cozef Leydi Pensilvaniya universitetində anatomiya elmləri üzrə professor, daha sonralar isə Suartmor kollecdə təbiət elmləri üzrə professor olmuşdur. O, 1869-cu ildə dərc olunan "Extinct Fauna of Dakota and Nebraska" adlı əsərində Şimali Amerikada həmin vaxtadək naməlum olan çoxlu nəsli kəsilmiş heyvan növləri haqqında məlumat vermişdir. Leydi həmçinin tanınmış parazitoloq olmuşdur. 1846-cı ildə o müəyyən etmişdir ki, pendirdə və ya pis qızardılmış ətdə olan Trichinella spiralis paraziti zooloji mənşəli infeksion xarakterli trişinoz xəstəliyinin törədicisidir. Hələ Çarlz Darvinə qədər ətraf mühitin orqanizmə təsirindən bəhs etmişdir. Çarlz Darvin öz nəzəriyyəsini nəşr etdirəndə Leydi böyük sevinc hissi ilə onun yanına gəlmişdi. Buna görə də bəzən onu ateizə meyl etməkdə günahlandırırdılar. 1879-cu ildə o, "Freshwater Rhizopods of North America" əsərini nəşr etdirmişdir. 1884-cü ildə Cozef Leydi Layell medalı ilə təltif edilmişdir.
Cəfər Cəfərov (baş leytenant)
Cəfər İbrahim oğlu Cəfərov (1985, Cəhri, Babək rayonu – 20 iyul 2012, Əlibəyli, Tovuz rayonu) — Azərbaycan hərbçisi, baş leytenant, 3-cü dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı kavaleri. == Həyatı == Cəfər Cəfərov 1985-ci ildə Babək rayonunun Cəhri kəndində anadan olmuşdu. İlk təhsilini Cəhri kənd 1 №-li tam orta məktəbində alan şəhid Cəfər Cəfərov 2003-cü ildə Heydər Əliyev adına Hərbi Liseyi, 2007-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirmişdi. 2009-cu ildə “N” hərbi hissədə taqım komandiri vəzifəsində xidmətə başlamışdı. Bir qədər sonra motoatıcı bölük komandiri vəzifəsinə təyin olunmuşdu. Hər iki vəzifədə komandirlərin tapşırıqlarını layiqincə yerinə yetirən Cəfər Cəfərov 2010-cu ildə baş leytenant rütbəsi almışdı. Hərbi xidmətdə olduğu qısa müddət ərzində hissə komandirliyinin, zabit yoldaşlarının, əsgərlərin dərin hörmətini qazanmışdı. Düşmən tapdağında olan torpaqlarımızın geri qaytarılması arzusu ilə yaşayan, 2012-ci il iyul ayının 20-də Tovuz rayonunun Əlibəyli kəndində döyüş tapşırığını yerinə yetirərkən şəhid olan gənc zabitin Vətənimiz qarşısında xidməti əvəzsiz qalmamışdır. O, ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” üçüncü dərəcəli medala layiq görülmüşdür.
Cənab Leytenant
Cənab leytenant — 1995-ci il Şəmistan Əlizamanlının albomundan olan mahnı. Mahnının sözləri və musiqisi Şahin Musaoğluya aiddir.
Cənab leytenant (mahnı)
Cənab leytenant — 1995-ci il Şəmistan Əlizamanlının albomundan olan mahnı. Mahnının sözləri və musiqisi Şahin Musaoğluya aiddir.
Demokratik Leyboristlər Partiyası (Avstraliya)
Demokratik Leyboristlər Partiyası (ing. Democratic Labour Party; DLP) — Avstraliyada siyasi partiya. DLP 1955-ci ildə Avstraliya Leyboristlər Partiyasının (ALP) parçalanması nəticəsində qurulmuşdur. Partiya əvvəlcə Avstraliya Leyboristlər Partiyası (Antikommunist) adını daşımış və 1957-ci ildə Demokratik Leyboristlər Partiyası adlandırılmışdır. Partiya sağçı ünsürlərdən təşkil olunmuşdur. == İstinadlar == == Əlavə ədəbiyyat == Lyle Allan (1988), "Irish Ethnicity and the Democratic Labor Party," Politics, Vol. 23 No.2, Pages 28–34 Niall Brennan (1964), Dr Mannix, Adelaide, South Australia, Rigby. Ken Buckley, Barbara Dale and Wayne Reynolds. Doc Evatt, Melbourne, Victoria, Longman Cheshire (1994); ISBN 0-582-87498-X Arthur Calwell. Be Just and Fear Not, Hawthorn, Victoria, Lloyd O'Neil (1972); ISBN 0-85550-352-1 Bob Corcoran (2001), "The Manifold Causes of the Labor Split", in Peter Love and Paul Strangio (eds.), Arguing the Cold War, Carlton North, Victoria, Red Rag Publications.
Dinar Həmidov (polkovnik-leytenant)
Dinar Zəkəriyyə oğlu Həmidov (rus. Динар Захарьевич Хамитов, tatar. Динар Зәкәрия улы Хәмитов; 8 oktyabr 1980 – 23 mart 2022, Ukrayna) — Rusiya hərbçisi, Rusiya Federasiyası Silahlı Qüvvələrinin polkovnik-leytenantı. "Cəsarət" ordeninə layiq görülmüşdür. Əslən Volqa tatarlarındandır. == Həyatı == Dinar Zəkəriyyə oğlu Həmidov 8 oktyabr 1980-ci ildə RSFSR-yə bağlı Tatarıstanda, Pitrəç rayonunda anadan olmuşdur. Atası Lenin-Kokuşkin adına Peşə Texnikumunun işçisi Zəkəriyyə Həmidov, anası isə Nəsilə Həmidovadır. Güləş və atletika ilə məşğul olmuşdur. O, məktəbi bitirdikdən sonra Kazan Ali Artilleriya Komandanlıq Məktəbinə daxil olmuşdur. 2002-ci ildə məktəbi bitirdikdən sonra taqım komandiri kimi Peçenqaya göndərilmişdir.

Digər lüğətlərdə

воскобо́й доверши́ться доли́зывать засу́слиться сеголе́тки сутенёрский вышиба́ть дистилля́ция ка́ткий некро́вный перевоплоща́ть старомо́дность холми́стость эмана́ция шмякать acclimatation megaparsec safety features scale-up stock account washtub wheyey авторалли наплывать сохранно