LİBERALİZM

\[alm. Liberalismus; fr. Liberalisme; iing. Liberalism; lat. Liberalis = azad bir adama yaraşan; osm. tr. serbestiyye; tr. erkincilik\] – Hamı üçün fikir, düşüncə azadlığı tanınmasının vacib olduğu görüşünü müdafiə edən, müstəqil düşünməyə bağlı dünyagörüşü. Fəlsəfi baxımdan fərdiyyətçilik tendensiyasına bənzəyir. İctimai dəyərlərdən daha çox şəxsi dəyərlər daha üstün tutulur.
LƏYAQƏT
LİBERLİZM
OBASTAN VİKİ
Liberalizm
Liberalizm — azadlıq, idarə edilənin razılığı və qanun qarşısında bərabərlik anlayışlarına əsaslanan siyasi və mənəvi fəlsəfə. Liberallar müxtəlif fikirləri müdafiə edir, ancaq onlar əsasən azad bazar, azad ticarət, məhdud dövlət, fərdi hüquqlar (mülki hüquqlar və insan hüquqları buna daxil olmaqla), kapitalizm, demokratiya, sekulyarizm, gender bərabərliyi, irqi bərabərlik, internasionalizm, söz azadlığı, mətbuat azadlığını və din azadlığını dəstəkləyirlər. Liberalizmə ən çox uyğun gələn siyasi rəng sarıdır.Liberalizm Maarifçilik dövründə ayrı bir siyasi hərəkata çevrilmişdir. Bu, həmin dövrün Qərb filosofları və iqtisadçıları arasında olduqca populyar idi. Liberalizm Zadəganlıq Sosial normalarını, dövlət dinini, mütləq monarxiyanı, kralların ilahi hüququnu və mühafizəkarlığı aradan qaldırmış, əvəzinə isə nümayəndəli demokratiya və hüququn aliliyini təqdim etmişdir. Liberallar həmçinin, merkantilist siyasətə, kral monopoliyalarına və ticarətə qoyulan digər maneələrə son qoymuş, azad bazar və azad ticarəti populyarlaşdırmışdır. Filosof Con Lokk adətən liberalizmin banisi hesab edilir. O, sosial müqavilə anlayışında irəli sürmüşdür ki, hər bir şəxsin həyat, azadlıq və mülk haqqında təbii hüququ var və dövlətlər bu hüquqları tapdalamamalıdır. Böyük Britaniya liberal ənənəsi demokratiyanın genişləndirilməsini vurğulasa da, Fransa liberalizmi avtoritarizmin rəddini vurğulayır və milliyətçilik ilə yaxından əlaqəlidir.1688-ci ildə baş vermiş Şanlı inqilabın, 1776-cı ildə baş vermiş Amerika inqilabının və 1789-cu ildə baş vermiş Böyük Fransa inqilabının rəhbərləri kral tiraniyasını aradan qaldırmağa haqq qazandırmaq üçün liberal fəlsəfədən istifadə etmişdir. Liberalizm Böyük Fransa inqilabından sonra sürətli şəkildə yayılmağa başlamışdır.
Klassik liberalizm
Klassik liberalizm — özəl mülkiyyəti, maneəsiz bazar iqtisadiyyatını, hüququn aliliyini, din və mətbuat azadlığının konstitusional qarantiyalarını, eləcə də azad bazara əsaslanan beynəlxalq sülhü dəstəkləyən ideologiyanı təyin etmək üçün istifadə edilən termin. Liberalizmin bir qoludur. Klassik liberallar fərdi azadlığa əsaslanan və bu azadlıqların qorunması ilə məhdudlaşdırılmış, cəmiyyətə yüksək üstünlük təmin edəcək bəzi xidmətlər göstərən bir dövlətin olması, geriyə qalan bütün funksiyalar azaldılaraq sərbəst bazar tərəfindən qarşılanmalıdır. İdeyaları klassik liberalizmə təsir edən insanlar arasında Con Lokk, Jan Batist Sey, Tomas Maltus və David Rikardo var. Onların fikirləri Adam Smitin Xalq Sərvətlərindən Biri Kitabında irəli sürülən klassik iqtisadi fikirlərə və təbii qanuna, utilitarizmə və tərəqqiyə inam üzərində quruldu. XX əsrdə iqtisadçılar Fridrix fon Hayek və Milton Fridmenin rəhbərliyi ilə klassik liberalizmə marağın canlanması baş verdi. Bəziləri klassik liberalizmin müasir inkişafını "neoklassik liberalizm" adlandırır. == Etimologiyası == Klassik liberalizm XIX əsrdə Avropa və ABŞ-də inkişaf etmişdir. XVIII əsrdə Klassik liberalizmin məlum ideyalar üzərində qurulmasına baxmayaraq, bu, yeni bir cəmiyyət tipinə, sənaye inqilabına və urbanizasiyaya cavab olaraq meydana gələn, hökumətə və ictimai münasibətlərə yönəlmişdir.
Milli liberalizm
Milli liberalizm liberalizmin variantıdır, bəzi (bir qədər, bir neçə) liberal siyasəti (polisi) ilə millətçiliyi birləşdirmək (kombinasiya edilmək), xüsusilə iqtisadi liberalizmə dair. Mühafizəkar liberalizm əksər Avropa ölkələrində siyasi siniflərin ideologiyası olanda, onun (bunun) kökləri XlX əsrdə tapılan (hesab edilən) olmaqdır onda (sonra) monarxiyalar ilə idarə edilən. Milli liberal partiyalar bu gün mövcuddur, daxil olmaqla inadla onun ölkədə üç ənənəvi ideoloji ailədən birini təmsil etdiyi Avstriyada. == Tarixi milli liberalizm == 19-cu əsrdə milli liberalizmdə Almaniya tərəfdarları onların Avropada daha (daha çox) avtoritar iştiraka (olmaya) və güclü German İmperiyaya inandıqları onda liberal millətçilərindən fərqləndi. Maks Veber kimi liberal millətçiləri başqa Avropa gücləri (hakimiyyətlər) ilə əməkdaşlıqda demokratik Almaniyaya tərəf baxırdı. 'Milli liberalizm' müddətindən (termini) 19-cu əsr ərzində Almaniya və Avstriya kimi Almanca danışan ölkələrdə əsasən istifadə edildi, harada ki "Milli Liberal" partiyalar (tərəflər) hökumətdə uzun idi. == Modern milli liberalizm == Avstriyada, milli liberalizm üç Lagerdən birinin və ya ideoloji düşərgələrin əsası qalmışdır, ölkədə. Tarixən, bu Azadlıq Tərəfi (Partiyası) ilə təmsil edilmişdir, ancaq onlara bu yaxınlarda qəlpə ilə, Avstriyanın Gələcəyi üçün İttifaq qoşulunmuşdurlar. Almaniyanın Azad (Ödənişsiz) Demokratik partiyası tərəfin (partiya) qalan hissəsinə daha çox eurosceptic vəziyyətini (mövqesini) keçirən (tutan) milli liberal fraksiyasına malik olmağa davam edir. Rusiyada 1990-cı illərdə, Boris Nemtsov milli liberalizmi qəbul etmək ilə Anatoly Chubais və Yegor Gaidar ilə ziddiyyət təşkil etdi: getdikcə daha çox siyasi baxımdam avtoritar hökumət ilə azad bazar islahatlarını birləşdirmək.
Sosial liberalizm
Sosial liberalizm, müasir liberalizm və ya islahat liberalizmi olaraq da bilinir, fərdi azadlıq və sosial ədalət arasında tarazlıq yaratmağı məqsəd qoyan siyasi bir ideologiyadır. Bazar iqtisadiyyatı, klassik liberalizm kimi, vətəndaş və siyasi hüquqların tanınması və azadlıqların genişlənməsi ilə uyğunlaşır, bununla yanaşı, hökumətin qanuni rolunda yoxsulluq, səhiyyə və təhsil kimi iqtisadi və sosial məsələlərin yer aldığı fikri mövcuddur. Sosial liberalizmdə cəmiyyətin yaxşılığı fərdin azadlığı ilə ölçülür. İkinci Dünya Müharibəsindən sonra dünyanın bir çox ölkəsində sosial liberal ideyalar qəbul edildi.Müasir liberallar rifah anlayışlarını bərabər imkanlar əsasında müdafiə etdilər. Mövcud sosial şəraitdən fərdlər və qruplar zərər görərsə, hökumətin bu zərərləri azaltmaq və ya aradan qaldırmaq üçün sosial vəzifələri var. Vətəndaşlar yaşayış, təhsil və iş hüququ kimi müxtəlif rifah və sosial hüquqlara malikdirlər. Sosial liberalların fikrincə, dövlət iqtisadiyyatın idarə edilməsində, heç olmasa onun tənzimlənməsində cavabdeh olmalıdır. Termin, siyasi və iqtisadi fikirləri bir neçə əsr boyu suverenliyini qoruyan klassik liberalizmdən fərqlənmək üçün istifadə olunur. 20-ci əsrin sonlarına doğru sosial liberalizmə reaksiya, pul iqtisadi siyasətinin və dövlət xidmətlərinin problemlərinin azalmasına səbəb olan, əksər hallarda neoliberalizm adlandırılan məktəb tərəfindən göstərildi. Ancaq bu reaksiya klassik liberalizmə qayıtmaqla nəticələnmədi.
İslam liberalizmi
Liberal müsəlman hərəkatı və ya Mütərəqqi və Liberal müsəlman hərəkatları, İslam dünyasında elmin, inkişafın və müasir dünyaya inteqrasiyanın tərəfdarı olmuş qabaqcıl reformist bir düşüncə sistemidir. Bu hərəkatın tərəfdarları əsasən Avropada olan Renessans dövründən sonra bütün müsəlman aləmində yayılmış, fəqət teokratiya ilə idarə olunan ölkələrdəki təqib və təyziqlərə görə, müvəffəqiyyətsiz olmuşlar. Bu kimi reformasiya və renessans tərəfdarları olan hərəkatların əksəriyyəti İslamı, Quranı və digər dini mənbə sayıla bilən kitabları fərqli yöndə şərh etmiş və buna görə bəzi dindarlar tərəfindən təyziqlərə məruz qalıblar. Bəzən bu hərəkat dövlət başçılarında da rast gəlinmişdir. Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürk və Pakistan İslam Respublikasının qurucusu Məhəmməd Əli Cinnah demokratiyaya üstünlük verildiyi və müsəlmanların çoxluq təşkil etdiyi bir ölkənin banisi olmuşlar. Reformasiya, yenilik və mütərəqqi tərəfdarı olan din adamları siyahısına Edip Yüksəl, Məhəmməd Əbdüh, Məhəmməd İqbal, Mahmud Şaltut, Cəmaləddin Əfqani, Ahmet Subhy Mansour, Əli Şəriəti, Irshad Manji, Yaşar Nuri Öztürk kimi şəxsiyyətləri aid etmək mümkündür. Adı çəkilənlərin əksəriyyətləri ya təqib və təyziqlərə məruz qalaraq ölkələrini tərk etmişlər, ya da sərt şəkildə tənqidlərə məruz qalmışlar. Bəzi liberal düşüncələri müsəlmanlar hərəkatlarının əksəriyyəti məzhəbsiz, təriqətsiz olub, Quranilik cərəyanına bağlı olurlar.

Значение слова в других словарях

амфибра́хий вспы́хивание перва́ч пи́ллерс расто́чник утеша́ть взбрыкну́ть завладева́ть сбо́рное воскресение ссыха́ться традиционали́стка энциклопе́дия дом bean-wagon bistort guinea-hen flower Lent Pecos phoenix Tagus travelled возрождаться сочувствовать упустить хромосома