lixter
likopod
OBASTAN VİKİ
Likiya
Likiya və ya Lisiya (Likcə: Trm̃misa) — Anadolunun Təkə yarımadasını əhatə edən qədim ərazi. Likiya, eyni zamanda bu bölgədəki antik şəhərlərin təşkil etdiyi bir dövlət qurumu, daha sonra da Roma imperiyasının bir əyalətidir. Likiya "İşıq ölkəsi" mənasını verir. == Tarixi == Likiyalıların, eradan əvvəl 3-cü minilin ikinci yarısında Anadoluya gələn və 2-ci minil boyunca Cənubi Anadolu bölgəsində yaşamış və Anadolunun ən qədim Hind-Avropa mənşəli xalqı olan Luvilərin dağılmasından sonra bir qisminin davamı olduğu söylənilir. Luvi dilinin Xet dilinə yaxınlığı və Luvilərin də Xetlərlə qohum olduğu bilinsə də Likcə də Xet dilinə olan fərqlər anlaşılır. Xet dilində Likiyanın adı Lukkadır. Ən başdan bəri Yunanların hücumlarına cavab verə bilən Likiyalılar, E.ə. VI əsrdə farslarl tərəfindən işgal edilmişdir. Ancaq E.ə. IV əsrdə Makedoniyalı İsgəndər çıxdığı "Şərq səfəri" daxilində bu bölgəni işğal etmişdir.
Likiya dili
Likiya dili—Güneybatı Anadoluda, müasir Təkə yarımadasına gələn Likiya ölkəsinin xalqı olan Likiyalılar tərəfindən işlədilmiş və eradan əvvəl 1 minil ortalarından etibarən qeydə alınmış Anadolu dili.
Likiya yarımadası
Likiya yarımadası — Türkiyə ərazisində, Kiçik Asiya yarımadasının cənub-qərbində yerləşir. Yarımada Aralıq dənizinin akvatorriyasına daxil olan Antalya körfəzi ilə Fəthiyə körfəzi arasında (75 km) yerləşir. Yarımadanın böyük hissəsini Qərbi Tavr dağları tutur (Elmalı, Bedağ və Teke silsiləsi). Ən hündür zirvəsi 3086 m təşkil edir. Dağlar sərt enişlər əmələ gətirir. Yarımadanın mərkəzi hissəsi çoxlu sayda göllər və şoranlıqlar vardır. Sahilləri parçalı və buxtalarla zəngindir. Dəniz sahilində makvis, yuxarı qalxdıqca isə enli və iynə yarpaqlı meşələr bir-birini əvəzləyir. Ərazi dağalar arası düzlərdən və yarımsəhralardan ibarətdir.
Likiya yolu
Likiya yolu (türk. Likiya yolu) — Türkiyə, qədim Likiyanın dəniz sahili boyu uzanan turist marşrut yolu. Uzunluğu 509 km olan bu yol Fəthiyəni Antalya ilə birləşdirir. == Ümumi məlumat == Antik Likiya ərazisi Teke yarımadasında yerləşir. Likiya yolu bu ərazidə olan həm tarixi, həm də coğrafi obyektləri birləşdirir. Yol antik yollardan, patikalardan(dağ cığırlarından) və qatır yollarından ibarətdir. Likiya yolu bəzən dəniz sahili boyu, bəzəndə dağlıq ərazi boyu uzanır, bir qismi isə Olimpos Beydağları Milli Parkın ərazisindən keçir. Yolun keçdiyi ərazinin maksimal hündürlüyü 1811 m-dir. Yol keçilməsi baxımdan orta və ağır dərəcə ilə qiymətləndirilir. Ümumi məsafənin ortalama qət olunma müddəti 29 gündür.
Likiyalılar
Likiyalılar - Qədim dövrdə Anadolunun Likiya bölgəsində yaşamış xalq. == Ümumi məlumat == Herodota görə Likiyalılar Krit mənşəli xalqdır. Herodota görə, Likiyalılar Kral Minos tərəfindən sürgün edilən və Minosun qardaşı Sarpedonun rəhbərliyində olduğu bir qrupun ardıcıllarıdır. Cənub-Qərbi Anadoluda o dövrə qədər "Milyas" olaraq adlandırılmış və "Solymoi" şəklində qeydə keçmiş bir xalqın torpaqlarına yerləşmişlər.Beləliklə formalaşmaqda olan xalq özünü ilk başlar "Termilae" adlandırırdı. Likiya və Likiyalılar adlarını mənimsəyən qədim Yunan qaynaqları ilə birgə, bəzi qonşu xalqlarda "TRMMİLİ" adını istifadə etmişlər. Buna görə də, adətləri Krit və Kariya adətlərinin qarışığı olaraq ortaya çıxmışdır. Herodotun Likiya üçün verdiyi açıqlamaya görə, Likiya adı Afina kralı Pandionun oğlu Likusla bağlıdır. Ancaq Minos və Sarpedonla əlaqələnən tarixi faktlar bölgə xalqının Misir və Xet yazılarında Lukka və ya Lukki kimi adlandırıldığını görürük. Likiyalılar Troya müharibəsində Troyalıların tərəfində vuruşmuşlar.
авиадеса́нт к доверше́нию кидне́ппинг любопы́тствующий пелика́новые рема́стеринг стекле́ть фона́ция проща́ться рюма́шка ставить в упрёк химизи́роваться чака chintzy clone compactible consonantism dry land helioscope homeopath insurable parvanimity soigné stable door uraei