LİL₁

is.
1. Dənizin, gölün, çayın dibində olan mineral və ya üzvi hissəciklərdən ibarət çöküntü.
2. Bulanıq suların dibinə çökmüş qara, duru palçıq; lehmə, batlaq.
Gəlinlərin balağı; Batır lilə, batlağa. A.Səhhət.
Bu çay özü ilə daima lil gətirib, ətrafı batırırdı. S.Rəhimov.

// Lilli.
Çayın lil suyu burula-burula, yavaş-yavaş axıb gedirdi. C.Məmmədquluzadə.

Sinonimlər (yaxın mənalı sözlər)

  • LİL I LİL (yuyulmuş ağ paltara vurulan boyaq); SİNKA II lil bax lehmə
  • LİL cəng — lehmə — bataq

Omonimlər

  • LİL LİL I is. Ən xırda qum, çöküntü. Kür bulanır lilindən; Baş açmıram dilindən (Bayatı). LİL II is. Göy rəngli maddə
LİQROİ́N
LİL₂

Digər lüğətlərdə