limon-naringi

limon-naringi
limon-mandarin
limon-portağal 2021
OBASTAN VİKİ
Naringi
Naringi və ya Mandarin (lat. Citrus reticulata) – Sədokimilər fəsiləsinə aid bitki növü. Azərbaycanda becərilən əsas sitrus meyvələridir. Çində, Yaponiyada, ABŞ-nın şimal ştatlarında, Argentinanın cənubunda və Filippində mədəni əkin şəraitində becərilən bir çoх formaları mövcuddur. Hündürlüyü 2–3 m-ə çatan, dağınıq çətirə malik kol bitkisidir. Budaqları tünd-yaşıl rəngli olub, çılpaqdır. Yarpaqları ellips və ya yumurtavari formada, tamkənarlı və ya sıх mişardişlidir, üstdən tünd-yaşıl, altdan isə açıq-yaşıldır. Yarpaq saplağı 2 sm-dir. Çiçəkləri ağ rəngli, ətirlidir, tək-tək və ya 2-5-i bir yerdə yerləşir. Subtropik və tropik iqlim qurşaqlarında ildə bir dəfə çiçəkləyir.
Limon
Limon (lat. Citrus limon) — Sədokimilər fəsiləsinə aid bitki növü. == Ümumi məlumat == Limon çox faydalı bitkidir. Azərbaycanın subtropik rayonlarında (Lənkəran, Astara və s.) son illərdə müvəffəqiyyətlə becərilir və onun əkin sahələri ildən-ilə genişləndirilir. Limonun vətəni qədim Hindistan torpağıdır. Əfsanəvi hindli yoqları onu sağlamlığın qorunmasında universal bir vasitə sayırlar. Onların dediklərinə görə hər adam özünü gündə bir limon yeməyə və bir limonun şirəsini içməyə öyrətməlidir. Güman edilir ki, "limon" sözü malay dilində bu meyvəni adlandıran "lerno" sözündən əmələ gəlib. Çində isə bu bitkini "limunq" adlandırırlar və tərcümədə bu "analar üçün xeyirli" deməkdir. 18-ci əsrdə İngilis donanmasında uzun səfər zamanı matroslara gündə 30 q limon şirəsi qəbul etmək məcburi sayılırdı ki, bu da onları sinqa xəstəliyindən qoruyurdu.
Citrus limon
Limon (lat. Citrus limon) — Sədokimilər fəsiləsinə aid bitki növü. == Ümumi məlumat == Limon çox faydalı bitkidir. Azərbaycanın subtropik rayonlarında (Lənkəran, Astara və s.) son illərdə müvəffəqiyyətlə becərilir və onun əkin sahələri ildən-ilə genişləndirilir. Limonun vətəni qədim Hindistan torpağıdır. Əfsanəvi hindli yoqları onu sağlamlığın qorunmasında universal bir vasitə sayırlar. Onların dediklərinə görə hər adam özünü gündə bir limon yeməyə və bir limonun şirəsini içməyə öyrətməlidir. Güman edilir ki, "limon" sözü malay dilində bu meyvəni adlandıran "lerno" sözündən əmələ gəlib. Çində isə bu bitkini "limunq" adlandırırlar və tərcümədə bu "analar üçün xeyirli" deməkdir. 18-ci əsrdə İngilis donanmasında uzun səfər zamanı matroslara gündə 30 q limon şirəsi qəbul etmək məcburi sayılırdı ki, bu da onları sinqa xəstəliyindən qoruyurdu.
Limon tetra
Hyphessobrycon pulchripinnis (lat. Hyphessobrycon pulchripinnis) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xarasikimilər dəstəsinin xarasilər fəsiləsinin hifessobrikon cinsinə aid heyvan növü. Ana vətəni: Cənub Amerika; Tokantis Çayı. Bəslənmə Forması: Heyvanlar ilə bəslənən Davranış Forması: Təcavüzkar olmayan Öz Növlərinə Davranışı: Təcavüzkar olmayan Üzmə Səviyyəsi: orta-Səth Cinsiyyət Ayrı-seçkiliyi: Cinsiyyət ayrı-seçkiliyi asan deyil. Dişilər daha yumru quruluşa sahib və nisbətən kişilərdən daha böyükdür. Kişilər daha incə quruluşa malikdir. Anal üzgəclərdən də ayrı-seçkilik edilə bilər. Altdakı şəkildə, üstdəki balıq dişi, altdakı kişidir. Artıma: Yumurta saçaraq. 100-200 arası yumurtanı bitkilərin yaxınında yumurtlayarlar.
Limon turşusu
Limon turşusu (2-hidroksi-1,2,3-propantrikarbon turşusu, 3-hidroksi-3-karboksipentandiol) (C6H8O7) — ağ rəngli kristal maddədir; el arasında "lumu duzu" və ya "limon duzu" kimi da tanınır [1] Arxivləşdirilib 2016-04-09 at the Wayback Machine. == Xassələri == Ərimə temperaturu 153 °S-dir. Suda yaxşı həll olur. Etil spirtində həll olur. Dietil spirtində az həll olur. Üçəsaslı zəif turşudur. Limonturşusunun duzları və efirləri sitratlar adlanır. == Alınma qaydası == Limon turşusu limon və ya yabanı nar şirəsindən, eləcə də tənbəki yarpaqlaından, şəkər məhlulunu xüsusi göbələklərlə qıcqırtmaqla alınır. Qeyd edək ki, tütündə 7-8%, yabanı narda 9%, limonda isə 10%-ə qədər limon turşusu olur. Limon turşusunun limon və nar şirəsindən alınması çox mürəkkəb prosesidir.
Limon şirəsi
Limon şirəsi — limonun şirəsi == Limon suyunun faydaları == Mədə üçün yaxşıdır. İsti su ilə qarışdırılmış limon həzm problemlərini azaltmağa kömək edir. Ürək bulanması, mədə qıcqırması və parazitlərə qarşı təsirlidir. Həzmsizlik əlamətlərini yox edir. Gəyirməyi təmin edir və qaz yaranmasına mane olur. Nizamlı olaraq içildiyində bağırsaqları işlədir. Qəbizliyə və ödün fəaliyyətinə yaxşı təsizr edir. Bəlğəm miqdarını azaldır və öd daşı əriməsinə köməkçi olur. Dəri baxımına faydalıdır. Limon təbii bir antiseptik dərmandır.
Cır limon
Cır limon (lat. Schisandra) — bitkilər aləminin avstrobeyliyaçiçəklilər dəstəsinin cırlimonkimilər fəsiləsinə aid bitki cinsi.
Limon çəngəli
Limon çəngəli — limon dilimlərini hərəkət etdirmək üçün istifadə edilən kiçik (4+ düym uzunluğunda) süfrə ləvazimatı. Limon çəngəlləri 19-cu əsrin son rübündə digər xüsusi süfrə ləvazimatları ilə birlikdə məşhurlaşmışdır. Çəngəl süfrədə limon dilimlərinin üzərinə qoyulurdu. Bir çox ixtisaslaşdırılmış qablardan fərqli olaraq limon çəngəlləri 21-ci əsrdə, əsas da restoranlarda hələ də istifadə olunur. Limon çəngəli həmçinin xiyar dilimləri, zeytun, kərə yağı, hisə verilmiş balıq və pendir dilimlərini götürmək üçün də istifadə edilə bilər.
Limon (bitki)
Sitrus (lat. Citrus) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sədokimilər fəsiləsinə aid bitki cinsi. == Arealı == Əsasən ABŞ, Çin, Yaponiya, Hindistan, Pakistan, Avstraliya, Cənubi Amerika, Əlcəzair, Mərakeş, Aralıq dənizi ölkələrində bitir. == Botaniki xarakteristikası == Dünyanın subtropik və tropik zonalarında yayılmış. 40-dək növü (portağal, naringi, limon, qreypfrut, berqamot, sitron və s.) məlumdur. Sitrus bitkilərinin meyvələri dadına, tərkibindəki limon turşusuna, şəkər, C, P, B qrupu vitamnnləri, karotin (A provitamini) olmasına görə fərqlənir. Sitrus bitkilərinin meyvəsi yeyilir, ondan şirə, mürəbbə, kompot, cem, povidlo və s. hazırlanır. Yarpağı, çiçəyi və meyvəsinin qabıqından ətriyyatda, yeyinti sənayesində işlədilən efir yağı (2—3,5%) alınır. Sitrus bitkiləri şaxtaya az davamlıdır.
Limon qabığından sukat
Limon qabığından sukat - Limon qabığından hazırlanmış quru mürəbbə == Həmçinin bax == Sukat == Mənbə == Əhmədov Ə. 1002 şirniyyat. Bakı, «Gənclik», 2010.
Çin cır limon