LİMON
LİNG
OBASTAN VİKİ
Limonlu piroq
== Ərzaqlar == 3 ədəd limon 200 q kərə yağı 1/4 stəkan mixəyi şəkər tozu 1 stəkan yarıım un 2 çay qaşığı qabartma tozu 1 stəkan şəkər tozu 3 xörək qaşığı sürtgəcdən keçirilmiş limon qabığı 2 ədəd yumurta - ağını sarısından ayırın çay qaşığının dörddə biri qədər vanil ekstraktı, duz yarım stəkan süd == Hazırlanma qaydası == Əvvəl limonları nazik halqalara döğrayın (nə qədər nazik olsalar, o qədər yaxşıdır) Toxumlarını çıxardın. Sobanı 180 dərəcəyədək qızdırın. Sonra dibi yapışmayan və soba istisinə dayanıqlı tavada 70 qram kərə yağını mixəyi şəkərlə bərabər orta odda əridin. Limon halqalarını əlavə edib, odu bir az artırıb, tavadakı ərzaqları qarışdıra-qarışdıra 1 dəqiqə bişirin. Tavanı kənara çəkin. Tavadakı limonları səliqəli şəkildə düzün. Un, qabartma tozu və duzu bir kasada qarışdırın.Qalan 100 qram yağı mikserlə rəngi açılanadək çalın. Şəkər tozu, limon qabığı, yumurta sarısı və vanil ekstraktını əlavə edərək ərzaqları qarışanadək mikserlə çalın. Mikserin sürətini azaldaraq unlu qarışıq və südü az-az əlavə edərək kütləni hər əlavədə ərzaqlar qarışanadək çalın. Yumurta ağlarını ayrı qabda çalın.
Limonlu yovşan
Limonlu yovşan (lat. Artemisia balchanorum) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü. == Təbii yayılması == Türkmənistanda, Azərbaycanda dağ yamaclarında bitir. == Botaniki təsviri == Limonlu yovşanın hündürlüyü 50-80 sm, diametri 50-60 sm olan mürəkkəbçiçəklilər fəsiləsindən olan çox budaqlanan yarımkoldur. Oduncaqlı çoxillik zoğlara malikdir. Yarpaqları 2-3 yerə lələkvari bölünmüşdür. Səbətləri oval-uzunsov, uzunsov süpürgədə yerləşir. Çiçəkləri ikicinslidir. Külək və həşəratların vasitəsilə çarpaz tozlanır. Çiçəkləməsi vegetasiyanın birinci ilində başlayır.
Limonlu çayı
Limonlu çayı (q.yun. Λάμος Lamos; lat. Lamus) və ya Gökler çayı ― qədim Kilikyada, müasir Türkiyənin Mersin ilində çay. Çay Tavr dağlarındakı Yüğlük dağından başlayır və Ərdəmli ilçəsindəki Limonlu (qədim Antakiya Lamotis) qəsəbəsi ərazisində Aralıq dənizinə tökülənə qədər dərin dərəsi boyu cənub-qərb istiqamətində axır. Hövzəsinin təxminən yarısında qərbdən qol olaraq Susama çayını qəbul edir. Limonlu qəsəbəsində, çayın mənsəbindən təxminən 500 metr qərbdə, sağ sahilindəki düz təpə üzərində orta əsrə aid Limonlu qülləsi yerləşir. Çayın üzərindən qüllənin altında yerləşən və ehtimal ki, daha əvvəlki bir Roma körpüsünün yerində tikilmiş, Osmanlı dövrünə aid körpü keçir. Qəsəbənin şimalında çaydan qədim Elaiussa Sebaste və Korikus şəhərlərinə su daşımış su kəmərinin qalıqları var. == Tarix == Çayın qədim adı Lamos (q.yun. Λάμος: lat.

Digər lüğətlərdə

визи́роваться госпо́дь с тобо́й гроте́скно заглуша́ть изобража́ться очередна́я декальки́ровать карачу́н пушкинове́дение ре́йсовый саморегули́рование страстоте́рпец частик пилот amyotrophy Capcom cryptocrystalline matrix sentence parastatal proquaestor spumy брызгаться их севрский старт