LİDERLİK
LİL
OBASTAN VİKİ
Fortuna Liqa
Fortuna Liqa - Çex Respublikasının ən yüksək futbol liqasıdır. Liqada 18 komandadan biri çempionluğundan sonra UEFA Çempionlar Liqasına, 2 -ci və 3 -cü sıradakı komanda isə UEFA Avropa Liqasına çıxır. Liqanın sonunda son iki yerin sahibləri Çex 2 - ci Liqasına düşür.
La Liqa
La Liqa (isp. Liga de Fútbol Profesional, LaLiga) — İspaniya peşəkar futbol liqası. İlk dəfə 1929-cu ildə keçirilmişdir və "Barselona" mövsümün qalibi olmuşdur.Liqadakı ən titullu klub "Real Madrid"dir. Hər il 20 komandanın oynadığı liqada son 3 yeri tutan klub Sequndaya düşür. İlk 4 klub isə UEFA Çempionlar Liqasına çıxır. 4–7-ci yerləri tutan klublar isə UEFA Avropa Liqasına çıxır. La liqanın ən məhsuldar oyunçusu "Barselona"da oynayan Argentinalı ulduz Lionel Messidir. 2015-ci ilə qədər BBVA sponsorluq edirdi. Daha sonra isə Electronic Arts sponsor oldu. İcraçı direktor isə Javier Gomez Morinadır .
Liqa 1
Liqa 1 (fr. Championnat de France de football) Fransanın ən yüksək səviyyəli futbol liqası. Bir alt səviyyədəki Liqa 2 ilə birlikdə Liqa də Football Professionnel içində olan iki liqadan biridir. Avqust ayında başlayıb may ayında sona çatan sezonların hər birində 20 komanda mübarizə aparır. Hər komandanın digərləri, biri öz meydanında digəri isə səfərdə olmaq üzrə iki matç keçirdiyi liqa 38 həftə davam edir və cəmdə 380 oyun oynanılır. Mövsüm sonunda son üç sırada qərarlaşan komandalar Liqa 2-yə düşərlər. İlk dövrə iki həftə qalmış bitərkən, ikinci sezon isə yanvar ayının 2-ci həftəsində başlayır. UEFA əmsalları sıralamasında Premyer Liqa, La Liga, Bundesliga və Serie A-dan sonra beşinci sırada yerləşir. == Tarixi == 1930-cu ilə qədər qurulan Fransa Futbol Federasiyası Fransada liqa yaradılmağa təkan verdi. 1932-ci ildə Franas çempionatının yaradılmasına qərar verildi.
Liqa Kuboku
İspaniya Liqa Kuboku — 1982-ci ildə qurulub.
Milli Liqa
Milli Liqa (türk. Millî Küme) — Türkiyənin 1937-1950ci illər arasında ən üst səviyyəli futbol çempionatı. Türk futbol tarixində ilk dəfə bötün ölkədən komandaların yarıştığı liqa olub. Liqada dört komanda çempion olub. Fənərbaxça ən çox çempion olan komandadır.
Fransa Liqa 1
Liqa 1 (fr. Championnat de France de football) Fransanın ən yüksək səviyyəli futbol liqası. Bir alt səviyyədəki Liqa 2 ilə birlikdə Liqa də Football Professionnel içində olan iki liqadan biridir. Avqust ayında başlayıb may ayında sona çatan sezonların hər birində 20 komanda mübarizə aparır. Hər komandanın digərləri, biri öz meydanında digəri isə səfərdə olmaq üzrə iki matç keçirdiyi liqa 38 həftə davam edir və cəmdə 380 oyun oynanılır. Mövsüm sonunda son üç sırada qərarlaşan komandalar Liqa 2-yə düşərlər. İlk dövrə iki həftə qalmış bitərkən, ikinci sezon isə yanvar ayının 2-ci həftəsində başlayır. UEFA əmsalları sıralamasında Premyer Liqa, La Liga, Bundesliga və Serie A-dan sonra beşinci sırada yerləşir. == Tarixi == 1930-cu ilə qədər qurulan Fransa Futbol Federasiyası Fransada liqa yaradılmağa təkan verdi. 1932-ci ildə Franas çempionatının yaradılmasına qərar verildi.
La Liqa 1929
1929-cu il fevralın 10-unda İspaniya çempionatına Primera División adıyla start verildi və elə həmin il iyunun 23-ündə ilk sezon başa çatdı. İlk sezonda 10 klub iştirak etdi. == Komandalar == == Turnir cədvəli == == Liqalar arası pley-off == Sezonu sonuncu yerlə başa vuran Racing Primera División'da yerini qorumaq üçün Segunda División 1929 qalibi Sevilya FK 2 matçlı oyun keçirdi. Ümumi nəticədə Rasinq 3 - 2 hesabı ilə qələbə qazandı və Primera División'nun növbəti mövsümündə iştirak etmək hüququnu saxladı. Rasinq 3 – 2 hesabı ilə qələbə qazanır. == Nəticələr == Sol tərəfdəki klublar ev sahibi, üst tərəfdəki klublar isə səfər komandası olaraq nəzərə alınır.
Liqa Kuboku (dəqiqləşdirmə)
İspaniya Liqa Kuboku — 1982-ci ildə qurulub.
Macarıstan Liqa Kuboku
Macarıstan Liqa Kuboku (mac. Magyar Ligakupa) — Futbol üzrə Macarıstan Liqasının klubları arasında kubok sistemi ilə keçirilən futbol turniri. 2007-ci ildə yaradılmış bu turnirdə rəqabət yalnız 8 mövsüm davam etmişdir. 2015-ci ildə ləğv edilmişdir. == Bütün finallar == Səkkiz finalın 2-si 2 oyundan, 6-sı isə 1 oyundan ibarət olmuşdur.
Super Liqa (Türkiyə)
Super Liqa (türk. Super Liqa) — Türkiyənin ən üst səviyyə futbol liqası. Bir mövsümdə 19 futbol klubunun yer aldığı liqada, hər komanda bir-birilə 2 dəfə olmaqla mübarizə aparır və qaliblər dairəvi sistem vasitəsilə seçilir. Mövsümü 1-ci və 2-ci yerdə tamamlayan klublar UEFA Çempionlar Liqasında, 3-cü, 4-cü yerdə tamamlayan və Türkiyə Kubokunu qazanan klublar isə UEFA Kubokunda çıxış etmə şansı qazanır. 9 ay davam edən Super Liqa, avqust və may ayları da daxil olmaqla 34 həftə və 306 matç davam edir. 2015–16 mövsümünün sona çatması ilə liqa UEFA ölkələri sıralamasında 11-ci yerdə qərarlaşmışdır. 1959-cu ildə İstanbul, Ankara və İzmir regional liqalarından cəmi 16 komandanın iştirakı ilə təşkil edilmişdir. Türkiyə 1. Futbol Liqası 1962–63 mövsümündə, 2001–02 mövsüm başında istifadə ediləcək olan Super Liqanın adı, bu dövrdə sponsor sponsor adı əlavə edildikdən sonra liqanın başında müxtəlif sponsorların dəstəyi səbəbiylə istifadə edildi. Zamanla iştirakçıların sayı və format baxımından müxtəlif dəyişikliklərə məruz qaldı.
Unibank Premyer Liqa
Misli Premyer Liqası — Azərbaycanın peşəkar futbol klublarının çıxış etdiyi ən yüksək təbəqədir. Hazırda Misli Premyer Liqasında 10 futbol klubu iştirak edir. Azərbaycan Premyer Liqasının mövsümü adətən avqust ayından maya kimi keçirilir. Premyer Liqanın qalibi UEFA Çempionlar Liqasının 1-ci pley-off mərhələsində yer alır. Çempionat 1992-ci ildən 2007-ci ilə qədər Yüksək Liqa, 2007-ci ildən sonra Azərbaycan Premyer Liqası adı altında fəaliyyət göstərir. 1992-ci ildən 10 klub Azərbaycan Premyer Liqasının qalibi olmuşdur. Azərbaycan Premyer Liqasının ən uğurlu komandası "Qarabağ"-dır. Hazırkı çempion "Qarabağ" 2022–23 mövsümündə 10-cu dəfə bu titulu qazanmışdır. == Tarixi == === 1990-cı illər === 1990-cı illərdə liqada əsasən "Neftçi", "Qarabağ", "Kəpəz", "Turan Tovuz FK" və "Şəmkir" hökmranlıq edib. 1997-ci ildə "Kəpəz" Azərbaycan Premyer Liqası tarixində ən uzun qələbə seriyasına imza atmışdır.
İngiltərə Liqa Kuboku
Mançester Yunaytedİngiltərə Liqa Kuboku, İngiltərədə keçirilən futbol turniridir. İngiltərədə əsas futbol liqası olan Premyer Liqa və digər 3 diviziondan 92 komandanın qatıldığı turnir 1960-ci ildə qurulub.
İspaniya Liqa Kuboku
İspaniya Liqa Kuboku (isp. Copa de la Liga) — 1982-ci ildə qurulub. Bu kubokda üç komanda qələbə qazanıb (Barselona, Real Madrid, Real Valyadollid). Burda La Liga, Segunda, Segunda B və Tersera klubları iştirak edirlər.
Birinci Liqa (Azərbaycan)
Azərbaycan Birinci Liqası — Azərbaycanın peşəkar futbol klublarının çıxış etdiyi ikinci ən yüksək təbəqə. Azərbaycan Birinci Liqasının mövsümü adətən sentyabr ayından maya kimi keçirilir. == Tarixi == === 1990-cı illər === === 2000-ci illər === === 2010-cu illər === Azərbaycanda 2010-cu ildən 2017-ci ilə qədər Birinci Divizionda çempion olan komandalardan yalnız üçü Azərbaycan Premyer Liqasına buraxılıb: "Bakılı" (2008), "Gəncə" (2010) və "Araz-Naxçıvan" (2014). Digər 7 mövsümdə birinci yeri tutan "ABN-Bərdə", "Abşeron, "Qaradağ", "Ağsu", "Neftçala" (2 dəfə) yüksək liqadan kənarda qalıb. Bəzən klublar özləri imtina ediblərsə, əsasən lisenziya tələbləri ödənilməyib deyə Premyer Liqaya yüksəlmək mümkün olmayıb.2016-cı ildə UEFA-nın təzyiqindən sonra AFFA-nın İntizam Komitəsi Azərbaycan Birinci Divizionunda oyun alveri qalmaqalına görə 22 futbolçu, 1 inzibatçı və 1 hakim bütün yarışlardan kənarlaşdırıldı. İkinci mərhələdə 16 nəfərin adı silindi, əvəzinə 2-si əlavə edildi. Araşdırmaların yekunu AFFA-nın martın 15-də keçirilən Hesabat Konfransından bir gün sonra açıqlandı. 9 futbolçu mövsümün sonuna qədər, "Şahdağ"ın inzibatçısı Rafael Kübərov 2 il müddətinə, hakim Anar Niyazov isə ömürlük bütün yarışlardan kənarlaşdırıldı. Araşdırmaların daha sərt nəticəsi isə "Rəvan" və "Şərurspor"un Birinci Diviziondan uzaqlaşdırılması oldu. Hər iki komandaya növbəti oyunlarda məğlubiyyət, futbolçularına azad agent statusu verildi.2018-ci ildə Premyer Liqada mübarizə aparacan əvəzedici komandalarının çempionatı Azərbaycan Birinci Divizionu ilə birləşdirildi.
Premyer Liqa (Azərbaycan)
Misli Premyer Liqası — Azərbaycanın peşəkar futbol klublarının çıxış etdiyi ən yüksək təbəqədir. Hazırda Misli Premyer Liqasında 10 futbol klubu iştirak edir. Azərbaycan Premyer Liqasının mövsümü adətən avqust ayından maya kimi keçirilir. Premyer Liqanın qalibi UEFA Çempionlar Liqasının 1-ci pley-off mərhələsində yer alır. Çempionat 1992-ci ildən 2007-ci ilə qədər Yüksək Liqa, 2007-ci ildən sonra Azərbaycan Premyer Liqası adı altında fəaliyyət göstərir. 1992-ci ildən 10 klub Azərbaycan Premyer Liqasının qalibi olmuşdur. Azərbaycan Premyer Liqasının ən uğurlu komandası "Qarabağ"-dır. Hazırkı çempion "Qarabağ" 2022–23 mövsümündə 10-cu dəfə bu titulu qazanmışdır. == Tarixi == === 1990-cı illər === 1990-cı illərdə liqada əsasən "Neftçi", "Qarabağ", "Kəpəz", "Turan Tovuz FK" və "Şəmkir" hökmranlıq edib. 1997-ci ildə "Kəpəz" Azərbaycan Premyer Liqası tarixində ən uzun qələbə seriyasına imza atmışdır.
La Liqa 1929-30
Primera División'nun 1929-30 sezonuna dekabrın 1-i 1929-cu il tarixində start verildi. 10 komandanın iştirak etdiyi bu sezon 1930-cu il martın 30-da sona yetdi. == Komandalar == == Yekun cədvəl == == Nəticələr == Sol tərəfdəki klublar ev sahibi, üst tərəfdəki klublar isə səfər komandası olaraq nəzərə alınır.
La Liqa 1930-31
La Liqa'nın bu sezonuna 1930-cu il dekabrın 7-də start verildi. Sezon 1931-ci il 5 aprel tarixində başa çatdı. 1930-31 sezonunda iştirak edən klublar: == Komandaların yerləri == == Yekun cədvəl == == Nəticələr == Sol tərəfdəki klublar ev sahibi, üst tərəfdəki klublar isə səfər komandası olaraq nəzərə alınır.
La Liqa 1931-32
La Liqa'nın bu sezonuna 1931-cu il noyabrın 22-də start verildi. Sezon 1931-ci il 3 aprel tarixində başa çatdı. 1931-32 sezonunda iştirak edən klublar: 1 İspaniyanın İkinci Cümhuriyyəti dönəmində bütün klubların adından Real sözü götürülmüşdür. == Komandaların yerləri == == Yekun cədvəl == 2 Real Madrid klubu Madrid FK adını alıb. 3 RCD Español klubu CE Espanyol adını alıb. 4 Real Sosyedad became Donostia CF adını alıb. 5 Real Unión klubu Union Club Irún adını alıb. == Nəticələr == Sol tərəfdəki klublar ev sahibi, üst tərəfdəki klublar isə səfər komandası olaraq nəzərə alınır.
La Liqa 2008-09
== Yerdəyişmə == Sequnda -dan yüksələn klublar Numansiya Malaqa Sportinq XixonSequnda -ya düşən klublar Saraqosa Mursiya Levante == Turnir cədvəli == == Piçiçi mükafatı == Piçiçi mükafatı bir mövsüm ərzində ən çox qol vuran oyunçuya verilir. Son yenilənmə: 17 May 2009Mənbə: Yahoo! Sport == Zamora mükafatı == Zamora mükafatı bir mövsüm ərzində qapısından ən az qol buraxan qapıçıya verilir.
Liqa 1 bombardirlər siyahısı
Bu, hər mövsüm üzrə Fransa Liqa 1 üzrə bombardirlər siyahısıdır. Mükafatlandırma 1932-ci ildən günümüzədək davam edir. Yosip Skoblar bir mövsüm ərzində ən çox qol vuran (44 qol) futbolçu statusunu hələdə qorumaqdadır. Karlos Biyanki, Deliyo Onnis və Jan Pyer Papen titulu rekord sayda, 5 dəfə qazanmışdır. Sonuncu dəfə isə bu titulu "Pari Sen-Jermen" klubunun oyunçusu Zlatan İbrahimoviç qazanmışdır.
Osmanlı-Müqəddəs Liqa müharibəsi
Osmanlı-Müqəddəs İttifaq müharibəsi (1683-1699) — Osmanlıların II Vyana mühasirəsində uğursuzluğa uğramasından cəsarət alan bir qrup Avropa ölkəsinin "Müqəddəs İttifaq" adı altında Osmanlılara qarşı birləşməsi və bu ölkələrin Macarıstan, Ukrayna və Dalmasiyada hakimiyyət qurub Balkanlardakı Osmanlı hakimiyyətinə böyük zərbə vurmaları ilə nəticələnmiş bir müharibədir. Osmanlı tarixində "fəlakət illəri" olaraq da adlanır. Xarici qaynaqlarda isə bu "böyük türk müharibəsi" olaraq bəhs edilir. == Səbəbləri == Qanuni Sultan Süleymanın 1526-cı ildə Mohaç döyüşünü qazanaraq Macar Krallığını süquta uğratmasından sonra Macarıstanın böyük bir hissəsi 150 ildən çox Osmanlı dövlətinin əsarəti altında qalmışdır. Macarıstanın qalan hissəsi isə Avstriya hersoqluğu Habsburqlar sülaləsinin əlində idi. Katolik avstriyalılar öz hakimiyyəti altında olan protestant macarlarını katolikləşdirmə siyasətini davam etdirirdilər. Avstriya rəhbərliyi altında protestan macarlar Tökəli İmrənin (macar dövlət adamı) hakimiyyətində qiyam qaldırdılar və bəzi əraziləri əllərinə keçirərək Macarıstanın mərkəzi ərazisində padşahlıq qurdular. Tökəli İmrə dəfələrlə Osmanlıdan kömək istədi, lakin istəyi qəbul edilmədi. Avstriyanı məğlub edərək nüfuz qazanmaq istəyən sədrəzəm Mərzifonlu Qara Mustafa Paşa IV Mehmedi Tökəli İmrənin yardım istəyini qəbul etməyə və Avstriya əleyhinə müharibə elan etməyə yola gətirdi. == II Vyana mühasirəsi == Osmanlı ordusu 1683-cü ildə Avstriyaya qarşı səfərə çıxdı.
Premyer Liqa Qızıl Butsu
Premyer Liqa Qızıl Butsu İngiltərə Premyer Liqasında mövsüm ərzində ən çox qol vuran oyunçuya təqdim edilən illik futbol mükafatıdır. Sponsorluq anlaşmalarına görə mükafat 1994-cü ildən 2001-ci ilədək Karlinq Qızıl Butsu, 2001-ci ildən 2004-cü ilədək Barkleykard Qızıl Butsu, 2015-ci ildən başlayaraq isə Barkleys Qızıl Butsu kimi adlanır. Bundan əlavə mükafatın sahibinə mövsüm ərzində vurduğu hər qola görə adətən 1000 funt sterlinq pul mükafatı təqdim edilir. Həmçinin 2012/13 mövsümündə vurduğu 26 qol qarşılığında Robin van Persi toplam 30.000 funt sterlinq pul mükafatı əldə etmişdir.Premyer Liqa 1992-ci ildə yaranmışdır. Belə ki, birinci divizyonda çıxış edən klublar Futbol Liqasını tərk etdilər və beləcə maliyyə baxımından azad olan, şəxsi yayım hüququ və sponsor razılaşmaları olan liqa yarandı. Yeni yaranmış liqanın 1992/93 futbol mövsümünü təşkil etməsi üçün heç bir sponsoru yox idi ta ki Karlinq növbəti mövsüm üçün büdcəsi 12 milyon funt sterlinqi əhatə edən 4 illik müqavilə bağlayana qədər. Beləliklə ilk mövsümündə daxili çempionat Premyer Liqa adı ilə tanınırdı. Nəticədə ilk dəfə Teddi Şerinqam mükafatı qazanarkən bu Premyer Liqa Qızıl Butsu adlanırdı. O, bir mövsüm ərzində keçirdiyi 41 oyun ərzində 22 dəfə fərqlənə bilmişdi. 1994/95 mövsümündən sonra liqada klubların sayı 22-dən 20-yə endirildi və beləliklə çempionatda matçların sayı 42-dən 38-ə düşürüldü.Tyerri Anri mükafatı 4 dəfə qazanmaqla bu mənada rekorda sahibdir.
Premyer Liqa Qızıl Əlcək
Premyer Liqa Qızıl Əlcək (ing. Premier League Golden Glove) — Premyer liqada qol buraxmadan ən çox oyun keçirən qapıçıların qazandığı futbol mükafatıdır. Sponsorluq razılaşmaları nəticəsində, bu mükafat ilk dəfə 2004-05 mövsümündən bu yana hər il "Barclays Qızıl Əlcək" adıyla təqdim olunur. Başlanğıcda, Qızıl Əlcək mükafatı sadəcə bir oyunçu tərəfindən qazanılırdı. Qolsuz oyun sayılarının bərabər olması nəticəsində mükafat, qolsuz oyun sayısının sezon boyu çıxdığı oyun sayısına nisbəti yüksək olan qapıçıya verilirdi. 2013-14 mövsümündən etibarən isə mükafat, qapıçıların çıxdıqları oyun sayısına baxmayaraq, qol buraxmama rokordu bərabər olan qapıçılar arasında paylaşılır.Qızıl Əlcək mükafatları 2005-ci ildən verilməyə başlamışdır. Bu mükafatı ilk qazanan Petr Çex olmuşdur. Qapıçılar arasında ən çox qazananlar isə, dörd mükafatla Co Hart və Petr Çexdir. Hartın mükafatı qazandığı dörd mövsümdə də forma geydiyi Mançester Siti, hal-hazırda mükafatı ən çox qazanan klubdur. Hartın və Çexin dörd mükafatıyla ingilislər və çexlər mükafatı ən çox qazanan millətlər olaraq ilk sırada yer alarkən, onları üç mükafatla ispanlar izləyir.
Super Liqa bombardirlərinin siyahısı
Super Liqa bombardirlərinin siyahısı — Super Liqada bir mövsümdə ən çox qol atan futbolçuların mövsümlərə görə hazırlanmış siyahısı. 1959-cu ildən başlayan liqanın ilk bombardiri, on beş matçda on bir qol vuran Türkiyə futbolçusu və baş məşqçi, "Tacsız kral" ləqəbli Mətin Oqtay, sonuncu bombardir isə 2016-2017 mövsümündə iyirmi səkkiz matçda iyirmi üç qol vuran "Alanyaspor" futbolçusu Vaqner Lavdır. Bu günə qədər qırx bir fərqli futbolçu bombardir adına layiq görülmüşdür. Mətin Oqtay altı dəfə bombardir adına layiq görülmüşdür. Tanju Çolaq beş dəfə bombardir adını layiq görülmüşdür və o, Mətin Oqtaydan sonra ikinci yeri tutur. Həmçinin Tanju Çolaq 1987-1988 mövsümündə vurduğu otuz doqquz qolla Avropanın ən çox qol atan futbolçusu olub. O, Qızıl buts mükafatını qazanmışdır. Bundan başqa, Tanju Çolaq birdən çox komanda ilə bombardir olan ilk futbolçudur.Qırx bir futbolçudan otuz üç nəfəri Türkiyə vətəndaşı, səkkizi isə xarici futbolçudur. İlk xarici bombardir 1983-1984 mövsümündə on altı qol vuran Yuqoslaviya əsilli Tariq Hodiçdir. Digər xarici bombardirlər Şota Arveladze, Aleksandro de Souza, Milan Baroş, Ariza Makukula, Aatif Şaeşue, Fernandao, Mario Qomes və Vaqner Lavdır.
Super Liqa çempionlarının siyahısı
Türkiyə futbol çempionlarının siyahısı
1962/1963 Malta Premyer Liqası
1962/1963 Malta birinci divizionu (malta L-Ewwel Diviżjoni Maltija 1962/1963) — Malta Premyer Liqasının 48-ci mövsümü.
2018-19 UEFA Millətlər Liqası
2018/2019 UEFA Millətlər Liqası – UEFA Millətlər Liqasının açılış mövsümüdür. UEFA-ya üzv olan federasiyaların 55 kişi milli futbol komandası arasında 2018-ci ilin sentyabr-noyabr aylarında, A diviziyasının 4 qrup qalibi arasında keçirilən final mərhələsi isə 2019-cu ilin 5-9 iyun tarixlərində Portuqaliyada oynandı. == Format == UEFA Millətlər Liqasının format və matç reqlamenti 4 dekabr 2014-cü il tarixində təsdiqləndi. Buna görə 55 komanda 2017-ci il UEFA milli komandalar sıralamasına görə A diviziyasında 12 komanda, B diviziyasında 12 komanda, C diviziyasında 15 komanda və D diviziyasında 16 komanda olmaqla dörd diviyaya ayrılır.Hər diviziya öz içində üç-üç və ya dörd-dörd komandalardan ibarət 4 qrupa ayrılır. Hər qrupda komandalar dairəvi sistem üsulu ilə 4 və ya 6 oyun oynayacaqdır. Oyunlar hər matç həftəsində 2 oyun olmaqla 2018-ci ilin sentyabr, noyabr tarixlərində oynanacaq. Ən yuxarı diviziya olan A diviziyasının qrup birinciləri 2019-cu il 5-9 iyul tarixlərində UEFA Millətlər Liqası çempionu olmaq üçün final mərhələsində qarşılaşacaqdır. Final mərhələsi püşkdən sonra bəlli olacaq və 2 yarı final oyunu və son final matçından ibarət olacaq. Ev sahibi ölkə 4 yarı finalist komanda arasından 2018-ci ilin dekabr ayında müəyyənləşdiriləcək. Bu turnirin maraqlı tərəflərindən biri də komandaların alt diviziyaya düşmə və üst diviziyaya qalxa bilməsidir.
2018/2019 UEFA Millətlər Liqası
2018/2019 UEFA Millətlər Liqası – UEFA Millətlər Liqasının açılış mövsümüdür. UEFA-ya üzv olan federasiyaların 55 kişi milli futbol komandası arasında 2018-ci ilin sentyabr-noyabr aylarında, A diviziyasının 4 qrup qalibi arasında keçirilən final mərhələsi isə 2019-cu ilin 5-9 iyun tarixlərində Portuqaliyada oynandı. == Format == UEFA Millətlər Liqasının format və matç reqlamenti 4 dekabr 2014-cü il tarixində təsdiqləndi. Buna görə 55 komanda 2017-ci il UEFA milli komandalar sıralamasına görə A diviziyasında 12 komanda, B diviziyasında 12 komanda, C diviziyasında 15 komanda və D diviziyasında 16 komanda olmaqla dörd diviyaya ayrılır.Hər diviziya öz içində üç-üç və ya dörd-dörd komandalardan ibarət 4 qrupa ayrılır. Hər qrupda komandalar dairəvi sistem üsulu ilə 4 və ya 6 oyun oynayacaqdır. Oyunlar hər matç həftəsində 2 oyun olmaqla 2018-ci ilin sentyabr, noyabr tarixlərində oynanacaq. Ən yuxarı diviziya olan A diviziyasının qrup birinciləri 2019-cu il 5-9 iyul tarixlərində UEFA Millətlər Liqası çempionu olmaq üçün final mərhələsində qarşılaşacaqdır. Final mərhələsi püşkdən sonra bəlli olacaq və 2 yarı final oyunu və son final matçından ibarət olacaq. Ev sahibi ölkə 4 yarı finalist komanda arasından 2018-ci ilin dekabr ayında müəyyənləşdiriləcək. Bu turnirin maraqlı tərəflərindən biri də komandaların alt diviziyaya düşmə və üst diviziyaya qalxa bilməsidir.
2019 UEFA Avropa Liqası finalı
2019 UEFA Avropa Liqası finalı Avropa Liqasının 2018–19 mövsümünün final matçıdır. 29 may 2019-cu ildə Bakı Olimpiya Stadionunda keçirilmişdir. Finalda iki ingilis klubu – Arsenal və Çelsi üz-üzə gəldi. Bu artıq onuncu turnir finalıdır ki, eyni ölkənin komandaları üz-üzə gəlir. Finalda 4–1 hesabı ilə qalib gələn Çelsi 2019 UEFA Super Kuboku çərçivəsində 2018–19 UEFA Çempionlar Liqası qalibi ilə üz-üzə gəlib. Bu mövsümdən etibarən UEFA Avropa Liqasının finalı ilə UEFA Çempionlar Liqasının finalı eyni həftədə baş tutacaqdır.. 2018-ci ilin martında UEFA matçda əlavə vaxtın oynanacağı təqdirdə komandalara dördüncü oyunçu əvəzetmə hüququnu verdi. Matçın start fiti Bakı vaxtı ilə 23:00-da səsləndi. Matçda həm də Avropa Liqası finalları tarixində ilk dəfə Video köməkçi hakimdən (VAR) istifadə olunmuşdu. == Məkan == Bu final Azərbaycanda keçirilən ilk UEFA turnirinin finalı oldu.
2019 UEFA Millətlər Liqası Finalları
2019 UEFA Millətlər Liqası Finalları — UEFA Millətlər Liqası turnirinin 2018–19-cu il mövsümünün final mərhələsidir. Bu final mərhələsi UEFA-ya üzv ölkələrin kişilərdən ibarət yığma komandalarını əhatə edən beynəlxalq futbol turnirinin ilk mövsümü hesab edilir. Turnir 5 iyundan 9 iyuna kimi Portuqaliyada təşkil edilmişdir. Turnirdə 2018-19 UEFA Millətlər Liqasının A diviziyasının dörd qrup qalibi mübarizə aparır. Turnir iki yarımfinaldan, üçüncülük uğrunda görüşdən və UEFA Millətlər Liqasının ilk çempionunu təyin edəcək final görüşündən ibarətdir. Portuqaliya millisi final matçında Niderlandı 1–0 hesabıyla üstələyərək turnirin ilk qalibi oldu == Format == Millətlər Liqasının finalları 2019-cu ilin iyun ayında keçirildi və A diviziyasının dörd qrup qalibi turnirdə mübarizə apardı. Müsabiqə iki yarımfinal matçı, üçüncülük uğrunda oyun və finaldan ibarət olan formatda təşkil olunmuşdur. Püşkatma mərasimi 3 dekabr 2018-ci ildə İrlandiyada, Dublin şəhərində yerləşən Şelburn otelində baş tutmuşdur.Turnirdə ilk yarımfinal görüşü 5 iyunda (ev sahibinin iştirakı ilə), ikinci yarımfinal görüşü 6 iyunda, üçüncü yer uğrunda görüş isə 9 iyunda keçirildi. Finalda qalib gələn komanda UEFA Millətlər Liqasının ilk qalibi adını qazanacaq.Millətlər Liqasının Finalları tək oyundan ibarət olan görüşlərdən ibarətdir. Əgər normal oyun vaxtı bərabərliklə başa çatarsa, dördüncü oyunçu əvəzetməsinə icazə verilən 30 dəqiqələlik əlavə vaxt oynanılacaq.
2019 UEFA Millətlər Liqası finalı
2019 UEFA Millətlər Liqası finalı — UEFA Millətlər Liqası turnirinin 2018–19-cu il mövsümünün final mərhələsinin son matçıdır. Bu final matçı UEFA-ya üzv ölkələrin kişilərdən ibarət yığma komandalarını əhatə edən beynəlxalq futbol turnirinin ilk final matçıdır. Matç 9 iyun 2019-cu ildə Porto şəhərindəki Draqao stadionunda oynandı. Oyunda Portuqaliya Niderland millisinə 1–0 hesabıyla qalib gələrək turnirin ilk qalibi oldu. == Məkan == Final Portuqaliyanın ikinci ən böyük şəhəri olan Portodakı Draqao stadionunda oynandı. Stadion həm də "Porto" klubunun doğma məkanıdır. == Arxa plan == Matçdan öncə FİFA Dünya Reytinqində Portuqaliya 7-ci, Niderland isə 16-cı yerdə dururdu. Niderland A diviziyasının 1-ci, Portuqaliya isə 3-cü qrupunda mübarizə aparmışdı. 1-ci qrup turnirdəki ən çətin qrup hesab olunurdu. Bu qrupda Niderland son dünya çempionu Fransa millisini üstələyərək finallarda iştirak etmək hüququ qazandı.
2019 UEFA Çempionlar Liqası finalı
2019 UEFA Çempionlar Liqası finalı – Çempionlar Liqasının 2018–19 mövsümünün final matçıdır. 1 iyunda Madriddə yerləşən Vanda Metropolitano stadionunda keçirilmişdir.Finalda iki ingilis klubu: Liverpul və Tottenhem Hotspur üz-üzə gəldi. Bu həm də Tottenhemin oynadığı ilk ÇL finalı oldu. Bu finalda yeddinci dəfə eyni ölkənin klubları üz-üzə gəldi. Həmçinin, bu 2008-ci il finalından bəri ikinci ingilis klublarının qarşılaşdığı final idi. Matçda rəqibinə 2–0 hesabı ilə qalib gələn Liverpul 6-cı dəfə bu kuboka yiyələndi. Həmçinin, 2018–19 UEFA Avropa Liqası qalibi Çelsi ilə 2019 UEFA Super Kuboku çərçivəsində oyun oynama hüququ qazandı. Bundan əlavə komanda 2019-cu ilin dekabrında Qətərdə keçiriləcək klublararası dünya çempionatında da iştirak edəcək. Bu mövsümdən etibarən UEFA Avropa Liqasının finalı ilə UEFA Çempionlar Liqasının finalı eyni həftədə baş tutacaqdır.. 2018-ci ilin martında UEFA matçda əlavə vaxtın oynanacağı təqdirdə komandalara dördüncü oyunçu əvəzetmə hüququnu vermişdi.
2020/2021 UEFA Millətlər Liqası
2020/2021 UEFA Millətlər liqası (ing. 2020/2021 UEFA Nations League) — UEFA bayrağı altında milli komandaların iştirakı ilə keçirilən turnirin ikinci mövsümü. Yarış 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatına çıxmaq üçün əlavə imkan yaradır. == Format == 24 sentyabr 2019-cu il tarixində UEFA yarışın ikinci mövsümündə yeni işlənmiş bir formatdan istifadə olunacağını bildirdi. 55 milli komanda dörd diviziona bölündü. Hər biri 16 komandadan ibarət A, B və C dibizionları dörd millidən ibarət dörd qrupa bölündü. D divizionunda isə biri dörd , digəri üç komandadan ibarət olmaqla iki qrupa bölünən 7 komanda mübarizə aparacaq. B,C və D liqalarında qrup qalibləri daha üst liqaya yüksəlmə hüququ qazanacaqlar. A divizionunun dörd qrup qalibi UEFA Millətlər Liqasının çempionu olmaq uğrunda mübarizə aparacaqlar. Yarımfinal cütlükləri açıq püşkatma yolu ilə müəyyənləşəcəkdir.
AFK Çempionlar Liqası
AFK Çempionlar Liqası — AFK Çempionlar Liqası (ACL olaraq qısaldılmış), Asiya Futbol Konfederasiyasının (AFK) təşkil etdiyi illik qitə klub futbolu yarışması. 2002-ci ildə təqdim olunan yarış, 1967-ci ildə başlamış Asiya Klublar Birinciliyinin davamıdır. Yarışın qrup mərhələsində cəmi 32 klub mübarizə aparır. Asiyanın ən güclü milli liqalarından olan çempionlar avtomatik qatılır, seçmə pley-off mərhələsinə vəsiqə qazanan aşağı səviyyəli ölkələrdən olan klublar AFK Kubokunda iştirak etmək hüququ qazanır. 2009-cu ildən bəri çempionlar avtomatik olaraq CONCACAF Çempionlar Liqasına bənzəyən növbəti ilki yarışlarda iştirak etmirlər. AFC Çempionlar Liqasının qalibi FİFA Klublararası Dünya Kubokuna vəsiqə qazanır.
Avropa Super Liqası
Avropa Super Liqası — Avropanın on iki futbol klubu tərəfindən yaradılan futbol turniri. Turnirin yaradılması haqqında qərarı "Mançester Yunayted", "Mançester Siti", "Tottenhem", "Liverpul", "Çelsi", "Arsenal", "Barselona", "Atletiko", "Real", "Milan", "İnter" və "Yuventus" futbol klubları qəbul edib. Təşkilatın ilk sədri olaraq Florentino Peres təyin edilmişdir. Lakin Super Liqanın yaradılması "UEFA" və "FIFA"nın etirazına səbəb oldu. UEFA və FIFA Super Liqa klublarını milli, Avropa və dünya turnirlərindən kənarlaşdıracaqlarını və oyunçuların milli komandalarında oynamaq imkanını itirəcəklərini bəyan ediblər.Bir müddət sonra komandalardan 9-u turniri tərk etdi. Hazırda turnirdə sadəcə 3 futbol klubu (Barselona, Real Madrid və Yuventus) iştirak edir.
Avropa Tədqiqat Universitetləri Liqası
Avropa Tədqiqat Universitetləri Liqası (ing. League of European Research Universities, qısa LERU) — Avropa aparıcı elmi tədqiqat universitetlərinin birliyi. Təhsildə və elmi fəaliyyətdə yüksək nəticələr əldə etmək üçün bilik və təcrübə mübadiləsi, fundamental tədqiqatlar aparmaq və beynəlxalq aləmdə Avropa universitetlərinin rəqabət qabiliyyətini artırmaq naminə yaradılıb.. Mənzil-qərargahı Belçikanın Lyöven şəhərində yerləşir. 2009-cu ildən LERU-nun baş katibi professor Kurt Deketelerdir == Tarixi == LERU 2002-ci ildə Avropanın 12 universitetinin təşəbbüsü ilə yaradılıb. 2010-cu ildə birlik üzvlərinin sayı 21-ə çatıb. == LERU statistikası == 550 min tələbə, həmçinin 50 min doktorant; Magistrlərə 55 min, doktorlara 12 min təqaüdün ayrılması; Ümumi tədqiqat büdcəsi — 5 milyard avro; Qrantların ümumi həcmi 300 milyon avro; Tədqiqatları və ya təhsili LERU universitetləri ilə bağlı olan 230 Nobel mükafatı və Fildsov mükafatı laureatı; 55 min nəfər professor-müəllim heyəti.
Avropa Çempionlar Kuboku və UEFA Çempionlar Liqası finallarının siyahısı
UEFA Çempionlar Liqası (1955-56 mövsümündən 1990-91 mövsümünə qədər Avropa Çempionlar Kuboku adlanılıb) — 1955-ci ildən etibarən hər il baş tutan futbol turniri. UEFA Çempionlar Liqası turnirinə, öz futbol çempionatı olmayan Lixtenşteyn istisna olmağla, UEFA-ya (Avropa Futbol Assosiasiyalarının İttifaqı) üzv olan dövlətlərin futbol çempionatlarının qalibləri, habelə Almaniya, İngiltərə və İspaniya çempionatlarında 1-ci, 2-ci, 3-cü və 4-cü yerlərinin sahibləri və ötən mövsümün UEFA Avropa Liqası qalibi qatılır. UEFA Çempionlar Liqasının son qalibi 2023-cü ilddə İstanbulun Atatürk Olimpiya Stadionunda "İnter Milani" 1-0 hesabı ilə məğlub edən "Mançester Siti" olmuşdur. UEFA Çempionlar Liqasının, 5 dəfə qalibi olan və ya 3 dəfə ardıcıl qalibi olan komandaya, turnirin trofeyini əbədi saxlamağ hüququ verilir. Hal-hazırda, 5 komanda UEFA Çempionlar Liqasının trofeyini əbədi saxlayır: "Real" Madrid, "Bayern" Münhen, "Milan", "Ayaks","Liverpul" və "Barselona".
Azərbaycan Futbol Liqasının 2015 yay transferləri
Bu siyahıda Azərbaycan Premyer Liqasının 2015/2016 mövsümünün yay transferləri göstərilmişdir.
Azərbaycan Futbol Liqasının 2016–17 qış transferləri
Bu siyahıda Azərbaycan Premyer Liqasının 2016/2017 mövsümünün qış transferləri göstərilmişdir.
Azərbaycan Futbol Liqasının 2017 yay transferləri
Bu siyahıda 9 iyun — 31 avqust 2017-ci il yay transfer pəncərəsi dövründə həyata keçən transferlər göstərilmişdir. Siyahıya yalnız 2017-18 mövsümündə Azərbaycan Premyer Liqasında çıxış edən klublar daxildir.
Azərbaycan Peşəkar Futbol Liqası
Azərbaycan Peşəkar Futbol Liqası və ya qısaldılmış adı ilə AzPFL — AFFA nəzdində fəaliyyət göstərib, Futbol üzrə Azərbaycan çempionatı, Azərbaycan Kuboku, Azərbaycan Birinci Liqasına nəzarət edən dövlət qurumu. == Tarixi == Qurum 13 iyun 2008-ci ildə AFFA-nın inzibati binasında keçirilmiş iclas zamanı AFFA prezidenti Rövnəq Abdullayev tərəfindən yaradılmış və o zaman Neftçinin vitse-prezidenti olan Ramin Musayev isə quruma prezident təyin olunmuşdur. Ramin Musayev 29 iyul 2022-ci ildə vəzifəsindən istefa vermişdir. Həmin gün keçirilən iclasda Elxan Səmədov növbəti dövr üçün qurumun prezidenti seçilmişdir.
Azərbaycan Premyer Liqası
Misli Premyer Liqası — Azərbaycanın peşəkar futbol klublarının çıxış etdiyi ən yüksək təbəqədir. Hazırda Misli Premyer Liqasında 10 futbol klubu iştirak edir. Azərbaycan Premyer Liqasının mövsümü adətən avqust ayından maya kimi keçirilir. Premyer Liqanın qalibi UEFA Çempionlar Liqasının 1-ci pley-off mərhələsində yer alır. Çempionat 1992-ci ildən 2007-ci ilə qədər Yüksək Liqa, 2007-ci ildən sonra Azərbaycan Premyer Liqası adı altında fəaliyyət göstərir. 1992-ci ildən 10 klub Azərbaycan Premyer Liqasının qalibi olmuşdur. Azərbaycan Premyer Liqasının ən uğurlu komandası "Qarabağ"-dır. Hazırkı çempion "Qarabağ" 2022–23 mövsümündə 10-cu dəfə bu titulu qazanmışdır. == Tarixi == === 1990-cı illər === 1990-cı illərdə liqada əsasən "Neftçi", "Qarabağ", "Kəpəz", "Turan Tovuz FK" və "Şəmkir" hökmranlıq edib. 1997-ci ildə "Kəpəz" Azərbaycan Premyer Liqası tarixində ən uzun qələbə seriyasına imza atmışdır.
Azərbaycan Premyer Liqası 1992
Azərbaycan Premyer Liqası 1992 — Müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikasının futbol üzrə sayca birinci çempionatı. Bakının "Neftçi" klubu ilk çempion olub. Sumqayıtın "Xəzər" komandası ikinci, "Turan" (Tovuz) isə üçüncü olub. == Format == İlk mərhələdə 26 klub hər birində 13 klub olmaqla iki qrupa bölunur. Çempionatda 26 komanda iştirak edib. Onlar hər birində 13 komanda olmaqla 2 qrupda mübarizə aparıb. İlk 6 komanda II mərhələdə 1-12 yerlər uğrunda, digərləri 13-26-cı yerlər uğrunda oynayıb. Mübarizə ilk mərhələnin bütün göstəriciləri saxlanmaqla davam etdirilib. Əsasnaməyə uyğun olaraq turnirdə ən zəif çıxış etmiş 8 komanda aşağı dəstəyə düşüb. Qələbəyə görə komandalar 2 xal, bərabərliyə görə isə 1 xal qazanıblar.
Azərbaycan Premyer Liqası 2007/2008
Azərbaycan Premyer Liqası 2007/2008 — 1992-ci ildən bəri futbol üzrə keçirilən sayca 16-cı Azərbaycan çempionatıdır.
Azərbaycan Top Liqası 1992
Azərbaycan Premyer Liqası 1992 — Müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikasının futbol üzrə sayca birinci çempionatı. Bakının "Neftçi" klubu ilk çempion olub. Sumqayıtın "Xəzər" komandası ikinci, "Turan" (Tovuz) isə üçüncü olub. == Format == İlk mərhələdə 26 klub hər birində 13 klub olmaqla iki qrupa bölunur. Çempionatda 26 komanda iştirak edib. Onlar hər birində 13 komanda olmaqla 2 qrupda mübarizə aparıb. İlk 6 komanda II mərhələdə 1-12 yerlər uğrunda, digərləri 13-26-cı yerlər uğrunda oynayıb. Mübarizə ilk mərhələnin bütün göstəriciləri saxlanmaqla davam etdirilib. Əsasnaməyə uyğun olaraq turnirdə ən zəif çıxış etmiş 8 komanda aşağı dəstəyə düşüb. Qələbəyə görə komandalar 2 xal, bərabərliyə görə isə 1 xal qazanıblar.
Azərbaycan Top Liqası 1993
Azərbaycan Premyer Liqası 1993 — 1992-ci ildən bəri futbol üzrə keçirilən sayca 2-ci Azərbaycan çempionatıdır. == Məlumat == Qələbəyə görə 2, heç-heçəyə 1 xal verilib. 20 komanda hər birində 10 olmaqla 2 qrupda mübarizə aparıb. Bu komandalardan 2-si – “Nicat”, “Bozqurd” (əvvəlki “Kür” Samux) aşağı dəstədən gələnlərdir. “Azneftyağ” isə əvvəlki “Tərəqqi”dir. Hər qrupdan 3 komanda aşağı dəstəyə düşüb. İlk 2 yeri tutan komanda isə final mərhələsinə yüksəlib. Neytral meydanda keçirilən final mərhələsi pley-off sistemi ilə baş tutub.
Azərbaycan Top Liqası 1993/1994
Azərbaycan Premyer Liqası 1993/1994 — 1992-ci ildən bəri futbol üzrə keçirilən sayca 3-cü Azərbaycan çempionatıdır.
Azərbaycan Top Liqası 1994/1995
Azərbaycan Premyer Liqası 1994/1995 — 1992-ci ildən bəri futbol üzrə keçirilən sayca 4-cü Azərbaycan çempionatıdır. Xəzər Lənkəran 12-ci turdan sonra çıxışını dayandırıb, qalan oyunlarda 3:0 hesablı texniki məğlubiyyət verilib.
Azərbaycan Top Liqası 1995/1996
Azərbaycan Premyer Liqası 1995/1996 — 1992-ci ildən bəri futbol üzrə keçirilən sayca 5-ci Azərbaycan çempionatıdır. == Altılıq mərhələsi == Yekun cədvəli 1-6-cı yerlər uğrunda 1. "Neftçi" 20 10 6 4 32-20 36 2. "Xəzri" 20 8 9 3 22-14 33 3. "Kəpəz" 20 9 5 6 34-21 32 4. "Turan" 20 9 3 8 26-30 30 5. "Qarabağ" 20 4 9 7 25-26 21 6. "Kür-Nur" 20 1 4 15 12-46 77-11-ci yerlər uğrunda 7. "Bakı fəhləsi" 16 9 2 5 26-18 29 8. "Viləş" 16 9 1 6 26-29 28 9.
Azərbaycan Top Liqası 1996/1997
Azərbaycan Premyer Liqası 1996/1997 — 1992-ci ildən bəri futbol üzrə keçirilən sayca 6-cı Azərbaycan çempionatıdır.

Значение слова в других словарях

ана́фемский була́вочка перепа́хивать расшива́ть шёлкотка́чество абза́ц вольнонаёмный заса́хариваться по сча́стью табакома́н хля́сканье вспыльчивый гутморген равендук Bruce hemp agrimony incompatibility pot lead silver fox Sundays дичиться заделаться прикрашивать сближаться снизу