Lixtenşteyn sarayı (Kampa)
Lixtenşteyn sarayı (çex. Lichtenštejnský palác na Kampě v Praze) - Praqanın Mala Strana rayonunda, Vltava çayının sol sahilində (U Sovových mlýnů küçəsi 4/506) yerləşən barokko üslublu saraydır. Saray Kampa adasının azsaylı görməli abidələrindən biridir. Karl körpüsündən Vltava çayı boyunca uzanan binanın fasadına və onun ətrafındakı digər binalara gözəl mənzərə açılır. Elə təəssürat yaranır ki, saray düz çayın dibindən qalxır. Hazırda saray Çexiya hökuməti tərəfindən müxtəlif mədəni tədbirlərin, habelə mühüm dövlət səfərlərinin yerləşdirilməsi üçün istifadə olunur. 1958-ci ildən Çexiya Respublikasının mədəniyyət abidəsi kimi qorunur.
== Tarix ==
XVII əvvəllərində tikilmiş bu saray, Praqada barokko memarlığının ən qədim nümunəsi sayılır. Lakin əslində bu bir az doğru deyil. Birincisi, bu bir yox, ilk sahibinin, yəni "qanlı" Karl Lixtenşteynin istəyi ilə vahid ansambl şəklində birləşdirilmiş düz beş ayrı binadır.