lobya
lobyaçilov
OBASTAN VİKİ
Lobya
Lobya (lat. Phaseolus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi. Azərbaycanda istifadə olunan yalnız atlı, piyada və maş (xırda) lobyalardır. Maş lobyadan yaşıl halda adətən yemək üçün istifadə olunmur. Bunun qurudulmuşundan, lobya-plov bişirilir. Eyni zamanda xəmir xörəklərinə yəni, əriştəyə, xingala tökür, mutmac adlanan yemək hazırlayırlar. Bundan başqa soğan suyu deyilən xörəyi də xırda lobyadan bişirirlər. Atlı, piyada və sair lobyalardan həm yaşıl, həm də quru halında istifadə olunur.
Noxud
Noxud (Cicer arietinum L. ) — Paxlakimilər fəsiləsindən birillik ot bitkisi. Noxudun vətəni Şərqi Əfqanıstan və Şimal-Qərbi Hindistan hesab edirlir, burada onu bizim eradan əvvəl IV əsrdə becərməyə başlamışlar. == Yaşıl noxud == Zülal, lif və nişasta baxımından zəngin bir qidadır. Göy noxud A, C və B qrupu vitaminlərinin yanında dəmir, fosfor və kalium kimi mineralları da içində saxlayan bəsləyici bir tərəvəzdir. Quru yaşıl noxud zülal və nişasta baxımından təzə yaşıl noxuddan daha zəngindir. Bununla birlikdə, təzə yaşıl noxudu həzm etmək daha asandır. == Qida və yem dəyəri == Noxud yüksək zülallı qida və yem məhsuludur. Onun dənini qidaya təzə, konservləşdirilmiş və bişmiş şəkildə qəbul edirlər, yarma və un emal edirlər. Yem sortları (yaşıl kütlə, saman, dən), həmçinin nöxud küləşini və küfəsini mal-qaraya yedirdirlər. Digər dənli bitkilərdə olduğu kimi noxudunda xüsusiyyəti ondadır ki, onun kökündə yerləşən və havadan azotu fiksasiya edən köküyumrular bakteriyaları sayəsində sünbüllü bitkilərindən azot gübrələri olmadan 2 – 3 dəfə artıq zülal sintez edirlər (lizin, valin və s.), toxumlarında nişastanın miqdarı yüksəkdir.
Adi lobya
Adi lobya (lat. Phaseolus vulgaris) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin lobya cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Adi lobyabecərilən, birillik, gövdəsi (kolşəkilli formalı, hündürlüyü 50 sm), sarılan, sarmaşanot bitkisidir. Yarpaqları yumurtavarı, uzunsaplaqlı, üçər mürəkkəb, kənarları bütöv, yarpağın əsası eyni dərəcədə olmayan və zirvəsi itiucludur. Çiçəkləri ağ, çəhrayı və ya bənövşəyi rəngli, kəpənəkçiçək tipindədir. Meyvəsi paxla, düz, yastılaşmış və ya silindrik, köndələn istiqamlətli, 3-7 müxtəlif forma və rəngli olur. İyul-avqust aylarında çiçəkləyir, avqust-sentyabr aylarında isə meyvələri yetişir.Yabanı növü məlum deyil. Ehtimal edilir ki, vətəni Mərkəzi Amerika və Meksikadır. Bir çox ölkələrdə taxıl-paxlalı və tərəvəz bitkisi kimi becərilir. İstisevən və quraqlığa davamlıdır.
Lobya fisincanı
Lobya fisincanı — Azərbaycan mətbəxinə aid qəlyanaltı == Lazım olan ərzaqlar == Qırmızı lobya – 100 q baş soğan – 30 q ərinmiş yağ – 20 q qoz ləpəsi – 30 q sirkə – 20 q və ya nar şirəsi – 15 q keşniş göyərtisi – 20 q istiot duz == Hazırlanma qaydası == Lobya bişirilir, qızardılmış baş soğan və qoz ləpəsi ilə ətçəkən maşından keçirilir. İstiot, duz, sirkə və ya nar şirəsi əlavə edilib qarışdırılır. Fisincanın üstünə göyərti səpilir və halqavarı doğranmış baş soğanla bəzənir.
Badam noxud
Badam noxud - konfetəoxşar Azərbaycan şirniyyatı == Mənbə == Əhmədov Ə. 1002 şirniyyat. Bakı, «Gənclik», 2010.
Noxud dənyeyəni
Noxud dənyeyəni lat. Bruchus pisorum L.-Yetkin böcəklər 4–5 mm böyüklükdə olub, bədənləri qara rəngdədir. == Quruluşu == Yetkin böcəklər 4–5 mm böyüklükdə olub, bədənləri qara rəngdədir. Kürəni-boz rəngdə sıx tükcüklərlə örtülmüşdür. Bığcıqların nəhayəti xeyli yoğundur. Qanadüstlüyü qısa olduğundan qarıncığı tam örtmür. Üzərində qara-qonur və ağ ləkələr vardır. Bığcıqlar, pəncələr və ön ayaq baldırlarının əsası kürəni rəngdədir. Ön döşün yan tərəflərində tükcüklər arasında çətin seçilən iki ədəd mahmız vardır. Yumurtası sarı kəhrəba rəngdədir, nisbətcə iridir.
Noxud mənənəsi
Noxud mənənəsi-(lat. Acyrthosiphon pisum) — buğumayaqlılar tipinin bərabərqanadlılar dəstəsinin mənənələr fəsiləsinə aid olan növ. == Xarici quruluşu == Noxud mənənəsi bütün mənənələr içərisində ən iri növdür. Qanadsız bakirə dişi fərdlərin bədəni 4–4,5 mm-dir. Yayıla bilən dişi fərdlərin bədənləri isə 5 mm uzunluğundadır. Dişilərin bədəni yaşıl, gözləri isə qırmızı-qonurdur. Bunların bığcıqları bir cüt alın şişkinlikləri üzərində yerləşir və bədəndən xeyli uzundur. Şirə borucuqları uzun, quyruqcuğu isə ağımtıldır. Qanadlarında olan xarici damarlar və gözcüklər yaşıl rənglidir. Noxud mənənəsinin yumurtası əvvəlcə göy-yaşıl, sonra isə qara rəngdə olur.
Noxud sıyığı
Noxud sıyığı-Suda bişirilmiş noxudlara qaymaq, yağ və ədvalardan istifadə edərək hazırlanır. == Əsası == Noxudlu sıyıq əsas yemək ola bilər. Ona çox vaxt soğan, qara istiot da əlavə edirlər. Qarniyer kimi üzərinə balıq və ətdən istifadə edirlər. O dietik yeməkdir. Yüksək koloriliyi və tutumu ilə seçilir. Çox vaxt idmançılar tərəfindən istifadə edilir. Vegeteriyanlar isə ondan ağardıcı və ət əvəzləyicisi kimi istifadə edirlər. == Tarixi == Orta əsirlərdən Polşada o mal əti ilə hazırlanır. Məlumdur ki, III Sigizmund onu çox bəyənirdi.
Noxud çuxuru
Noxud çuxuru — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Ümumi məlumat == Novruz bayramı və digər el şənliklərində uşaqlar tərəfindən oynanılan oyunlardan biridir. Bu maraqlı oyun ev şəraitində keçirilir. == Oyunun qaydaları == Böyük bir sini təmiz və narın qumla doldurulub, üzəri hamarlanır. Sinini dövrəsi boyunca bir- birinin yanında, qumun üstündə kiçik çuxurlar qazılır... Hər çuxura yeddi ədəd noxud salınır. Oyunçular cüt-cüt noxudları çuxurlara salarkən belə bir şeir deyirlər: Oyunda üç və üçdən artıq oyunçu iştirak edə bilər. Oyunçulardan biri payına düşən çuxurlardan birinin noxudlarını saat əqrəbi istiqaməti üzrə qonşu çuxurlara bir- bir salır. Növbə ilə ikinci və üçüncü oyunçunu da bunu təkrar edir. Kimin axrıncı noxudu oyunçuların çuxurundakı tək sayda (1,3,5) olan noxudların üzərinə düşürsə, o oyunu udmuş hesab olur.
Noxud çörəyi
Noxud çörəyi (az.-əbcəd نوخود چؤرگی‎) - Qəzvin bölgəsinin yerli və ənənəvi şirniyyatlarından biridir ki daha çox Novruz bayramlarında hazırlanır. == Lazım olan ərzaqlar == 100 q şəkər tozu 200 q noxud unu 100 q qatı yağ 1 çay qaşığı hil tozu 0,25 çay qaşığı püstə tozu yoxsa püstə dilimləri üstünü bəzəmək üçün == Hazırlanma qaydası == İşə başlamazdan öncə şəkər tozu və noxud ununu ələndiyinizdən əmin olun. Şəkər tozu və qatı yağı böyük bir qaba töküb və elektrikli qarışdırıcı ilə qarışdırın. Mikserlə qarışdırmağa təxminən 4-5 dəqiqə davam edin. Hil tozunu noxud unu ilə qarışdırın. Sonra ələnmiş noxud ununu bir neçə addımda şəkər tozu və qatı yağ qarışığına əlavə edin. Sonra maddələri bir qaşıq və ya bir çəngəl ilə qarışdırıb və hamar olduqdan sonra əl ilə yoğurmağa başlayın. Bu şirniyyatın xəmirləri əvvəlcə yapışqandır və birləşdirici bir quruluşa sahib deyil, ancaq xəmiri yoğurduqca daha az yapışqan olaraq, yumşaq olur. Xəmir tamamilə qabın ortasına yığıldıqda və birləşdirici və yumşaq bir toxuma tapdıqda xəmir hazırdır. Kiçik bir xəmir götürün və şəklini düzəldin, xəmiri yoğurmağa davam etməlisinizsə.
Noxud şorbası
Noxud şorbası — noxudla hazırlanan şorba növü. Bir çox dünya mətbəxində noxud şorbası hazırlanır. Əsasən Pisum sativum növündən olan noxuddan hazırlanır. == Tarixi == Noxud şorbası qədim zamanlardan hazırlanan xörəklərdən biridir. Aristofan "Quşlar" əsərində noxud şorbasının adını çəkmişdir. == Coğrafiyası == Kanadada sarı noxud şorbası Kvebek mətbəxinin ənənəvi xörəklərindən biridir. Kanadanın ingilisdilli bölgələrində noxud şorbası Conni çörəyi ilə servis edilir. Almaniyada donuz əti və ya sosiska ilə bişirilməsi geniş yayılıb, eləcə də, hazır noxud şorbası konservləri satılır. Niderlandda noxud şorbasının snert adlandırılan xüsusi çeşidi hazırlanır. İndoneziya və Surinam keçmiş Niderland müstəmləkələri olduğu üçün bu ölkələrdə də noxud şorbası geniş hazırlanan xörəklərdəndir.
Ucagöy noxud
Pisum elatius Bieb. (P. humile Boiss. & Noe, P. sativum L. subsp. elatius (Bieb.) Aschers. & Graebn.) Hündürlüyü (20) 30-70 (100) sm və ondan yüksək olan, gövdəsi sadə və yaxud budaqlanmış birillik çılpaq göyümtül ot bitkisidir. Yalançı zoğları iridir, yarım oxşəkilli, uzunsovdur, çox vaxt aşağı hissəsi və həmçinin yuxarısı oyuqlu dişlidir. == Yarpaq == Yarpaqları 2-3 cüt yarpaqcıqlarladır, yarpaqcıqlar yalançı zoğlardan biraz iri və ya onlara bərabərdir, elliptik və ya uzunsovdur, tamkənarlı və ya kənarları az dişlidir, aşağı yarpaqları əksinə-yumurtaşəkillidir. == Çiçək == Çiçək saplağı adətən yalançı zoğlardan 2-3 dəfə uzundur və üzərində 1-2 ədəd çiçək olur. Tacın uzunluğu 20–25 mm-dir. Yelkən bənövşəyi və ya tünd-qırmızı rəngdədir; qanadları demək olar ki, qara tünd-bənövşəyi rəngdədir, ovaldır; qayıq tutqundur və qanadlardan biraz qısadır.
Yaşıl noxud
Noxud (Cicer arietinum L. ) — Paxlakimilər fəsiləsindən birillik ot bitkisi. Noxudun vətəni Şərqi Əfqanıstan və Şimal-Qərbi Hindistan hesab edirlir, burada onu bizim eradan əvvəl IV əsrdə becərməyə başlamışlar. == Yaşıl noxud == Zülal, lif və nişasta baxımından zəngin bir qidadır. Göy noxud A, C və B qrupu vitaminlərinin yanında dəmir, fosfor və kalium kimi mineralları da içində saxlayan bəsləyici bir tərəvəzdir. Quru yaşıl noxud zülal və nişasta baxımından təzə yaşıl noxuddan daha zəngindir. Bununla birlikdə, təzə yaşıl noxudu həzm etmək daha asandır. == Qida və yem dəyəri == Noxud yüksək zülallı qida və yem məhsuludur. Onun dənini qidaya təzə, konservləşdirilmiş və bişmiş şəkildə qəbul edirlər, yarma və un emal edirlər. Yem sortları (yaşıl kütlə, saman, dən), həmçinin nöxud küləşini və küfəsini mal-qaraya yedirdirlər. Digər dənli bitkilərdə olduğu kimi noxudunda xüsusiyyəti ondadır ki, onun kökündə yerləşən və havadan azotu fiksasiya edən köküyumrular bakteriyaları sayəsində sünbüllü bitkilərindən azot gübrələri olmadan 2 – 3 dəfə artıq zülal sintez edirlər (lizin, valin və s.), toxumlarında nişastanın miqdarı yüksəkdir.
Ağ lobya salatı
== Lazım olan ərzaqlar == Təxminən 4 pay üçün 1 1/2 stəkan quru ağ lobya - gecədən suda isladılmış 1 ədəd orta boy soğan - yarıya bölünüb, uzunsov doğranmış 1 stəkan xırda-xırda doğranmış cəfəri 1 ədəd orta boy yaşıl Bolqar bibəri - xırda-xırda doğranmış 2 ədəd orta boy pomidor, xırda-xırda doğranmış 1/4 stəkan zeytun yağı zövqə görə sıxılmış limon suyu və ya sirkə zövqə görə duz zövqə görə istiot 1 ədəd bərk bişmiş yumurta - 4 dilimə bölünmüş bir neçə ədəd qara zeytun sumax və yaxud şirin qırmızı bibər tozuQeyd: Tərəvəz, göyərti, zeytun yağı, limon və ya sirkənin miqdarını zövqə görə azaltıb çoxalda bilərsiniz. == Hazırlanma qaydası == Lobyanı süzüb suda yumuşalanadək bişirin. Süzüb iri bir qaba qoyun. Soğanı təxminən 1 x. qaşığı duzla ovun ki, acı suyu çıxsın və yumuşalsın. Sonra isə soğanı yuyun və əlinizlə suyunu sıxıb atın. Soğanı lobyaya əlavə edin. Yumurta, zeytun, sumax və ya bibər tozundan başqa bünün ərzaqları lobyaya əlavə edib qarışdırın. Salatı servis qabına yerləşdirib, yumurta dilimləri və zeytunla bəzəyin. Yumurtanın üstünə azca ya sumax, ya da bibər tozu səpin.
Göy lobya küküsü
Yaşıl lobya küküsü və ya Göy lobya küküsü – Təbriz mətbəxinə aid göy lobya ilə hazırlanan bir növ kükü.
Lobya-çilov plov
Lobya-çilov plov — Bu plovu adətən Novruz bayramı qabağı, axır çərşənbə axşamı hazırlayırlar. Onu quru balıq ya da qızardılmış balqabaqla verirlər. Tərkibi: qoyun əti - 221q, ərinmiş yağ - 50q, ağ lobya - 50q, düyü - 100q, kişmiş - 40q, baş soğan - 40q, zəfəran - 0,1q, darçın - 0,2q, istiot - 0,1q, duzQarnir kimi duzlu quru balıq – xəşəm və ya kütümHazırlanması: Hər paya 2-3 tikə ət götürülür, duz, istiot vurulub soğanla qızardılır, zəfəran şirəsi və bulyon əlavə edilib hazır olunca bişirilir. Lobya və düyü ayralıqda bişirilir və süzülərək qarışdırılıb dəmə qoyulur. Kişmiş yağ içində ayrıca bişirilir. Süfrəyə verildikdə boşqaba düyü ilə lobya çəkilir, üstünə kişmiş, qazmaq qoyulur, yağ tökülür və darçın səpilir. Ət ayrıca verilir.
Yaşıl lobya küküsü
Yaşıl lobya küküsü və ya Göy lobya küküsü – Təbriz mətbəxinə aid göy lobya ilə hazırlanan bir növ kükü.
Ətli lobya şorbası
Ətli lobya şorbası — sulu yemək. == Tərkibi == Hər pay üçün: 163 q qoyun əti, 80 q qırmızı lobya, 20 q yağ, 20 q baş soğan, duz, istiot. == Hazırlanma qaydası == Hərəsi 40 q çəkidə 2–3 tikə qoyun əti suda bişirilir. Lobya yuyulub isladılır və ətə qatılıb bişirilir. Baş soğan doğranır və yağda qızardıldıqdan sonra şorbaya qatılır. Sonra şorbaya duz və istiot vurulub bişirilir.
мексика́нский отку́поривать противопожа́рный пя́тый тонкоко́жий ...зна́чный длинноволновый изогра́фия малоиму́щий обро́чный портсига́р пшени́чный сексте́т сидеть на мели́ deplume float-valve hebephrenia menstrua sweeping tangle thermoduric авиапассажир бисер вертеп лорнировать