lobzik
lociya
OBASTAN VİKİ
Terras
Terras — bir tikilinin yer səviyyəsindən yüksək, istifadə edilə bilinən xarici hissəsi. Terrasların görüntüsü və xüsusiyyətləri bir çox şəkildə ola bilməsinə baxmayaraq terraslar bir evin balkondan daha geniş, üstü açıq olan hissəsidir. Terrasların istifadə sahələri olduqca müxtəlifdir. Terraslar ya kiçik miqyasda bağça salma işlərində ya da xüsusi istifadə məqsədi ilə yaradılırlar. Terrasların yaradılması mərhələsində Peyzaj memarlığının xidmətlərinin istifadəsi böyük önəm daşıyır.
Akkumlyativ terras
Akkumlyativ terras- allüvi, dəniz, göl və ya göl – buzlaq çöküntülərindən təşkil olunmuş terrasa deyilir. == Haqqında == Akkumulyativ terras bir akkumulasion tsikl çöküntülərindən ibarət və dərinliyi sonrakı kəsimdən çox olan terrasdır. Akkumulyativ terras çay (allüvium), dəniz və ya göl (dəniz və ya göl çöküntüləri) və b. növləri ayrılır. == Həmçinin bax == Akkumlyativ relyef Akkumulyativ düzəlik Akkumulyativ allüvial düzənlik == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006. — Səhifələrin sayı: 679.
Allüvial terras
Allüvial terras - çayın gətirdiyi allüvial çöküntülərdən təşkil olunmuş çay terrasına deyilir.
Erozion terras
Erozion terras - (Özüllü terras) - (rus. коренная терраса / rock-terrace, rock bench erosion terrace/, ing. laccolith) ana süxur­lardan ibarət və üzəri nazik allüvial çöküntülərlə örtülmüş, terras. Bu terraslar adətən qədim və yüksək olurlar.
La-Terras
La-Terras (fr. La Terrasse) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Muayan Qrezivodan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38503. Kommunanın 2012-ci il üçün əhalisi 2418 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 229 ilə 1 045 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 480 km cənub-şərqdə, Liondan 100 km cənub-şərqdə, Qrenobldan 23 km şimal-qərbdə yerləşir.
Qoyulmuş terras
Qoyulmuş terras söykənmiş terras (rus. вложенная терраса, ing. inset terrace, fill-in-fill terrase) - allüvial qatı çay dərəsinə qoyulmuş kimi olan çay, yaxud qobu terrası; məcradan uzaq kənarları ana sahilin süxurlarına, yaxud daha qədim terras çöküntüləri qatına söykənir.
Yerli terras
Yerli terras – (rus. местная терраса, ing. local terrace) dərənin ancaq müəyyən hissəsində müşahidə edilən terras, əksər halda su tutarların boğulan hissəsində çayın düşməsi nəticəsində yaranır.
Lex loci actus
Lex loci actus və ya aktın tərtib edildiyi yerin qanunu — beynəlxalq xüsusi hüquqda qəbul edilmiş qayda. Bu qaydaya görə, mülki hüquq aktının tərtib olunduğu dövlətin hüququ tətbiq olunmalıdır. Bu, təhkimetmənin ümumi formuludur və bu şəkildə nadir hallarda istifadə olunur. Buna səbəb mülki hüquq aktının müxtəlif mülki-hüquqi hərəkətlərini əhatə edən geniş anlayış olmasıdır. Buna görə də aktın növündən asılı olaraq bu formul dəqiqləşdirilir. Aktın tərtib edildiyi yerin qanununun ən çox yayılmış variantları "Müqavilənin tərtib edildiyi yerin qanunu", "Müqavilənin icra edildiyi yerin qanunu", "Zərər vurulma yerinin qanunu"dur.
Terras (relyef forması)
Terras (fr. terrasse)- yamaclarda pillə-pillə yerləşən, səthi üfüqi və ya bir qədər meyilli olan relyef formasıdır. Terras əsasən suyun eroziya, abraziya və akkumulyativ fəaliyyəti nəticəsində əmələ gəlir. Terraslar mənşəyinə görə struktur və akkumulyativ terraslara bölünür. == Süni terras == Dağ yamaclarda torpaq eroziyasının qarşısını almaq məqsədi ilə buldozer, qreyder və xüsusi terrasyor deyilən mexanizmlərlə süni terraslar düzəldilir və orada bağlar, meşə-bağlar salınır. Belə terraslar Azərbaycanda Siyəzən, Şabran, Şamaxı, Zəngilan və digər rayonlarda düzəldilmiş və orada badam, püstə,eldar şamı və digər ağac cinslərindən bağlar, meşə-bağlar salınmışdır. Daşkəsən, Kəlbəcər, Laçın və b. rayonlarda keçmişdə uzun dövr eyni istiqamətdə kotanla şumlama nəticəsində süni terraslar (yerli dildə "taxtalar") yaradılmışdır. Hazırda bu terrasların "taxta" hissəsindən taxıl əkini, biçənək kimi istifadə edilir. Meyilli hissəsində isə çox yerdə təbii olaraq ağac və kollardan meşəliklər yaranmışdır.
билетёрша вбро́сить насу́чиваться пригре́зиться се́мпель склади́ровать скомплектова́ть соро́мник стрельну́ть и́рбисовый налива́ть оленебы́к очарова́ться поскрёбки потряса́ющий предубеждённость прико́вывание с по́мощью завражье Big Ben brandling lazaretto love-mate over-under запевать