LOMBA

is. Qəliz maye və ya sıyıq şeyin iri və dairəvi parçası; iri damcı, böyük damla. Mürəkkəb lombası. – Molla uşağı arxası qatda uzadır yerə, bir lomba tüpürür üzünə. “M.N.lətif.
[Yetər:] Cəbi, vallah, sən axırı məni o yerə gətirəcəksən, saqqalına lomba ilə tüpürəcəyəm. N.Vəzirov.

LOM
LOMBA-LOMBA
OBASTAN VİKİ
Alzano Lombardo
Alzano Lombardo (it. Alzano Lombardo) — İtaliyada, Lombardiya bölgəsində Berqamo əyalətinin inzibati mərkəzinə tabe olan bir şəhərdir. Əhalisi 12 065 nəfər, əhali sıxlığı — 898 nəfər / km². sahəsi 13.43 km² ərazini əhatə edir. Poçt kodu — 24022. Telefon kodu — 00035. Müqəddəs Turlu Martin şəhərin hamisi sayılır. Şəhər festivalı hər il 11 noyabrda qeyd olunur.
Dana Lombardi
Dana Lombardi (ing. Dana Lombardy) — ABŞ oyun dizayneri. Əsas olaraq masa oyunları üzərində işləmişdir . == Karyera == Dana Lombardi 1979-cu ildə ilk dəfə satışa çıxarılmasından bəri üç ayrı buraxılışla nəşr olunan "Streets of Stalingrad" masa döyüş oyununu dizayn etmişdir. O həmçinin, "History Channel" telekanalının "Silah nağılları" verilişi kimi müxtəlif televerilişlərdə çıxışları ilə tanınır. Lombardi bir çox kitab, oyun və jurnalda redaktor, kartoqraf, qrafika rəssamı və dizayner kimi işləmişdir. O, 1996-cı ildən 2000-ci ilə qədər "Napoleon Journal" jurnalının naşiri vəzifəsində çalışmışdır.
Dave Lombardo
Devid Lombardo (ing. David Lombardo; d. 16 fevral 1965, Havana) — Kuba əsilli amerikan zərbçisi, əsasən treş metal qrupu Slayer-in üzvü və yaradıcılarından biri kimi tanınır. O, bu qrupun 9 albomunda ifa etmiş, həmçinin, Testament, Grip Inc., Fantômas, Suicidal Tendencies kimi qruplarla da albom qeydə almışdır. Bundan əlavə, o, Misfits qrupunun canlı konsertlərində ifa etmişdir. Lombardonun karyerası 40 ilə yaxın bir dövrü əhatə edir. Bu zaman ərzində o, 29 müxtəlif janrda buraxılışlarda iştirak etmiş, lakin əsasən, hevi metal zərbçisi kimi tanınmışdır. Onun ifa sənəti "heyran edici dərəcədə yenilikçi" adlandırılmışdır. Drummerworld ensiklopedik saytı onu "Zərb alətlərinin qoşa basının Xaç atası" adlandırmışdır. Lombardonun metal üslubuna ciddi təsirləri olmuş, müasir metal zərbçilərini, xüsusən də treş və det metal barabançılarını ilhamlandırmışdır.
Deyv Lombardo
Devid Lombardo (ing. David Lombardo; d. 16 fevral 1965, Havana) — Kuba əsilli amerikan zərbçisi, əsasən treş metal qrupu Slayer-in üzvü və yaradıcılarından biri kimi tanınır. O, bu qrupun 9 albomunda ifa etmiş, həmçinin, Testament, Grip Inc., Fantômas, Suicidal Tendencies kimi qruplarla da albom qeydə almışdır. Bundan əlavə, o, Misfits qrupunun canlı konsertlərində ifa etmişdir. Lombardonun karyerası 40 ilə yaxın bir dövrü əhatə edir. Bu zaman ərzində o, 29 müxtəlif janrda buraxılışlarda iştirak etmiş, lakin əsasən, hevi metal zərbçisi kimi tanınmışdır. Onun ifa sənəti "heyran edici dərəcədə yenilikçi" adlandırılmışdır. Drummerworld ensiklopedik saytı onu "Zərb alətlərinin qoşa basının Xaç atası" adlandırmışdır. Lombardonun metal üslubuna ciddi təsirləri olmuş, müasir metal zərbçilərini, xüsusən də treş və det metal barabançılarını ilhamlandırmışdır.
Karavacco (Lombardiya)
Karavacco (it. Caravaggio ) — İtaliyada kommuna. Lombardiya bölgəsində, Berqamo əyalətində yerləşir. Əhalisi 15853 nəfər (2008), əhalinin sıxlığı 483 nəfər/km²-dir. Sahəsi 33 km² ərazini tutur. Poçt kodu — 24043. Telefon kodu — 0363. Müqəddəslər Firmus və Rustic kommunanın himayədarları kimi hörmətlə qarşılanır,. Onların şəninə bayram avqustun 9-da keçirilir. Məşhur italyan rəssamları Mikelancelo "Merisi da Caravaggio" və Polidoro Kaldara "Polidoro da Caravaggio" ləqəbini şəhərin adından almışdır.
Kerol Lombard
Kerol Lombard (ing. Carole Lombard) — ABŞ aktrisası.
Lombard Liqası
Lombard İttifaqı və ya Lombard Liqası — təxminən 1167-ci ildə İtaliyanın şimalındakı Milan, Piacenza, Cremona, Mantua, Berqamo, Brescia, Boloniya, Padova, Treviso, Vicenza, Verona, Lodi və Parma da daxil olmaqla demək olar ki, bütün şəhərlərin, o cümlədən Markiz Malaspina və Ezzelino da Romano kimi Lordların da iştirak etdiyi siyasi və hərbi ittifaqdır. İttifaq Müqəddəs Roma İmperatorluğunun imperatoru I Fridrixin imperiyanın nüfuzunu və gücünü bütün İtaliyaya yaymaq cəhdlərinin qarşısını almaq üçün ona qarşı bir reaksiya olaraq yaradılmışdır. 1158-ci il Roncaglia dietinə əsaslanaraq, I Frederik İtaliya üzərində birbaşa imperiya nəzarəti olduğunu iddiasını etmişdir. İttifaq eyni zamanda özü də İtaliyada mərkəzləşmiş imperator hakimiyyətinin əleyhdarı olan Roma Papası III Pavel tərəfindən dəstəklənirdi. 29 may 1176-cı ildə baş vermiş olan Leqnano döyüşündə Fridrix məğlub oldu və müharibədən sonra bağlanmış Venesiya Sülhü ilə 1177-ci ildən 1183-cü ilə qədər davam etmiş olan altı illik atəşkəsə razılaşmışdır. 1183-cü ildə imzalanmış olan İkinci Konztanz Müqaviləsi ilə İtaliya şəhərləri imperiyaya sadiq qalmağa razılaşdılar, lakin öz torpaqları üzərində yerli hökumət hakimiyyətini də saxladılar. 1226-cı ildən Lombard İttifaqı, II Fridrixin İtaliyada ən qüdrətli gücə çevrilmək səylərinin artması ilə, əvvəlki prestijli günlərində olduğu kimi bir neçə dəfə yenidən yaradılmışdır. Viçenzanın tutulması və Kortenuevo döyüşü ilə imperatorun bacarıqlı bir strateq kimi nüfuzu artdı. O, Milanın bütün sülh təkliflərini rədd edərək və onların qeyd-şərtsiz təslim olmasını tələb etməklə öz gücünü səhv qiymətləndirdi. II Fridrixin nifrətinin onun mühakiməsini zəhərləməsi və bütün mümkün sülh müqavilələrini rədd etməsi ciddi tarixi əhəmiyyətə malik bir məqamdır.
Lombard dili
Lombard dili Roman dillərinin Qallo-italik qrupuna aid olan dildir. Şimali İtaliya (Lombardiyanın çox yerlərində və qonşu rayonların bəzi yerlərində, xüsusilə Pyemontun şərq tərəfində)və Cənubi İsveçrə (Tisino və Qraubünden)də yerli olaraq danışılır. Iki əsas növü var: Qərbi lombard dili, Şərqi lombard dili.
Lombardiya
Lombardiya (it. Lombardia, lomb. Lumbardía) — İtaliyada region. Lombardiya İtaliyanın şimalında Alp dağları ilə Po çayı arasında yerləşir. Pemont, Emiliya-romanya, Veneto, Trentino-Alto-Adice vilayətləri və İsveçrə ilə həmsərhəddir. Lombardiyada İtaliya əhalisinin altıda biri yaşayır. Paytaxtı — Milan şəhəridir. Əhalisi 9, 4 milyon nəfər, ərazisi 23 min kvadrat kilometrdir.
Lombardiya-Venesiya krallığı
Lombardiya-Venesiya krallığı (it. Regno Lombardo-Veneto, alm. Lombardo-Venezianisches Königreich‎) — Şimali İtaliyada 1815-ci ildə Vyana konqresinin qərarı ilə Lombardiya və Venesiyanın şimali-italyan vilayətlərindən təşkil edilmiş və Avstriya imperiyasının kral mülklərinə daxil olan krallıq.
Lombardiya Regional Şurası
Lombardiya Regional Şurası (it. Consiglio Regionale della Lombardia, lomb. Consili regional de la Lombardia) — İtaliya Respublikasının regionlarından biri olan Lombardiyada qanunvericilik hakimiyyətini həyata keçirən regional hakimiyyət orqanı. Birpalatalı orqan olub 80 deputatdan ibarətdir. Onlardan 49-u hökumət, 31-i isə, müxalifət tərəfdarıdır. Regional şuranın qərargahı Milan şəhərində yerləşən Pirelli qülləsidir. İlk seçkilər 1970-ci ildə, 1948-ci il İtaliya Konstitusiyası əsasən adi regionlar qurulduğu zaman keçirilmişdir. Son seçkilər 24 fevral 2013 tarixində keçirilmişdir. Hal-hazırkı prezident Populyar Alternativ partiyasının üzvü olan Raffaele Kattaneodur. == Funksiyası == Şura regionun qanun və qaydalarını təsdiqləyir.
Lombardiya muxtariyyət referendumu (2017)
2017 Lombardiya muxtariyyət referendumu — Lombardiya (İtaliyada yerləşən region) regional şurası tərəfindən 22 oktyabr 2017 tarixində keçirilmiş referendum. Referendum İtaliya konstitusiyasının 116-cı maddəsinin 3-cü bəndinə əsasən, öz ərazi qurumlarına verilməsi üçün əlavə formalar və muxtariyyət şərtləri ilə bağlı region əhalisinin fikirlərini öyrənmək üçün regional şura tərəfindən hazırlanmışdır.Regional əsasnaməsinin 52-ci maddəsində nəzərdə tutulan və heç bir kvorum tələb olunmadığından elektron şəkildə keçiriləcəkdir. == Seçkidən əvvəl səsvermə == == Nəticə == Referendumda 7,897,056 seçici iştirak etmişdi. Lombardiyanın 1,523 bələdiyyəsində 9,224 seçki məntəqəsi var idi. == Həmçinin bax == Lombardiya Regional Şurası Veneto muxtariyyət referendumu (2017) Kataloniya müstəqillik referendumu (2017) == İstinadlar == == Xarici keçidlər == "Referendum per l'autonomia (schede informative)" (italyan). D.C.R. n.
Lombardlar
Lanqobardlar və ya Lombardlar (lat. langobardī (uzunsaqallılar) — qədim alman tayfalarından biri. Əfsanəyə görə lanqobard qadınları özlərini döyüşdə öz ərlərini qorumaq və döyüşçülərin saylarının daha da çox görünmələri və bununla da düşməni qorxutmaq üşün saçlarını çənələrinin altından bağlayaraq özlərini döyüşçü kişilərə oxşadırdılar. Lanqobardlar ilk əvvəl Elbanın aşağı sol sahillərində Bardenqauda yaşayırdılar. V əsrdə cənuba, Norikə girərək burada xristianlığın Ariçilik qolunu qəbul edirlər və beləliklə İmperiya (Şərqi Roma - Bizans) tərəfindən "müttəfiq tərəfdaşlar" kimi rəsmi tanınmağa başladılar. Lanqobardların erkən tarixi üzrə əsas mənbələrdən birinə "lanqobard xalqının mənşəyi" adlı əsər anonim olaraq yazılmışdır ki, o dövrdə yaşamış tarixçi Pavel Dyakon "lanqobardların Tarixi" adlı əsərində bu mənbədən yararlanmışdır. == Lanqobar Krallığı və kralları == Əfsanəyə görə Skadan – (şimal) adlı ada vardır ki, burada çoxlu xalqlar yaşayırdı. Bunların arasında vinil adlanan kiçik bir xalq da vardır ki, onun başında Qambara və onun iki oğlu İbor və Ayo dururdu. Qonşu xalqlar arasında yaşayan vandallar başda Ambri və Assi olmaqla vinillərə qarşı çıxaraq onlardan “ya bizə vergi verməlisiniz ya da, bizimlə vuruşmalısınız” tələbini irəli sürdülər. Buna cavab olaraq İbor və Ayo və onların anası Qambara bildirdilər ki, “vandallara vergi verməkdənsə onlarala vuruşmaq daha yaxşıdır”.
Kastro (Lombardiya)
Kastro (it. Castro) — İtaliyada kommuna. Lombardiya bölgəsində, Berqamo əyalətində yerləşir. Milanın təxminən 80 kilometr (50 mil) şimal-şərqində və Berqamodan təxminən 35 kilometr (22 mil) şimal-şərqdə, Iseo gölünün qərb tərəfində yerləşir. Əhalisi 1437 nəfər (2008), əhalinin sıxlığı 636 nəfər/km². Sahəsi 4 km² ərazini tutur. Poçt kodu — 24063. Telefon kodu — 035. 10 avqust bayramı olan Müqəddəs Lourens və müqəddəs Həvari Yaqub Kommunanın himayədarları kimi hörmətlə qarşılanır.

Значение слова в других словарях

-лиц-(а) неофаши́ст осканда́литься подлови́ть самого́н брасси́ст завихря́ться истра́тить молодня́к обмусо́литься палиндро́м подвёрстка политкружо́к психогене́з старая ве́шалка челоби́тчик бурзамецкий масть affinity group American apple domineeringly unbranched upscale второкурсник спуд