lombalamaq
lopa
OBASTAN VİKİ
.london
.london — domen zonası. Bu domen zonası ilə bağlı müqavilə "ICANN" ilə "Dot London Domains Ltd" şirkəti arasında 2013-cü ilin noyabrın ortalarında imzalanmışdır.Saytların ".london" zonasında qeydiyyatdan keçirilməsinə 29 aprel 2014-cü ildən etibarən başlanılmışdır. Amma ilk üç ayda Londonda fəaliyyət göstərən təşkilat və brend sahiblərinə üstünlük verilməsi planlaşdırılmışdır.London şəhərinin meri Boris Conson müvafiq domen zonasının fəaliyyətə başlaması ilə bağlı bildirmişdir kiː ".london" domeninin işə salınması Londonun internetdə populyarlaşması üçün çox gözəl imkan olacaq ki, bu da şəhər iqtisadiyyatına qoyulacaq investisiyaların artması ilə nəticələnəcək.
London
London (ing. London [ˈlʌndən], lat. Londinium) — Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının, həmçinin İngiltərənin paytaxtı. Britaniya adalarında ən böyük şəhər. Sahəsi 1 706,8 km², əhalisi 8 milyon nəfərdir. Əhalisinin sayına görə dünyada 21-ci, Avropada 2-ci, Avropa İttifaqında isə 1-ci yeri tutur. Əsası eramızın 43-cü ilində imperator Klavdinin rəhbərliyi ilə Roma İmperiyası qoşunlarının Britaniya adalarını ələ keçirməsindən sonra qoyulmuşdur. == Adı == London təqribən 2 min il öncə Romalılar tərəfindən qurulmuşdur. E.ə. 43-cü ildə Roma İmperatorluğu Böyük Britaniyanı işğal etdikdən sonra şəhər Londonium adı ilə qurulmuşdur.
Böyük London
Böyük London — inzibati ərazi, təntənəli qraflıq və İngiltərənin London qraflığı.
Cek London
Cek London (doğum adı Con Qriffit Çeyni; 12 yanvar 1876[…], San-Fransisko, Kaliforniya – 22 noyabr 1916[…], Qlen-Ellen, Kaliforniya) — ABŞ yazıçısı, daha çox sərgüzəştlərlə dolu hekayə və romanların müəllifi Cek Londonun anası Flora Velman spiritualist musiqi müəllimi idi. Təxminən Cekin atası olduğu düşünülünən Villiam Çaney isə astroloq idi. San Fransisko "Chronicle" qəzetinin 4 iyun 1875 tarixli nömrəsində çıxan bir xəbərə görə Flora Velman Çaneyin uşağın götürülməsini istədiyini, lakin bu tələbinə rədd cavabı aldığını göstərmişdir. Bundan sonra Flora özünü vurmağa çalışsa da ciddi bir yara almamış, keçici olaraq ağlını itirmişdir. Doğumdan sonra uşaq baxmaq üçün rəfiqəsi Virciniya Prentisə verilir. Beləliklə qaradərili Virciniya londonlular tərəfindən onun mənəvi anası kimi həmişə xatırlanır. Həmin ilin sonlarına doğru Flora Velman Con Londan ilə evlənir və sonradan Cek London adlandırılan Con da onlarla yaşamağa başladı. Cek ilk təhsilini Oklənddə almışdir 1897-ci ildə Berkley Universitetində tələbə ikən isə anasının intihar cəhdi və bioloji atası ilə bağlı qəzet xəbərlərini araşdırmağa başladı. Aldığı məlumatlardan sonra Çikaqoda yaşayarkən Viliam Çaneyə bir məktub yazdı. Çaneydən gələn cavab isə çox qəribə idi.
Kənar London
Kənar London (ing. Outer London) — Böyük Londona daxil olan və Daxili Londonu əhatə edən bir neçə London borosunun ümumiləşdirici adı. Kənar London 1965-ci ildə yaradılmışdır. Statistik məqsədlərə görə, onun sərhədləri zamanla dəyişilmişdir. == Əhalisi == == Sərhədləri == === 1963-cü il London idarəetmə qanunu === 1963-cü ildə qəbul edilmiş London idarəetmə qanununa görə, Kənar Londona Böyük Londonun 1965-ci ilədək London qraflığına daxil olmayan boroları aid edilir. Bunlar aşağıdakılardır: Şimali Vulidc rayonu London qraflığının tərkibinə daxil idi, lakin 1965-ci ildə Kənar London borosu Nyuhemə aid edildi. === Milli Statistika Xidməti === Milli Statistika Xidməti (ONS) Kənar Londonu başqa cür müəyyən edir və bura Qrinviç borosunu daxil edərək, Haringi və Nyuhem borolarını çıxır.. Həmçinin, Avrostat tərəfindən "Statistik məqsədlər üçün inzibati vahidlərin nomenklaturasında" (NUTS) bu təsnifatdan istifadə edilir. ONS-ə görə Kənar Londonun sahəsi 1254 km² təşkil edir, əhalisi isə 2011-ci ildə 4 942 040 nəfər olmuşdur.
London Assambleyası
London Assambleyası (ing. London Assembly) — Böyük London administrasiyanın hissəsi olan seçilmiş orqandır.
Araz (qəzet, London)
"Araz" — Britaniyada azərbaycan dilində nəşr edilən ilk qəzet. == Tarix == Araz qəzetinin ilk sayı 2006-cı ilin 15 sentyabrında Londonda işıq üzü görmüşdür. Music Talents şirkətinin dəstəyi ilə fəaliyyətə başlayan qəzet, daha sonra reklam və ianələr hesabına işini davam etdirir. Təsisçi redaktor Vüsal Həmzəyevdir. Müxtəlif ölkələrdəki azərbaycan icmalarının yaşamı və fəaliyyəti, Azərbaycan Respublikası və Güney Azərbaycanda baş verən mühüm hadisələr barədə məqalələrin dərc edildiyi aylıq qəzetdə "Qonaq" (İngiltərədə yaşayan azərbaycanlı ailələrlə söhbət), "Səyahət", "Əcnəbi Ailə" rubrikaları maraq doğurur. Qəzet Londondakı azərbaycan və türk icmalarının sevimli mətbuat orqanına çevrilmişdir. == İnternet qəzet == Hazırda Araz həmçinin, internet üzərindən fəaliyyətini davam etdirir. Sayt vasitəsilə Avropa və dünyanın digər bölgələrində yaşayan azərbaycanlıların fəaliyyəti və xaricdə Azərbaycanla bağlı təşkil edilən tədbirlər işıqlandırılır, mühacirətdəki azərbaycanlılarla müsahibələr hazırlanır, xarici medianın Azərbaycanla bağlı dərc etdiyi məqalələr azərbaycan dilində oxucuya təqdim edilir.
London Muzeyi
London Muzeyi (ing. Museum of London) — İngiltərənin paytaxtı Londonda, paleolit dövründen başlayaraq günümüzə qədər şəhərin keçmişi ilə əlaqədar elementlərin toplandığı muzey. Müqəddəs Pavel kilsəsinin yaxınlığında yerləşir və giriş pulsuzdur. Müasir muzeyçilik anlayışı ilə hər yaş seqmentinə xitab edən bir şəkildə qurulmuşdur.
London Terreys
London Terreys (ing. London Terrace) ― Nyu-York şəhəri Manhetten borosunun Çelsi rayonunda yerləşən çoxmənzilli ev. O, Manhettenin Vest Sayd rayonun bütöv şəhər kvartalını əhatə edir, şərqdən Doqquzuncu prospektlə, qərbdən Onuncu prospektlə, cənubdan 23-cü küçə və şimaldan 24-cü küçə ilə sərhədlənir. Tikintisi 1929-cu ilin sonlarında başladı və ümumi xərci 25 milyon dollar (2019-cu ilə görə, 372.238.000 dollara bərabər) etdi, o dövr üçün dünyanın ən böyük mənzil binası olmuşdur.London Terreys binası 17-19 mərtəbə hündürlüyündə olan 14 bitişik binada yerləşən təxminən 1700 mənzildən ibarətdir və orada Olimpiya ölçülü hovuz var. London Terreys "Henry Mandel Companies" və "Farrar & Watmough" memarlıq firması tərəfindən inşa edilmişdir. Bina hazırda iki ayrı müəssisə tərəfindən idarə olunur. London Terreys Tauer hazırda kooperativ şəkildə idarə olunur və idarəçiliyi "Douglas Elliman Property Management" təmin edir, London Terreys Qardensi isə hazırda icarə binasıdır və "Rose Associates" tərəfindən idarə olunur.
London birjası
London birjası (ing. London Stock Exchange) — Böyük Britaniyanın London şəhərində yerləşən və Avropanın ən qədim birjalarından biri. == Tarixi == Rəsmi olaraq 1801-ci ildə əsası qoyulsa da onun tarixçəsi 1570-ci ildən başlayır. Kral maliyyə məsləhətçisi Tomas Qreşem Kral birjasını öz hesabına tikdirmişdir.İkinci Dünya müharibəsi zamanı birjanın binasına alman raketi düşdüyündən əməliyyatlar bir müddət binanın zirzəmisində aparılmışdır. == FTSE 100 Index == FTSE 100 Index London Fond Birjasının əsas indeksidir. Bu indeks Financial Times və London Fond Birjasının birgə sahib olduğu müstəqil FTSE Group adı ilə şirkəti tərəfindən tərtib edilir. 2021-ci ilin sentyabr ayında 11,5% çəki ilə sənaye malları və xidmətlər sektoru indeksdə ən böyük sektor idi, 11,3% ilə maliyyə sektoru və 9,9% ilə səhiyyə sektoru isə müvafiq olaraq ikinci və üçüncü yerlərdədir. 10 ən böyük şirkət bütün indeks iştirakçılarının ümumi bazar kapitallaşmasında 41% ümumi çəkiyə malik idi.
London borosu
London borosu - Böyük Londonun 33 inzibati bölgəsindən 32-ni ifadə edən inzibati termindir. Borolarda yerli xidmətlərin təmin edilməsi üçün London Boroları Şurası fəaliyyət göstərir ki, orada da yerli hakimiyyət nümayəndələri təmsil olunurlar. Boro olmayan yeganə inzibati bölmə London şəhəridir ki, həmin ərazi də praktiki məqsədlər üçün şəhər kimi saxlanmışdır. Borolar Böyük Londonun yaradılması ilə eyni vaxta, 1 aprel 1965-ci ildə yaradılmışlar və London borolarında 150,000-dən 300,000-ə kimi əhali yaşayır ki, bu da İngiltərə şəhərlərinin ekvivalentidir. London borolarında şura, yerli özünüidarə orqanlarının əsas xidmətlərini həyata keçirir, lakin siyasi həll tələb edən məsələlərə (məsələn, planlaşdırma, nəqliyyat və ya infrastruktur), həmçinin Böyük London administrasiyası tərəfindən həyata keçirilən London meri seçkilərinə qarışmır. Hər bir boro təxmini bərabər əhali sayına malik seçici bölgələrinə bölünür, İngiltərə Sərhəd Komissiyası 8-12 ildən bir yeni məclis üzvlərinin seçilməsi üçün bölgələrin ərazilərinə yenidən baxır. Bölgələrin hər biri ənənəvi olaraq üç, çox az hissəsi isə bir və ya iki məclis üzvü ilə təmsil olunur, məclis üzvü az olan bölgələr əhali sıxlığı aşağı olan yerlərdir. Məclis üzvlərinin seçkisi dörd ildən bir keçirilir. 2014-cü ildə London yerli seçkilərində 20 Leyborist, 10-u isə Mühafizəkarlar və ya Liberal Demokratlardan olmaqla məclis üzvləri seçilmişlər, digər iki yer isə palatalararası əlaqənin labüd olduğu və “heç kimin nəzarət etmədiyi” yerlərdir. Məclisin indiki tərkibi bir neçə kiçik seçkidən sonra formalaşmışdır.
London körpüsü
London körpüsü (ing. London Bridge) — İngiltərənin paytaxtı London şəhərində, Temza çayı üzərində yerləşən körpü. Körpünün əsası eramızın 50-ci ilində qoyulsa da müasir London körpüsü 1973-cü ildə istifadə verilmişdir. == Tarixi == Körpü şəhər mərkəzi ilə Soutvark səmti arasında yerləşir. 1750-ci ilə qədər Temza çayı üzərində yeganə körpü olmuşdur. Körpünün şimalında Böyük London Yanğınınan həsr olunmuş abidə yerləşir. Körpünün əsasını 2000 il əvvəl romalılar qoymuşdur. 60-cı illərdə taxta körpü ilk dəfə Temza çayının iki sahilini birləşdirmişdir. Bir çox dəfə yıxılıb tikilən körpü 1000-ci ildən başlayaraq üzərində ev tikilmək üçün istifadə olunmağa başlanmışdır. Bu evlər əsasən varlılara mənsub olmuşdur.
London meri
London meri - London Assambleyasının 25 üzvü tərəfindən seçilən və Böyük Londonda icra hakimiyyətinə rəhbərlik edən şəxsdir. London merini Londonun lord-meriylə qarışdırmaq lazım deyil, lord-merin vəzifəsi daha çox simvolik xarakter daşıyır və Londonun Siti hissəsiylə məhdudlaşır. Mer birbaşa səsverməylə dörd il müddətinə seçilir. London merinin illik maaşı 151,734 funtsterlinqdir. Hal-hazırda bu vəzifəni Leyboristlər Partiyasından olan Sadiq Xan (ing. Sadiq Aman Khan) icra edir. == Hakimiyyət == London şəhərində Bələdiyyə Başçısı səlahiyyətləri 2000-ci ildə yaradılmışdır Bələdiyyə Başçısı icra hakimiyyətinə rəhbərlik edir , şəhərin hərtərəfli inkişafı üçün plan təqdim edir , büdcənin qəbul edilməsində iştirak edir. Dörd il muddətinə seçilir.
London metropoliteni
London metropoliteni — Böyük Britaniyanın paytaxtı London şəhərində yerüstü və yeraltı metropoliten xətlərini birləşdirən nəqliyyat sistemi.
London metrosu
London metropoliteni — Böyük Britaniyanın paytaxtı London şəhərində yerüstü və yeraltı metropoliten xətlərini birləşdirən nəqliyyat sistemi.
London müqaviləsi
London müqaviləsi (ing. Trearty of London) — 1604-cü ilin 28 avqustunda (Yuli təqvimi ilə 18 avqust) London şəhərində İngiltərə və İspaniya arasında imzalanan sülh müqaviləsi. Müqavilə İngiltərə ilə İspaniya arasındakı müharibəni bitirmişdir. Müqavilənin müzakirələri Somerset Evində aparıldığından Somerset Evi Konfransı adı ilə xatırlanır. == Haqqında == İngiltərə kraliçası I Elizabetin 1603-cü ildəki ölümündən sonra yerinə keçən I Ceyms İspaniya ilə davam edən uzun və yorucu müharibəni bitirmək məqsədi ilə işlərə başladı. İspaniya İmperatorluğunun qurucusu olan II Filippin dövründə başlayan müharibədə həmin dövrdə orduya komandanlıq edən İspaniya kralı III Filipp bu xəbəri məmnuniyyətlə qarşılamış və danışıqlara başlamaq əmri vermişdir. İngiltərə-İspaniya müharibəsi Fransız Din müharibələri, Hollandiyadakı Səksənillik müharibə, İrlandiyadakı Doqquz il müharibəsi ilə əlaqəli olub qarışıq müharibədir. == Şərtləri == Müqavilənin imzalanması ispanlar üçün xeyli üstünlük gətirirdi. İngilislər bir daha İspaniyanın ticarət gəmilərinə hücum etməyəcək və üsyançı hollandlara silah yardımı etməyəcəkdilər. Amma bunun qarşılığında İspaniya İngiltərəyə yenidən katolik məzhəbini gətirməyi çalışmamağı söz verdi.
London qalası
London qalası (ing. Her Majesty's Royal Palace and Fortress The Tower of London) — İngiltərənin paytaxtı London şəhərində inşa olunmuş tarixi qala. Qala Temza çayının şimal sahillərində yerləşir. London qalası daha çox 1078-ci ildə kral I Uliyam tərəfindən inşa olunmuş Ağ qala adlı inzibati binası ilə tanınır. Ancaq Ağ qala ilə yanaşı London qalasında bir çox inzibati binalar, qüllələr və müdafiə divarları mövcuddur. London qalası cinayətkarlar və əsirlərin saxlanılması üçün inşa edilmişdir. Bu səbəbdən qalada edam və işgəncə otaqları, cəbhəxana, dövlət xəzinəsi və əsgər yataqxanası vardı.
London qəsri
London qalası (ing. Her Majesty's Royal Palace and Fortress The Tower of London) — İngiltərənin paytaxtı London şəhərində inşa olunmuş tarixi qala. Qala Temza çayının şimal sahillərində yerləşir. London qalası daha çox 1078-ci ildə kral I Uliyam tərəfindən inşa olunmuş Ağ qala adlı inzibati binası ilə tanınır. Ancaq Ağ qala ilə yanaşı London qalasında bir çox inzibati binalar, qüllələr və müdafiə divarları mövcuddur. London qalası cinayətkarlar və əsirlərin saxlanılması üçün inşa edilmişdir. Bu səbəbdən qalada edam və işgəncə otaqları, cəbhəxana, dövlət xəzinəsi və əsgər yataqxanası vardı.
London sindromu
London Sindromu bu sindroma tutulan insan, onu əsir götürən şəxs və ya şəxslərə qəzəbli, aqressiv və davakar bir davranışla yaxınlaşır. 1980-ci ildə İranın Londondakı səfirliyinin mühasirəsi zamanı Abbas Lavasani adlı əsir, onu tutduğu şəxslə əməkdaşlıq etmək əvəzinə onunla davamlı mübahisə etdi. Lavasani özünü əsir götürən insanlarla çox mübahisə etdiyinə görə öldürüldü və ölümü digər əsirlərin özlərini əsir götürənlərə qarşı daha da aqressiv olmaları ilə nəticələndi.
London zooparkı
London zooparkı (ing. London Zoo) — İngiltərənin paytaxtı London şəhərində yerləşən zooloji park. Dünyanın ilk və ən qədim zooparkı hesab olunur. == Haqqında == London zooparkı 27 aprel 1828-ci ildə açılmışdır. İlk açıldığında bura gətirilən növlərin elmi təcrübələrdə istifadə olunması planlaşdırılmışdı. Amma 1847-ci ildə xalqa açılmışdır. Hazırda 806 növdə olan 19.178 heyvanla Böyük Britaniyanın ən böyük zooparkıdır. London Zooloji Parkı 1980-ci illərdə maddi sıxıntı keçirməyə başlamışdır. 1991-ci ildə parkın bağlanması xəbəri yayılmışdır. Amma London Zooparkı vombat, Tasmaniya şeytanı kimi növlərin saxlandığı yeğanə zoopark idi.
Monument (London)
Monument (ing. The Monument) — İngiltərənin paytaxtı Londonda 1666-cı ildə baş verən Böyük London yanğınına həsr olunmuş abidə. 1671-ci ildə tikintisinə başlanmış, 1677-ci ildə tamamlanmışdır. == Haqqında == Abidə 1671-ci ildə İngiltərə kralı II Karl Stüartın istəyi ilə Kristofer Ren və Robert Huk tərəfindən dizayn edilmiş və fəlakətin başlanğıcı olan Paddinq küçəsinin 60 m uzaqlığında yerləşdirilmişdir. 61 metr hündürlüyündə olan bu abidə Londonun ən görməli və ən çox ziyarətçi ilə turist cəlb edən tarixi abidələrindəndir. Qısaca sadəcə Monument adlandırılan abidənin adı yaxınlıqda yerləşən bir metro stansiyasına verilmişdir. Abidənin tikintisində həmçinin "... Papanın xainliyi və fəsadlığı üzündən şəhərin ən böyük yanğını başlamışdır..." kimi sözlərlə də katoliklər ağır ittiham olunurdu. II Ceymsin kral olduğu 1685-1689-cı illər istisna olmaqla bu yazılar 1830-cu ilə qədər abidənin üzərində olmuşdur.Abidənin təpəsinə çıxan pilləkən 311 pillədən ibarətdir. 1788-1842-ci illərdə 6 nəfər özünü bu abidənin eyvanından atdığından XIX əsrin ortalarında bura qəfəs yerləşdirilmişdir.
Redbig (London)
Redbridge (ing. Redbridge) — rayon. Adını Roding çayı üzərindəki körpüdən alır. Köprü ağ daşdan hazırlanan ərazidə digər körpülərdən fərqli olaraq qırmızı kərpicdən hazırlanmışdır. Adı daha sonra 1965-ci ildə yaradılan daha geniş London şəhərinə tətbiq olundu. Körpü daha əvvəl Hocklee's Bridge kimi tanınırdı.
Redbric (London)
Redbridge (ing. Redbridge) — rayon. Adını Roding çayı üzərindəki körpüdən alır. Köprü ağ daşdan hazırlanan ərazidə digər körpülərdən fərqli olaraq qırmızı kərpicdən hazırlanmışdır. Adı daha sonra 1965-ci ildə yaradılan daha geniş London şəhərinə tətbiq olundu. Körpü daha əvvəl Hocklee's Bridge kimi tanınırdı.
Strend (London)
Strend (ing. Strand) — inzibati dairə, Vestminster borası ilə Siti London arasınnda yerləşə, Londonun mərkəzi küçəsi. Küçə demək olar ki, Trafalqar meydanından başlayaraq, Temza çayına paralel olaraq şərqə, Flit Stritə doğru uzanır. Küçənin adı Bertolt Brextin Üç qəpiklik opera tamaşasına yazılmış Bıçaq Mekki haqqında balladada 1897-ci ildə Londonda qətl törədilən yerin adı kimi çəkilir.
London Grammar
London Grammar – 2009-cu ildə Nottinqemdə yaranmış ingilis indi pop qrupu. Qrup Hanna Reyd, Den Rotman və Dominik "Dot" Meycordan ibarətdir. Onların debüt qısa albomu (EP) Metal & Dust 2013-cü ilin fevralında Metal & Dust Recordings tərəfindən yayımlandı, debüt albomu (LP) If You Wait isə bir neçə ay sonra, sentyabrda işıq üzü gördü. Albom Böyük Britaniya Albomları Çartında 2-ci yerə yüksəldi və Britaniya Fonoqrafiya Sənayesi (BPI) tərəfindən İkili Platin sertifikatına layiq görüldü. Qrupun ikinci studiya albomu "Truth Is a Beautiful Thing" 2017-ci ilin iyununda buraxıldı və Böyük Britaniyanın Albomlar Çartında 1-ci yerə yüksəldi. Ən son albom, Californian Soil, 16 aprel 2021-ci ildə buraxıldı və Birləşmiş Krallıqda onların ikinci ardıcıl 1 nömrəli albomu oldu. == Üslubu == London Grammar qrupunun musiqisi melanxolik gitara, yüksək tembrli vokal, depresiv sözlər və tez-tez trip-hop və rəqs təsirlərini nümayiş etdirən "mühit, efir və klassik səslərin qarışığı" kimi təsvir edilmişdir. Hanna Reydin güclü vokalı Cudi Tzuke və Florens Uelş ilə müqayisə edilir. Mahnıları yazanda qrupun hər üzvü öz töhvəsini verir, Reydin dediyi kimi: "Sözləri mən yazıram. Amma mahnıları hər üçümüz yazırıq.
Beyker Strit (London)
Beyker-strit (ing. Baker Street) — inzibati dairə, Vestminster borosunda yerləşən, Merilebon məhələsinə aid Londonun ən məşhur küçələrindən biri. Küçə XVIII əsrdə onu salan inşaatçı Vilyam Beykerin şərəfinə adlandırılmışdır. Şotland yazıçısı Artur Konan Doylun yaratdığı xəfiyyə obrazı — Şerlok Holms Londonda Beyker-strit, 221B ünvanında yaşamışdır.
Birinci London konfransı (1921)
Birinci London konfransı (1921) - Birinci Dünya müharibəsinin bitməsindən sonra Almaniyanın ödəyəcəyi təzminatın və Yaxın Şərqdəki mürəkkəb vəziyyətin, eləcə də Türkiyə məsələsinin müzakirə edildiyi konfrans. == Arxa plan == Birinci Dünya müharibəsindən sonra beynəlxalq münasibətlərin mühüm məsələləri Almaniyanın ödəyəcəyi təzminat və Yaxın Şərqdə mövcud olan mürəkkəb vəziyyət idi. 1921-ci ilin fevral ayının 21-dən mart ayının 14-ə qədər davam edən Birinci London konfransında təzminat və Yaxın Şərq məsələləri müzakirə edildi. == İştirakçılar == Konfransda iki türk nümayəndə heyəti iştirak edirdi. Ankara hökumətinin nümayəndə heyətinə Bəkir Sami, İstanbul hökumətinin nümayəndə heyətinə isə Tevfiq paşa rəhbərlik edirdi. İkinci heyət konfransda əsas rol oynamasa da, hər iki heyət razılaşdırılmış layihələrlə çıxış edirdi. Konfransda Türkiyənni tələbi bunlardan ibarət idi: Türkiyənin 1913-cü il sərhədlərinin bərpası, İzmirin yunan ordusundan azad edilməsi və Türkiyəyə qaytarılması, Boğazlardan keçidin sərbəst olduğu təqdirdə Türkiyənin suverenliyinə və təhlükəsizliyinə təminat verilməsi, İşğal rejiminin ləğv edilməsi, Öz sahillərini və torpaqlarını qorumaq üçün Türkiyəyə hərbi dəniz və quru qoşunları saxlamasına icazə verilməsi. == Danışıqlar == İtaliya kamalçılarla müqavilə bağlamağı müdafiə edirdi. Fransa baş naziri Aristid Brian da yumşaq mövqe tuturdu. İngiltərə nümayəndələri də türklərlə fərdi söhbətlərində razılaşmağa çalışırdılar.
Birkbek (London Universiteti)
Birkbek (London universiteti) (ing. Birkbeck, University of London) (əvvəl — Birkbek - kollec) — ali təhsilin verilməsi üzrə ixtisaslaşan elmi-tədqiqat və təhsil müəssisəsi. London Universitetinin bir hissəsidir. 1823-cü ildə yaradılmışdır. Tələbələrin sayı — 18.000. Əsas bina Londonun mərkəzində Blumsberidə yerləşir. Şərqi London Universiteti ilə əməkdaşlıq edərək, Birkbek Şimal-Şərqi Londonda Stratfordda peyk kampusuna malikdir. Birkbek in əsas binası Londonun mərkəzindəki Camden səmtindəki Bloomsbury-də yerləşir. Şərqi London Universiteti ilə əməkdaşlıq edərək, Birkbekin Stratfordda Royal Teatrının yanında əlavə böyük kampusu var. Birkbek , demək olar ki, bütün mühazirələr axşam oxunsa da, həm qiyabi, həm də əyani şəkildə öyrənilə bilən 200-dən çox bakalavr və magistr proqramı təklif edir.
Boğazlar haqqında London konvensiyası
Boğazlar haqqında London konvensiyası (1841) — Avstriya imperiyası, Fransa krallığı, İngiltərə, Prussiya, Rus imperiyası və Osmanlı imperiyası tərəfindən 13 iyul 1841-ci ildə Londonda imzalanan beynəlxalq konvensiya Misir üsyanının sonunda Osmanlı imperiyasının çökməyə başlaması Boğazlar məsələsini əhəmiyyətli bir məsələ olaraq ön plana çıxardı. Çünkü, Aralıq dənizinin şərq qapıları olan Bosfor və Dardanel boğazları, dövlətlərarası münasibətlər və tarazlıqlar baxımından həyati əhəmiyyət daşıyırdı. Əslində, bu mərhələdə Boğazlar İngiltərənin və ya Rusiyanın nəzarətinə keçə bilərdi. Ancaq bu qüvvələr qarşıdurmadan çəkinərək və tarazlığı qorumaq üçün belə bir yanaşmaya cəhd göstərmədilər. == 1841-ci ilə qədər Boğazların statusu == 1535-ci il kapitulyasiyaları ilə Fransa bayrağını daşıyan ticarət gəmilərinin bütün Türk limanlarına giriş-çıxmasına icazə verildi. Bu icazələr vaxtaşırı digər dövlətlərə də verilmişdir. 1774-cü il Kiçik Qaynarca müqaviləsi, Rus ticarət gəmilərinə boğazları sərbəst keçmək hüququ verdi. 1798 və 1805-ci illərdə Rusiya ilə bağlanan müttəfiqlik müqavilələrində, Rusiya hərbi gəmilərinin Boğazlardan keçməsinə dair hökmlər verildi. 1806-cı il iki dövlət arasında baş verən müharibə bu müqavilənin müddəalarını qüvvədən saldı. 1809-cu ildə İngiltərə ilə imzalanan Qaleyi Sultaniyyə müqaviləsində Boğazların bütün dövlətlərin döyüş gəmilərinə bağlı qalması prinsipi qəbul edildi.
Boğazlar haqqında London konvensiyası (1841)
Boğazlar haqqında London konvensiyası (1841) — Avstriya imperiyası, Fransa krallığı, İngiltərə, Prussiya, Rus imperiyası və Osmanlı imperiyası tərəfindən 13 iyul 1841-ci ildə Londonda imzalanan beynəlxalq konvensiya Misir üsyanının sonunda Osmanlı imperiyasının çökməyə başlaması Boğazlar məsələsini əhəmiyyətli bir məsələ olaraq ön plana çıxardı. Çünkü, Aralıq dənizinin şərq qapıları olan Bosfor və Dardanel boğazları, dövlətlərarası münasibətlər və tarazlıqlar baxımından həyati əhəmiyyət daşıyırdı. Əslində, bu mərhələdə Boğazlar İngiltərənin və ya Rusiyanın nəzarətinə keçə bilərdi. Ancaq bu qüvvələr qarşıdurmadan çəkinərək və tarazlığı qorumaq üçün belə bir yanaşmaya cəhd göstərmədilər. == 1841-ci ilə qədər Boğazların statusu == 1535-ci il kapitulyasiyaları ilə Fransa bayrağını daşıyan ticarət gəmilərinin bütün Türk limanlarına giriş-çıxmasına icazə verildi. Bu icazələr vaxtaşırı digər dövlətlərə də verilmişdir. 1774-cü il Kiçik Qaynarca müqaviləsi, Rus ticarət gəmilərinə boğazları sərbəst keçmək hüququ verdi. 1798 və 1805-ci illərdə Rusiya ilə bağlanan müttəfiqlik müqavilələrində, Rusiya hərbi gəmilərinin Boğazlardan keçməsinə dair hökmlər verildi. 1806-cı il iki dövlət arasında baş verən müharibə bu müqavilənin müddəalarını qüvvədən saldı. 1809-cu ildə İngiltərə ilə imzalanan Qaleyi Sultaniyyə müqaviləsində Boğazların bütün dövlətlərin döyüş gəmilərinə bağlı qalması prinsipi qəbul edildi.
Böyük London administrasiyası
Böyük London administrasiyası (ing. Greater London Authority, GLA) - 2000-ci ildə yaradılan Böyük Londonun regional hakimiyyət orqanıdır.
Böyük London vəbası
Böyük London vəbası (ing. Great Plague of London) — 1665–1666-cı illərdə İngiltərənin paytaxtı London şəhərində baş vermiş sonuncu vəba epidemiyası. Bubon taunu nəticəsində 100 mindən çox insan ölmüşdür. Həlak olanların sayı London əhalisinin 1/4 təşkil etməkdə idi.
Böyük London yanğını
Böyük London yanğını — 1666-cı ildə 2 sentyabr, bazar günü Londonun orta məhəllələrində başlayaraq 5 sentyabr çərşənbə gününə qədər şəhəri təsiri altına alan, şəhərin tarixindəki ən böyük yanğın fəlakəti. Yanğın şəhərin qədim Roma divarlarının əhatə etdiyi daxili hissələri əhatə etmiş, Vestminister rayonu (indiki Vest-End), Vaythol sarayı, bir çox şəhər ətrafı xarabalıqlar üçün təhlükə yaratmışdır.Fəlakət nəticəsində 13 500 ev, 87 kilsə (hətta Müqəddəs Pavel kafedralı), hökumət binalarının əksər hissəsi yanmışdır. Hesab olunur ki, Böyük London yanğını 70 mindən çox insanın sığınacaqdan məhrum olmasına səbəb olmuşdur.Həmin dövrdə Londonun mərkəzi hissəsində 80 min nəfər insan yaşayırdı. Yanğın nəticəsində nə qədər insanın ölməsi dəqiq məlum deyildir. Bir çox qurbanlar haqda dəlillər olsa da, onların çoxu qeydə alınmamışdır. Bundan başqa, çoxlarının kremasiya olunması versiyası da vardır. Arxeoloqlar tərəfindən yanğının başladığı Puddinq-Leyndə tapılan və hal-hazırda London Muzeyində nümayiş olunan ərimiş dulusçuluq nümunəsi fəlakət zamanı temperaturun 1250 °C-yə qalxdığını göstərmişdir. == Yanğının mənbəyi və nəticələri == Hadisə bazar günü 2 sentyabr tarixində Puddinq-Leyn küçəsində Tomas Farrinerin çörəkxanasında başlamışdır. Yanğın şəhərin qərb istiqamətində sürətli şəkildə yayılmağa başlamışdır. Həmin dövrün yanğınsöndürənləri qaydaya uyğun olaraq, hər hansı bir yanğının yayılmaması üçün yanğın ətrafında tikililərin dağıdılması metodunu tətbiq edirdilər.
Cek London gölü
Cek London gölü — Kolıma çayının yuxarı axarlarında, Rusiya Federasiyası Maqadan vilayəti, Yaqodninski rayonu ərazisində göl. Göldağlar arasında, 803 m metr yüksəklikdə qərarlaşır. Gölün uzunluğu 10 km, maksimal dərinliyi isə 50 metrdir. Su səthinin sahəsi 14,4 km², su toplayıcı sahəsi isə 221 km²-dir. Gölə Pruqa çayı və ondan başqa bir neçə çay tökülür:Stduyonnıy, Nevedomıy və kiçik axarlar. Göl axarlarla Tanmuyuşşiy Xariusov gölü ilə birləşir. Ondan kyol-Sien çayı başlayır ki, bu çayda Kolımanın sağ qolunu təşkil edir. Göl Böyük Annaqaçak və Uazaİna dağ silsilələri arasında yerləşir. Onlarında müvafiq olaraq ən hündür nöqtələri Aborigen (2287 m) və Snejnaya dağlarıdır (2293 m). == Gölün ətrafı == Gölün yerləşdiyi ərazidə «Cek London gölü» təbiət parkı təşkil edilmişdir.
Dauninq Strit (London)
Dauninq-strit (ing. Downing Street) — inzibati dairə, Vestminster borosunda yerləşən, Londonun kiçik, lakin mühüm əhəmiyyətə malik küçələrindən biri. Burada 200 ildən artıqdır ki, Britaniya baş nazirinin iqamətgahı yerləşir. Küçə 1680-ci ildə onu salmış ingilis siyasi xadimi, diplomat baronet Corc Dauninqin şərəfinə adlandırılmışdır. Hökumət üzvlərinin bütün iqamətgahları küçənin bir tərəfində yerləşir. Yalnız xarici işlər nazirliyi qarşı binada yerləşir. Ev 10-da ənənəyə əsasən xəzinədar birinci lord, indi isə onun əvəzedicisi, baş nazir, ev 11-də isə xəzinədar ikinci lord, hazırda onun əvəzedicisi, maliyyə naziri yaşayır.
Emmausda şam yeməyi (Karavacco), London
Emmausda şam yeməyi (ing. The Supper at Emmaus) italyan rəssam Karavacco tərəfindən 1601-ci ildə çəkilmişdir və hazırda rəsm London milli qalereyasında sərgilənir. == Əsərin təsviri == İsa peyğəmbərin çarmıxa çəkilməsindən sonra həvariləri Qüdsdən Emmaus adlı kiçik bir qəsəbəyə gedirlər. Yolda onlar bir insana rast gəlirlər ki, sonradan o insan da onlara qoşulur. O, Həzrəti İsanın özü idi, lakin ilk gördüklərində həvariləri onu tanımır. Onlar Emmausda həmin gün şam yeməyi üçün əyləşdiklərində “o çörəyi götürdü, şükür etdi və bölüb onlara verməyə başladı. Sonra onların gözləri açıldı, onlar onu tanıdılar.
Emmausda şam yeməyi (Karavacco, London)
Emmausda şam yeməyi (ing. The Supper at Emmaus) italyan rəssam Karavacco tərəfindən 1601-ci ildə çəkilmişdir və hazırda rəsm London milli qalereyasında sərgilənir. == Əsərin təsviri == İsa peyğəmbərin çarmıxa çəkilməsindən sonra həvariləri Qüdsdən Emmaus adlı kiçik bir qəsəbəyə gedirlər. Yolda onlar bir insana rast gəlirlər ki, sonradan o insan da onlara qoşulur. O, Həzrəti İsanın özü idi, lakin ilk gördüklərində həvariləri onu tanımır. Onlar Emmausda həmin gün şam yeməyi üçün əyləşdiklərində “o çörəyi götürdü, şükür etdi və bölüb onlara verməyə başladı. Sonra onların gözləri açıldı, onlar onu tanıdılar.
Holland Park (London)
Holland parkı — İngiltərədə, London şəhərinin qərbində, Kensinqton və Çelsi borosunda yerləşən bölgə və ictimai park. Holland Park gözəl və geniş parkdır. Viktoriya dövründən qalma qəsəbə evləri, yüksək səviyyəli restoranları və alış-veriş mərkəzləri ilə məşhurdur. Holland Park ətrafında Kensinqton küçəsi, Nottinq təpəsi, Holland Park küçəsi, Vestborn, Klarendon qovşağı və Ledbərn kimi yerlər yerləşir. Rəsmi sərhədləri olmasa da Kensinqton küçəsinin cənubunda, Hollan küçəsinin qərbində, Hollan Park küçəsinin şimalında və Kensinqton Kilsəsi küçəsinin qərbindədir. Holland Park küçəsində 4 yaşayış məntəqəsi yerləşir: Norland, Holland, Pembric və Kampden. == Tarixçə == XIX əsrə qədər boş ərazi idi. Ərazinin çoxu I Yakov dövründə Holland evi adlı iqamətgaha aid torpaq parçasının bir hissəsi olmuşdur. Əsrin son onilliyində bir neçə dəfə sahibi dəyişən ərazini əhatə edən sahələr satılmış və həmin bölgə də öz adını bu evin adından almışdır. Parkda hal-hazırda da bu iqamətgahın bir hissəsi qorunmaqdadır.
Holland parkı (London)
Holland parkı — İngiltərədə, London şəhərinin qərbində, Kensinqton və Çelsi borosunda yerləşən bölgə və ictimai park. Holland Park gözəl və geniş parkdır. Viktoriya dövründən qalma qəsəbə evləri, yüksək səviyyəli restoranları və alış-veriş mərkəzləri ilə məşhurdur. Holland Park ətrafında Kensinqton küçəsi, Nottinq təpəsi, Holland Park küçəsi, Vestborn, Klarendon qovşağı və Ledbərn kimi yerlər yerləşir. Rəsmi sərhədləri olmasa da Kensinqton küçəsinin cənubunda, Hollan küçəsinin qərbində, Hollan Park küçəsinin şimalında və Kensinqton Kilsəsi küçəsinin qərbindədir. Holland Park küçəsində 4 yaşayış məntəqəsi yerləşir: Norland, Holland, Pembric və Kampden. == Tarixçə == XIX əsrə qədər boş ərazi idi. Ərazinin çoxu I Yakov dövründə Holland evi adlı iqamətgaha aid torpaq parçasının bir hissəsi olmuşdur. Əsrin son onilliyində bir neçə dəfə sahibi dəyişən ərazini əhatə edən sahələr satılmış və həmin bölgə də öz adını bu evin adından almışdır. Parkda hal-hazırda da bu iqamətgahın bir hissəsi qorunmaqdadır.
London Azərbaycan Evi
London Azərbaycan Evi (ing. London Azerbaijan House) — Böyük Britaniyada mədəniyyət və dostluq mərkəzi. == Tarixi == Londondakı Azərbaycan Evi Mədəniyyət və Dostluq Mərkəzi Britaniyada yaşayan bir qrup azərbaycanlı ziyalı, gənc mütəxəssis və tələbənin təşəbbüsü ilə qurulmuşdur. Mərkəz tamamilə qeyri siyasi və maddi mənfəət güdməyən bir təşkilat kimi fəaliyyət göstərir və məqsədi Azərbaycanla Britaniya arasında mədəni və dostluq bağlarını möhkəmləndirmək, Londondakı Azərbaycan icmasına xidmət etməkdir. Azərbaycan Evi Mədəniyyət və Dostluq Mərkəzinin rəsmi açılış mərasimi 2008-ci il, 14 noyabr tarixində London Hackney Bələdiyyəsi Spikeri Ian Rathbone, Azərbaycanın Britaniyadakı səfiri cənab Fəxrəddin Qurbanov, Britaniya Parlamenti Lordlar Palatasının üzvü Lord Fraserin də iştirakı ilə həyata keçirilmişdir. Qurulduğu gündən bəri Azərbaycan Evində müxtəlif tədbirlər, mühazirə və çıxışlar, seminarlar, görüşlər, konfranslar, sərgi, film nümayişləri, konsert proqramları, təqdimatlar və s. həyata keçirilmişdir. Azərbaycan Evi mədəniyyətimizin təbliği istiqamətində bütün institut və qruplarla əməkdaşlıq etməyə hazırdır.
London Bari FK
London Bari Futbol Klubu — İngiltərənin London şəhərini təmsil edən peşəkar futbol klubudur. Klub hal-hazırda Esseks Seniyor Liqasında mübarizə aparır. Öz ev oyunlarını Kleptonun oynadığı Old Spotted Doq stadionunda keçirir. == Tarixi == Bari Futbol Klubu 1995-ci ildə təsis edilmişdir. Klub 1998-ci ilə qədər Cənubi Esseks Futbol Liqasında mübarizə aparmışdır. Liqanı tərk etdikdən sonra klub Asiya Liqasının Birinci Diviziyasında çıxış etməyə başladı.Klub 2011-12-ci il mövsümündə Esseks Korintian Sandey Futbol Liqasının qalibi oldu. Onlar uğurlu çıxışlarının ardından Esseks Seniyor Futbol Liqasına vəsiqə qazandılar.
London Geologiya Cəmiyyəti
London Geologiya Cəmiyyəti (ingilis dilində:Geological Society of London или Geological Society) — Böyük Britaniyada yerləşən, Yer kürəsinin tədqiqi məqsədilə yaradılan elmi cəmiyyət. London Geologiya Cəmiyyəti dünyada yaradılan ilk geologiya cəmiyyətidir. Cəmiyyətin əsas missiyası geoloqlara bir-birilə tanış olmalarına, elmi axtarış cəhdlərinin stimullaşdırılmasına, fikir mübadiləsi yolu ilə geologiya elminin inkişafı sahəsində baş verən yeniliklər və yeni faktlar barəsində məlumatların paylaşılmasına yardım etməkdir . == Tarixi == London Geologiya Cəmiyyəti 1807-ci ildə 13 alimin iştirakı ilə keçirilən yığıncaqda yaradılmışdır. Cəmiyyətin təsisçiləri arasında Uilyam Babinqton, Corc Qrinaf Qemfri Devi və Artur Eykin kimi görkəmli alimlər də var idi. Onlar vaxtaşırı nahara toplaşır və geologiya məsələlərini müzakirə edirdilər. 1825-ci ildə bu cəmiyyət kral IV Georqdan xüsusi imtiyaz almış və rəsmən tanınmışdır. 1839-cu ildə London Geologiya cəmiyyətinin artıq 750 nəfər üzvü var idi. Qadınların bu cəmiyyətə rəsmi şəkildə üzv olmasının qadağan edildiyi bir dövrdə paleontoloq Meri Enninqə xüsusi istisnalıq edilmişdir. 1874-cü ildə Cəmiyyət Londonun Pikadelli küçəsində Byörlinqton-hause iqamətgahında yerləşirdi.
London Kral Cəmiyyəti
Britaniya Kral Cəmiyyəti, London Kral Cəmiyyəti qısa və ən geniş tanınmış adı- Kral Cəmiyyəti. Geniş adı — Təbiət haqqında bilikləri genişləndirmək üçün London Kral Cəmiyyəti (en Royal Society of London for the Improvement of Natural Knowledge). Dünyada ən qədim elmi cəmiyyətlərdən biri: 1660-cı ildə yaradılmış və rəsmi olaraq 1662-ci ildə fəaliyyətə başlamış elmi cəmiyyətdir. İngiltərə kralı II Çarlz tərəfindən açılışı edilmişdir. Cəmiyyət təsisçiləri ilə bərabər tədqiqat və elmi müzakirələr üçün bir məkan olmağı hədəfləyirdi və əvvəlcə Invisible Kollecinin davamı idi. Cəmiyyət Britaniya hökumətinə qarşı dövlət yardımı alan elmi ekspertlər hazırlayan müəssisə kimi çıxış edir. Cəmiyyət Böyük Britaniyanın Elmlər Akademiyası kimi fəaliyyət göstərir və elmi-tədqiqat müəssisələrinə və elmi təşkilatlara sərmayələr qoyur. Cəmiyyət öz şurası tərəfindən idarə olunur; Cəmiyyətə bir sıra nizamnamə və müəyyən rütbələrə müvafiq olaraq cəmiyyətin prezidenti rəhbərlik edir. Şuranın üzvləri və sədri, yəni cəmiyyətin əsas üzvləri akademiya üzvləri tərəfindən seçilir və akademiya üzvlərinin özləri isə mövcud olan digər akademiya üzvləri tərəfindən seçilirlər. Hər il təyin olunan 44 yeni üzvü ilə bərabər hal-hazırda FRS (Fellow of Royal Society: Kral Cəmiyyətinin üzvü) aşağı titulundan istifadə etmək imkanı verilmiş 1314 akademiya üzvü mövcuddur.
зо́лка изло́манность лыжня́ мотоцикле́т мухо́ртка по́яс разме́шивать ритори́чный да́кский диске́та костра́ плеврити́ческий роси́нка дека плена gleby hourlong indocile itchiness Maecenas seamaid supplicatory vale застраивать принадлежность