LOĞAZ

is. [ ər. ]
1. İstehza, rişxənd, masqara, ələ salma.
□ Loğaz qoşmaq (oxumaq)1) rişxənd etmək, istehzalı sözlər demək, lağa (araya) qoymaq.
[Nəcəfalı:] Keçmə bu aran tayfasının loğaz qoşmağından. B.Bayramov;

2) ağzına gələni danışmaq, boş-boş danışmaq.
Loğaza qoymaq – ələ salmaq, lağa qoymaq.
Loğaza qoyulmaq – ələ salınmaq, masqaraya qoyulmaq.
Moldayı, salmadı el dil boğaza; Eybi yox, gərçi qoyulduq loğaza. M.Ə.Sabir.

2. Uydurma, yalan; laf.
[Zaman:] İndi odur qudurublar, hərəsinin ağzından bir loğaz çıxır! Ə.Haqverdiyev.

LODKADABAN
LOĞMA
OBASTAN VİKİ
Loğaz
Loğaz — əsasən xalq satirası ilə bağlı termin. Satirik ruhlu əsərlərdə müəyyən bir hadisənin, yaxud şəxsin bilavasitə onun öz dili ilə lağa qoyulması loğaz adlanır."Azərbaycan dilinin izahlı lüğəti"ndə loğaz həm də "istehza", "rişxənd", "masqara", "ələ salma" və "ağzına gələni danışma", "boş-boş danışma", "uydurma, yalan söyləmə" kimi qeyd edilir. "Loğaza qoyulmaq" isə "ələ salınmaq", "masqaraya qoyulmaq" kimi verilir. Məsələn: Loğazdan XX əsrin əvvəllərində — satirik şairlərimizin yaradıcılığında xüsusən geniş istifadə edilmişdir. Məsələn, Sabir xalqı geriyə sürükləyənləri, hər vasitə ilə milli intibaha mane olanları onların öz dili ilə ifşa edərək satiralarında loğazın klassik nümunələrini yaratmışdır: == İstinadlar == == Mənbə == Elçin. Seçilmiş əsərləri. 10 cilddə. IX cild. Bakı: ÇİNAR-ÇAP, 2005, 509 səh.

Значение слова в других словарях

благочи́нно клинкерова́ть самодисципли́на смо́тчик солеро́дный гине́я закружи́ться мяте́жность по-муравьи́ному раскорчёвывать сле́дственный выя обод плещевать amnioscopy distringas engine-house hematocryal Hottentot Laurentian Highlands overdrunk remurmur routh unscrewed нервюра