LOĞAZ

(Cəbrayıl)
lağ
◊ Loğaz qoşmax (Ağcabədi, Qubadlı, Gəncə, Naxçıvan, Şərur) – ələ salmaq, lağa qoymaq. – Əliyə loğaz qoşma (Ağcabədi); Loğaz döşəməx’ (Naxçıvan) – ələ salmaq, lağa qoymaq. – Sən loğaz döşəmə. Loğaz eləməx’ (Şahbuz) – ələ salmaq, lağa qoymaq. – No:ldu balam, onabuna loğaz eləməkdən yorulmadın? Loğaz oxumax (Gəncə) – boş-boş danışmaq. – Ta: loğaz oxuma, pulu bəri ver
LOĞANCAX
LOH
OBASTAN VİKİ
Loğaz
Loğaz — əsasən xalq satirası ilə bağlı termin. Satirik ruhlu əsərlərdə müəyyən bir hadisənin, yaxud şəxsin bilavasitə onun öz dili ilə lağa qoyulması loğaz adlanır. "Azərbaycan dilinin izahlı lüğəti"ndə loğaz həm də "istehza", "rişxənd", "masqara", "ələ salma" və "ağzına gələni danışma", "boş-boş danışma", "uydurma, yalan söyləmə" kimi qeyd edilir. "Loğaza qoyulmaq" isə "ələ salınmaq", "masqaraya qoyulmaq" kimi verilir. Məsələn: Loğazdan XX əsrin əvvəllərində — satirik şairlərimizin yaradıcılığında xüsusən geniş istifadə edilmişdir. Məsələn, Sabir xalqı geriyə sürükləyənləri, hər vasitə ilə milli intibaha mane olanları onların öz dili ilə ifşa edərək satiralarında loğazın klassik nümunələrini yaratmışdır: == İstinadlar == == Mənbə == Elçin. Seçilmiş əsərləri. 10 cilddə. IX cild. Bakı: ÇİNAR-ÇAP, 2005, 509 səh.

Значение слова в других словарях