lobya
lom
OBASTAN VİKİ
Böyük loğman. İbn Sina
Böyük loğman. İbn Sina (rus. Великий врачеватель : Авиценна. Жизнеописание) — Valeri Voskoboynikovun İbn Sinadan bəhs edən və ilk dəfə 1972-ci ildə nəşr edilmiş tarixi povesti. Məşhur rus uşaq yazıçı-publisisti Valeri Mixayloviç Voskoboynikovun tarixi povesti. Əsər 1972-ci ildə yazılmış və bestsellərə çevrilmişdir. Kitab UNESCO-nun qərarı ilə İbn Sinanın 1000 illiyi ərəfəsində bir çox dünya dillərinə tərcümə edilmişdir. Kitab yaşından asılı olmayaraq tarix, islam dini və tibb elminin yaranışı ilə maraqlanan və ya sadəcə məqsədinə qətiyyətlə çatmaq istəyən bütün oxucular üçündür. == Məzmun == Müəllif Böyük Loğmanın həyatı yolu ilə birgə onun yaşadığı zəmanənin də – Orta Asiyada İslamın ən təzadlı tarixi inkişaf mərhələsində (950–1050-ci illər) saray əhli və adi insanların həyat şəraitini də işıqlandırıb. == Nəşr və tərcümə == Əsər ilk dəfə 1972-ci ildə Молодая гвардия nəşriyyatında rusca nəşr edilmişdir.
Loğman (Hurand)
Loğman (fars. لقمان‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 147 nəfər yaşayır (34 ailə).
Loğman (film, 2013)
Loğman (ing. The Physician) — Noah Qordonun eyni adlı əsəri əsasında 2013-cü ildə alman rejissor Filipp Ştöltsl tərəfindən çəkilmiş macəra filmi. == Məzmun == Filmdəki hadisələr 11-ci əsr İngiltərəsində baş verir. Antik dövründə toplanmış biliklər, o cümlədən tibbi biliklər tədricən itirilmişdir, kilsə isə qara magiya adı altında elmə qarşı mübarizə aparmaqdadır. Sadə xalqın xəstəlikləri bir şəhərdən digərinə səyahət edən bərbərlər tərəfindən "sağaldılır". Robert Koul adlı uşağın qeyri-adi vergisi var: o, kiminsə sağalmaz xəstəliyi olduğunu duya bilir. İlk dəfə o, bunu uşaq olarkən xəstə anasının appendisitdən öləcəyini duyan zaman kəşf edir. Yetim qalmış Robert müxtəlif şəhərlərdə insanları sağaldan səyyar şarlatana qoşulur və ondan orta əsr təbabətinin məhdud imkanlarını öyrənir. Bununla belə, o, bunların insanları sağaltmaq və əsl həkim olmaq üçün kifayət etmədiyini də başa düşür. Müəllimi kataraktadan əziyyət çəkəndə, Robert bunu sağaltmaq üçün yəhudi təbiblə danışır.
Loğman Kərimov
Loğman Seyfulla oğlu Kərimov (11 yanvar 1959, Bakı) — aktyor, teatr rejissoru, ssenari müəllifi. == Həyatı == Loğman Kərimov 11 yanvar 1959-cu il Bakı şəhərində anadan olmuşdur. 1982-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirmişdir. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında aktyor kimi çalışan L. Kərimov 30-a yaxın maraqlı surətlər yaratmışdır. Onun "Azərbaycanfilm" kinostudiyasının istehsal etdiyi "Qəzəlxan" filmində yaratdığı Əliağa Vahid obrazı geniş tamaşaçı kütləsi tərəfindən yüksək qiymətləndirilmişdir. Loğman Kərimov 1998-ci ildən doğma teatrda rejissor kimi fəaliyyətə başlamış və bu müddət ərzində Elçinin "Mahmud və Məryəm" (bu tamaşa 1999-cu ilin ən uğurlu tamaşası elan edilmişdir), "Ölüm hökmü", S. S. Axundovun "Qaraca qız", Ə. Dəmirçizadənin "Dədəm Qorqud", A. Babayevin "Olmuş əhvalat", M. Marinyenin "Lotoreya" əsərlərinə uğurlu səhnə həlli vermişdir. L. Kərimov teatrın rus bölməsində "Əlibaba və 40 quldur", "Al çiçək", "Göyçək Fatma" tamaşalarını hazırlamışdır. Hazırda Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının rejissoru vəzifəsində çalışır. L. Kərimov 2006-cı ildə əməkdar artist fəxri adına, 2002-ci ildən isə Azərbaycan Respublikası Prezidentinin mükafatçısıdır. Xalq artisti Valeh Kərimovun qardaşıdır.
Loğman Surəsi
31-ci surə
Loğman xan
Loğman xan — Elxanilər dövlətinin hökmdarlığına olan son iddiaçı. Əvvəlcə Əmir Vəliyə, daha sonra Əmir Teymura tabe olmuşdur. Yerinə oğlu Pir Məhəmməd keçmişdir.
Mirzə Məhəmmədhüseyn xan Loğman Ədhəm
Mirzə Məhəmmədhüseyn xan Mirzə Zeynalabdin xan oğlu Loğman Ədhəmi (1879-1951)—Həkim, Tehran Tibb universitetinin rektoru. == Həyatı == Məhəmmədhüseyn xan Zeynalabdin xan oğlu 1879-cu ildə Təbriz şəhərində doğulmuşdu. İbtidai təhsilini atasından, orta təhsilini "Loğmaniyyə" məktəbində almışdı. Özü də bir müddət həmin məktəbdə coğrafiyadan dərs demişdi. Sonra atasının və digər ustadların yanında tibb elmini öyrənmişdi. Moin əl-Tibba ləqəbinə yiyələnmişdi. Məhəmmədəli mirzə şahlıq taxtına çıxdıqdan sonra Tehrana, saraya köçmüşdü. Azadxahlara divan və məclis topa tutulduqdan sonra sarayı tərk edib Fransaya yollanmışdı. 1908-ci ildə Paris universitetinin tibb fakültəsini bitirmişdi. O, tibb elmləri doktoru elmi ünvanı da almışdı.
Süleyman Bağırov (Loğman oğlu)
Süleyman Loğman oğlu Bağırov (1 fevral 1992; Sabirabad rayonu, Azərbaycan — 8 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Süleyman Bağırov 1992-ci il fevralın 1-də Sabirabad rayonunun Sarxanbəyli kəndində anadan olub. 2009-2013-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. == Hərbi xidməti == Azərbaycan Ordusunun leytenantı olan Süleyman Bağırov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Süleyman Bağırov oktyabrın 8-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Şirvan şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Süleyman Bağırov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Təzəkənd-i Loğmanabad (Nəmin)
Təzəkənd-i Loğmanabad (fars. تازه كندلقمان اباد‎) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 55 nəfər yaşayır (12 ailə).
Loğman
Loğman peyğəmbər Qurani Kərimdə adı keçən 30 peyğəmbərdən biridir.Loğman Peyğəmbər həkim muşdur.Yəni təbabətlə məşğul olmuşdur.O yüksək biliyə malik idi.Loğman adının mənası ərəbcə "həkim-təbib" deməkdir.

Digər lüğətlərdə

брандспо́йт взъеро́шиваться монструо́зность пара́ша прие́здиться протоко́льный спицево́й зате́йка паросилово́й парте́р под зна́ком поднять на принципиальную высоту́ раски́дываться смотреть со́колом угомоня́ться aviation backhanded Kenyan Melos orthomolecular pygies status quo десятый зыбун соответствовать