lüzumsuzluq
Lyej
OBASTAN VİKİ
Lvov
Lvov (ukr. Львів) — Ukraynanın Lvov vilayətinin inzibati mərkəzi. Ölkənin milli-mədəni və elmi-təhsil mərkəzidir, həmçinin böyük sənaye mərkəzi və nəqliyyat qovşağıdır. Qalitsiyanın və Qərbi Ukraynanın paytaxtı hesab edilir. Lvovun sahəsi təxminən 180 km²-dir. == Adı == Rus mənbələrinə görə Lvov şəhərin adını knyaz Danilo Qalitski öz Lev adlı oğlunun şərəfinə qoyub. Tarix boyu bu şəhər rəsmi olaraq adını dəyişməyib, lakin müxtəlif dillərədə bu şəhərin adı bu cür fərqlənir: ukr. Львів (Lviv), pol. Lwów, rus. Львов (Lvov), alm.
Lvov tarixi
Lvov — əsrlər boyu bölgənin elmi, mədəni və milli mərkəzi olmaqla Qərbi Ukraynanın ən böyük şəhəri. Qədim dövrlərdə Qalisiya-Volın dövlətinin paytaxtı, daha sonra isə Rusiya voyevodasının, Qalisiya və Lodomeriya krallığının inzibati mərkəzi olmuşdur. 1918-ci ildə Qərbi Ukrayna xalq respublikasının paytaxtı olmuşdur. Şəhər Polşa Respublikasının tərkibinə daxil olduqdan sonra, Lvov eyniadlı vilayətin mərkəzinə çevrildi. İkinci Dünya müharibəsində ilk növbədə sovet ordusu tərəfindən, sonra isə alman ordusu tərəfindən ələ keçirildi. Müharibədən sonrakı dövrdə Sovet İttifaqının tərkibinə qatıldı. 1991-ci ildən - müstəqil Ukraynanın Lvov vilayətinin inzibati mərkəzidir. Lvovun inkişaf tarixinin bütün mərhələlərini nəzərə alaraq, şəhərin inkişafında öz ruhunu formalaşdıra Lvov memarlığında ən azı dörd növü görə bilərik: şəhərin əsas tonlarını müəyyən edən Rus memarlığı, böyük ticarət yolu şəhəri olan Renessans Lvovu, Sessesiya (lat. secessio — tərk etmə; secedo — tərk edirəm sözündən) — üç şəhərin (ukrayn, polyak və yəhudi) milli dirçəlişi və eləcə də Ukrayna və Polşanın milli müqavimətinin şəhəri. Lviv multikultural irsi olan şəhəridir.
Lvov vilayəti
Lvov oblastı (ukr. Львівська область, Lvivska oblast) — Ukraynada ərazi vahidi. Ukraynanın qərb hissəsində yer alan Lvov, Karpat dağlarının zirvələrindən Buq Çayı hövzəsinə qədər uzanır və bu iki bölgə arasındakı Yuxarı Dnestr Çayı vadisi ilə Roztocze Yaylasını əhatə edir.
Lvov orta əsrlərdə
Lvov orta əsrlərdə və ya Orta əsr Lvov şəhəri — tarixi Qərbi Rus bölgəsinin önəmli iqtisadi, mədəni və siyasi mərkəzlərindən biri idi. Onun tarixi XIII əsrdə şəhər istehkamlarının əsasının qoyulması və XVI əsrin ikinci yarısına kimi, davam edən geniş dövrləri əhatə edir (məhz həmin dövrlərdə Reç Pospolita dövlətinin yaranması və Yagellonlar sülaləsinin hakimiyyət dövrünün tamamlanması baş vermişdir). Yazılı salnamələrdə Lvov şəhərinin ilk xatırlamaları XIII əsrin ortalarına (daha doğrusu 1256-cı ilə) aid edilir. XIII əsrin ikinci yarısından etibarən, Lvov Qalitsiya-Volın knyazlığının ən böyük şəhərinə, 1341-ci ildən sonrakı dövrlərdə isə, Polşanın tərkibində olan "rus krallığının" mərkəzinə çevrilir. 1370-ci ildə Lvov Macarıstan krallığı tərəfindən işğal edilir, 1387-ci ildə isə yenidən Polşa krallığının tərkibinə daxil olur. 1433-cü ildən sonra şəhər Polşa krallığınının ərazisində formalaşdırılmış Rus voyevodalığı adlı inzibati vahidin mərkəzinə çevrilir. Orta əsr Lvov şəhərinin əhalisi çoxmillətli olması və müxtəlif konfessiyalara bölünməsi ilə fərqlənirdi ki, bu da tez-tez müxtəlif icmaların arasında açıq münaqişələrin və qarşı tərəfli nifrətlərin yaranmasına səbəb olurdu. == Tarix == Arxeoloji qazıntıların məlumatlarına əsasən, müasir Lvov və onun ən yaxın ətraflarının yerləşdiyi ərazilər qədim tayfalar tərəfindən hələ Mezolit dövründə məskun edilmişdir. Lvov şəhərinin şimal-qərbində yerləşən şəhər tipli Brüxoviçi (pol. Brzuchowice) adlı qəsəbədə aşkar edilmiş bir neçə qədim yaşayış məntəqəsinin və mağaraların qalıqları, həmçinin Vorontsev-Starunya mədəniyyətinə aid olan çoxsaylı daş məmulatları (e.ə.
Lvov poqromu (1941)
Lvov poqromu — 1941-ci ilin iyun və iyul aylarında Şərqi Polşa və Qərbi Ukraynanın Lvov şəhərində yaşayan yerli yəhudi əhalisinə qarşı törədilmiş ardıcıl qırğın hadisələri. Qırğınlar ukraynalı millətçiləri, alman səyyar ölüm qrupları olan Aynzats əsgərləri və şəhərin qeyri-yəhudi əhalisi tərəfindən törədilmişdir. Poqromun baş verməsinin əsas səbəblərindən biri kimi almanların Barbarossa əməliyyatına başlaması göstərilmişdir.
Lvov Milli Muzeyi
Lvov Milli Muzeyi (ukr. Національний музей у Львові імені Андрея Шептицького) — Lvov və Ukraynanın ən böyük muzeylərindən biridir. Əsas binası Svobodı prospekti 20-də, daha kiçiyi isə Drahomanov küçəsi, 42. yerləşir. == Tarix == Muzey 1905-ci ilin fevralında yunan katolik mitropoliti Andrey Şeptitski tərəfindən Ukrayna mədəniyyətinin inkişafı üçün vasitələrdən biri kimi "Kilsə muzeyi" adı ilə qurulmuşdur. Vəsaitin əsasını ümumilikdə 10 minə yaxın eksponat bağışlayan və muzeyi əsasən öz vəsaiti hesabına saxlayan təsisçinin materialları təşkil edirdi. Ekspozisiyanı yerləşdirmək üçün Drahomanov küçəsi (o zaman Moxnatski), 42 ünvanında villa alınıb. 1909-cu ilin dekabrında muzey Metropoliten Andrey Kount adına Milli Muzey, 1911-ci ilin iyulunda isə Milli Muzey adlandırılır. 1913-cü il dekabrın 13-də ekspozisiya açılır. 1930-cu ildə kolleksiyanın sayı 80.000-ni keçir.
Orta əsr Lvov şəhəri
Lvov orta əsrlərdə və ya Orta əsr Lvov şəhəri — tarixi Qərbi Rus bölgəsinin önəmli iqtisadi, mədəni və siyasi mərkəzlərindən biri idi. Onun tarixi XIII əsrdə şəhər istehkamlarının əsasının qoyulması və XVI əsrin ikinci yarısına kimi, davam edən geniş dövrləri əhatə edir (məhz həmin dövrlərdə Reç Pospolita dövlətinin yaranması və Yagellonlar sülaləsinin hakimiyyət dövrünün tamamlanması baş vermişdir). Yazılı salnamələrdə Lvov şəhərinin ilk xatırlamaları XIII əsrin ortalarına (daha doğrusu 1256-cı ilə) aid edilir. XIII əsrin ikinci yarısından etibarən, Lvov Qalitsiya-Volın knyazlığının ən böyük şəhərinə, 1341-ci ildən sonrakı dövrlərdə isə, Polşanın tərkibində olan "rus krallığının" mərkəzinə çevrilir. 1370-ci ildə Lvov Macarıstan krallığı tərəfindən işğal edilir, 1387-ci ildə isə yenidən Polşa krallığının tərkibinə daxil olur. 1433-cü ildən sonra şəhər Polşa krallığınının ərazisində formalaşdırılmış Rus voyevodalığı adlı inzibati vahidin mərkəzinə çevrilir. Orta əsr Lvov şəhərinin əhalisi çoxmillətli olması və müxtəlif konfessiyalara bölünməsi ilə fərqlənirdi ki, bu da tez-tez müxtəlif icmaların arasında açıq münaqişələrin və qarşı tərəfli nifrətlərin yaranmasına səbəb olurdu. == Tarix == Arxeoloji qazıntıların məlumatlarına əsasən, müasir Lvov və onun ən yaxın ətraflarının yerləşdiyi ərazilər qədim tayfalar tərəfindən hələ Mezolit dövründə məskun edilmişdir. Lvov şəhərinin şimal-qərbində yerləşən şəhər tipli Brüxoviçi (pol. Brzuchowice) adlı qəsəbədə aşkar edilmiş bir neçə qədim yaşayış məntəqəsinin və mağaraların qalıqları, həmçinin Vorontsev-Starunya mədəniyyətinə aid olan çoxsaylı daş məmulatları (e.ə.
Lvov Opera və Balet Teatrı
S.A.Kruşelnitskaya adına Lvov Milli Akademik Opera və Balet Teatrı (ukr. Львівський Національний академічний театр опери та балету імені Соломії Крушельницької) və yaxud Lvov Operası (ukr. Львівська оперa — Ukraynanın qərbində ən böyük şəhəri və həm Polşa, həm də Ukraynanın tarixi mədəniyyət mərkəzlərindən biri olan Lvovda yerləşən opera teatrı. Əvvəlcə su altında qalmış Poltva çayının keçmiş bataqlığında tikilmiş Lvov Operası indi Azadlıq prospektində, Lvovun tarixi hissəsində ağaclarla bəzədilmiş mərkəzində şəhərin Halıç rayonunda yerləşən binada məskunlaşıb. Opera binası YUNESKO-nun Dünya Mədəniyyət Mirasları siyahısı daxildir. Teatrın foyesindəki yazıya görə, bina 1897-1900-cü illər arasında tikilib. Bir neçə dəfə əsaslı təmir edilərək tarixi görkəmini saxlayıb. Əvvəlcə Lvov Avstriya-Macarıstan imperiyasının Qalisiya muxtar vilayətinin paytaxtı olarkən tikilmiş Lvov Operası əvvəlcə Hersoq Karl Lüdviq prospektinin sonunda yerləşirdi. Sonralar şəhər Polşaya daxil edildikdən sonra Böyük Teatr adlanıb. SSRİ dövründə teatr İvan Franko Lvov Dövlət Akademik Opera və Balet Teatrı kimi adlanırdı.
İvan Franko adına Lvov Milli Universiteti
İvan Franko adına Lvov Milli Universiteti (ukr. Львівський національний університет імені Івана Франка) — Şərqi Avropanın ən qədim universitetlərindən biridir. Əvvəlcə universitet Yan Kazimirin adını daşıyırdı və Polşaya, sonra Avstriya-Macarıstana məxsus idi və artıq 1939-cu ildən isə Ukraynanın universiteti oldu. == Tarixi == 1661-ci ilin 20 yanvarı Lvov Universitetinin yaranma tarixi hesab edilir. Bu gündə kral Yan ІІ Kazimir fərmanı dərc etdi, hansına ki uyğun olaraq, 1608-ci ildə yaradılmış yezuit kollegiyasına akademiya və "universitet titulu" statusu verilmişdir. Akademiyanın və universitetin hüquqlarının formal təsdiqi 1758-1759-cu illərdə baş vermişdir. Lvov universitetinin Universitet küçəsində yerləşən əsas korpusunun indiki binası 1877-1881-ci illərdə memar Yu. Qoxberqerin rəhbərliyi altında tikilmişdir. Əvvəlcə binada Qalitsiyanın və Lodomeriyanın Ölkə seymi yerləşirdi. Əsas korpusun fasadı sütunlu böyük portiklə və lociya ilə bəzənmişdir.
Les Kurbas adına Lvov Akademik Teatrı
Les Kurbas adına Lvov Akademik Teatrı (ukr. Львівський академічний театр імені Леся Курбаса) — 1988-ci ildə Ukraynanın Lvov şəhərində təsis edilmiş teatr. Teatrı Vladimir Kuçinski və bir qrup gənc aktyor tərəfindən yaradılmışdır. 2019-cu ildən teatrın bədii rəhbəri Oleq Mixayloviç Tsyonadır. Les Kurbas adına Lvov Akademik Teatrı yarandığı gündən böyüyərək Ukraynanın ən məşhur teatr kollektivlərindən birinə çevrilmişdir. Bir neçə teatr tamaşaları Ukraynada yaxşı təmsil olunmuş və çoxsaylı beynəlxalq teatr festivallarında yüksək mükafatlar qazanmışdır. == Memarlıq xüsusiyyətləri == Teatrı binasının layihəsinin müəllifləri Ziqmund Fyodorski və Stanislav Matsudzinski olmuşdur. Bina XX əsrin əvvəllərində modernləşdirilmiş tarixilik üslubundadır. Beşmərtəbəli bina kərpicdən tikilmiş, üstü kafellə örtülmüşdür. Üçüncü mərtəbədə ön divar konsollara söykənən, qotik qüllələr və kimera heykəllərdən ibarət yarımsütunlar ilə bölünür.
Les Kurbas adına Lvov Gənclər Teatrı
Les Kurbas adına Lvov Akademik Teatrı (ukr. Львівський академічний театр імені Леся Курбаса) — 1988-ci ildə Ukraynanın Lvov şəhərində təsis edilmiş teatr. Teatrı Vladimir Kuçinski və bir qrup gənc aktyor tərəfindən yaradılmışdır. 2019-cu ildən teatrın bədii rəhbəri Oleq Mixayloviç Tsyonadır. Les Kurbas adına Lvov Akademik Teatrı yarandığı gündən böyüyərək Ukraynanın ən məşhur teatr kollektivlərindən birinə çevrilmişdir. Bir neçə teatr tamaşaları Ukraynada yaxşı təmsil olunmuş və çoxsaylı beynəlxalq teatr festivallarında yüksək mükafatlar qazanmışdır. == Memarlıq xüsusiyyətləri == Teatrı binasının layihəsinin müəllifləri Ziqmund Fyodorski və Stanislav Matsudzinski olmuşdur. Bina XX əsrin əvvəllərində modernləşdirilmiş tarixilik üslubundadır. Beşmərtəbəli bina kərpicdən tikilmiş, üstü kafellə örtülmüşdür. Üçüncü mərtəbədə ön divar konsollara söykənən, qotik qüllələr və kimera heykəllərdən ibarət yarımsütunlar ilə bölünür.
Boris Lvoviç Rozinq
Boris Lvoviç Rozinq(Boris Lvovich Rosing) (23 aprel (5 may) 1869- 20 aprel 1933) Rusiyanın alimi və televiziya sahəsində ixtiraçı == Həyatı == Boris Lvoviç Rozinq 23 aprel (5 may) 1869-cu ildə Sankt-Peterburqda anadandan olmuşdur. Boris 1879-1887-ci illərdə Sankt-Peterburqun Vvdensky gimnaziyasında təhsil almış, oranı qızıl medal ilə bitirmişdir. == Fəaliyyəti == Boris Lvoviç Rozinq 30 oktyabr 1907-ci ildə rus fiziki Boris Lvoviç Rozinq “Təsvirlərin məsafəyə elektrik vasitəsilə ötürülmə üsulu”na, yəni televiziyaya patent almışdır. == Ədəbiyyat == Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: “İnformasiya Texnologiyaları” nəşriyyatı, 2013, 169 səh.
Hordeum vulgare var. lvovii
Adi arpa (lat. Hordeum vulgare) — qırtıckimilər fəsiləsinin arpa cinsinə aid bitki növü. == Təbii yayılması == Arpanın vətəni Qədim Misir olmuşdur. Eramızdan əvvəl 5 min əvvəl mədəni surətdə misirlilər tərəfindən əkilib becərilirdi. == Botaniki təsviri == == Ekologiyası == == Azərbaycanda yayılması == Naxçıvan Muxtar Respublikasında arpa zəmiləri az yer tutsa da, pivə sənayesində ən vacib xammal kimi istifadə olunur. == İstifadəsi == Arpadan qədim insanlar ev heyvanlarını yemlənməsində istifadə edirlər. Arpa səmənisindən hazırlanan məlhəm və ya mayesi uşaqların qidasında müsbət rol oynayır. Xalq təbabətində qovrulmuş arpa ununun şəkərlə bişirilmişi uşaqlar üçün xeyirlidir. Arpa şirəsi ilə boğazı qarqara etməklə ağrısını və boğazdakı şişləri götürür.
Pavel Lvoviç Şillinq
Pavel Lvoviç Şillinq(alm. Paul Schilling von Cannstatt‎) - (5 aprel 1786, Ravel (İndiki Tallin)- 25 iyul 1837) — diplomat, şərqşünas. == Həyatı == Pavel Lvoviç Şillinq 5 aprel 1786-cı ildə Raveldə (İndiki Tallin) anadan olmuşdur. O, 1812-1814-ci müharibə zamanı döyüşlərdə iştirak etmişdir. O, Sumy 3-cü alayının kapitanı idi. 1814-ci ildə "İgidliyə görə" Hərbi Merit yazısı ilə Sankt Vladimir ordeni və qılınc ilə təltif edilmişdir. 25 iyul 1837-ci ildə Sankt Peterburqda vəfat etmişdir == Fəaliyyəti == O, 21 oktyabr 1832-ci ildə Sankt-Peterburqdakı mənzilində kəşf etdiyi teleqraf aparatını quraşdırmışdır. Şillinq qədim çin və tibet əlyazmalarını toplamaqla, Asiya xalqlarının tarixi və dilləri üzərində tədqiqatlar aparmaqla da məşğul olmuşdur. 25 iyul 1837-ci ildə Sankt Peterburqda vəfat etmişdir. == Ədəbiyyat == Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar.
Lvovun tarixi hissəsi
Lvovun tarixi hissəsi və ya Lvovun tarixi mərkəzi yaxud Köhnə şəhər (ukr. Ансамбль історичного центру Львова, Старе місто) — UNESKO-nun Dünya Mədəniyyət Mirasları siyahısına daxil edilmiş Ukraynanın Lvov şəhərinin mərkəzi hissəsindəki ərazi. Ərazi 1975-ci ildə Dövlət Tarix-Memarlıq Yasaqlığı statusu alıb. == Tarixi == 1998-ci il noyabrın 30-dan dekabrın 5-dək Kiotoda (Yaponiya) keçirilən YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 22-ci konfransında Lvov Ümumdünya İrs Saytı kimi qəbul edilib. YUNESKO Komitəsi Lvovun Ümumdünya İrs Siyahısına daxil edilməsi və YUNESKO-nun belə meyarlarına uyğunluğu üçün aşağıdakı səbəbləri təqdim etmişdir: II meyar: Şəhərsalma və memarlıq baxımından Lvov Şərqi Avropanın memarlıq və bədii ənənələrinin İtaliya və Almaniyanın eyni ənənələri ilə sintezinin görkəmli nümunəsidir; V meyar: Lvovun siyasi və kommersiya rolu həmişə şəhərin müxtəlif və eyni zamanda bir-biri ilə əlaqəli icmalarını təşkil edən müxtəlif mədəni və dini ənənələrə malik müəyyən sayda etnik qrupları cəlb etmişdir ki, bunun sübutu həmişə şəhər və memarlıq mənzərəsi olmuşdur.Tarixi mərkəzin ansamblının ərazisi 120 hektar Kiyev Rus dövləti və Lvov şəhərinin orta əsrlər hissəsindən, həmçinin Svyatoyurskaya təpəsindəki Müqəddəs Georgi kafedralının ərazisindən ibarətdir. Kafedral ansamblı Ukrayna torpaqlarının bədii mədəniyyətində xüsusi yeri tutur, həmçinin ona görə ki, o indiyə kimi öz divarlarında müxtəlif dövrlərin bir çox görkəmli tarixi və bədii abidələrini gizlədir və öz dövrü üçün ən nümayəndə və əhəmiyyətli sayılabiləcək relikviyaları mühafizə edir. Ancaq, bir sıra tarixi səbəblərə görə, relikviyaların əksəriyyəti hal-hazırda kilsə xaricindədirlər: hal-hazırda bu əşyalar Andrey Şeptitski adına Milli muzeydə, Onufriyevski monastırın arxiv fondlarında, Lvovdakı Ukraynanın mərkəzi dövlət tarix arxivi və Vasili Stefanika adına Lvov elmi kitabxanasında saxlanılır. Tarixi Mərkəzin ansamblının bufer zonası tarixi ərazinin hüdudları ilə müəyyən edilir və 3000 hektara yaxındır.Üç əsas ərazinin sadalanan maddələrindən başqa, İçərişəhərin ərazisində təxminən 2007 digər tarixi abidə var ki, onlardan 214-ü milli səviyyəli hesab olunur. Lvovun Tarixi Mərkəzinin abidələrinin mühafizəsi iki nazirlik - Regional Tikinti Nazirliyi və Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilir. Xüsusi statusun olmasına baxmayaraq, mədəniyyət abidələri çox vaxt onlara sahib olan vətəndaşlar, müəssisələr, kilsə təşkilatları tərəfindən yenidən qurulur.
Vladimir Putin və Mariya Lvova-Belovanın həbsi haqqında qərar
17 mart 2023-cü ildə Haaqa Beynəlxalq Cinayət Məhkəməsi (BCM) Rusiya prezidenti Vladimir Putinin həbsinə qərar verdi. Rusiya Federasiyasının Prezidentinə qarşı Rusiya - Ukrayna müharibəsi zamanı azyaşlı uşaqların Ukraynanın işğal olunmuş ərazilərindən Rusiyaya qanunsuz deportasiya edilməsində ittiham irəli sürülüb. Rusiya BMT Təhlükəsizlik Şurasının daimi üzvləri arasinda ilk dövlət və dövlət başçısı kimi Putin BCM tərəfindən həbs edilməsi tələb edilən üçüncü dövlət başçısı oldu. Ondan əvvəl BCM Sudan prezidenti Ömər əl-Bəşir və Liviya hökmdarı Müəmmər Qəddafiyə qarşı ittihamlar irəli sürmüşdü.Putinlə birlikdə Rusiya Federasiyasının Prezidenti yanında Uşaq Hüquqları üzrə Müvəkkili Mariya Lvova-Belovanın da həbsinə qərar verilib . Reuters-in qeyd etdiyi kimi, qərarın verilməsindən sonra Roma Nizamnaməsini ratifikasiya etmiş 123 ölkədən hər hansı birində Putin və Lvova-Belova peyda olarlarsa həbs olunaraq BCM-ə təhvil verilməlidirlər. == Ukraynalı uşaqların Rusiyaya deportasiyası == 2022-ci ilin noyabrına olan məlumatlara görə, Ukraynadan Rusiyaya 300 mindən 705 minədək uşaq aparılıb. Uşaqlar məcburi övladlığa götürülməyə, ruslaşdırmaya və bütün şəxsi məlumatlarının dəyişdirilməsinə məruz qalırlar.Rusiya hakimiyyəti həm yetimləri, həm də valideynləri olan uşaqları çıxarır. Xüsusilə, yüzlərlə ukraynalı uşaq Xersondan Rusiya tətil düşərgələrinə, bəzi hallarda valideynlərin icazəsi olmadan və ya valideynlərə təzyiq nəticəsində göndərilib. Valideynlər övladlarının hazırkı yeri haqqında məlumat almır, onlara övladlarının qaytarılması da imtina edilir.Mayın 30-da Rusiya prezidenti Putin ukraynalı yetimlərə Rusiya vətəndaşlığının verilmə qaydalarını sadələşdirdi. Ukrayna Xarici İşlər Nazirliyi bununla da Putinin uşaqların oğurlanmasını faktiki olaraq qanuniləşdirdiyini vurğuladı.
брошюро́вщик излечи́ться маньери́ст милови́дно позвоно́чник при прису́шивать проворкова́ть разоблача́ть тяжёлый великому́ченический вя́зко о́тступ узна́ть штамб клоктать bore linac manerial nona- spreader безразлично кобальт подрубить реввоенсовет