Vaqif haqdan dilər lütfü kərəmlər; Belə yerdə duran, vallah, vərəmlər.
[Pərviz xan:] Mərhəmətiniz artıq, lütfünüz ziyad, sayəniz kəm olmasın.
□ Lütf etmək (qılmaq) – 1) mərhəmət etmək, iltifat göstərmək, xeyirxahlıq etmək.
Bu sözə nisbət sənə gəl bir hekayət söyləyim; Lütf edib qıl bir nəzər, bu müxtəsər dəstanə bax.
Çün yar qılıb lütfünü kəm, hanı o həmdəm; Ta sülh qıla yar ilə Heyran arasında. Heyran xanım; 2) rəhm edib bağışlamaq, vermək.
Ol gün ki, sənə xaliq edər lütf bir övlad; Olsun ürəyin şad!
// Köməklik, inayət, mərhəmət.
[Hacı Qara:] Mən Allahın lütfü ilə yalnız onların iyirmisinin öhdəsindən gələrəm.