LÜTFƏLİ
LÜTFİYAR
OBASTAN VİKİ
Lütfi Məmmədbəyli
Məmmədbəyov Lütfi Şahbaz oğlu — Azərbaycan aktyoru və rejissoru, ssenari müəllifi, mətn oxuyan, filmlərin bədii rəhbəri, Azərbaycan Respublikasının Xalq artisti (1991). == Həyatı == Lütfi Məmmədbəyov 6 fevral 1927-ci ildə Ağdaşda anadan olub. Aktyor 1943-1947-ci illərdə Teatr Texnikumunda təhsil alıb. 1961-1966-cı illərdə isə M.Əliyev adına ADİİ-nun Rejissorluq fakültəsini bitirib. == Fəaliyyəti == Lütfi Məmmədbəyov 1947-ci ildə Teatr texnikumunda təhsilini başa vurduqdan sonra bir müddət Musiqili Komediya Teatrında fəaliyyət göstərib. Lakin 40-cı illərin sonunda teatr müvəqqəti olaraq bağlanıb. Bu səbəbdən aktyor Gənc Tamaşaçılar Teatrının truppasına daxil olub. Lütfi Məmmədbəyov Gənc Tamaşaçılar Teatrında çalışarkən Bakıda o vaxtkı 26-lar Mədəniyyət Sarayında dram dərnəyinə rəhbərlik etmişdir. O, 1961-ci ildə Xalq Teatrı statusu alan bu dərnəkdə Azərbaycan aktyorlarının bir neçə nəslini yetişdirmişdir.Lütfi Məmmədbəyov 1961-ci ildə Akademik Milli Dram Teatrına dəvət olunub və ömrünün sonunadək burada çalışıb. Rejissor həmin teatrın səhnəsində bir neçə tamaşanın quruluşçu rejissoru olmuşdur.
Lütfi Məmmədbəyov

Lütfi Nəzəroğlu
Şahverdiyev Lütfi Nəzər oğlu — İctimai Televiziya və Radio Yayımları Şirkətinin böyük redaktoru, ssenarist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü. == Həyatı == Lütfi Nəzər oğlu Şahverdiyev 3 aprel 1967-ci ildə Şamaxı rayonunda anadan olub. 1985-ci ildə Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecini,1995-ci ildə isə Bakı Dövlət Universitetini bitirib. İxtisasca jurnalistdir. == Fəaliyyəti == 1989-1991-cı illərdə "Azərkinovideo İstehsalat Birliyinin "Kino" qəzeti və "Film" jurnalında müxbir vəzifəsində çalışıb.1991-1994-cü illərdə Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətinin "Xəbərlər" baş redaksiyasında müxbir və xəbər redaktoru kimi fəaliyyət göstərib.1996-2005-ci iilərdə müxtəlif mətbuat orqanlarında şöbə müdiri və baş redaktor müavini vəzifələrində çalışıb.2005-2013-cü illərdə İctimai Televiziya və Radio Yayımları Şirkətinin "Milli Azlıqlar ücün Verilişlər departamenti"ndə redaktor vəzifəsində, Azərbaycan Regional Televiziyaları İstehsalat Birliyində redaktor və layihə rəhbəri kimi fəaliyyət göstərib. 2013-cü ildən İctimai Televiziya və Radio Yayımları Şirkətində "Carçıfilm" Yaradıcılıq Birliyinin böyük redaktorudur.Onlarla televiziya verilişlərinin,sənədli televiziya filmlərinin layihə rəhbəri və ssenari müəllifidir. == Filmoqrafiya == Bizim ellər (film, 2013) Bakı kəndləri.
Lütfi Paşa
Çələbi Lütfi Paşa (təq. 1488, Vlyora – 1562, 1563, 27 mart 1564, 1553 və ya 1554, Dimetoka, Makedoniya və Frakiya) — I Süleyman dönəmində 13 iyul 1539 — may 1541 tarixlərində Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamı. == Həyatı == Dəqiq olmasa da, doğum tarixi olaraq 1488 tarixi göstərilir. Alban əsilli bir ailədə dünyaya gəlmişdir. II Bəyazid dönəmində saraya alınmış və burada mükəmməl təhsil almışdır. "Təvarix-i Ali Osman" və "Asəfnamə" əsərlərində qeyd etdiyinə görə, Yavuz Sultan Səlimin cülusunun ardından 50 axcalıq maaşla saraydan ayrılmış, daha sonra qapıçıbaşı və miraləmliyə gətirilmişdir. I Süleyman dönəminin ilk illərində əvvəlcə Kastamonu, ardından Aydın sancaqbəyi oldu. Bu vəzifədə ikən 1522-ci ildə Rodos mühasirəsinə qatıldı və fəthdən sonra Rodos qalasının təmiri ilə vəzifələndirildi. Ardından uzun müddət Yanya sancaqbəyliyində fəaliyyət göstərdi və bu vəzifədə ikən Vyana mühasirəsinə qatıldı. Daha sonra Qaraman bəylərbəyliyinə gətirildi.
Lütfi Zadə
Lütfi Zadə (ing. Lotfi Zadeh; əsl adı Lütfəli Rəhim oğlu Ələsgərzadə; 4 fevral 1921, Novxanı, Bakı qəzası, Azərbaycan SSR və ya Bakı – 6 sentyabr 2017, Berkli, Kaliforniya) — Azərbaycanlı ABŞ alimi, süni intellekt sahəsində müəssisəsinin ömürlük professoru seçilmiş yeganə şəxs. Amerikadakı Azərbaycan diaspor təşkilatlarının fəxri sədri. Lütfi Zadə bir çox xarici ölkə akademiyalarının üzvü olub. O, çoxlu sayda mötəbər cəmiyyətlərin və fondların mükafatlarına layiq görülmüş, medallarla təltif edilmişdir. Onlarla xarici dövlət və ictimai təşkilatların fəxri doktorudur. Lütfi Zadə dünyada əsərlərinə ən çox istinad edilən alimlərdən sayılır. Təkcə 1990–2000-ci illərdə onun əsərlərinə 36 mindən çox istinad edilmişdir. Kaliforniyanın Berkli şəhərində "İnformasiya Texnologiyaları üzrə Zadə İnstitutu" yaradılmışdır. Lütfi Zadə Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun "İnformasiya texnologiyaları problemləri" və "İnformasiya cəmiyyəti problemləri" jurnallarının fəxri baş redaktoru olmuşdur Lütfi Zadə Avrasiya Akademiyasının qurucu üzvlərinin biri olub.
Lütfi Şahverdiyev

Müəmmər Lütfi Bəxşi
Müəmmər Lütfi Bəxşi (1903-1947) — Türkiyə şairi. == Həyatı == Mədrəsə təhsili aldığı üçün qüvvətli bir islam mədəniyyətinə sahibdir. 18-19 yaşlarında əruzla və əski tərzdə şeirlər yazmışdır. Sonralar hecaya və ən sonunda da sərbəst nəzmə keçmişdir. Şeirləri "Ahəng", "Sədayi-həqq", "Yeni gün", "Məhfəl", "Naziktər", "Hilal", "Anadolu", "Şərq", "Yanıq", "Yurd", "İctihad", "Sərvəti-fünun" və "Yeni səs" kimi dövri nəşrlərdə çıxır. Antalyada olduğu zaman Antalya xalq evi dərgisi olan "Türk Akdəniz"i idarə edir. Şeirləri kitablaşmadı. Dörd dəftər dolusu şeiri olduğu söylənir. Şeirlərində daha çox milli mövzulara və eşqə yer vermişdir. Tokadizadə Şəkib, Tahir ül-Mövləvi, Əhməd Haşim, hecanın beş şairi, Kamaləddin Kamu kimi şairlərin təsirində qalmışdır.
Çələbi Lütfi Paşa
Çələbi Lütfi Paşa (təq. 1488, Vlyora – 1562, 1563, 27 mart 1564, 1553 və ya 1554, Dimetoka, Makedoniya və Frakiya) — I Süleyman dönəmində 13 iyul 1539 — may 1541 tarixlərində Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamı. == Həyatı == Dəqiq olmasa da, doğum tarixi olaraq 1488 tarixi göstərilir. Alban əsilli bir ailədə dünyaya gəlmişdir. II Bəyazid dönəmində saraya alınmış və burada mükəmməl təhsil almışdır. "Təvarix-i Ali Osman" və "Asəfnamə" əsərlərində qeyd etdiyinə görə, Yavuz Sultan Səlimin cülusunun ardından 50 axcalıq maaşla saraydan ayrılmış, daha sonra qapıçıbaşı və miraləmliyə gətirilmişdir. I Süleyman dönəminin ilk illərində əvvəlcə Kastamonu, ardından Aydın sancaqbəyi oldu. Bu vəzifədə ikən 1522-ci ildə Rodos mühasirəsinə qatıldı və fəthdən sonra Rodos qalasının təmiri ilə vəzifələndirildi. Ardından uzun müddət Yanya sancaqbəyliyində fəaliyyət göstərdi və bu vəzifədə ikən Vyana mühasirəsinə qatıldı. Daha sonra Qaraman bəylərbəyliyinə gətirildi.
Ömər Lütfi Argeşo
Ömər Lütfi Argeşo (türk. Ömer Lütfi Argeşo; 1879, Konstantinopol – 16 dekabr 1942, İstanbul) — Türk əsgəri və siyasətçisi. == Hərbi fəaliyyəti == Hərbi Akademiyanı bitirdikdən sonra Hamburqda Hərbi Məktəbə getdi. 2 fevral 1901-ci ildə oranı leytenant rütbəsi ilə bitirdi. Hərbi Akademiyadan 4 yanvar 1904-cü ildə kapitan rütbəsi ilə məzun oldu. 1909–10911-ci illərdə Almaniyada hərbi təlimlərdə iştirak etdi. Alman dilini öyrəndi.Hərbi fəaliyyətinə 2 fevral 1901-ci ildə başladı və 18 may 1914-cü ildə bitirdi. Lakin Birinci Dünya müharibəsinin başladığı ərəfədə o, 16 oktyabr 1914-cü ildə yenidən hərbi fəaliyyətinə davam edərək 65-ci alayın tabur komandiri vəzifəsinə təyin edildi. 1916-cı il mayın 14-də 23-cü Hərbi Komandanlığa təyin edildi. 22 oktyabr 1918-ci ildə döyüş şəraitində əsir götürüldü.
Məhəmməd Rza Lütfi
Məhəmməd Rza Lütfi (fars. محمدرضا لطفی‎; 7 yanvar 1947, Qorqan – 2 may 2014, Tehran) — tar və setarda ustalığı ilə tanınan İran klassik musiqiçisi. O, Məhəmməd Rza Şəcəryan, Hengame Axavan, Şəhram Nazeri və Əlirza Şahməhəmmədi kimi sənətçilərlə əməkdaşlıq edib. == Həyatı == Məhəmməd Rza Lütfi 1947-ci il yanvarın 17-də Qorqan şəhərində, hər iki valideyninin müəllim olduğu kültürlü ailədə anadan olmuşdur.Böyük qardaşının təşviqi ilə o, tar çalmağı öyrəndi və 1964-cü ildə İranın Gənc Musiqiçilər Festivalında birinci yerə layiq görülərək istedadını nümayiş etdirdi. Növbəti il ​​Tehranda İran Milli Musiqi Konservatoriyasında Həbibullah Salehi və Ustad Əli Əkbər Şahnazi ilə təhsil almağa başladı. O, Hüseyn Dəhləvinin rəhbərliyi ilə İncəsənət İdarəetmə Orkestrində (Səba Orkestri) tar çalıb. Rədif çalmağı öyrəndiyi Abdullah Davami və setar çalmağı öyrətdiyi Ustad Səid Hörmozi onun digər mühüm müəllimləridir. == Ölümü == Məhəmməd Rza Lütfi 2014-cü il mayın 2-də prostat xərçəngindən vəfat edib. Həmid Dabaşının fikrincə, Lütfinin vəfatı "klassik fars musiqisi tarixində mühüm dönüş nöqtəsi və onun xalq sənəti kimi möhtəşəm yüksəlişi və enişi" oldu.
Ömər Lütfi Paşa
Ömər Lütfi Paşa (türk. Ömer Lütfi Paşa; 24 noyabr 1806 – 18 aprel 1871, Konstantinopol) — serb əsilli Osmanlı sərkərdəsi, generalissimus. == Bioqrafiya == Ömər Lütfi Paşa o dövrdə Habsburq monarxiyasının tərkibində olan Hərbi Sərhəd ərazisində olan Canja Gora şəhərində anadan olub. O, Qospiç şəhərindəki orta məktəbdə cəmi bir il müəllim işləmişdir. 1827-ci ildə kadet məktəbini bitirdikdən dərhal sonra ailə problemləri səbəbindən (atası oğurluğa görə ordudan təqaüdə çıxmağa məcbur oldu, bu, praktiki olaraq hərbi karyerasının sonu demək idi) Bosniyaya, Qlamoka mühacirət etməyə məcbur oldular. Oradan tezliklə pul qazanmaq üçün Banya Lukaya köçdü. Banya Lukada müsəlman müdirinin tövsiyəsi ilə İslamı və Ömər adını qəbul edir. İki ildən sonra Vidinə köçür. Orada qala komandirinin övladlarına rəsm müəllimi işləyirdi və işindən razı qalaraq Öməri İstanbula tövsiyə edirlər. Ömər bu tövsiyə ilə Osmanlı Hərbi Texnikomunda ilk rəsm müəllimi, sonra isə Şahzadənin (taxtın varisi) I Əbdülməcidin müəllimi olur.
Bodrumlu Ömər Lütfi Əfəndi
Bodrumlu Ömər Lütfi Əfəndi (1817, Muğla ili – 20 aprel 1897, Konstantinopol) — Osmanlı alimi və şeyxülislamı. == Mənbə == Sicill-i Osmânî, IV, 4, 865. İlmiyye Salnâmesi, s. 612–614. İbnülemin, Son Sadrıazamlar, III, 1273, 1365–1366. Karal, Osmanlı Tarihi, VIII, 274, 306–308. Ebül‘ulâ Mardin, Huzur Dersleri (nşr. İsmet Sungurbey), İstanbul 1966, II–III, 135, 824–825. Danişmend, Kronoloji2, V, 158. Abdülkadir Altunsu, Osmanlı Şeyhülislâmları, Ankara 1972, s.
Mustafa Lütfi İsmayılov Şirvanski
Mustafa Lütfi İsmayılov Şirvanski - görkəmli alim, şair və jurnalist, Həştərxanda nəşr olunan Bürhani-Tərəqqinin redaktoru. == Həyatı == Mustafa Lütfi bir müddət Şamaxıda yaxşı müəlimlərdən dərs alandan sonra İstanbula köçmüş, orada şamaxılıların yaxşı tanıdığı savadlı, adı heç bir yazılı mənbədə çəkilməyən, sənədlərdə göstərilməyən elm ocağında oxumuşdur. Rusiya çarının 17 oktyabr 1905-ci il tarixli manifestinin verdiyi imkanlardan istifadə edərək, o, xalı-xalça alverçisi kimi Həştərxana gəlmiş, qısa bir müddətdən sonra- noyabrın 26-da burada "Şurayi- İslam" adlı ictimai-siyasi cəmiyyət yaradır. Mustafa İsmayılov təhsildə tərbiyənin rolunu yüksək qiymətləndirməyə meyilli pedaqoq kimi cəmiyyətin nəzdində "Darül -ədəb" (ədəb evi, ədəb məktəbi"), qızlar üçün "Nümuneyi-tərəqqi" adlı zəmanənin tələb etdiyi yeni tipli məktəb açır. Mustafa İsmayılov Həştərxanda Azərbaycan dilində qəzet çıxarır. Təəssüf ki, bu qəzetin dilini tədqiq edən Minnulin Bəxtiyar Kimoviç elm aləminə "Bürhani -tərəqqi"ni tatar dilli qəzet kimi təqdim etmişdir.
Lütfi Zadə adına Texniki-humanitar lisey
Altı günlük iş rejimi ilə fəaliyyət göstərən liseydə tədris Azərbaycan və rus dillərində olmaqla iki növbəli şəkildə həyata keçirilir. Liseyə qəbul beşinci sinifədən test imtahan yolu ilə aparılır. Hazırda liseydə 47 sinifdə 1147 nəfər şagird təhsil alır ki, onların təlim-tərbiyəsi ilə 88 nəfər müəllim məşğul olur. Pedaqoji kollektiv peşəkar, müasir təhsilin nəbzini tutan müəllimlərdən ibarətdir ki, onlardan dərslik, test kitabları və metodiki vəsait müəllifləri vardır. Metodbirləşmə rəhbərləri müəllimlərin gündəlik fəaliyyətlərinin izlənməsinə nəzarət edir, onların müxtəlif mövzuda metodiki yaradıcılıq fəaliyyətinə cəlb edilməsi istiqamətində müntəzəm işlər aparır. Texniki-Humanitar lisey kollektivi peşəkar təcrübəyə əsaslanır. Tədris prosesi, maraqlı sosial fəaliyyəti birbaşa şagirdlərin düzgün gələcəklərinin təmin edilməsinə istiqamətlənmişdir. == Tarixi == Texniki-Humanitar lisey 2000-ci ildən fəaliyyət göstərir. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sərəncamına əsasən lisey 2015-ci ildə əsaslı şəkildə təmir olunmuşdur. == Nəaliyyətləri == 2008/2009 və 2013/2014-cü tədris illərində Texniki-Humanitar lisey iki dəfə “Ən yaxşı ümumtəhsil məktəb” müsabiqəsində iştirak edərək qalib gəlmişdir və Azərbaycan Respublikasının Prezidenti tərəfindən mükafatlandırılmışdır.
Lütfiyar İmanov
Lütfiyar Müslüm oğlu İmanov (17 aprel 1928, Petropavlovka, Salyan qəzası – 21 yanvar 2008, Bakı) — Azərbaycan opera müğənnisi (dramatik tenor), Bakı Musiqi Akademiyasında müəllim-professoru. SSRİ xalq artisti (1977). == Həyatı == Lütfiyar İmanov 1928-ci il aprelin 17-də (başqa mənbələrə görə 1929-cu ildə) Petropavlovka kəndində (indiki Sabirabad, Azərbaycan) anadan olmuşdur. İlk dəfə məktəbli olarkən −1943-cü ildə Sabirabad Dövlət Dram Teatrında aktyor kimi özünü sınamışdır. 18 yaşındaykən dram dərnəyinin rəhbəri olmuşdur. 1948-ci ildən Sabirabad şəhər mədəniyyət evində bədii rəhbər işləmişdir. 1957-ci ildə Asəf Zeynallı adına Bakı musiqi məktəbinin vokal şöbəsini bitirmişdir. 1968-ci ildə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin teatrşünaslıq fakültəsini bitirmişdir. 1954–1956-cı illərdə Azərbaycan televiziya və radiosunun xor solisti olmuş, 1956–1957-ci ildə Azərbaycan Dövlət Estrada Orkestrinin solisti, 1956–1959-cu ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında işləmişdir. İlk dəfə 1957-ci ildə Moskvada Üzeyir Hacıbəyovun "Koroğlu" operasında baş rolda debüt etmişdir.
Lütfiyə Sultan
Lütfiyə Sultan (20 mart 1910, Dolmabağça sarayı, Konstantinopol, Osmanlı imperiyası – 11 iyun 1997, Ər-Riyad, Səudiyyə Ərəbistanı) — Osmanlı sülaləsinin üzvü, Osmanlı xanım sultanı. == Həyatı == Lütfiyə Sultan 20 mart 1910-cu ildə Dolmabağça sarayında dünyaya gəldi. Atası Sultan Rəşadın böyük oğlu Ziyayəddin Əfəndi, anası isə onun üçüncü xanımı Pərizad xanımdır. Babası Sultan Rəşadın vəfatından sonra digər ailə üzvləriylə birlikdə atasının Heydərpaşadakı köşkünə köçürüldülər. 3 mart 1924 tarixli TBMM qərarı ilə digər Osmanlı sülaləsi üzvləri kimi, Lütfiyə Sultan da ailəsiylə birlikdə sürgünə göndərildi. Ailə öncə Misirin İsgəndəriyyə şəhərində yaşamağa başladı. Bu müddət ərzində Lütfiyə Sultan Qahirə və Parisdə təhsilini tamamladı. Lütfiyə Sultan 3 iyun 1932-ci ildə İsgəndəriyyədə Həsən Kamal bəylə evləndi. Övladları Əhməd Rəşid bəy, Rəşad bəy və Pərizad xanım Sultanı da məhz burada dünyaya gətirdi. Ancaq 1934-cü ildə öncə anası Pərizad xanım, 1938-ci ildə isə atası Ziyayəddin Əfəndi İsgəndəriyyədə vəfat etdi və Lütfiyə Sultan, bacısı Mihrimah Sultanı da yanına alaraq ailəsiylə birlikdə İordaniyaya köçdü.
Lütfizadə
Lütfi Zadə (ing. Lotfi Zadeh; əsl adı Lütfəli Rəhim oğlu Ələsgərzadə; 4 fevral 1921, Novxanı, Bakı qəzası, Azərbaycan SSR və ya Bakı – 6 sentyabr 2017, Berkli, Kaliforniya) — Azərbaycanlı ABŞ alimi, süni intellekt sahəsində müəssisəsinin ömürlük professoru seçilmiş yeganə şəxs. Amerikadakı Azərbaycan diaspor təşkilatlarının fəxri sədri. Lütfi Zadə bir çox xarici ölkə akademiyalarının üzvü olub. O, çoxlu sayda mötəbər cəmiyyətlərin və fondların mükafatlarına layiq görülmüş, medallarla təltif edilmişdir. Onlarla xarici dövlət və ictimai təşkilatların fəxri doktorudur. Lütfi Zadə dünyada əsərlərinə ən çox istinad edilən alimlərdən sayılır. Təkcə 1990–2000-ci illərdə onun əsərlərinə 36 mindən çox istinad edilmişdir. Kaliforniyanın Berkli şəhərində "İnformasiya Texnologiyaları üzrə Zadə İnstitutu" yaradılmışdır. Lütfi Zadə Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun "İnformasiya texnologiyaları problemləri" və "İnformasiya cəmiyyəti problemləri" jurnallarının fəxri baş redaktoru olmuşdur Lütfi Zadə Avrasiya Akademiyasının qurucu üzvlərinin biri olub.

Значение слова в других словарях

желу́дочник коммедо́н подса́чиваться взаимосвя́занно истончи́ть макрокосми́ческий мотово́з пустоте́лый сегменти́ровать штрейкбре́хер каленкор през aluminous check list chintz stress Sufism telemetry vintner war выносливый затравка наездница товарообмен чадо