LƏHZƏ

is. [ ər. ] Ən cüzi bir zaman, bir göz qırpımlıq vaxt, an, dəm.
Cananı görən ləhzədə can düşdü ayağa; Yalvardı gəda iczilə sultanını görcək. S.Ə.Şirvani.

□ Bir ləhzə – bir saniyə, bir an, bir dəm, göz açıbyumunca.
Sanma ki, bir ləhzə keşikçim yatır; Fikri qalıb məndə nigahbanım. A.Səhhət.
[Kərəm:] Canım Əsli, bir ləhzə mənimlə otur, səni tapmışam və səndən ayrıla bilmərəm. Ü.Hacıbəyov.

Bir ləhzədə, bir ləhzə içində – dərhal, o saat, bir göz qırpımında, göz yumub açınca.
[Vaqif:] Əhli-zülmü necə bərbad eylədi bir ləhzədə; Sən bizim dağlar pələngi qəhrəman Eldara bax! S.Vurğun.

// Ümumiyyətlə zaman, vaxt, müddət.
□ Hər ləhzə, hər ləhzədə – həmişə, hər vaxt, hər zaman, daima.
Bica yerə hər ləhzədə min şurü-şərin var; Çox pis nəzərin var. M.Ə.Sabir.
Hansı bir kəsbə yapışdım ki, yar olsun tale; Sən çıxıb qarşıma hər ləhzədə oldun mane. A.Səhhət.

Синонимы

  • LƏHZƏ ləhzə bax an
  • LƏHZƏ an — saniyə

Этимология

  • LƏHZƏ Ərəbcə mülahizə sözü ilə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
LƏHLƏYƏ-LƏHLƏYƏ
LƏHZƏLİK

Значение слова в других словарях

дрыхня́ превра́тно прито́нение проту́хлость трихино́зный ту́кать гидро́лизный нии́шница нови́к camel's-hair cisborder degerminator ionosonde jess milkwort Oscar pinky porterage stank straight ticket twenty-one woodworm раскошеливаться солонец страдать