LƏLƏ-GİRYAN

бездомный, бесприютный, не имеющий крова
LƏLƏ
LƏLƏK
OBASTAN VİKİ
Lələ
Lələ — Qızılbaş Səfəvi hökmdarları yanında şahın himayəçisi vəzifəsi. Müxtəlif vaxtlarda bu vəzifə müxtəlif türkmən tayfaların nümayəndələrinə məxsus idi.
Axlı lələ
Axlılələ — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. Kənd əhalisinin sayı 690 nəfərdir (2014).
Aşıq Lələ
Aşıq Lələ (XVII əsrin sоnu—XVIII əsrin əvvəli) — XVII yüzilin sonu, XVIII yüzilin önündə yaşamış el şairi. == Həyatı == Еl şairi Aşıq Lələ XVII yüzilin sоnu, XVIII yüzilin önlərində yaşayıb. Yaşam yоlu haqqında məlumat оlduqca azdır. Bəzi mənbələrdə XVI əsrdə yaşadığı da qeyd edilir.XVIII yüzilə bağlı əlimizdə bir qaynaq var. Оsmanlılar Qarabağı aldıqdan sоnra, 1727-ci ildə "Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri" adlı vеrgi dəftərini hazırlayıblar. Həmin dəftərdə Cavanşir еlinin Yağləvənd оymağının Gеcəgözlü оymağında yaşayanların arasında bir ailə ilgi çəkir. Həmin ailənin siyahısını оlduğu kimi yazımızda vеririk. Uzunəli Tanrıqulu оğlu, (Uzunəlinin) qardaşı Lələ, (Lələnin) qardaşı Əminəli. Aşıq Lələnin yaradıcılığından bilirik ki, оnun Uzunəli adlı qardaşı оlub. Bayatılarının birində dеyir: Uzunəli, bеz gəti, Arşın apar tеz gəti.
Lələ təpə
Lələtəpə — Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin 2.9 km şimal-qərbində yerləşən 271.1 m hündürlüyə malik təpə. == Etimologiyası == Lələtəpə adlandırılan yüksəklik mühüm tarixi, etnoqrafik, dini və mədəni əhəmiyyət kəsb edir. Folklorşünas Sədnik Paşa Pirsultanlının tədqiqatlarından aydın olur ki, "Lələ dağı" (bir adı da Lələ yaylağıdır) Cəbrayıl rayonunun Cocuq Mərcanlı, Füzuli rayonunun Mirzənağılı və Qazaxlar kəndi yaxınlığında, qəbri isə Füzuli rayonunun Əhmədalılar kəndindədir. Yerli camaatın dediyinə görə Lələ öz qəbrinə yaxın olan Arğalı türbəsində, ondan xeyli aralı olan Babı gümbəzində yaşamış, yaz-yay aylarında isə "Lələ dağı", "Lələ yaylağı" deyilən yerdə çardaq qurmuşdur." == Tarixi == Hərbi strateji əhəmiyyətə malik olan bu təpənin tutulması Horadiz şəhəri və Füzuli rayonunu atəş nəzarətində saxlamağa imkan verir. Lələtəpə Qarabağ müharibəsi zamanı 1994-cü il fevral ayının 11–12-də döyüş yerlərindən biri olub. Yüksəklik 1993-cü ildə ermənistan ordusu tərəfindən tutulub. Sonra Lələtəpə 1994-cü ildə "Horadiz əməliyyatı" zamanı Azərbaycan ordusu tərəfindən ələ keçirilsə də, sonralar ağır döyüşlər nəticəsində yenidən ermənistan ordusunun nəzarətinə keçib. 2 aprel 2016-cı ildə Lələtəpə Dördgünlük müharibə zamanı Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilib. İşğaldan azad edilmiş Lələtəpə yüksəkliyinə illər sonra ilk dəfə Azərbaycan bayrağını aprelin 2-də təxminən saat 05:45 radələrində asan hərbi qulluqçu Asim Əliyev olub.2017-ci il Fevral döyüşləri zamanı ermənistan Silahlı Qüvvələri Lələtəpə yüksəkliyin almaq məqsədilə təxribat törədiblər. Lakin, Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq düşmənin atəş mövqelərinə və cəmləşmə nöqtələrinə qarşı müvafiq cavab tədbirləri həyata keçirib.
Hüseyn xan Lələ
Hüseyn xan Lələ (?-1918) — İran Mücəzat Komitəsinin üzvü. == Həyatı == Hüseyn Lələ suçu şagirdi kimi Ağabala xan Sərdari-Əfxəmin sarayına işə düzəlmişdi. Məşrutətələblərə qoşulub Gilandan Təbrizə qədər fəaliyyət göstərmişdi. 1916-cı ildə İbrahim xan Münşizadənin təşəbbüsü ilə xainlərindən intiqam almaq üçün "Cəza komitəsi" təşkil olundu. Onun müavini Əsədulla xan Əbülfətzadə idi. Dəstəyə ilk qoşulanlar arasında Kərim Dəvatgər, Rəşidəssultan Xalxali, Seyid Murtuza, Əbdülhüseyn Saatsaz vardı. Sonralar bu komitəyə Məmmədnəzər xan Mişkətülməmalik, Hüseyn Lələ, Ehsanulla xan Dustdar, yazıçı Mirzə Ələkbər Ərdaği, xəttat İmadülküttab və Hacı Zaman xan Kürdüstani Bahadurüssəltənə də daxil oldular. Komitə üzvləri əvvəlcə məmləkətə xəyanət edənləri və anqlofilləri aradan götürməyə başladılar. Komitəyə təsadüfi, mənfəətgüdən tamahkarlar daxil olduqda komitənin bütün sirləri açıldı. Hacı Zaman xan Kürdüstani komitənin bütün sirlərini açdı, onun hiyləsilə komitə uzvləri Kürdustana, Bani şəhərinə sürgün olundular, 9 ay zindanda qaldıqdan sonra azad edildilər.
Lələ Mustafa Paşa məscidi
Lələ Mustafa Paşa məscidi (türk. Mağusa Lala Mustafa Paşa Camii) və ya Müqəddəs Nikolay kafedralı — Şimali Kipr Türk Respublikasının ərazisində yerləşən məscid.
Lələ Qara Mustafa Paşa
Lələ Qara Mustafa Paşa (d. 1500 — ö. 7 avqust 1580) — III Murad səltənətində 28 aprel 1580 – 7 avqust 1580 tarixlərində, ümumilikdə 3 ay 9 gün sədrəzəm olmuş Osmanlı dövlət adamıdır. İlk böyük hərbi uğurunu Kipr adasının fəthində göstərdiyi üçün "Kipr fatehi" olaraq tarixdə qeyd olunur. "Lələ" olaraq anılmasında əsas səbəb isə şahzadəlik dönəmində II Səlimə lələlik etməsi idi. Şahzadə Bəyazid və Şahzadə Səlim arasındakı mübarizəni qızışdırması və Şahzadə Bəyazidi edama aparan yolu hazırlaması səbəbilə "Qara" ləqəbi almışdır. == İlk illəri == Bosniya əsilli olub, Sokullu Mehmed Paşa ilə eyni kənddə dünyaya gəlmişdir. Böyük qardaşı Dəli Hüsrəv Paşanın dəstəyilə I Səlim dönəmində saraya girdi. Sultan bərbəri olaraq sarayda işlədi və I Süleymanın gözünə girdi. Daha sonra çeşnigar və mirahor vəzifələrinə gətirildi.
Sokulluzadə Lələ Mehmed Paşa
Sokulluzadə Lələ Mehmed Paşa (XVI əsr – 21 iyun 1606, Konstantinopol) — I Əhməd dönəmində 26 iyun 1604–21 iyun 1606 tarixlərində ümumilikdə 1 il 10 ay 26 gün Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır. Rumeli bəylərbəyi ikən almanlara təslim etdiyi Esterqon qalasını 10 il sonra sədarət dönəmində geri aldığı üçün "Esterqon fatehi" olaraq anılır. == Həyatı == Bosniya yaxınlığındakı Yaytse şəhərində dünyaya gəlmişdir. Məşhur Osmanlı sədrəzəmi Sokullu Mehmed Paşanın uzaq qohumudur. Kiçik yaşlarında Topqapı Sarayına gətirildi və Əndəruna daxil oldu. Sultan I Əhmədin şahzadəlik dönəmində lələsi olmuş, bu səbəbdən lələ ünvanı almışdır. 24 fevral 1591 tarixində yeniçəri ağası seçilmiş, bu vəzifədə ikən 1594-cü ildə Avstriya səfərinə çıxdı. 1594-cü ilin avqust ayında Qaraman bəylərbəyi, 26 sentyabr 1594 tarixində isə Anadolu bəylərbəyi təyin edildi. Bir müddət sonra Rumeli bəylərbəyi seçildi. Bu vəzifədə ikən Esterqon qalası Avstriya ordusu tərəfindən mühasirəyə alındı.
Təkəli Lələ Mehmed Paşa
Təkəli Lələ Mehmed Paşa (ö. 29 noyabr 1595) — III Mehmed dönəmində 10 gün Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır. Osmanlı mənbələrində "Nişançı" ləqəbi ilə anılır. == Həyatı == Əslən türkdür. Şahzadə Muradın Manisa sancaqbəyliyi dövründə divan çavuşu olmuş, şahzadənin taxta çıxışının ardından Manisaya gələn oğlu Şahzadə Mehmedə lələ olmuşdur. Bu səbəblə lələ ünvanı almışdır. III Mehmed taxta çıxdıqdan sonra onunla birlikdə paytaxta gəlmiş, çox keçmədən də sədrəzəmliyə yüksəlmişdir.Ancaq yalnız bir dəfə divan məclisinə qatılmış, şirpəncəsi (qarayara) adlanan xəstəliyə tutularaq sədarətinin 10-cu günü vəfat etmişdir. Vəfa məscidi məzarlığına dəfn olunmuşdur.Təkəli Lələ Mehmed Paşanın qaynanası olan Həlimə xatun isə Şahzadə Mehmedin süd anası olmuş, qarşılığında III Mehmed onun adına Manisada külliyə inşa etdirmişdir. Övliya Çələbinin yazdığına görə, Arslan Paşa adlı bir oğlu dövlət vəzifəsinə gətirilmişdir.
Lələ Mustafa Paşanın Qafqaza yürüşü
Lələ Mustafa Paşanın Qafqaza yürüşü — Osmanlı imperiyasının vəziri Lələ Qara Mustafa Paşa rəhbərliyində 1578-ci ildə başladılan hərbi yürüş. Bu, 1578–1590-cı illərdəki Səfəvi-Osmanlı müharibəsinin ilkin mərhələsi idi. == Səfər == 1578-ci ildəki Qafqaz səfərinin əsas hədəfi o dövrdə əksəriyyəti Səfəvilər dövlətinin hakimiyyəti altında və ondan asılı olan Cənubi Qafqazı Osmanlı suverenliyi altına almaq idi. 7 avqust 1578-ci ildə Osmanlı qoşunları indiki Gürcüstana, Mesxeti-Samstxe atabəyliyinin ərazilərinə soxuldular. Gürcülər torpaqlarını müdafiə etməyə çalışsalar da, daxili münaqişələr qoşunların Osmanlı hücumuna qarşı çətin vəziyyətdə qoymuşdu. 9 avqust 1578-ci ildə Osmanlı ordusu Səfəvi və gürcü qoşunlarını Çıldır döyüşündə məğlub etmişdir. 10 avqust 1578-ci ildə atabət II Manuçarın qardaşı da daxil olmaqla bəzi Samstxe zadəganları Osmanlı vassalı olmaq təklifini qəbul etmiş, atabəyliyin işğalında Osmanlılara kömək etmişdir. Osmanlılar Səfəvilərı qarşı olan hücumlarına davam edirdilər və 24 avqustda Səfəvilər dövlətindən asılı olan Kartli çarlığının paytaxtı olan Tiflis şəhərini aldılar. Kaxeti çarı II Aleksandr 1 sentyabr 1578-ci ildə Osmanlılar sülh müqaviləsi imzalamış, onlara illik xərac verməyə razı olmuşdur. Bundan sonra Lələ Qara Mustafa Paşa Şirvan və Dərbəndə yürüş edir.

Digər lüğətlərdə

ба́бушка зловре́дный непозволи́тельный отше́льник психотерапи́я секта́торский тузе́мка априо́ри жи́листость лома́ть руки не про меня пи́сано семь потов сошло удешевля́ть чтить close-bodied flavorous forward quotation octavo бадминтонист вымерить крепдешиновый провернуть свергаться свиться устьице