LƏLPƏRVƏR
LƏMAN
OBASTAN VİKİ
Ləm abidəsi
Ləm abidəsi — Lənkəran rayonunun Boladi kəndində yerləşir. XIX əsrdə yayda istidən qorunmaq və istirahət etmək üçün inşa edilmişdir. Dörd tərəfi açıq olan sütunlar üstündə ikimərtəbəli bir guşədir. Bura hətta yay evi də deyirlər. Ləmlər ümumən cənub zonasında XVIII-XIX əsrlərdə geniş yayılmışdır. İstilər düşdükdə insanlar daimi yaşayış evlərini müvəqqəti olaraq tərk edib, bu yay evlərinə köçərmişlər. Ləmin aşağı hissəsi - sütunları qırmızı kərpicdən, yuxarısı isə meşə ağacından düzəldilir və müxtəlif əl işləri ilə bəzədilir. Bu da ləmə özünəməxsus gözəllik verir. Ümumiyyətlə, ləmlər respublikanın cənub zonasının spesifik tikililəridir ki, bunlara başqa yerdə rast gəlinmir. == Xarici keçidlər == Lənkəran ləmləri.
Cəmil bəy Ləmbəranski
Cəmil Məşədi Nəsir oğlu Lənbəranski (1884, Lənbəran, Cavanşir qəzası – 1959, Bakı) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, travmatoloq, ortoped, dosent, əməkdar həkim, səhiyyə əlaçısı. == Həyatı == Cəmil Lənbəranski 1884-cü ildə Cavanşir qəzasının Lənbəran kəndində anadan olmuşdur. 1913-cü ildə Kiyev Universitetinin tibb fakültəsini qurtarmışdır. Universiteti bitirdikdən sonra Tərtərdə zemski həkim işləmişdi. Cəmil bəy 1919-cu ildə Bakıya gələrək doktor Larionovun müalicəxanasında cərrah işləməyə başlayır. 1922-ci ildə Xalq Səhiyyə Komisarlığının qərarı ilə cərahiyyə xəstəxanası yaradılmış və Cəmil bəy Lənbəranski xəstəxananın müdiri təyin edilmişdir. 1929-cu ilə qədər orada işləyən Cəmil bəy xəstəxana ləğv edildikdən sonra Caparidze adına Bakı Şəhər 3 nömrəli klinik xəstəxanasının travmatologiya şöbəsinə müdir təyin olunur. 1941–1945-ci illərdə Cəmil bəy İkinci Dünya müharibəsində iştirak etmişdir. 1946-cı ildən Bakı Elmi Tədqiqat Travmatologiya və Bərpa Cərrahiyyəsi İnstitutunda baş həkim işləyən Cəmil bəy Lənbəranski 1948-ci ildən Cəmil bəy Ləmbaranski Bakı şəhər 2 nömrəli klinik xəstəxanasında travmatologiya şöbəsinə müdir təyin olunur. O, həmçinin Həkimləri Təkmilləşdirmə İnstitutu travmatologiya və hərbi səhra cərahiyyəsi kafedrasında da baş elmi işçi olaraq da işləyir.
Fəridə Ləman
Fəridə Ləman (26 noyabr 1953, Kəmərli, Qazax rayonu) — filologiya üzrə fəlsəfə doktoru, AMEA Dilçilik İnstitutunin alimi, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü. == Həyatı == 1953-cü ildə Qazax rayonunun Kəmərli kəndində anadan olub. Kəmərli kənd orta məktəbini bitirdikdən sonra ADPU-nun Azərbaycan dil və ədəbiyyat fakültəsində təhsil almışdır. 2008-ci ildə Həcc, 2009-cu ildə Kərbala ziyarətlərində olub. Hazırda AMEA-nın Nəsimi adına Dilçilik institutunda baş elmi işçidir. Fəridə Ləman bununla yanaşı "Məhsəti" jurnalının təsisçisi və baş redaktorudur. == Yaradıcılığı == Bədii yaradıcılığa 1980-ci illərdən başlamışdır. Fəridə Ləman 50-dan çox kitabın müəllifidir. == Fəaliyyəti == İran və Türkiyədə dövlət tədbirlərində olub. 1998-ci ildə Müstəqil Azərbaycanın Qadınlar qurultayında, 1999-cu ildə Türk dünyası Qadınlarının ilk qurultayında (İstanbul), 2005-ci ildə Dünya Azərbaycanlıları Konqresinin VIII qurultayında (Ankara) nümayəndə olub.
Ləman Altınçekiç
Ləman Bozqurd (1932, Sarıqamış, Qars ili – 4 may 2001, İzmir) — NATO-da Reaktiv təyyarə sürən ilk Azərbaycanlı (Türk) qadın. Ləman Bozqurd 1932-ci ildə Sarıqamışda doğulan qarapapaq türküdür, litseyi bitirdiyi il Türkkuşu İnönü təsislərində planer təhsili alıb. Dərhal ardından Türkkuşu motorlu məktəbinə müəllim namizədi olaraq qatılıbdır. 1954-cü ildə silahlı qüvvələrə qadınların da alınmasıyla əlaqədar qərar çıxınca İzmir Hava hərb məktəbinə müraciət etmiş və oktyabr 1955-ci ildə burada təhsilə başlamışdır. Pərvanəli təyyarələrlə təhsilini tamamlayaraq 30 avqust 1957-ci ildə məzun olmuşdur. Daha sürətli və daha yüksəyə uçmaq arzusuyla reaktiv pilotu təhsili almaq üçün 1958-ci ildə Eskişehirdəki reaktiv təhsil flotuna qatılmış və qısa bir müddətdə təhsilini müvəffəqiyyətlə tamamlamışdır. noyabr 1958-ci ildə reaktiv pilotu olan Ləman Bozqurd 9 il müddətlə F-84 və T-33 reaktiv təyyarələrində uçmuşdur. Daha sonrakı illərdə hava qüvvələrinin qərargah xidmətlərində çalışmışdır. Personal plan şöbə müdiri və Mərkəz şöbə müdiri olaraq vəzifə yerinə yetirən Ləman Bozqurd Altınçəkic ehtiyat polkovnik olaraq təqaüdə çıxmışdır. Ay ulduzlu bayrağı göylərdə daşıyan ilk qadın reaktiv pilotu Ləman Bozqurd Altınçəkic eyni zamanda NATO hava qüvvələrinin də ilk və uzun illər boyunca da tək qadın reaktiv pilotu olmuşdur.
Ləman Altınçəkic

Ləman Aləşrəfqızı
Ləman Aləşrəf qızı İsmayılova (15 dekabr 1971, Vartaşen) — veriliş redaktoru, köşə yazarı, LAF TV-nin direktoru, Azərbaycan Respublikasının əməkdar jurnalisti (2015). == Həyatı == Ləman Aləşrəf qızı İsmayılova Oğuz rayonunda anadan olmuşdur. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirmişdir. === Ailəsi === Ailəlidir, 2 övladı var. Oğlu Rəsul və qızı Nilufər. == Fəaliyyəti == Universiteti bitirəndən sonra birinci iş yeri "Şəfqət" qəzetində olmuşdur. Sonra "Olaylar" İnformasiya Agentliyinin parlament müxbiri kimi fəaliyyətə başlayıb (1996). Ondan sonra "Azadlıq", "Hürriyyət", yenidən "Azadlıq" qəzetlərində işləmişdir (2002-ci ilə qədər).2003-cü ildə ANS televiziyasına müraciət etmiş, yeni layihə olan "İç xəbər"də işləməyə başlamış, 8 il bu layihəsində çalışmışdır. İlk 6 ay "İç xəbər"də müxbir, sonra verilişin redaktoru, buraxılış rəhbəri, ən sonda isə "İç xəbər"in rəhbəri olmuşdur.2012-ci ilin mart ayından 2016-cı il may ayınadək ANS-in "Xəbərçi" proqramında çalışıb. Şirkətin təsisçilərindən olan Seyfulla Mustafayevin əmri ilə ANS- dəki işinə xitam verilərək işdən çıxarılıb.2018-ci ilin mart ayının 15-dən yenicə yaradılan "REAL Təhlil İnformasiya Mərkəzi" MMC-də çalışır.
Ləman Atakişiyeva
Ləman Həsən qızı Atakişiyeva (3 avqust 1933, Bakı – 2015) — Azərbaycan dirijoru, xormeyster, Azərbaycan Dövlət Konservatoriyasının professoru, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1987). Ləman Atakişiyeva 1976–1989-cu illərdə Azərbaycan Xor cəmiyyətinin nəzdində fəaliyyət göstərən kamera xorunun təşkilatçısı və bədii rəhbəri olmuşdur. == Həyat və yaradıcılığı == Ləman Atakişiyeva 3 avqust 1933-cü ildə Bakıda pedaqoqlar — Həsən Atakişiyev və Səkinə Terequlovanın ailəsində anadan olmuşdur. İlk musiqi təhsilini Azərbaycan Dövlət Konservatoriyasının nəzdində fəaliyyət göstərən onillik musiqi məktəbdə almış, 1951-ci ildə buranı bitirmişdir. Daha sonra konservatoriyanın xor dirijorluğu şöbəsində L. V. Frolova sinfini bitirmişdir. 1955-ci ilin mayında A. Yurlov tərəfindən təşkil olunmuş II mahnı bayramının baş dirijoru təyin olunmuşdur. L. Atakişiyeva 1956-cı ildə konservatoriyada pedaqoji fəaliyyətə başlamış və 1961-ci ildə baş müəllim vəzifəsinə keçmişdir. Həmin il konservatoriyanın nəzdində yeni yaradılmış opera studiyasında işləməyə başlamış və 12 il ərzində studiyanın xoruna rəhbərlik etmişdir.Ləman Atakişiyeva 1966–1969-cu illərdə öz təhsilini Qnesinlər adına Moskva Musiqi-Pedaqoji İnstitutunun aspiranturasında davam etdirmiş, Moskvadan qayıtdıqdan sonra konservatoriyada xor dirijorluğu kafedrasının dosenti vəzifəsində pedaqoji fəaliyyətini davam etdirmişdir. 1976-cı ildə yaradılmış Xor cəmiyyətinin nəzdində Kamera xorunun bədii rəhbəri təyin edilmişdir. Kollektivlə birlikdə çox sayda qastrol səfərlərində olmuş, çox saylı konsertlərlə çıxış etmişdir.
Ləman Bozqurd
Ləman Bozqurd (1932, Sarıqamış, Qars ili – 4 may 2001, İzmir) — NATO-da Reaktiv təyyarə sürən ilk Azərbaycanlı (Türk) qadın. Ləman Bozqurd 1932-ci ildə Sarıqamışda doğulan qarapapaq türküdür, litseyi bitirdiyi il Türkkuşu İnönü təsislərində planer təhsili alıb. Dərhal ardından Türkkuşu motorlu məktəbinə müəllim namizədi olaraq qatılıbdır. 1954-cü ildə silahlı qüvvələrə qadınların da alınmasıyla əlaqədar qərar çıxınca İzmir Hava hərb məktəbinə müraciət etmiş və oktyabr 1955-ci ildə burada təhsilə başlamışdır. Pərvanəli təyyarələrlə təhsilini tamamlayaraq 30 avqust 1957-ci ildə məzun olmuşdur. Daha sürətli və daha yüksəyə uçmaq arzusuyla reaktiv pilotu təhsili almaq üçün 1958-ci ildə Eskişehirdəki reaktiv təhsil flotuna qatılmış və qısa bir müddətdə təhsilini müvəffəqiyyətlə tamamlamışdır. noyabr 1958-ci ildə reaktiv pilotu olan Ləman Bozqurd 9 il müddətlə F-84 və T-33 reaktiv təyyarələrində uçmuşdur. Daha sonrakı illərdə hava qüvvələrinin qərargah xidmətlərində çalışmışdır. Personal plan şöbə müdiri və Mərkəz şöbə müdiri olaraq vəzifə yerinə yetirən Ləman Bozqurd Altınçəkic ehtiyat polkovnik olaraq təqaüdə çıxmışdır. Ay ulduzlu bayrağı göylərdə daşıyan ilk qadın reaktiv pilotu Ləman Bozqurd Altınçəkic eyni zamanda NATO hava qüvvələrinin də ilk və uzun illər boyunca da tək qadın reaktiv pilotu olmuşdur.
Ləman Dadaşova
Ləman Süleymanova
Ləman Süleymanova (tam adı: Ləman Əzizağa qızı Süleymanova) — azərbaycanlı həkim, dietoloq, terapevt. == Həyatı == Ləman Süleymanova 1987-ci il 7 iyul tarixində Bakı şəhərində, hərbçi ailəsində anadan olub. Ləman Süleymanova, Bakı şəhəri 82 nömrəli tam orta məktəbdə təhsil almışdır. O, eyni zamanda Qara Qarayev adına 8 saylı musiqi məktəbinin fortepiano bölümü üzrə təhsil alıb və uşaq yaşlarında dünyanın müxtəlif şəhərlərində pianoçu kimi qastrol səfərlərdə olmuşdur. Həmin illərdə bir sıra qəzetlərdə müəllifi olduğu şeirlər çap olunmuşdur. == Fəaliyyəti == Ləman Sülymanova 2000-ci ildə Azərbaycan Dövlət Tibb Universitetinin pediatriya fakültəsində daxil olub, 2006-cı ildə Əbülfəz Qarayev adına 2 saylı uşaq xəstəxanasında təcrübə keçib, 2007-ci ildə 14 saylı uşaq poliklinikasında həkim pediatr vəsifəsində çalışıb. Çalışdığı müddətdə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda öz sahəsi üzrə müxtəlif kurslar keçib. Ləman Süleymanova ikinci təhsilini Almaniyanın Kil şəhərində Kristiana Albreksta Universitetinə dietologiya fakültəsinə daxil olub və 2012-ci ildə həmin universiteti bitirib. Dünyanın müxtəlif ölkələrində tibbi, xüsusəndə dietologiya sahəsi üzrə kurslar keçib və dietologiya üzrə bir sıra müsabiqələrin qalibi olub. Azərbaycanda dietologiya sahəsinin təməlini qoyan həkimdir.
Ləman İmanova
Ləman Fuad qızı İmanova (23 iyul 1979, Bakı şəhəri)— Azərbaycanlı teatr aktrisası. == Həyatı == Ləman İmanova 23 iyul 1979-cu ildə Bakı şəhərində anadan olmuşdur. 2002-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatr kollektivinin rejissoru fakültəsini bitirmişdir.2002–2004-ci illərdə Bakı Bələdiyyə Teatrında aktrisa kimi fəaliyyət göstəmişdir. Ləman İmanova 24 fevral 2005-ci ildən Akademik Milli Dram Teatrının artist heyətinə qəbul edilmişdir.
Ləman Əlimuradova
Ləman Osman qızı Əlimuradova (29 noyabr 2004, Yasamal rayonu) — Azərbaycanı təmsil edən bədii gimnast, idman ustası, 2018-ci ildən bədii gimnastlardan ibarət Azərbaycan yığmasının heyətinin üzvüdür. Ləman Əlimuradova Azərbaycanı 2020, 2021, 2022 və 2023-cü illərdə Avropa Çempionatlarında təmsil edib. Nəticədə 2020-ci ildə 1 gümüş və 2 bürünc medala, 2022-ci ildə 3 bürünc medala, 2023-cü ildə isə 1 qızıl və 1 bürünc sahib olub. Azərbaycanı 2021-ci ildə baş tutan Olimpiya Oyunlarında təmsil edib. Ləman Əlimuradova həm də 2021 və 2022-ci illərdə Dünya Çempionatında mübarizə aparıb. 2022-ci ildə Sofiya şəhərində baş tutan turnirdə onun da təmsil olunduğu qrup tarixi nəticəyə imza atıb. Darya Sorokina, Güllü Ağalarzadə, Kamilla Əliyeva, Ləman Əlimuradova, Yelizaveta Luzan və Zeynəb Hümmətova ibarət qrup 2022-ci il sentyabrın 18-də Bolqarıstanın Sofiya şəhərində baş tutan 39-cu Dünya Çempionatında 3 lent / 2 topla turnirdə 30.750 balla üçüncü pillənin sahibi olmaqla turnirin bürünc medallarına sahib olublar. Bu Azərbaycan idmanı tarixində bədii gimnastların qrup turnirində Dünya Çempionatında əldə olunan birinci və yeganə medaldır. 2023-cü il mayın 21-də isə 39-cu Avropa Çempionatında çıxış edən Darya Sorokina, Güllü Ağalarzadə, Kamilla Əliyeva, Ləman Əlimuradova, Yelizaveta Luzan və Zeynəb Hümmətova ibarət qrup 3 lent / 2 top turnirində 32.150 balla turnirin qalibi olaraq Azərbaycan idmanı tarixində bədii gimnastların qrup turnirdə birinci və yeganə çempionluğu əldə elədi. == Həyatı == Ləman Osman qızı Əlimuradova 2004-cü il noyabrın 29-da Yasamal rayonunda anadan olub.
Ləman Əliəşrəfqızı
Ləman Aləşrəf qızı İsmayılova (15 dekabr 1971, Vartaşen) — veriliş redaktoru, köşə yazarı, LAF TV-nin direktoru, Azərbaycan Respublikasının əməkdar jurnalisti (2015). == Həyatı == Ləman Aləşrəf qızı İsmayılova Oğuz rayonunda anadan olmuşdur. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirmişdir. === Ailəsi === Ailəlidir, 2 övladı var. Oğlu Rəsul və qızı Nilufər. == Fəaliyyəti == Universiteti bitirəndən sonra birinci iş yeri "Şəfqət" qəzetində olmuşdur. Sonra "Olaylar" İnformasiya Agentliyinin parlament müxbiri kimi fəaliyyətə başlayıb (1996). Ondan sonra "Azadlıq", "Hürriyyət", yenidən "Azadlıq" qəzetlərində işləmişdir (2002-ci ilə qədər).2003-cü ildə ANS televiziyasına müraciət etmiş, yeni layihə olan "İç xəbər"də işləməyə başlamış, 8 il bu layihəsində çalışmışdır. İlk 6 ay "İç xəbər"də müxbir, sonra verilişin redaktoru, buraxılış rəhbəri, ən sonda isə "İç xəbər"in rəhbəri olmuşdur.2012-ci ilin mart ayından 2016-cı il may ayınadək ANS-in "Xəbərçi" proqramında çalışıb. Şirkətin təsisçilərindən olan Seyfulla Mustafayevin əmri ilə ANS- dəki işinə xitam verilərək işdən çıxarılıb.2018-ci ilin mart ayının 15-dən yenicə yaradılan "REAL Təhlil İnformasiya Mərkəzi" MMC-də çalışır.
Ləman Ələşrəfqızı

Ləmbəli
Ləmbəli (Loru) — Tiflis quberniyasının Borçalı qəzasında, Ermənistan SSR-inin Barana rayonunda, hazırda Ermənistan Respublikasının Loru mərzində kənd. Ləmbəli (Qaraçöp) — Gürcüstan Respublikasının Kaxeti mxaresinin Saqareco bələdiyyəsinin inzibati-ərazi vahidində kənd.
Ləmbəli (Loru)
Ləmbəli — Tiflis quberniyasının, Loru-Borçalı qəzasında, indiki Barana (Noemberyan) rayonunda kənd. Rayon mərkəzindən 15 km şimal-qərbdə, Tona çayının sağ tərəfində yerləşir.Ən tanınmış tayfası Ayvazdar tayfasıdır. == Tarixi == Bu yer "Ermənistan"ın şimalında sonuncu nöqtədir. Dəniz səviyyəsindən 470 m yüksəklikdə yerləşən, dərəli-təpəli, dağlı-düzlü yerdir. Erməni mənbələrində "Ləmbəli qyuğ" formasında qeyd edilir. Toponim "rütubətli və bürkülü zonalar üçün səciyyəvi olan tikili" mənasında işlənən ləm və "düzənlik, açıqlıq, açıq yer", "geniş düzənlik" mənasında işlənən pila//pala (> bəli) sözlərinin birləşməsindən əmələ gəlmişdir. Relyeflə bağlı yaranan toponimdir. == İqlimi == Qışı mülayim-orta temperaturu +50 °C, yayı nisbətən isti –orta temperaturu +300C-dir. == Əhalisi == Kənddə 1831-ci ildə 11 nəfər, 1886-cı ildə 292 nəfər, 1897-ci ildə 376 nəfər, 1908-ci ildə 400 nəfər, 1914-cü ildə 493 nəfər azərbaycanlı yaşamışdır. 1915-ci ildən sonra azərbaycanlılar ermənilərin təcavüzünün nəticəsində tarixi-etnik torpaqlarından qovulmuşlar.
Ləmbər (Meşkinşəhr)
Ləmbər (fars. لمبر‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 562 nəfər yaşayır (161 ailə).
Ləmbəran
Ləmbəran (Kəlbəcər)
Ləmbəran (Kəlbəcər)
Ləmbəran — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati-ərazi vahidində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. == İqtisadiyyatı == 1900-cü illərin əvvəllərində kənddə müxtəlif çoxrəngli və incəşəkilli ipək xalçalar toxunurdu.
Ləmbəran (Vərziqan)
Ləmbəran (fars. لنبران‎) - İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 289 nəfər yaşayır (81 ailə).
Ləmbəran rus-tatar məktəbi
Rus-Azərbaycan məktəbləri və ya Rus-tatar məktəbləri— XIX əsrin sonu — XX əsrin əvvəllərində Qafqaz azərbaycanlıları arasında geniş yayılmış məktəblər. Daha çox rus-müsəlman məktəbləri adı ilə tanınırdılar. Əsası 1887-ci ildə Bakıda Həbib bəy Mahmudbəyov və Sultanməcid Qənizadə tərəfindən qoyulmuşdur. Xüsusi şəkildə açılmış ilk rus-Azərbaycan məktəbi dörd il şagirdlərdən toplanmış təhsil haqqı hesabına fəaliyyət göstərmişdir. == Rus-Azərbaycan məktəbləri == 1891-ci ildə Bakı əhalisinin xahişi ilə ilk xüsusi rus-Azərbaycan məktəbinin işinə xitam verilmiş, onun yerində xalq məktəbləri direktorunun nəzarəti altında şəhər bələdiyyə idarəsinin vəsaiti hesabına iki ibtidai təhsil ocağı yaradılmışdır. Birinci məktəbə S.Qənizadə müdir təyin edilmişdi.Şəhər əhalisinin təhsilə olan ehtiyacını təmin etmək üçün rus-müsəlman məktəblərinin sayı ildən ilə artırılmış, birinci rus inqilabı ərəfəsində Bakıda 12 oğlan, 4 qız rus-Azərbaycan məktəbi açılmışdı. 1898-ci ildə S.Qənizadənin təşəbbüsü ilə onun müdir olduğu ikinci rus-Azərbaycan məktəbi natamam orta təhsil verən ikinci dərəcəli məktəbə çevrilmiş, Aleksey ali ibtidai məktəbi adı ilə tanınmışdır.Rus-Azərbaycan məktəbi xalqın təhsil maraqlarına cavab verən güclü təhsil hərəkatına çevrilmiş, onun nümunəsində Bakı, Tiflis, Gəncə, İrəvan quberniyalarında rus-Azərbaycan məktəbi açılmışdır. Rus-Azərbaycan məktəbinin təsiri ilə əski molla və məhəllə məktəblərində islahatlar aparılmış, onların böyük əksəriyyəti müasir tələblərə uyğunlaşdırılmışdır. Rus-Azərbaycan məktəbi Azərbaycanda siyasi müstəqillik və istiqlaliyyət, milli dirçəliş uğrunda mübarizə tarixində, xalq maarifınin və mədəniyyətin inkişafında misilsiz rol oynamışdır. Rus-Azərbaycan məktəbinin açılışı ilə "Əkinçi"dən sonra Bakıda azərbaycanlıların ikinci ictimai qurumu yaradılmışdır.
Ləmbəran xalçaları
Ləmbəran xalçaları — Qarabağ xalçaçılıq məktəbinin yüksək keyfiyyətli xovlu xaça növü. == Ümumi məlumat == Bu xalçalar öz adını Bərdə şəhərindən 30 km şimal – şərqdə yerləşən Lənbəran qəsəbəsinin adından götürmüşdür. Hələ lap qədim zamanlarda Bərdə yüksək keyfiyyətli xovlu xalçaların toxunduğu yer kimi məşhur idi. Lənbəranda toxunmuş zililər, vərnilər, cecimlər yalnız bizim ölkədə deyil, həm də xaricdə muzey eksponatı hesab edilir. Sənətkarlıqda əvvəllər Xanqərvənd kəndi ilə rəqabət aparan Ləmbəran qəsəbəsində çoxlu çuvallar, xurcunlar, yun corablar və digər məişət məmulatları toxunardı. XIX əsrdə Lənbəranın ipək cecimləri və xüsusi sifarişlə hazırlanan ipək xalçaları ixracatda mühüm yer tuturdu. == Bədii analiz == "Ləmbəran xalçası" bir neçə variantda hazırlanırdı. Birinci variant.Bu xalçalar bitki naxışları ilə bəzədilirdi. Orta sahənin kompozisiyası "Bəndi–rumi" əsasında yaradılmışdır. Orta sahədə assimetrik formada düzülmüş naxışlar xalçaya mükəmməllik bəxş edir.
Ləmbəran xalçası

Ləmirməhəllə (Astara, İran)
Ləmirməhəllə (fars. لميرمحله‎) — İranın Gilan ostanının Astara şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 296 nəfər yaşayır (74 ailə).
Ləmtunlar
Ləmtunlar— Orta çağ bərbər qəbiləsi. == Tarixi == Çoxluqla köçəri həyatı yaşayan Bərbəri Sanhacə topluluğuna mənsub böyük bir qəbilə olan Ləmtunənin (Lümtunə) ana yurdu Qərbi Səhradır. Qəbilənin əsasən bərbəri olduğu qəbul edilməklə bərabər bəzi müsəlman nəsəb alimləri kökənlərinin Himyarilərə dayandığını və Yəməndən Afrikaya gəldiklərini irəli sürmüşdülər. Kişiləri, gözləri xaric üzlərini lisam ilə (pəçə / örtü) örtdüklərindən dolayı Ləmtunə qəbiləsi qaynaqlarda "Müləssimun" (Müləssəmun: “üzləri pəçəli”) olaraq da anılır. Çöldəki həddən aşırı isti və qum fırtınalarına qarşı qorunma ehtiyacının kişilər üçün belə bir qiyafət tərzini ortaya çıxarmış olması qüvvətlə ehtimaldır. Ləmtunəlilər arasında, ağız bölgəsinin örtülməsi gərəkən yer sayılması səbəbiylə örtüldüyü vəya başlangıcda toy-düyünlərə xas olan bu qiyafətin zamanla yayğınlaşdığı ya da Ləmtunəli kişilərin düşmanı aldatmaq məqsədiylə savaşlarda qadın qiyafətinə girərək üzlərini örtdükləri şəklində daha başqa açıqlamalar da vardır. Kişilərin əksinə Ləmtunəli qadınların üzləri örtülü deyildir. Köçəbə olaraq yaşadıqları üçün sürəkli yer dəyişdirən qəbilə mənsubları öncə Eyzəl dağının cənubuna doğru yayıldılar, buradan, bugünkü Moritanyanın şərqindəki torpaqları ələ keçirdikdən sonra cınubdan Sudan sınırlarına qədər uzandılar. XI əsr ortalarına doğru, daha öncə digər bəzi Bərbəri qəbilələrinin nüfuzu altında olan Moritanyanın Adrar bölgəsini istila etdilər. Bu bölgədə tikdikləri Azukki qalası, Sicilmasə ilə Ganayı, dolayısıyla Sudanı bir-birinə bağlıyırdı.

Значение слова в других словарях

анто́новский гиреви́к до отва́лу инфанти́льность кача́ться навева́ть отгла́живаться О́тче по поводу того́ что порха́ющий разби́ть раздра́знивать рефрижера́торный старове́рческий су́дорога фонди́рование чувство ло́ктя вакуфа лача dishorn Jurassic milking herd пуговица ультраправый чушь