LƏNGİMƏK

f.
1. Bir yerdə lazım olduğundan, yaxud bir səbəb üzündən artıq qalmaq, ilişib qalmaq. İki günə getdi, bir həftə ləngidi.
[Çimnaz:] Oğul, Bakıda ləngimə ha! Ə.Əbülhəsən.
Sona ilə kəsdikləri şərtə görə [Bəhram] rayonda bir aydan artıq ləngiməməli idi. Ə.Vəliyev.

2. Vaxtında gəlməmək, gecikmək, yubanmaq.
[Səlimə:] Heç indiyədək belə ləngidiyi yox idi. Ə.Haqverdiyev.
[Şirin:] Rüstəm bəy həmişə müəyyən vaxta neçə dəqiqə qalmış hazır olar, bəs görəsən, bu gün niyə ləngidi? Çəmənzəminli.
[Hətəmov katibə:] Bazar ertəsi, bəlkə bir az ləngidim. B.Bayramov.

// Dayanıb durmaq, dayanıb gözləmək, ayaq saxlamaq. Qapı ağzında ləngimək.
[Əhməd] lampanı yandırmadan qaranlıq otaqda xeyli ləngidi. S.Rəhimov.

3. məc. Geridə qalmaq, çatmamaq, dala qalmaq. Qaçay sevinirdi ki, mebel hardasa ləngiyir.
Kimsə onu yola salmağı unudub. İ.Məlikzadə.

Sinonimlər (yaxın mənalı sözlər)

  • LƏNGİMƏK ləngimək bax gecikmək
  • LƏNGİMƏK yavaşımaq — gecikmək — yubanmaq

Etimologiya

  • LƏNGİMƏK Sözün kökü (ləng) farscadır. “topal” deməkdir. Ondan bərkimək qəlibi üzrə ləngimək feili əmələ gəlib, “gecikmək” mənasında işlədilir
LƏNGİMƏDƏN
LƏNGİTMƏ

Digər lüğətlərdə

забарахли́ть ло́мбер мяте́жность настила́ться сла́вка ула́щиваться хухры́-мухры́ воплоти́ться ко́нчить оргтехмероприя́тие приобу́ть ры́царь эсте́тство база глобус шкойда antiquarian countershading cubit fox-hunter gas-gangrene heliometrical industrialism расчувствоваться шпиговать