ləpirci
lətifə
OBASTAN VİKİ
Lətafət
Lətafət — Qadın adı. Lətafət Ələkbərova — televiziya və radio aparıcısı, aktrisa və müğənni. Lətafət Əlizadə — həkim-ginekoloq. Lətafət Məmmədova — rəssam.
Lətafət Məmmədova
Lətafət Məmmədova (1954, Bakı) — rəssam. == Həyatı == Lətafət Hafiz qızı Məmmədova 1954-cü ildə Bakıda anadan olmuşdur. O, əməkdar incəsənət xadimi Hafiz Məmmədovun qızıdır. Lətafət Məmmədova Əzim Əzimzadə adına Rəssamlıq məktəbini və Azərbaycan Dövlət İncəsənət Universitetini bitirmişdir.Lətafət Məmmədova bir müddət Azərbaycan Dövlət Pedaqoji Universitetinde kafedra müdiri vəzifəsində işləmişdir. O, 2001-ci ildə Türkiyə dövlətinin dəvəti ilə İstanbulun müxtəlif sənət qurumlarında dərs demişdir.2005-ci ildə İstanbulun Yeşilkoy səmtində öz sənət emalatxanasını yaratmışdır.Türkiyədə təşkil etdiyi sərgilərdə əsərlərim auksioniarda satışa çıxarılmış, bir çöx əsərləri Türkiyənin muzeyləri tərəfindən satın alınmışdır.Lətafət Məmmədova Türkiyədə 10 fərdi sərgi açmışdır. Onun əsərləri Rusiyanın, Avropanın, ABŞ-nin muzey və kolleksiyalarında saxlanılır. == İstinadlar == == Mənbə == İstanbulda Lətafət Məmmədova va tələbələrinin qrup sərgisi açılıb. "Səs" qəzeti,13 mart.
Lətafət Əlizadə
Lətafət Əlizadə (tam adı: Lətafət Məmməd qızı Əlizadə; 1942, Kirovabad – 2018, Bakı) — həkim-ginekoloq. == Haqqında == Lətafət Məmməd qızı Əlizadə 1942-ci ildə Gəncə şəhərində ziyalı ailəsində anadan olub. 1968-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirib. 1969-cı ildən Ana və Uşaqların Mühafizəsi ETU-nda kiçik elm işçi kimi çalışıb. Yasamal rayonu 2 saylı qadın məsləhətxanasında Əmək Veteranları Komitəsinin sədri, Yasamal rayonu Ağbircəklər Cəmiyyəti İdarə Heyətinin üzvü olub. 1992-ci ildən 1999-cı ilədək Təhsil Nazirliyinin nəzdində Tələbə və Müəllimlərin Xeyriyyə Fondunda sədr müavini işləyib. 2000-ci ildən Azərbaycan Respublikası Qadın Xeyriyyə Fondunda sədr müavini vəzifəsində ictimai fəaliyyətlə məşğul olub. Lətafət xanım Əlizadə Müharibə Veteranları Hərbçilər İctimai Birliyinin üzvü, ehtiyatda olan fəxri böyük leytenantdır. == Mükafatları == Lətafət Məmməd qızı Əlizadə Prezident İlham Əliyevin Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilib. == Ölümü == Lətafət Əlizadə 2018-ci ildə ürək çatışmazlığından vəfat edib.
Lətafət Ələkbərova
Lətafət Ələkbərova (tam adı: Lətafət Nadir qızı Ələkbərova) (21 iyul 1976, Bakı) — televiziya və radio aparıcısı, aktrisa və müğənni (1996-cı ildən). == Həyatı == Lətafət Nadir qızı Ələkbərova Bakıda doğulmuşdur. Orta təhsilini Nərimanov rayonu 39 saylı məktəbdə almışdır. Məktəb illərində çox fəal olan Lətafət məktəbdə keçirilən ictimai tədbirlərdə aparıcılıq etmiş, önəmli tədbirlərdə, şeir müsabiqələrində, olimpiyadalarda şəhər birinciliyi əldə etmişdir. Qarabağ müharibəsi illərində yaralı əsgərlərlə, veteranlarla görüşlərin keçirilməsində daim fəal iştirak etmişdir. 90-cı illərdə ölkənin ən populyar qəzetlərində vətənpərvərlik mövzularında məqalə və şeirləri dərc olunmuşdur. Bir övladı var (Rəna Cəfərzadə, 2007) == Təhsili == 1993 – 1997-ci illərdə yüksək nəticələrlə Bakı Slavyan Universitetinin Filologiya fakultəsinə qəbul olunaraq təhsilni davam etdirmişdir. Təhsil aldığı dövrlərdə müəllimləri SSRİ Xalq Artisti, Beynəlxalq Televiziya və Radio Akademiyasının Akademiki, Azərbaycan Respublikası Prezidentinin Fərdi təqaüdçüsü, Xalq Artisti Sabir Ələsgərovun, Əməkdar İncəsənət Xadimi, alim, Teleradio Akademiyasının rektoru Etibar Babayevin və Xalq Artisti, "Şöhrət" ordenli Vasif Babayevin rəğbətini qazanmışdır. Bütün bunların nəticəsi olaraq 1996-cı ildə o dövrdə ölkədə məşhur olan Sara TV-də aparıcı kimi fəaliyyətə başlamış, 1996 – 1999-cu illərdə bir çox televiziya və radio proqramlarında aparıcılıq etmişdir. 2003 – 2005-ci illərdə Bakı Slavyan Universitetinin Filologiya ixtisası üzrə magistr təhsili almış və fərqlənmə diplomu ilə bitirmişdir.

Digər lüğətlərdə

-в-(о) исса́ливаться ишеми́я малоэффекти́вно непривлека́тельно нуллифика́ция хохота́ние махры́ мушке́тный разви́нчивать физио́лог baba deemphasize galley-west interamnian passion pit patrial выборочный геркулес деистический домовладение картофелесажалка напарить распаивать сероглазый