MÜŞT
MÜŞTAQANƏ
OBASTAN VİKİ
Mirzə Müştaq
Mirzə Müştaq — Azərbaycan yazıçısıdır. Bakı şəhərində anadan olmuş, orta məktəbi bitirmiş, M. F. Axundov adına Müəllimlər İnstitutunda təhsil almış, Bakı məktəblərində müəllimlik etmişdir. O, Böyük Vətən müharibəsi iştirakşısı olmuş, cəbhələrdə vuruşmuş, yaralanmış və ordudan tərxis olduqdan sonra "Azərbaycan pioneri" jurnalında fəaliyyətinə başlamış, sonralar "Radio Verilişləri Komitəsində", "Azərnəşr" də çalışmışdır. Mirzə Müştaq ədəbi fəaliyyəti 1939-cu ildə "Ədəbiyyat qəzəti"ndə çap etdirdiyi "Qara əlcəkli" adlı ilk hekayəsi ilə başlamışdır. Onun Dərsdən sonra və S. S Axundovla şərikli yazdığı "İradə" adlı pyesi Gənc Tamaşaçılar Teatrında səhnəyə qoyulmuşdur. Mirzə Müştaq 1955-ci ildə Şəfalı əllər, 1958-ci ildə "Məni bağışla" , 1964-cü ildə O mənim dostumdur , 1967-ci ildə "Aydın yollarda", 1973-cü ildə "Nil pərisi" adlı kitablarını nəşr etmişdir. Mirzə Müştaqın əsərləri 1984, 1985-ci illərdə Bakıda çap olunmuş, yaradıcılığına aid məqalələr yazılmış, mətbuatda dərc edilmişdir.
Məhəmmədhüseyn xan Müştaq
Məhəmməd Hüseyn xan Müştaq (Şəki – 1780, Şəki) — şair, Şəki xanı (1759-avqust 1780). 1759-cu ildə Qazıqumuq hakimi Məhəmməd xan Şəkiyə hücum edib Ağakişi xanı öldürdü. Özü xanlıq etməyə başladı. Hacı Çələbi xanın nəvəsi, Həsən ağanın oğlu Hüseyn xan Məhəmməd xana qarşı üsyan qaldırıb, Qarabağ hakimi Pənahəli xan Sarıcalı-Cavanşiri köməyə çağırdı. Pənahəli xan Hüseyn xanın xahişinə müsbət cavab verərək qoşunla Şəkiyə daxil oldu. Məhəmməd xan ilk toqquşmada məğlub olub Dağıstana qaçdı. Qarabağ xanı İbrahimxəlil xan Cavanşirin hakimiyyətinin ilk illərində Məhəmmədhüseyn xanla dostluğu vardı. Onun qızı Tubu bəyimi almışdı. Baş vəziri Molla Pənah Vaqif onun şairliyindən istifadə edib yazışırdı. Hətta ondan tüfəng də istəmişdi.
Əli Abbas Müştaq
Əli Abbas Müştaq — XIX əsr Azərbaycan şairi. "Məcməüş-şiiəra" ədəbi məclisinin üzvü. Müştaq təxəllüsü ilə yamışdır.

Digər lüğətlərdə