Mühərik yanacaqları

daxiliyanma mühəriklərində işlədilən maye və ya qaz yanacaqları iki qrupa ayrılır: karbürator yanacaqları, o cümlədən aviasiya və avtomobil benzini: müxtəlif məqsədlər üçün işlədilən mühəriklər üçün yanacaqlar (məs, qaz – turbin yanacağı, reaktiv mühərik yanacağı, dizel yanacağı və s.). M. y. neftdən və karbohidrogen qazlardan alınır. Neft emalı sənayesinin istehsal etdiyi məhsuların təqribən 63%-i bu yanacaq növlərindən ibarətdir. Daş kömür, şist və başqa bərk yanacaq növlərindən də M.y. almaq müm- kündür (İkinci Dünya Müharibəsində almanlar daş kömürü hidrogenləşdirmək yolu ilə milyonlarla ton m.y. almışdılar).
Mühərik yağları
Müqavilə