MƏŞUQ

sif. [ ər. ] Sevilən, istənilən, məhəbbət yetirilən; sevgili, istəkli (kişi).
Sitarə ilk dəfə dünyaya həqiqət nəzərilə baxdı: cavan qızın qabağında xəyali məşuqu əvəzində doğruçu əri durmuşdu. Çəmənzəminli.
[Dərviş:] Ruqiyyə gəlib, bir az ocağın qırağında oturub könlünü yəqin öz məşuqinə verdi. A.Divanbəyoğlu.

Sinonimlər (yaxın mənalı sözlər)

  • MƏŞUQ sevgili — sevimli — məhbub
  • MƏŞUQ məşuq(ə) bax sevgili 1
MƏŞŞATƏLİK
MƏŞUQƏ
OBASTAN VİKİ
Məşuqlar (1744)
Məşuqə
Məşuqə — münasibətdə olduğu şəxsin evli olmasına baxmayaraq həmin kişi ilə sevgi-məhəbbət münasibətlərini davam etdirən qadınlar üçün istifadə edilən ifadə. Daha çox kişi partnyorun evli olduğu vəziyyətlər üçün istifadə olunur. Belə münasibətlər zamanı kişi və qadın bir yerdə yaşamır və münasibətin vəziyyəti adətən gizli saxlanılır.
Sərnişin məşuqlar (film, 2013)
Sərnişin məşuqlar (isp. Los amantes pasajeros) — rejissor Pedro Almodovarın filmi. Filmin premyerası 8 mart 2013-cü ildə baş tutmuşdur. == Məzmun == Peninsula şirkətinə məxsus Aerobus 340 Madriddən Mexikoya aviareys yerinə yetirir. Uçuş zamanı ciddi texniki nasazlıq aşkar edilir. Sərnişinlər məhkum olduqlarına xəbər tutduqda öz maskalarını çıxarmağa başlayırlar — öz sirlərini, qüsur və nöqsanlarını açmağa başlayırlar. Təyyarənin bortunda var: Faxas, Xossera və Uyo adlı üç gey-stüard, əsas pilot Alex Asero xoşbəxt ailə başçısı və biseksual stüard Xoserranın məşuqu, baxıcı Bruna — kişilərin ondan çox qorxduqları üçün hələ də bakirədir. Ümumilikdə filmin əsas süjeti indiki Avropa cəmiyyətinə ünvanlanmış satiradır. Təyyarənin düşməsi isə İspaniyanın iqtisadi böhranını simvolizə edir.
Madonna–məşuqə kompleksi
Madonna–fahişə kompleksi və ya Madonna–məşuqə kompleksi — psixoanalitik ədəbiyyata görə, sədaqət və sevgi dolu bir romantik münasibətdə seksual oyanışı qoruyub saxlaya bilməmək. İlk dəfə bunu psixi impotensiya adlandıran Ziqmund Freyd tərəfindən müəyyən edilmiş bu, qadınları müqəddəs Madonnalar və ya alçaldılmış fahişələr kimi görən kişilərdə inkişaf edən psixoloji kompleksdir. Bu kompleksə malik olan kişilər hörmətli partnyoru (Madonna) arzulaya bilmirlər və alçaldılmış (fahişə) seksual partnyor istəyirlər. Freyd yazmışdır ki, "belə kişilər sevən zaman istəkləri olmur, istədikləri olanda zaman isə sevə bilmirlər". Klinik psixoloq Uve Hartmann 2009-cu ildə yazmışdır ki, kompleks "bugünkü pasiyentlərdə hələ də çox yayılmışdır". == Psixoanalizdə == Freyd iddia edirdi ki, Madonna–fahişə kompleksi kişi ehtirasındakı şəfqət və seksual cərəyanlar arasındakı parçalanmadan qaynaqlanır. Edip və kastrasiya qorxuları keçmiş insestual obyektlərə duyulan məhəbbətin şəhvani formada arzulanan qadınlara bağlanmasını qadağan edir: "Belə insanlarda bütün sevgi sferası incəsənətdə müqəddəs və qeyri-müəyyən (və ya heyvani) sevgi kimi təcəssüm etdirilən iki istiqamətdə bölünür". Bir kişi hiss etdiyi təşvişi minimuma endirmək üçün qadınları iki qrupa ayırır: heyran ola biləcəyi qadınlar və seksual cəhətdən cazibədar hesab etdiyi qadınlar. Kişi əvvəlki kateqoriyada olan qadınları sevdiyi halda, ikinci qrupa nifrət edir və onları dəyərsizləşdirir. Başqa bir nəzəriyyə iddia edir ki, Madonna–fahişə kompleksi individual kişilərin inkişaf qüsurlarından deyil, qadınların mifologiyada və İbrahim teologiyasında ya Madonna, ya da fahişə kimi təqdim edilməsindən irəli gəlir.

Digər lüğətlərdə