MƏHƏL
MƏHƏLÇİLİK
OBASTAN VİKİ
Cuhudlar məhəlləsi
Cuhudlar məhəlləsi (Bakı) — Azərbaycanın Bakıda məhəllə
Cuhudlar məhəlləsi (Gəncə)
Cuhudlar məhəlləsi — Gəncənin tarixi məhəllələrindən biri. Sakinləri əsasən yəhudilərdən ibarət olduğu üçün Cuhudlar məhəlləsi adlanıb. Sovet hakimiyyəti dövründə bu küçə Krivanosov küçəsi müstəqillikdən sonra isə Həsənli qardaşları küçəsi adlanır. Qədim Gəncənin Cuhudlar məhəlləsi Əttarlar məhəlləsi yaxınlığında bir basalaq olub. Sakinləri yəhudilərdən ibarət olduğu üçün bu ərazini gəncəlilər “Cuhudlar məhəlləsi” adlandırıb. Burada yaşayan yəhudilər əsasən ayaqqabı tikməklə məşğul olduqları üçün buranı bəzən “Məstçilər məhəlləsi” də adlandırırdılar. Məhəllə kiçik bir küçədən ibarətdir. Sovet hakimiyyəti dövründə bu küçə Krivanosov bu gün isə “Həsənli qardaşları” adlanır. Məhəllə şərqdən Əttarlar, qərbdən Mirəli Qaşqay, şimaldan Həsən Əliyev, cənubdan Cavad xan küçələri ilə əhatə olunub. Məhəllədə yaşayan yəhudilər Rusiya və Avropadan köçüb gələn yəhudilərdən dil və görkəmcə fərqlənirdilər.
Cuhudlar məhəlləsi (Şuşa)
Culfalar məhəlləsi
Culfalar məhəlləsi — Şuşanın XVIII əsrdə salınmış aşağı məhəllələrindən biri. Bəzi mənbələrdə adı Cuhudlar olaraq qeyd olunmuşdur. Digər məhəllələr kimi bu məhəllədə də məscid, hamam, kiçik meydan və bulaq olmuşdur.
Cənnət Məhəlləsi (teleserial)
Cənnət məhəlləsi — 11 iyun 2004–9 iyun 2007-ci illər arasında Show TV-də yayımlanan komediya növündə Türkiyə serialı.
Cənnət məhəlləsi (teleserial, 2004)
Cənnət məhəlləsi — 11 iyun 2004–9 iyun 2007-ci illər arasında Show TV-də yayımlanan komediya növündə Türkiyə serialı.
Darvar Məhəllə (Talış)
Darvar Məhəllə (fars. دروارمحله‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 425 nəfər yaşayır (91 ailə).
Dağlı məhəlləsi
Dağlı məhəlləsi — Bakının məhəllərindən biri. Yasamalda yerləşir. Sovetskidən sonra Bakının ikinci böyük məhəlləsi hesab edilir. Məhəllə sonradan salınmışdır. Əhalisi əsasən Xızıdan köçən tatlardan ibarətdir. Azərbaycanın qədim farsdilli tat xalqının nümayəndələri olsalar da , dağlı məhəlləsində yaşayanlar özlərini daha çox dağlılar olaraq identifikasiya edirlər. Məhəllənin xalq arasında "Dağlı Məhəlləsi" kimi tanınması da elə sakinlərin soy-kökü ilə bağlıdır. Dağlı tat etnosunun eksonimidir. Dağlılar XIX sonu XX əsrin əvvəllərində Xızı-Bərmək mahalından Bakıya gələnlərdir. Tarixçi Tərlan Ağayev "Azərbaycanın Xızı-Bərmək mahalının tarixi" (2006) kitabında qeyd edir ki, həmin dövrdə Bakıya köçün səbəbi maddi vəziyyətin çətinliyi və işsizlik idi.
Daş körpü məhəlləsi
Daş körpü məhəlləsi — Gəncənin məhəllələrindən biri. Daş körpü məhəlləsinə Şıxəli Qurbanov, Təbriz küçəsinin sonu və Bağbanlar küçəsinin bir hissəsi aiddir. Daş körpü məhəlləsi şimaldan Xəlfəli, qərbdən Qaraməmmədli, şərqdən Qırıxlı, Talalı, cənubdan isə bağlar ilə həmsərhəddir. Məhəllə adının haradan qaynaqlandığına gəlincə, buraya Üç təpədən gələn su arxının üstünə daş ləpiklər düzülürmüş, məhz ona görə də əraziyə Daş körpü məhəlləsi deyilir. Məhəllə sakinlərinin çoxunu Daşkəsən bölgəsindən gələnlər təşkil edirlər. Onlar maldarlıq, bağçılıqla məşğul olurlar. Məhəllədə Qurbanlılar, Kərimlilər, Cabbarlılar, Muradlılar, Ocaqverdilər tayfaları olublar. Məhəllədə 1970-ci ilə kimi su dəyirmanı da olub. Sonralar isə yerində şəxsi evlər tikildi. Dəyirman Bala Bağbanla Daş körpü arasında tikildiyi üçün hər iki məhəlləyə aid sayılırdı.
Dizgah Məhəllə (Talış)
Dizgah Məhəllə (fars. ديزگاه محله‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 517 nəfər yaşayır (115 ailə).
Dizə məhəlləsi
Dizə məhəlləsi — Naxçıvan şəhərində qədim məhəllə "Dizə" toponimi Naxçıvan Muxtar Respublikasında geniş yayılmışdır. Muxtar respublikanın əksər rayonlarında belə yer adları var. Mütəxəssislərin fikrincə, Dizə bir neçə ailənin yığışıb,kiçik bir məhəllədə,yaxud kənddə məskunlaşması deməkdir. Dizə məhəlləsi şəhərin indiki məişət xidmət evi,elmi mərkəz,avtovağzala qədər olan ərazisini əhatə edirmiş. Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 106-107. ISBN 5-8066-1468-9.
Dörd çinar məhəlləsi
Dörd çinar məhəlləsi — Şuşanın XVIII əsrdə salınmış aşağı məhəllələrindən hesab olunan bu məhəllə tarixə qovuşduğundan onun dəqiq yeri haqqında məlumat yoxdur. Belə nəql olunur ki, Dörd çinar məhəlləsi çox kiçik — tərkibində bir neçə ev olduğuna görə zamanla Təzə məhəlləyə birləşmişdir.
Dördlər qurdu məhəlləsi
Dördlər qurdu məhəlləsi — Şuşanın XVIII əsrdə salınmış aşağı məhəllələrindən biri. Şəhərin şərq hissəsində yerləşir. Digər məhəllələr kimi bu məhəllədə də məscid, hamam, kiçik meydan və bulaq olmuşdur. Şuşa şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalından sonra məhəllənin XVIII əsrə aid memarlıq abidəsi olan 90 faizindən çox tikililəri məhv edilmişdir. Hazırda məhəllə yarım uçmuş vəziyyətdədir.
Dördyol məhəlləsi
Dördyol məhəlləsi — Gəncənin mühüm sənətkarlıq məhəllələrindən biri. Dördyol məhəlləsi Şah Abbas meydanından dəmiryol stansiyasına aparan Vağzal şossesi ilə Nizami Gəncəvi prospektinin qovşağında yerləşdiyinə görə məhəlləyə belə ad verilmişdir. Dördyol məhəlləsi də Şahsevənlər məhəlləsi ilə həmyaşıd olub, Gəncənin nisbətən cavan məhəllələrindən idi. Məhəllə XVII əsrin əvvəllərindən XX əsrin əvvəllərinə kimi mövcud olub. Gəncənin Dördyol məhəlləsi XVII əsrdə cənubdan Şah Abbas meydanı, şimaldan Bağlar, qərbdən Sofulu, şərqdən Şamlı və İmamlı məhəllələri ilə dövrələnmişdir. XIX əsrin sonu XX əsrin əvvəllərində yeni məhəllə və basalaqların salınması nəticəsində məhəllə ərazicə böyümüş, əhalisinin sayı artmağa başlamışdır. 1916-cı ildə məhəllədə 537 ailə yaşadığı qeydə alınmışdır. Məhəllədə Bıçaqçılar basalağı yaranmış, Dəmirçilər məhəlləsi isə ayrı bir yaşayış məhəlləsi kimi yer tutmuşdur. Çox da qədim tarixə malik olmayan məhəllə sakinləri bəzzazlıq, baqqallıq, sərraclıq, zərgərlik, şərbaflıq və digər sənətlərlə məşğul olurdular. Artıq məhəllə şərqdən Molla Cəlilli, qərbdən Sofulu, cənubdan Əttarlar, Şah Abbas meydanı, şimaldan Nainsaf oğlu Məmmədəlinin, Cuvar oğlunun taxıl və üzüm bağları ilə əhatə olunmuşdur.
Dəmirbulaq məhəlləsi
Dəmirbulaq məhəlləsi — İrəvannin qədim məhəllələrindən biri. 1728-ci ildə tərtib olunmuş osmanlı «Müfəssəl dəftər»ə görə, bu dövrdə İrəvan şəhəri 4 məhəllədən («Köhnə şəhər», «Dəmirbulaq», «Dərəkənd», «Təpəbaşı») ibarət olmuşdu. İrəvan şəhəri aşağıdakı hissələrdən ibarətdir: 1. Şəhər hissəsi 2. Təpəbaşı hissəsi 3. Dəmirbulaq hissəsi Təpəbaşı hissəsinə aid olanlar: Əhalisi: “İrəvan şəhərinin əhalisi aşağıdakı kimidir: Azərbaycanlılar: Dəmirbulaq hissəsi - 411 ailə, 789 kişi, 806 qadın, cəmi 1.595 nəfər. İrandan köçürülən ermənilər: Dəmirbulaq hissəsi - 48 ailə, 118 kişi, 112 qadın, cəmi 230 nəfər. Dəmirbulaq hissəsindəki bütün əhali - 459 ailə, 907 kişi, 918 qadın, cəmi 1.825 nəfər; Dəmirbulaq hissəsi müharibədən daha artıq ziyan çəkib. İrəvan şəhərinin imtiyazlı əhalisi: Dəmirbulaq hissəsi - Azərbaycan türkləri: 14 bəy ailəsi, 46 kişi, 46 qadın, cəmi 92 nəfər 1 mirzə ailəsi, 1 kişi, 1 qadın, cəmi 2 nəfər 7 molla ailəsi, 13 kişi, 16 qadın, cəmi 29 nəfər 11 seyid ailəsi, 22 kişi, 19 qadın, cəmi 41 nəfər 3 dərviş ailəsi, 6 kişi, 4 qadın, cəmi 10 nəfər Ermənilərdə: 3 məlik ailləsi.
Dəmirçilər məhəlləsi
Dəmirçilər məhəlləsi — Şuşanın yuxarı 8 məhəllələrindən biri. Hər məhəllədə hamam, məscid və bulaq olduğu kimi Dəmirçilər məhəlləsinin də hamamı, məscidi, bulağı var idi. Pənahəli xanın oğlu İbrahimxəlil xan tərəfindən Şuşanın şərq hissəsində Aşağı məhəllədən fərqli olaraq nisbətən dağlıq və sıx meşəli ərazidə 8 məhəllədən ibarət ikinci böyük Yuxarı məhəllənin təşkil olunması 1759–1805-ci illəri əhatə etməklə II dövrü təşkil edir. Məhəllə öz adını orada yaşayan eyniadlı türk tayfasının adından götürmüşdür. Bəzən isə məhəllənin dəmirçiliklə məşğul olan sənətkarların burada yaşadığına görə belə adlandırıldığı deyilir. Digər məhəllələr kimi bu məhəllədə də məscid, hamam, kiçik meydan və bulaq olmuşdur. Dəmirçilər məhəlləsində eyniadlı türk tayfasından olan dəmirçilər yaşayırdılar. Dəmirçilər "Şeytanbazar" ətrafında yaşayıb işləyirdilər. Məhəllə dəmirçi peşə sahiblərinin, sənətkarlarının çoxluq təşkil etməsi baxımından, nəsillikcə dəmirçi peşəsinə məxsus, eyni adlı türk tayfasının nümayəndələrindən ibarət sənətkarların cəm olduğu məhəllə olduğundan adlandırılmışdır.
Dəmirçilər məhəlləsi (Gəncə)
Dəmirçilər məhəlləsi — Gəncədə V-VII əsrlərdən XIX əsrə kimi mövcud olmuş peşə-sənət yönümü ilə barəbər əsasən tirə-tayfa əlamətinə görə formalaşmış məhəllə. Dəmirçilər məhəlləsi Gəncədə V-VII əsrlərdən XIX əsrə kimi mövcud olmuş peşə-sənət yönümü ilə barəbər əsasən tirə-tayfa əlamətinə görə formalaşmış məhəllədir. Bu məhəllə bəhs olunan mərhələdə Gəncənin əsas sənətkar məhəllələrindən olmuşdur. Şimaldan Sofulu, şərqdən İmamlı, cənubdan Şah Abbas meydanı (Dəmirçi bazarı, Sərrac bazarı, Dəmirçi karvansarası və Çökək hamam xətti ilə), qərbdən yenə də Sofulu məhəlləsi ilə hüdudlanırdı. Məhəllənin adı Şahsevənlərin altı böyük tayfalarından biri olan Dəmirçilərlə əlaqədardır. XIII əsrin tarixçisi Şəhabəddin Nəsəvi dəmirçilərin Çingiz xan nəslindən olduğunu, XIX əsrdə yaşamış M. M. Xəzani isə onların Azərbaycana XVIII əsrdə Pənahəli xan Cavanşirin dövründə gəldiyini yazırlar. Gəncədən başqa "dəmirçilər" toponiminə Qazax, Qubadlı və Tərtər rayonlarında kənd, Şuşa şəhərində məhəllə adı kimi rast gəlirik. Məhəllədə yerləşən Dəmirçi bazarında çilingərlər, bıçaqçılar, zirehgərlər, fəttahlar, nalbəndlərin ticarət cərgələri uzanıb gedirdi.
Dəvəçi məhəlləsi
Dəvəçi məhəlləsi — Təbriz şəhərinin böyük məhəllələrindən biri. Bəzi qaynaqlarda bu məhəllənin adı farsca Şütürban yazılır.
Erməni məhəlləsi
Erməni məhəlləsi (ərəb. حارة الأرمن‎; ivr. ‏הַרֹבַע הַאַרְמֶנִי‎‏‎) — Yerusəlimdə (Qüds) olan köhnə şəhərin dörd məhəlləsindən biri. Tarixçilərə görə, ermənilər IV əsrdə xristianlığı qəbul etdikdən sonra Yerusəlim şəhərinə gəlmiş və orada erməni məhəlləsi qurmuşdur. Erməni məhəlləsi şəhər ilə birlikdə müxtəlif dövrlərdə Bizans, Xilafət, Osmanlı, Britaniya və başqa imperiyaların hakimiyyəti altında qalmışdır. Buna baxmayaraq, 1948-ci ildə baş tutan Ərəb-İsrail müharibəsi nəticəsində şəhər 2 hissəyə bölünmüşdür. Erməni məhəlləsinin də yerləşdiyi Şərqi Yerusəlim nəticədə İordaniyanın nəzarətinə keçmişdir. 1967-ci ildə baş tutmuş Altı günlük müharibə nəticəsində İsrail qüvvələri Şərqi Yerusəlimi ələ keçirmişdir. Ermənilərin böyük əksəriyyəti İsrail vətəndaşlığını qəbul etsə də, ərəb ökələrinə səyahət şanslarını itirməmək üçün hələ də İordaniya pasportlarını saxlamaqla erməni məhəlləsində yaşayırlar. Erməni məhəlləsi ağlama divarına gedən əsas yollardan biri üzərində yerləşir.
Gəncə məhəllələri
Qədim Gəncə şəhərinin 1727 ci ildə 14 məhəlləsi olub: Gəncə şəhri, Gəncə çayı ilə ikiyə ayrılmıştır, şəhrin dağlık yerində və dağlara doğru kəndlərdə Ermənilər, ova qisminda ovaya uzanan kəndlərdə isə Türklər yaşıyırdılar. Gəncənin Türk məhəllələri arasında Noreşen ismində bir Erməni məhəlləsi vardı Gəncənin Erməni qismində isə üç türk məhəlləsi vardı: Mollacəlilli, Çaylı və Hacıməlihli.
Gəncəli məhəlləsi
Gəncəli məhəlləsi — Şəkinin qədim məhəllələrindən biri. Şiələr kompakt halında Şəki şəhərində Gəncəli məhəlləsində məskunlaşmışlar. Gəncəli məhəlləsinin əhalisi Səfəvilər dövründə Şəkini idarə etmək və dayaq yaratmaq üçün Gəncədən Şəkiyə köçürülənlərin nəsilləridir. Şəkinin sünnü əhalisi şiələri "qızılbaş", bəzən də "qəcər" adlandırırlar. Məlumdur ki, şiə yönlü səfəvi təriqəti həm də "qızılbaş" adlanmışdır. Şiələrin "qızılbaş" adlandırılması Azərbaycanın başqa sünnü bölgələrində də (Qax, Zaqatala, Balakən rayonlarında və s.) özünü göstərir. Başqa məlumata görə buranın əhalisi İrandan və ya Xoydan Gələnlərlər məskunlaşmışlar. Gəncəli məhəlləsində Mirzə Fətəli Axundov, Rəşid bəy Əfəndiyev, Salman Mümtaz, xalq artisti Əlövsət Sadıqov, dilçi Əbdüləzəl Dəmirçizadə, akademiklər Cəmil və Cəbrayıl Hüseynovlar, professor Yaşar Qarayev kimi böyük bir ziyalı bu məhəllədən yetişmişdir.
Hacı Yusifli məhəlləsi
Hacı Yusifli məhəlləsi — Şuşanın XVIII əsrdə salınmış aşağı məhəllələrindən biri. Məhəllə öz adını məşhur divanbəyi Hacı Yusif ağa Hacı Rəhim ağa oğlu Muğanlının adından götürüb. Digər məhəllələr kimi bu məhəllədə də məscid, hamam, kiçik meydan və bulaq olmuşdur. Məşhur Azərbaycan şairi Qasım bəy Zakirin evi, məhəllə məscidindən başqa, Aşağı Gövhər ağa məscid kompleksi də bu məhəllədədir.
Hamamqabağı məhəlləsi
Hamamqabağı məhəlləsi — Şuşanın 18-ci əsrin sonları, 19-cu əsrin əvvəllərində salınmış yuxarı məhəllələrindən biri. Şəhərin mərkəzi hissəsində yerləşir. Şuşanın digər məhəllələri kimi burada da məscid, bulaq, kiçik meydan və hamam olmuşdur. Əbdül Səməd Bəyə məxsus ilk hamamlardan biri burada yerləşdiyindən, məhəllə belə adlandırılmışdır. "Şuşanın 17 məhəlləsinin hekayəsi". aqreqator.az. İstifadə tarixi: 28 apr 2022. "Şuşanın 17 məhəlləsi". www.gununsesi.info. İstifadə tarixi: 28 apr 2022.
Kilsəkənd məhəlləsi
Kilsəkənd məhəlləsi - Gəncənin qədim məhəllərindən biri. Məhəllənin adı Müqəddəs İohann kilsəsi (Gəncə) kilsəsin burda yerləşməsi ilə əlaqədar belə adlnmışdır. Gəncəçayının sağ sahilində(II hissə) yerəşir. Məhəllənin başqa adıda Dik küçədir. Sovet dövründə bu məhəlləyə Qırmızı körpü deyirdilər. Şah Abbasın tikdirdiyi qədim bir körpünün yerində. Qafqazda tikilən ilk dəmir və metal konstruksiyalı körpüdür. 1843-cü ildə inşa edilib. Layihəsini də çar ordusunun hərbi mühəndisi, poruçik A.Q.Çarnetski hazırlayıb. Körpü şəhərin iki məhəlləsini birləşdirib.
Köçərli məhəlləsi
Köçərli məhəlləsi — Şuşanın XIX əsrdə salınmış, Şuşanın şimal-qərbində qədim aşağı 8 məhəlləsindən biri. Saatlı məhəlləsində sol tərəfdə dik yamac üzərində yerləşən yuxarı məhəllələrindən biri. Şəhərin mərkəzinə doğru uzanan və nisbətən bir qədər enli yolun hər iki tərəfində yaşayış binaları, məscid, bulaq, hamam və daha aşağı hissədə Körpü və Meydança var idi. Məhəllə körpüsünə "Şahlıq körpüsü" deyilirdi. XX əsrin 40-cı illərində körpü söküldü və meydan bir qədər genişləndirildi. məhəllənin yaşayış binaları biri-birindən fərqlənirdi. Bu sosial bərabərsizliklə əlaqədar idi. Məhəllədə 6-ya qədər iki mərtəbəli yaşayış binası var idi. Qalan binalar isə bir mərtəbəli idi. XVIII əsrin ortalarında Cavanşir mahalının Köçərli kəndindən köçüb gəlmiş Məhəmməd adlı (Firidun bəy Köçərlinin ulu babası) bir nəfər burada kök salıb, sonralar onun övladları köçərlilər kimi tanınıb və yaşadıqları məhəllə də "Köçərli" adlandırılıb.

Значение слова в других словарях