Məlcək
Məlcək — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd.
Şamaxı r-nu Mirikənd i.ə.d.-də kənd. Dağətəyi ərazidədir. Kənd əhalisi 421 nəfərdir ki, onunda 210 nəfəri kişi, 211 nəfəri isə qadınlar təşkil edir., 94 təsərrüfatı var. Yaşayış məntəqəsi 19 əsrdə Cavad qəzasında yaşayan Qaravəlli Vahid bəyli elatının bir tirəsinin (52 ailə) Məlcək adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır.1886 ilin siyahıyaalma sənədlərində Şamaxı qəzasının Qoşun sahəsində Meysəri kənd icması daxilində Məlcək adlı kənd (19 ailə, 89 nəfər) qeydə alınmışdır. Məlcək türkdilli xalqların toponomiyasında “sığınacaq” mənasında işlənmişdir.