MƏMMƏDVƏLİ

bax: Məmməd və Vəli.
MƏMMƏDTAĞI
MƏMMƏDYAR
OBASTAN VİKİ
Məmmədvəli (dağ)
Məmmədvəli — Azərbaycan Respublikası Kəlbəcər rayonunun ərazisində dağ. Şəmkir və Şamxor çayları arasında yerləşir. Hündürlüyü 2645 m. Oronim Məmmədvəli şəxs adı ilə bağlıdır. Görünür, dağın ərazisi həmin şəxsə məxsus yaylaq yurdu olmuşdur.
Məmmədvəli Kəminə
Məmmədvəli Kəminə (1770[…] – 1840[…]) — XIX əsr türkmən klassik ədəbiyyatının ən böyük nümayəndələrindən biri. Məmmədvəli Kəminə 1770–1840-cı illər arasında yaşamışdır. Təkə türkmənlərinin Toxtamış boyunun Toxlular qoluna mənsub olan Kəminə maddi imkansızlıq səbəbiylə istədiyi təhsili ala bilməmiş, buna baxmayaraq yaşadığı bölgənin mədəniyyət mərkəzlərini diyar-diyar gəzmiş, görərək və söhbətlərdə iştirak edərək öz-özünü yetişdirməyə çalışmış və bunu bacarmışdır. Kəminənin akademik səviyyədə şərq ədəbiyyatına bələd olmamasına baxmayaraq, bu sahənin ədəbiyyatı haqqında əhəmiyyətli məlumatlara malik idi. Onun ərəb və fars dillərində təhsil verən ədəbi məktəblərdən xəbərsiz olduğunu söyləmək mümkün deyil. Kəminənin türk ədəbiyyatının əhəmiyyət kəsb edən şəxsiyyətlərindən başqa fars dilində əsərlər qələmə alan Firdovsidən, Nizamidən, Dəhləvidən, Sadidən, Rumidən, Hafizdən, Məscididən, Müşfiqidən təsirləndiyini söyləmək olar. Türkmən şairi Kəminə həmçinin Yunus İmrə, Bürhanəddin Sivaslı, Lütfü, Nəvai, Füzuli, Nəsimi, Qaracaoğlan kimi böyük şəxsiyyətlərin əsərlərini bilmiş və onun sənət anlayışının meydana gəlməsində bu şairlərin yaradıcılığının böyük təsiri olmuşdur. Kəminə, Türkmən klassik ədəbiyyatının ən böyük xəlifəsi olan Maxdımqulunun şagirdidir. Kəminə Maxdımqulunu söz sənətinin, ədəbiyyatın şeyxi kimi dəyərləndirmişdir. Bir məclisdə ondan "Necə yazmaq lazımdır?" deyə soruşulduğunda belə cavab vermişdir: "Ustadımız Maxdımqulu şairlik meydanının dənələrini orağıyla yığdı.
Mirzə Məmmədvəli Qəmərlinski
Mirzə Məmmədvəli Qəmərlinski (1871, İrəvan – 1916, Yelizavetpol) — İrəvan ədəbi-mədəni mühitinin tanınmış nümayəndəsi. Mirzə Məmmədvəli Əli oğlu Qəmərlinski 1871-ci ildə İrəvan şəhərində çar ordusunun generalı Əli Qəmərlinskinin ailəsində dünyaya göz açmışdır. Əvvəlcə mollaxanada dini dərs alan Məmmədvəli Qəmərli sonradan gimnaziyaya girmiş , təhsilini tamamlayaraq ayrı-ayrı yerlərdə açılan bir və iki sinifli məktəblərdə ana dilindən dərs demişdir. O, 1898-ci idə İrəvanda rus-tatar məktəbini bitirib , 1900-cü il martın 13- də İrəvan Quberniya məclisində imtahan verərək müəllim adı almışdı.1901–1911-ci illərdə İrəvan rus-tatar gimnaziyasında işləmişdi. Məmmədvəli Əli oğlu Qəmərlinski İrəvan ədəbi-mədəni mühütinin tanınmış nümayəndəsi kimi ömrü boyu müəllim işləmişdir. Lakin o , müəllimlik fəaliyyəti ilə yanaşı, bir sıra kitabların, o cümlədən "Atalar sözü", "Vətən dili", " İrəvan Quberniyası haqqında xatirələr " eləcə də birinci , ikinci və üçüncü sinifər üçün " Ana dili " dərsliklərinin müəllifi olmuşdur. Həsən bəy Zərdabi ilk "Atalar sözü" kitabının nəşr olunmasının əks səda doğurduğunu , bir ədəbi-mədəni hadisə olduğunu təqdir etmiş, hətta bu onəmli hadisəyə "Molla Nəsrəddin" jurnalının ilk nömrəsində yer ayırmışdır.[mənbə göstərin] Mirzə Məmmədvəli bir neçə şəxs ilə birlikdə 1902-ci ildə İrəvanda ilk qızlar məktəbi açmışdır. Bu haqda "Kaspi"qəzeti, bir qədər sonra "Şərqi-rus" qəzeti özünün 1903-cü il 14-cü sayında həmin məktəbin şəriət müəllimi Məmmədvəli Qəmərlinskinin məlumatını dərc etmişdi. Burada deyilirdi: Məmmədvəli Qəmərlinski Mirzə Ələkbər Sabir ilə tanışlığını belə xatırlayır: Məmmədvəli Qəmərli 1916-cı ildə ermənilər qırğınlar törədəndə ailəsi ilə Gəncə şəhərinə köçmüşdür. O, burada məktəb direktoru işləmişdir.