MƏRVA

bax: SƏFA VƏ MƏRVA.
MƏRİFƏT
MƏRYƏM
OBASTAN VİKİ
II Mərvan
Mərvan II ibn Məhəmməd (təqribən 684 - 750) — sonuncu Əməvi xəlfəsi (744 -750). Bizanslılara qarşı vuruşmalarda fərqlənmiş, Ərməniyyə, Azərbaycan və əl-Cəzirədə vali olmuş, Xəzərlərə qarşı genişmiqyaslı əməliyatlar keçirmiş, hakimiyyətə keçdikdən sonra iqamətgahın Harrana (Mesopotamiya) köçürmüşdü. Mərvanın dövründə Suriyada Xilafətə qarşı çıxışlar baş verdi. İraqda xaricilərin, Xorasan və Məvarənnəhrdə şiələrin mərkəzi hakimiyyətə qarşı çıxışları gücləndi. 747 ildə Əbu Müslimin başçılığı ilə baş verən üsyan Qərbi İrandan İraqa yayıldı. Böyük Zab sahilindəki vuruşmada məğlub olan 11 M. kiçik dəstə ilə Suriyaya, oradan da qoşun toplamaq üçün Misirə qaçdı və orada öldürüldü; II Mərvanın ölümü ilə Əməvilər sülaləsinə son qoyuldu, hakimiyyətə Abbasilər keçdi.
I Mərvan
Mərvan ibn Həkəm ibn Əbu əl-As ibn Üməyyə ibn Əbdüşşəms ibn Əbdülmanaf (28 mart 623, Məkkə – 7 may 685, Dəməşq) — Əməvilər sülaləsindən olan dördüncü ərəb xəlifəsi. Üçüncü raşidi xəlifəsi Osman ibn Əffanın əmisi oğlu və kürəkəni. == Həyatı == M. 28 mart 623/H.Q. 2-ci ildə Məkkə şəhərində dünyaya gəlmişdir. Hz. Məhəmməd (s.ə.v.s)atasını Taifə sürgün etdiyinə görə uşaqlığı orada keçmişdir. Əmisi oğlu Osman ibn Əffan xəlifə seçildikdən sonra Mərvan və atası Həkəmi sürgündən geri çağırmışdır. Sonra isə özünə xəlifə katibi təyin etmişdir. Daha sonra qızını da ona ərə vermişdir. 656-ci ildə Osmanın xəlifəliyinə qarşı qiyam qaldırmış qiyamçılarla döyüşəndə boynundan ağır yaralanmış və boynu ömürlük əyri qalmışdır. Elə həmin il xəlifə seçilən Əli tərəfindən xəlifə katibliyi vəzifəsindən azad edilmişdir.
Mərvan ibn Həkəm
Mərvan ibn Həkəm ibn Əbu əl-As ibn Üməyyə ibn Əbdüşşəms ibn Əbdülmanaf (28 mart 623, Məkkə – 7 may 685, Dəməşq) — Əməvilər sülaləsindən olan dördüncü ərəb xəlifəsi. Üçüncü raşidi xəlifəsi Osman ibn Əffanın əmisi oğlu və kürəkəni. M. 28 mart 623/H.Q. 2-ci ildə Məkkə şəhərində dünyaya gəlmişdir. Hz. Məhəmməd (s.ə.v.s)atasını Taifə sürgün etdiyinə görə uşaqlığı orada keçmişdir. Əmisi oğlu Osman ibn Əffan xəlifə seçildikdən sonra Mərvan və atası Həkəmi sürgündən geri çağırmışdır. Sonra isə özünə xəlifə katibi təyin etmişdir. Daha sonra qızını da ona ərə vermişdir. 656-ci ildə Osmanın xəlifəliyinə qarşı qiyam qaldırmış qiyamçılarla döyüşəndə boynundan ağır yaralanmış və boynu ömürlük əyri qalmışdır. Elə həmin il xəlifə seçilən Əli tərəfindən xəlifə katibliyi vəzifəsindən azad edilmişdir.
Mərvan ibn Məhəmmədin Gürcüstanı ələ keçirməsi
Mərvan ibn Məhəmmədin Gürcüstanı ələ keçirməsi — ərəb sərkərdəsi Mərvan ibn Məhəmmədin 735-737-ci illəri əhatə edən hərbi yürüşü nəzərdə tutulur. Əməvi xəlifəliyi tərəfindən hərbi əməliyyatlar başladılmışdır. İşğalın məqsədi və hədəfləri tarixçilər tərəfindən mübahisəlidir. Gürcü tarixşünaslığı əsl məqsədin sonda ərəb hakimiyyətinə qarşı sərt gürcü müqavimətini qırmaq olduğu məsələsində israr edərkən, Kril Tumanov və Ronald Sani kimi qərbli tarixçilər həm qərbi Gürcüstana hakim olan Bizans imperiyasına, həm də təkrarlanan hücumları yalnız İberiya və bütün Qafqazı deyil, 730-cu ildə ərəb torppaqlarına qədər çatan Xəzərlərə yönəlik ümumi müharibə olaraq görür. İşğal son Əməvi xəlifəsi olan Mərvan ibn Məhəmməd tərəfindən idarə edilmişdir. İlk olaraq Kartlidə əməliyyatlar başladı. daha sonra ordularını qərbə yönəltdi və Kaxetiyadan Arçil və Abxaziyadan I Leon tərəfindən dəstəklənən qardaşı Mihrin mövqe aldığı Anakopiya qalasını mühasirəyə aldı. Bir hücumdan qorxan çox sayda gürcü dağlıq bölgələrə qaçdı. Mərvan daha sonra Samtsheni işğal etdi. Odzrkhedə düşərgə saldı və güclərini gürcü şahzadələri olan Arqveti, Konstantin və Davuda qarşı göndərdi.
Mərvan kəndi
Mərvan (fars. مروان كندي‎) — İranın Qərbi Azərbaycan ostanının Miyandüab şəhristanı ərazisinə daxil olan kənd.
Əbu Mərvan ibn Zühr
Əbu Mərvan ibn Zühr (ərəb. ابن زهر‎; d. 1091 – ö. 1161) — İslam dünyasında İbn Zühr, Qərbdə isə Avenzoar adıyla tanınan Əbdülməlik ibn Əbil-Ala Zühr (ləqəbi "Əbu Mərvan") Əndəlüsdə yetişən məşhur tibb alimi. O, İslamın qızıl dövrünün ən böyük həkimlərindən olmuşdur. Qərbdə "father of the experimental medicine" (azərb. təcrübi tibbin atası, qurucusu‎) kimi tanınmışdır. İbn Zühr dövrünün digər müsəlman alimlərindən fərqli olaraq, yalnız tibb sahəsində əsər yazmışdır. Həmin kitablar latın və ibrani dillərinə tərcümə edilərək XVIII əsrədək istər Şərqdə, istərsə də Qərbdə önəmli yerə sahib olmuşdur. İbn Zühr kiçik yaşlarında elm öyrənməyə başlamış, fiqh, ədəbiyyat və dini elmləri mənimsəmişdir.
Mərvan ibn Məhəmməd
Mərvan II ibn Məhəmməd (təqribən 684 - 750) — sonuncu Əməvi xəlfəsi (744 -750). Bizanslılara qarşı vuruşmalarda fərqlənmiş, Ərməniyyə, Azərbaycan və əl-Cəzirədə vali olmuş, Xəzərlərə qarşı genişmiqyaslı əməliyatlar keçirmiş, hakimiyyətə keçdikdən sonra iqamətgahın Harrana (Mesopotamiya) köçürmüşdü. Mərvanın dövründə Suriyada Xilafətə qarşı çıxışlar baş verdi. İraqda xaricilərin, Xorasan və Məvarənnəhrdə şiələrin mərkəzi hakimiyyətə qarşı çıxışları gücləndi. 747 ildə Əbu Müslimin başçılığı ilə baş verən üsyan Qərbi İrandan İraqa yayıldı. Böyük Zab sahilindəki vuruşmada məğlub olan 11 M. kiçik dəstə ilə Suriyaya, oradan da qoşun toplamaq üçün Misirə qaçdı və orada öldürüldü; II Mərvanın ölümü ilə Əməvilər sülaləsinə son qoyuldu, hakimiyyətə Abbasilər keçdi.