MAAŞ

is. [ ər. ] Əmək, iş əvəzində alınan pul, haqq; aylıq, donluq, məvacib. Maaş almaq. Maaş cədvəli.
[Mirzə Səfərin] iyirmi beş manat da maaşı vardı. Ə.Haqverdiyev.
Biz sadəcə icraçıyıq; Maaş alıb iş görürük. B.Vahabzadə.

Sinonimlər (yaxın mənalı sözlər)

  • MAAŞ MAAŞ Karxanada Həmzənin dərəcəsini və maaşını artırmaq barədə çoxdan bəslədikləri ümid gerçəkləşmişdi (M
  • MAAŞ aylıq — donluq
MAARİFPƏRVƏRLİK
MAAŞLI

Digər lüğətlərdə