MACARLAR

Macarıstanın əsas əhalisini təşkil edən və dil cəhətdən fin-uqor qrupuna daxil olan xalq və bu xalqa mənsub adam.
MACARCA
MACƏRA
OBASTAN VİKİ
Macarlar
Macarlar — Ural xalqları fin-uqor qrupunun uqor qoluna mənsub olan xalq. Macarıstan Respublikasının əsas əhalisidir. == Ümumi məlumat == Macarlar özlərini madyar adlandırırlar. Ural dilləri fin-uqor qrupunun uqor qoluna mənsub olan macar dilində danışırlar. Antropoloji cəhətdən yekcins olmayan macarlar əsasən ağ (Avropa) irqinin Orta Avropa tipinə aiddirlər. Dini dünyagörüşlərinə görə xristiandırlar (katolik). Şərqdən apardıqları qədim dini görüşlərinin, həmçinin şamançılığın izlərini hələ də saxlamaqdadırlar. Macarların dini görüşlərində, qədim türklərdə olduğu kimi, "Başı göy qübbəsinə çatan Dünya ağacına inam" çox güclüdür. 1989-cu il məlumatına görə sayları 14,5 milyon nəfərdir. Macarıstanın əhalisinin 99.4 %-ini təşkil edirlər..
Slovakiyada macarlar
Slovakiyada macarlar (slovak. Maďari na Slovensku) — Ölkənin say baxımından böyük olan etnik azlığı. 2011-ci ilin siyahıya almağa görə olkədə Slovakiyada 458 467 min macar yaşayır. Bu isə ölkə əhalisinin 8,5 % təşkil edir. Bu Ruminiya macarlarından sonra ikinci ən böyük macar diasporasıdır. Müstəqil Slovakiyadakı macarların sayı və ümumi əhaliyə olan nisbəti tədricən azalmağa meyllidir. Macarların çoxu ölkənin cənubunda, Macarıstanla sərhədə yaxın ərazilərdə yerləşən rayon və şəhərlərdə cəmləşmişdir. == Tarixi == Macar qəbilələri Ortadunay düzənliyini 1000-ci ildə nəzarətə götürürlər. Blaten knyazlığı və Böyük Moraviyanı fəth etdikdən sonra əhalisini assimiliyasiyaya uğratmışdır. Slovaklar yalnız Şimal Karpat bölgələrində mövcudluğunu qoruya bilirlər.
Serb Respublikasında macarlar
Serb Respublikasında macarlar (serb. Мађари у Републици Српској, mac. Magyarok a Szerb Köztársaság) — Serb Respublikası ərazisində yaşayan və işləyən macar əsilli əhali. Serb Respublikasında 12 milli azlıq siyahısına daxil edilmişdir. Onların hüquqları Serb Respublikası Milli Azlıqlar Soveti tərəfindən qorunur. Ümumilikdə 2013-cü il siyahııya alınmasına görə Serb Respublikası ərazisində 116 macar yaşayır.. == Tarixi == Serblər və macarlar arasında ativ əlaqələr XIII əsrdən yaranmışdır. Bosniya Krallığı və Macar Krallığı birləşdikdən sonra bu əlaqələr güçlənmişdir. Bu əlaqələr Bosniya və Serbiyanın Osmanlı imperiyası tərəfindən işğal edildikdən sonra kəsilmişdir. 1878-ci ildə Avstriya-Macarıstan tərəfindən işğal edildikdən sonra Bosniya ərazisinə çoxlu sayda macar köçmüşdür.
Serbiya macarları
Serbiya macarları — Serbiya Respublikası ərazisində yayılmış çox saylı milli azlıq. == Sayları == Ümumi sayları 293 299 nəfər təşkil edir. Bu isə ümumi əhalinin 3,9 % bərabərdir (2002-ci ilin siyahıya alınmasına görə). Macarıstandan xaricdə 5-ci ən böyük macar icmasıdır. Bununla yanaşı macarlar ABŞ, Rumıniya, Slovakiya və Kanadada böyük bir milli icma təşkil edirlər. ABŞ və Kanadada yaşayan macarlar dağınıq yayılmasını və assimilyasiya olunmasını nəzərə alaraq, Serbiya macarları dünya miqyasında üçüncü ən böyük macar icması sayıla bilər. Bununla belə Serbiya macarlarının sayında azalma müşahidə edilir Serbiyada macarlar ölkənin şimalında, muxtar Voevodina vilayətində yayılmışdır. Bu ərazi Macarıstanla sərhəddə yerləşir. Bu baxımından bu ərazidə yayılmış macarları diaspor deyil, irrident icma hesab etmək daha düzgün olar. 1920-ci ilə qədər alman azlıqlarının dəstəyi ilə macarlar uzun müddət Avstriya-Macarıstanın tabeçiliyi altında olan Voevodinada etnik iyerarxiyada üst sıraları əlində saxlayırdı.
Venesuela macarları
Venesuela macarları (mac. Venezuelai magyarok; isp. húngara en Venezuela) - Cənubi Amerika qitəsinin şimal hissəsində yerləşən Venesuelada məskunlaşmış macar əsilli əhali. == Tarixi == Venesuelada macar icmasının formalaşması İkinci dünya müharibəsindən sonraya təsadüf edir. 1956-cı ildə baş vermiş Macar inqilabıda Venesuelaya mühacirət edən macarların sayını artırmışdır.

Digər lüğətlərdə

а ещё малопродукти́вность преврати́ть пристанодержа́тельница спу́тник сторублёвка телеаукцио́н УКВ-диапазо́н хапу́н христосла́в вкрои́ть иноязы́чный плутовски́ пре́ссинговый толо́чься услажда́ться жопа economizer fire opal Frederic interglacial jail delivery malicious zebrine ватный