maddi-istehsal

maddi-istehsal
maddi
maddi-mənəvi
OBASTAN VİKİ
Maddi istehsal
Maddi istehsal — insanın və cəmiyyətin müəyyən tələbatlarını ödəyən maddi nemətlərin yaradılması ilə bilavasitə bağlı istehsal. Maddi istehsal qeyri-istehsal sahəsinə qarşı çıxır, maddi dəyərlərin istehsalını qarşısına məqsəd qoymur. Bu bölgü əsasən marksist nəzəriyyə üçün xarakterikdir. Maddi istehsal maşın və texnologiyanın tətbiqinə, eləcə də insanlar arasında istehsal münasibətlərinə əsaslanır. Demək olar ki, cəmiyyətin texniki və texnoloji inkişafı insan ehtiyaclarının kəmiyyət və keyfiyyətcə artması hesabına baş vermiş və baş verir. Antropogen amil isə maddi istehsalın bir çox təbii proseslərin pozulmasına, yer səthinin geniş sahələrinin deqradasiyasına, havanın və suyun geniş miqyasda çirklənməsinə səbəb olmasına şərait yaradır. Ona görə də istehsal fəaliyyətinin həcminə və formalarına nəzarət edilməlidir. Maddi istehsalın sahələrinin digər fəaliyyət növlərindən ayrılması (sosialist ölkələrində) ümumi ictimai məhsulun və milli gəlirin həcmini müəyyən etmək üçün həyata keçirilirdi. Bu sahələrin tərkibinə adətən sənaye, kənd təsərrüfatı və meşə təsərrüfatı, tikinti, nəqliyyat və rabitə, ticarət və ictimai iaşə, logistika və marketinq, tədarük və s. (nəşriyyat, kinostudiyalar, səsyazma müəssisələri, layihə təşkilatları, metal qırıntılarının tədarükü və xilası, yabanı bitkilərin, meyvələrin, göbələklərin, toxumların, otların yığılması və onların ilkin emalı, ovlanması).
İstehsal
İstehsalat və ya İstehsal- hər hansı bir məhsulun və ya xidmətin yaradılması üçün hüquqi şəxsin və fiziki şəxsin təşkil etdiyi fəaliyyət prosesidir. == Ümumi anlayış == Istehsalat prosesində maşın, mexanizm, alətlər və insan əməyindən istifadə edərək satış üçün məhsul hazırlanır. Bir qayda olaraq istehsalatda böyük həmdə xammaldan hazır məhsul istehsal edilir. Bu termin ancaq insan əməyinə aid olaraq adi sənətdən yüksək texnologiyalara qədər geniş dairəni əhatə edir. Belə hazır məhsullar sonradan daha geniş istehsalatda digər mürəkkəb məhsulların istehsalı üçün istifadə edilir. Məsələn, gəmi, silah və digər yüksək texnologiyalı mallar. Bir qayda olaraq bazar iqtisadiyyatı mühitində bir məhsul digər məhsulun buraxılışı üçün mərhələ rolunu oynayır. Həmçinin bazar münasibətləri özünü tənzimləmə prinsipinə malikdir. Ancaq son dövrlərdə dövlət daha müntəzəm sahibkarlıq prinsiplərini gözləməklə bazar münasibətlərinə müdaxilə etməli olur.. == Müasir istehsalat == Müasir istehsalat öz çərçivəsinə son məhsulun buraxılması üçün bütün aralıq mərhələləri toplayır.
Eros Maddi
Eros Maddi (5 fevral 2001-ci ildə anadan olub) — Eerste Diviziya təmsilçilərindən olan Yonq Ayaks klubunda hücumçu kimi çıxış edən peşəkar Niderland futbolçusudur. == Klub karyerası == === Yonq Ayaks === Maddi Sparta Rotterdam akademiyası vasitəsilə inkişaf etmişdir. 2014-cü ildə Maddi Erediviziya təmsilçilərindən olan Ayaks klubu ilə müqavilə imzalamışdır. Oyunçunu bir müddət Tottenhem Hotspur klubu transfer etmək istəmişdir. Maddi öz peşəkar karyerasında debütünü 20 noyabr 2018-ci ildə Utrext II klubuna qarşı oyunda etmişdir. O, 60-cı dəqiqədə Sebastian Paskuali əvəz etmişdir. Eerste Diviziya görüşündə Yonq Ayaks rəqibinə 3-4 hesabı ilə məğlub olmuşdur. == Şəxsi həyatı == Maddi Vurden şəhərində anadan olmuşdur. Valideynləri isə Surinam vətəndaşlarıdır. == Karyera statistikası == 29 dekabr 2018 tarixində yenilənib1UEFA Çempionlar Liqası görüşləri daxildir.
Maddi nöqtə
Maddi nöqtə - sıfır ölçülərin abstrakt həcmi. Fizikada real cismin ideallaşdırılmış təsviri hesab edilir.. Maddi nöqtə kimi konkret situasiyada ölçüsü və forması nəzərə alınmayan kütlə götürülür.O mexaniki sistemin yalnız irəli-geri hərəkətə malik modelidir. Burada daxili sərbəstlik dərəcələri nəzərə alınmır. Maddi nöqtə nə fırlana, nə deformasiyaya uğraya bilir. Ona görə də maddi nöqtə ilə yalnız kinetik və potensial enerjini ifadə etmək mümkündür. Maddi nöqtə ən sadə mexaniki sistem olub minimal sərbəstlik dərəcəsinə malikdir.Eyni zamanda maddi nöqtə kütlə, yük, sürət, impuls, enerji kimi kəmiyyətlərlə ifadə oluna bilər. V erilmiş şəraitdə ölçüləri nəzərə alınmayan cisim maddi nöqtə adlanır. Məsələn gimnast 1000m məsafəyə qaçış zamanı maddi nöqtə hesab edilə bildiyi halda turnikdə hərəkət edən vaxt maddi nöqtə hesab edilə bilməz.İrəliləmə hərəkəti edən cismin bütün nöqtələri eyni hərəkətdə olduğundan onun hərəkətini maddi nöqtənin hərəkəti kimi öyrənmək olar.
Avtomatlaşdırılmış istehsal
Avtomatlaşdırılmış istehsal (computer-aided manufacturing ) – istehsal prosesinin avtomatlaşdırılmasında kompüterlərin tətbiqi. CAM vasitələrindən istər kiçik istehsalatda, istərsə də irimiqyaslı robotlaşdırılmış yığım xətlərində istifadə olunur. İstehsalatda CAM-sistemlərində çox zaman kompüterlər yox, xüsusi avadanlıqlar və proqramlar tətbiq olunur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s. == Xarici keçidlər == CAM / Computer-Aided Manufacturing computer aided manufacturing (CAM) Arxivləşdirilib 2017-05-29 at the Wayback Machine What is CAD/CAM?
Fərdi istehsal
Fərdi istehsal - məhsulun müxtəlif çeşidlərdə fərdi (bir ədəd) hazırlanması ilə səciyyələnən istehsal növüdür. Fərdi istehsala böyük turbin, yayma dəzgahları, gəmi, unikal dəzgah, metallurji və dağ-mədən avadanlıqları, həmçinin təmir və sınaq zavodları daxildirlər. Kütləvi və seriyalı istehsaldan fərqli olaraq məhsulun hərəkəti üçün konkret vaxt qoyulmur, o sərbəst ritm daxilində hazırlanır. İş yerləri universal avadanlıqlarla təchiz olunur. Sifarişin yerinə yetirilməsi üçün fərdi texnoloji proseslər layihələndirilir. Sexlər arası avadnlıqlar qrupu göstərilməklə texnoloji marşrutlar işlənir.Texnoloji proses sexlərdə dəqiqləşdirilir. Məhsulun çeşidinin müxtəlifliyi və müərəkkəbliyi yüksək ixtisaslı işçilərin cəlb edilməsini tələb edir. Fərdi istehsal üçün təşkilati işlərin mərkəzləşsizdirlməsi səciyyəvidir. Xüsusi avadanlıqların və tərtibatların tətbiqi, tez-tez məhsulların dəyişilməsi əmək tutumunu və istesal tsiklini artırır. Hissələrin və düyümlərin normallaşdırlması və sinifləşdirilməsi, texnoloji proseslərin tipləşdirilməsi sayəsində burada seriyalı istehsalın bəzi elemntləri tətbiq oluna bilər.
Kütləvi istehsal
Kütləvi istehsal — istehsalın bir növü olub, böyük həcmdə hazırlanan məhsulun aşağı çeşidliyi ilə səciyyələnir. Kütləvi istehsal müəssisədə bir və ya bir neçə ölçüdə olan məhsulun və ya onun hissələrinin istehsalına yönəlmiş yüksək ixtisaslaşma dərəcəsinə malikdir. Kütəvi istehsal sənayenin bir çox sahələri üçün səciyyəvidir: maşınqayırma, tərtibatlar (saat sitehsalında), yüngül sənaye (ayaqqabı, qalantereya məhsulları), yeyinti sənayesi (konservlərin istehsalı). Kütləvi istehsal həm ayrı-ayrı sexlər və onun sahələri daxilində, həm də bütövlükdə müəssiədə daxilində təşkil oluna bilir. Burada məsulun istehsal həcmini həddən qartıq yüksəltmək və eyni zamanda onun keyfiyyətini artırmaq olur. Xüsusi avadanlıqların tətbiqi sayəsində işin məhsuldarlığı artır və əməliyyat üçün hazırlıq-tamamlama işlərinə sərf olunan vaxt minimuma enir, maya dəyəri aşağı düşür, rentabellilik artır. Bu istehsalın əsas xüsusiyyəti istehsal prosesinin özündə və onun aparılma üsulunda, işçi yerlərinin ixtisaslaşdırması və onların əməliyyatların ardıcıllığına uyğun yerinə yetirilməsindədir. Texnoloji proses çox hallarda proqresivdir. İşçilərin kiçik məşğuliyyət dairəsində ixtisalaşma dərəcəsi də yüksək olmalıdır. Kütləvi istehsalda əməliyyatlar sinxronlaşdırılır və əmək vasitələrinin işçi yerlərdə hərəkəti fasiləsiz olaraq mexanikləşdirilmiş və avtomatlaşdırlmış sistemlərin köməyi ilə aparılır (konveyrlər).
Qənaətcil istehsal
Qənaətcil istehsal- maşın istehsalında israfların aradan qaldırlmasına yönələn, eyni zamanda təminedici, sifarişçi və daxili strukturlar tərəfindən yaranan meyillənmələri minimallaşdıran emal strategiyasıdır. Tayota istehsal sisteminin tərkib hisəssi olan bu strategiya 1980-ci illərdə araşdırılıb, effektivliyi sübut oldunqdan sonra, digər avtomobil istehsalçıları da bu strategiyadan bəhrələnməyə calışmışlar. Qənatəcil istehsalın çevik, tələbəta uyğun və mərkəzsiləşdirilmiş qrup şəklində iş üslubuna calışan planlama konseptidir. O, işçilərin keyifiyətə yüksək məsuliyyəti və istehsal mərhələləri arasında kiçik material buferləri ilə səciyyələnir. Qənatəcil istesalın tətbiqi müəssisə ilə onun sifarişçiləri və təminatçıları, həmçinin onun elmi tədqiqatla məşğul olan şöbəsi, alış-veriş və istehsal sahələri arasında optimal razılaşma şəraitində fəaliyyət göstərən informasiya mübadiləsini tələb edir. Bu istehsalın təbiqi zamanı: Yalnız lazım olan məmul, lazımı vaxtda hazırlanır. Bu, istehsal həcmi, istehsal və təşkilata aid olanları əhatə edir, yerdə qalanlar isə israfçılıqdıır. Meydana çıxan xətalar yüksək prioritetlə araşdırılır və səbəbi müəyyənləşdirilir, onu aradan qaldırmaq üçün həll işlənir. Buna xətasız istesal deyilir. İstehsalda iştirak edən işçilərdən və təminatçı firmalardan daimi olaraq öz işlərinin keyfiyyətini artırmaq tələb olunur.
Seriyalı istehsal
Seriyalı istehsal — istehsalın təşkilat növü olub, uzun zaman kəsiyində müəssisədə eyni zamanda hazırlanan bir məhsulun geniş çeşidi ilə səciyyələnir. Seriyalı istehsalın ən geniş yayıldığı sahələr maşınqayırma və metal emalıdır. Məhsulun hazırlanması məmula nisbətən seriya şəklində, hissəyə nisbətən isə partiya şəklində aparılır. Bir ölçü növünə məxsus məmulun seriyalı hazırlanması müəyyən vaxt daxilində təkrar olunur. Təkrar seriyanın istehsalında maşınlar çox zaman istehsalın konstruksiya və texnoloji hazırlığına,iş yerlərinin təşkili, işçilərin ixtisas dərəcələrinə uyğun olaraq dəyişikliklər edilir. seriyalı istehsal hissələrin, məmulların unifikasiya edilməsinə, texnoloji proseslərin və tərtibatların tipləşdirilməsinə imkan yaradır. İstehsal həcmindən asılı olaraq iriseriyalı, orta seriyalı və kiçik seriyalı istehsal mövcuddur. İriseriyalı istehsalda bir ilidən böyük olmaqla period daxilində məhsullar fasiləsiz olaraq böyük həcmdə hazırlanmasıdır. Müəssisə bu halda yetişmiş məhsulun və onun ayrı-ayrı hissələrinin istehsalı üzrə ixtisaslaşır. Sexlər ümumi əlamətə görə, iş yerləri isə əməliyyatlar görə ixtisaslaşırlar.
İstehsal münasibətləri
İstehsalat münasibətləri — ictimai istehsal əsnasında insanlar arasında yaranan münasibətlər. Anlayış kimi Karl Marks tərəfindən 1848-ci ildə "Kommunist Partiyasının Manifesti" əsərində işlənmişdir. Texniki-istehsalat münasibətlərindən fərqi ondadır ki, Marksın qənaətinə görə, insanların münasibətlərini onların istehsal vasitələrinə olan münasibəti, yəni mülkiyyət münasibətləri ilə müəyənləşdirir.
İstehsal vasitələri
İstehsal vasitələri — əmək vasitələrinin məcmusudur. İstehsal vasitələri insanlar arasında olan xüsusi ictimai münasibətləri - istehsalat münasibətlərini - yaradır. İstehsal vasitələri və insan əməyi qırılmaz olaraq bağlı və qarşılıqlı şərtlənəndir.
İstehsal xərcləri
İstehsal mövcud istehsal amillərindən istifadə edərək insan ehtiyaclarını təmin edəcək əmtəə və xidmətlərin formalaşdırılması prosesidir. İstehsalı həyata keçirən təsisçilər tərəfindən qurulan və məhsul satışı ilə bağlı qərar verən quruluşa isə müəssisə deyilir.İstehsal prosesi qısa və uzunmüddətli olmaqla iki yerə ayrılır. Qısamüddətli dövr xərclərin ən azı birinin sabit olduğu, digərlərinin isə dəyişdirilə bildiyi vaxt kəsiyidir. Bu dövrdə sabit xərclər kimi adətən daşınmaz əmlak, istehsal avadanlıqları və s. çıxış edir. İşçi qüvvəsi və xammal isə dəyişən xərclərə aid edilir. Çünki, firmanın qısa müddət ərzində yeni bir bina alması və ya bahalı avadanlıqlar quraşdırması o qədər asan deyildir, amma artan tələbə qarşılıq olaraq yeni işçilərin qəbulu, daha çox xammalın cəlb olunması mümkün addımlardır. Uzunmüddətli dövr isə müəssisənin yuxarıda adını çəkdiyimiz və ümumilikdə bütün istehsal amillərinin həcmini dəyişə bildiyi vaxt kəsiyidir. Xərclər- firmaların istehsalda istifadə etmək üçün istehsal amillərinə həyata keçirdikləri ödəmələrdir. Firmanın əldə etdiyi mənfəət birbaşa olaraq xərclərlə bağlıdır.
İstehsal üsulu
İstehsal üsulu (alm. Produktionsweise‎) — Marksizmə görə, məhsuldar qüvvələrin və onların şərtləndirdiyi istehsalat münasibətlərinin vəhdəti. İçtimai istehsal üsulları, bir tərəfdən — müvafiq istehsalat texnoloqiyasının tarixi tipinə görə (məhsuldar qüvvələr), o biri tərəfdən — istehsal və bölgü əsnasındakı istehsal şəraitinə və vasitələrinə olan hakim münasibətlərin müvafiq iqtisadi gerçəkləşdirilməsi tipinə görə(istehsalat münasibətləri) fərqlənirlər. Hakim istehsal üsulu ictimai-iqtisadi formasiyanın özülü(bazisi) sayılır.
İstehsal ehtiyatları
İstehsal ehtiyatları — müəssisənin qəbul etdiyi, lakin hələ iş yerinə köçürülməmiş ehtiyatlar. == Tərifi == Böyük Rusiya Ensiklopediyasının məlumatına görə, istehsal ehtiyatları müəssisəyə daxil olmuş, lakin hələ də iş yerlərinə köçürülməmiş xammal, materiallar, alınmış yarımfabrikatlar və komponentlər, yanacaq, alətlər və digər istehsal vasitələridir. Ehtiyatlar təbii və pulla ölçülən maddi ehtiyatların bir hissəsidir.
İstehsal funksiyası
İstehsal funksiyası — istehsal dəyərləri (istehsalın miqdarı) və resurs xərcləri, texnologiya səviyyəsi kimi istehsal amilləri arasında iqtisadi və riyazi kəmiyyət əlaqəsidir. Onu izokvantlar toplusu kimi ifadə etmək olar. Məcmu istehsal funksiyası bütövlükdə milli iqtisadiyyatın məhsulunu təsvir edə bilər. İstehsal amillərinin müəyyən vaxtda və ya müxtəlif dövrlərdə məhsulun həcminə təsirinin təhlilindən asılı olaraq istehsal funksiyaları statik P = f ( x 1 , x 2 , . . . , x n ) {\displaystyle P=f(x_{1},x_{2},...,x_{n})} və dinamik P = f ( x 1 ( t ) , . . . , x k ( t ) , .
İstehsal sistemi
İstehsal sistemi (ing. production system) — istehsalın giriş faktorunu hazır məhsula və ya xidmətə çevirmək üçün əməliyyat resurslarından istifadə edən müəssisə sistemi. == Tərifi == Britannica-ya görə istehsal sistemi sənayenin müxtəlif resurslardan mal və xidmətlər yaratmaq üçün istifadə etdiyi hər hansı üsuldur. Bir sıra əməliyyat menecerləri istehsal sistemini müəssisənin əməliyyat resurslarından daxil olan (girişi) öz seçdiyi (çıxış) məhsul və ya xidmətə çevirmək üçün istifadə edən sistem hesab edirlər. Burada “giriş” başqa istehsal sistemindən xammal, yaxud müştəri və ya hazır məhsuldur. Bir sıra ekspertlərin fikrincə, istehsal sistemi dəyər yaratma proseslərində (istehsal və quraşdırma) ilkin məlumat və resursların (nou-hau, metodlar, materiallar, maliyyə resursları, enerji resursları) olduğu sosial-texniki sistemdir. proseslər (nəqliyyat) son nəticəyə (məhsul, məsrəflər, əlavə məhsullar) çevrilir. Bir sıra texniki mütəxəssislərin fikrincə, istehsal sistemi istehsal və texnoloji sistemlərin (hissələrin istehsalı və quraşdırılması üçün sistemlər), təşkilatın, personalın və müvafiq işçilərin işə salınmasına hazırlıq nəzərə alınmaqla istehsal prosesinin sistem-texniki həyata keçirilməsidir. istehsal mədəniyyəti. İqtisadçıların nöqteyi-nəzərindən istehsal sistemi məhsul istehsalı üçün iş proseslərinin məcmusudur.
Qeyri-maddi aktivlər
Qeyri maddi aktivlərin — uçotu hesablar planında aşağıdakı hesablardan istifadə edilir. 101 n-li Qeyri-maddi aktivlər – dəyəri 102 n-li Qeyri-maddi aktivlər – köhnəlməsi 103 n-li Qeyri-maddi aktivlər üzrə xərclərin kapitalizasiyasıQeyri maddi ativlərin hesablara daxil edilməsi 101 n-li Qeyri-maddi aktivlər – dəyəri adlı hesabın debitinə, könələmə hesablanması zaman meydana gələn könəlmə məbləği 102 n-li Qeyri-maddi aktivlər – köhnəlməsi adlı hesabın kreditinə, silinən köhnəlmə məbləği isə hesabın debitinəd qeyd edilir. 101 n-li Qeyri-maddi aktivlər – dəyəri adlı hesabın tərkibinə alt hesablar kimi aşağıda qeyd olunan hesabları da əlavəetmək vacibdir. 1.10.101.001 n-li Təcrübə konstruktor işləri – dəyəri 1.10.101.002 n-li Qudvil – dəyəri 1.10.101.003 n-li Proqram təminatı – dəyəri 1.10.101.004 n-li Patentlər – dəyəri 1.10.101.005 n-li Müəlliflik hüquqları – dəyəri 1.10.101.006 n-li Lisenziyalar – dəyəri 1.10.101.007 n-li Ticarət markaları – dəyəriBurada qeyri maddi aktilər kimi təcrübə konstruktor işləri, qudvil, proqram təminatı, müəlliflik hüquqları, lisenziyalar, ticarət markaları uçota alınır. Qeyri maddi aktivlər müəyyən və qeyri müəyyən faydalı istifadə müddətinə malik aktivlər kimi qruplaşdırılır. Mühasibat uçotunun 102 nömrəli hesabında müəyyən istifadə müddətinə malik qeyri maddi aktivlərin amortizasiyası hesablanır. Müəyyən faydalı istifadə müddəti məlum olmayan qeyri maddi aktivlərin amortizasiyası həyata keçirilmir, onların faydalı istifadə müddəti hər il yenidən qiymətləndirilir. Deməli belə aydın olur ki faydalı istifadə müddəti məlum olmayan qeyri maddi aktivlərin amortizasiya qadağandır.
Tələbələrə maddi yardım
Tələbələrə maddi yardım (və ya tələbə maddi dəstəyi və ya tələbə yardımı) — təhsilini davam etdirən şəxslərə verilən maliyyə dəstəyi. Tələbə maliyyə yardımı təqaüdlər, qrantlar, tələbə kreditləri və iş üzrə təhsil proqramları da daxil olmaqla bir sıra formalarda ola bilər. Tələbələrə maliyyə dəstəyi göstərməyin bu üsullarının hər birinin öz üstünlükləri və çatışmazlıqları var. == Maliyyə yardımı proqramı == Bir çox ölkələrin tələbələri üçün bir növ maliyyə yardımı proqramı var. Hamı üçün nominal qiymətə təhsil verən ölkələrdə maliyyə yardımı ailənin iqtisadi vəziyyətindən daha çox təhsil statusu ilə yalnız üçüncü dərəcəli əlaqəyə malik ola bilər və tələbələrin maliyyə dəstəyi əsasən dolayıdır. Məsələn, Belçikada tələbə krediti sistemi yoxdur və bilavasitə dəstək yalnız aztəminatlı ailələrdən olan tələbələrə olur, tələbələrin çox məhdud hissəsinə yardım maddi cəhətdən yoxlanılmış qrantlar şəklində verilir.
Antropogen istehsal amili
Antropogen istehsal amili (AİA) — bilavasitə istehsal prosesində məşğul olan insan sağlamlığında neqativ dəyişmələr yaratmağa qadir olan amillərdir. == Ümumi məlumat == Öz təbiətinə görə AİA fiziki, kimyəvi, bioloji, psixofizioloji ola bilər. Öz təsirinə görə AİA aşağıdakılara bölünür: Zərərli – təsiri müəyyən şəraitlərdə işləyən insanların xəstələnməsinə və ya əmək qabiliyyətlərinin aşağı düşməsinə səbəb olan AİA ( məs: səs, vibrasiya, elektromaqnit sahələri ); Təhlükəli – təsiri müəyyən şəraitlərdə işləyən insanların zədələnməsinə və ya sağlamlığının kəskin pisləşməsinə səbəb olan AİA ( məs: elektrik cərəyanı, müəyyən konsentrasiyalı qaz şəkilli xlor, səs, vibrasiya və s. ); Xüsusi təhlükəli – təsiri müəyyən şəraitdə sənaye qəzalarına səbəb olan AİA ( ionlaşdırıcı şüalanma, yanğın, partlayış, küllü miqdarda qaz şəkilli xlor tullantısı ). == Təsir dairəsi == Sənayenin bəzi sahələri var ki, on illərdir ətraf mühitin antropogen çirklənməsində başlıca rola malikdirlər. Ekoloji vəziyyətin formalaşmasında ən çox neqativ təsir elektroenerji sektorundan daxil olur. “İnsan - ətraf mühit” sistemi qapalıdır, ondakı balansın ixtiyarı pozuntusu faciəli nəticələrə gətirib çıxara bilər. Məsələn, təkamül prosesində təbiətdə istilik balansı yaranmışdır ki, bu da enerjinin üzvi birləşmələrdə yığılması və onun istilik şəklində səpilməsi ilə müəyyən olunur. Günəş enerjisinin üzvü birləşmələrə çevrilməsilə başlanan avtotrof bitkilərdən fərqli olaraq, insan üzvü maddələrdən istifadə edir. Onları yandırır və toplanmış enerjini istiliyə çevirir.
Asiya istehsal üsulu
Asiya istehsal üsulu - Marksizmdə kapitalizməqədərki dövrdə Asiya ölkələrində mövcud olmuş ictimai quruluşun xüsusiyyətlərini ifadə etmək üçün işlədilən termin . == Ümumi məlumat == Karl Marks tərəfindən təsvir edilmiş ardıcıl ictimai-iqtisadi formasiyaları keçən cəmiyyətin inkişafının sistemində Qədim Şərqin ölkələrində mövcud olmuş "Asiya istehsalat üsuluna" da toxunulur. Bu halda dövlət, həmçinin torpaq sahibkarı kimi çıxış edərək, ondan asılı olan bilavasitə istehsalçılara qarşı durur. Karl Marks dörd istehsalat üsulu seçdi - Asiya, Antik, feodal və burjuaziya - və onlara uyğun olan formalaşmaları. Sonra, Karl Marksın davamçılarının əməklərində, birinci ictimai formasiya kimi quldarlıq göstərilirdi.Cəmiyyətin tarixi inkişafının xüsusi dövrü kimi Asiya istehsalat üsulu mövcud olması qəbul edilirdi. == Tarixi səciyyəsi == Şərqdə dövlətin təsərrüfat həyatını tənzimləməsi ilə formalaşan istehsal üsuludur ki, burada dövlət torpaq üzərində tam olaraq hakimiyyətə sahibdir. Təsərrüfatda, istehsalda bu cür münasibətləri ilk dəfə olaraq Karl Marks şərh etmişdir ki, o da bunu Asiya istehsal üsulu, yaxud da Asiya despotizmi olaraq qeyd edir. Belə ki, orta əsrlərdə Avropada hakimiyyət nə qədər avtoritar səciyyə daşısa da, torpaq üzərində xüsusi mülkiyyət qalmaqda idi və bu da cəmiyyətə müəyyən dərəcədə azadlıq verir, insanların imkanlarını genişləndirirdi.O dövrdə kənd icmaları, monastrlar torpaq üzərində hakimiyyətə malik idilər və onların işinə qarışmaq imkanlarından məhrum idi. Ancaq Şərqdə vəziyyət fərqli idi. Dövlət torpaqların əsas hakimi hesab olunurdu.
Azərbaycanın istehsal sahələri
Azərbaycanın istehsal sahələri — === İstehsal və qeyri- istehsal sahələri === İstehsal sahələri təsərrüfatı iki yerə bölünür: istehsal sahələri Qeyri-istehsal sahələriİstehsal və qeyri-istehsal sahələri də öz növbəsində aşağıdakı şaxələrə bölünür: === Azərbaycanda təsərrüfatın inkişaf mərhələləri: === Azərbaycanın zəngin sərvətlərə malik olması çoxsahəli təsərrüfatın inkişafına çox böyük müsbət təsir göstərmişdir. Uzun müddət Sovet müstəmləkəçiliyində olması Azərbaycanın təsərrüfatının ərazi təşkilinə mənfi təsir etmiş, inkişafını ləngitmişdir. Mərkəzi Rusiya Azərbaycan iqtisadiyyatını qəsdən digər dövlətlərin iqtisadiyyatından asılı hala salmışdır. SSRİ-nin bunu etməkdə əsas məqsədi dövlətlərin bir-birindən ayrı yaşaya bilməsini mümkünsüz etmək olmuşdur. Ümumilikdə Azərbaycan təsərrüfat strukturunun inkişafı 4 mərhələyə bölünmüşdür. 1-ci mərhələ. 1900-cü ilə qədər ölkə geri qalmış aqrar ölkəsi idi, əsas sənayesi yüngül və yeyinti sənayesi idi. 2-ci mərhələ. 1900–1940-cı illəri əhatə edir. Neft hasilatının artması ölkənin inkişafına səbəb olmuşdur.
Zərərli istehsal amili
Zərərli istehsal amili — müəyyən şərtlər altında (intensivlik, müddət və s.) işçiyə təsiri peşə xəstəliyinə, başqa bir sağlamlıq pozğunluğuna, iş qabiliyyətinin müvəqqəti və ya qalıcı azalmasına səbəb ola bilən ətraf mühitin və əmək prosesinin bir amili nəslin sağlamlığına. == Zərərli istehsal amillərinin təsnifatı == Ekoloji amillər şərti olaraq aşağıdakılara bölünür: fiziki faktorlar (buna bəzən əsasən fibrogen təsir göstərən aerozollar (toz) da daxildir); bioloji təbiətdəki bəzi maddələr (antibiotiklər, vitaminlər, hormonlar, fermentlər, protein preparatları) daxil olmaqla kimyəvi amillər; bioloji amillər - istehsalçı mikroorqanizmlər, canlı hüceyrələr və preparatlar, patogen mikroorqanizmlər, helmintlər və s. əmək prosesinin amilləri — əmək prosesini təyin edən hallar, şərtlər: əməyin ağırlığı və əmək intensivliyi [2]. Bəzi təsnifatlarda bunlar psixofizioloji amillər və ya erqonomik amillərdir.Digər daha mürəkkəb təsnifatlar var. == Bir neçə zərərli amillərin təsiri == İşlərin böyük əksəriyyətində bir insan iş mühitinin bir neçə fərqli amilindən təsirlənir ki, bu da bir neçə kimyəvi birləşmənin eyni vaxtda və ya ardıcıl olması (kombinə təsir) və ya kimyəvi və fiziki amillərin təsiri (qarışıq hərəkət) ilə əlaqəli ola bilər. , eyni zamanda eyni kimyəvi maddənin (kompleks hərəkət) bir neçə yolla (hava, su, qida ilə) bədənə nüfuz etmə ehtimalı . == Təhlükəli istehsal faktoru == Təhlükəli istehsal faktoru konsepsiyası da mövcuddur, lakin kəskin patologiyanı peşə xəstəlikləri və ya xəsarət kimi təsnif etmək məsələsi kimi, mənası da birmənalı deyil. GOST 12.0.002-2014 Əməyin Təhlükəsizliyi Standartları Sistemi (SSBT). Terminlər və təriflər (dövlətlərarası standart) ”zərərli istehsal faktorunu dərhal və ya sonradan bir xəstəliyə, o cümlədən ölümcül bir xəstəliyə yol aça biləcək bir faktor olaraq qəbul edir, bu da təhlükəli istehsal faktoru termininin kəskin inkişafla əlaqəli istifadəsini istisna edir patoloji. OSHA peşə təhlükələrini həm işlə əlaqəli zədə, həm də peşə xəstəliyi üçün potensial risk kimi qəbul edir.
Təkrar istehsal (iqtisadiyyat)
Təkrar istehsal — istehsal prosesinin daim yenilənməsi. Onun bir neçə modeli var: sadə (sabit), uzadılmış (artan), daralmış (azalan). == Təkrar istehsal iqtisadi tədqiqatın obyekti kimi == Təkrar istehsal fəlsəfi, daha sonra isə siyasi və iqtisadi əks etdirmə obyektinə çevrilməmişdən əvvəl o, "praktik iqtisadçıların" – "hesab işçilərinin", istehsalın uçotu və dolanışıq xərclərinin rutin funksiyalarını yerinə yetirən katiblərin baxış sahəsinə düşür. Minlərlə işçinin cəlb edilməsini, böyük həcmdə tikinti və istehlak materiallarının istehsalının və müntəzəm çatdırılmasının təşkilini tələb edən antik dövrün hər bir əsas tikinti sahəsinin arxasında güclü, yaxşı işləyən uçot və nəzarət aparatı var idi. Böyük Piramidaların inşaatçılarının briqadalarına yemək verilməsini təyin edən papiruslar, piramidaların özləri ilə birlikdə, bu gün çoxalmanın planlaşdırıldığı və tənzimləndiyi qədim "planlı iqtisadiyyatın" abidəsidir. universal uçot və nəzarət və sağ Orta Krallığa qədər — pul vasitəçiliyi olmadan. Planlaşdırma həm də statistik müşahidələrin təşkili ilə asanlaşdırılır; belə ki, Nil daşqınlarının səviyyələrinin illik uçotu, sözdə. nilometers, digər şeylər arasında, mərkəzləşdirilmiş yenidən bölüşdürmə üçün istehsalçılar tərəfindən təhvil verilən gələcək sızmaların və deməli, gözlənilən məhsulun proqnozlaşdırılması üçün əsas təmin etdi. Pulun dəyər ölçüsü və qiymətlər miqyası kimi meydana çıxması ilə mikroiqtisadi səviyyədə, ayrıca "kapital" səviyyəsində təkrar istehsalın uçotunun təşkili üçün texniki ilkin şərt yaranır. XX əsrdə aparılan arxeoloji tədqiqatlar göstərdi ki, maliyyə əməliyyatlarının qeydə alınması texnikası pulun özündən əvvəl yaranıb.
Qeyri-maddi mədəni irs
Qeyri-maddi mədəni irs (ing. Intangible cultural heritage (ICH)) — YUNESKO-nun Ümumdünya irsi layihəsinə bənzər, lakin mədəniyyətin qeyri-maddi sahələrini əsas tutan konsepsiya. YUNESKO-nun 2003-cü il sentyabrın 29-dan oktyabrın 17-dək Parisdə keçirilən 32-ci sessiyasında qəbul edilmiş “Qeyri-maddi mədəni irsin qorunması haqqında” Konvensiya ilə tənzimlənir. Qeyri-maddi mədəni irs anlayışı son illərdə geniş istifadə olunur. Bu anlayış əsasən mənəvi mədəniyyəti özündə cəmləşdirir. YUNESKO-nun 2003 – cü ilin 17 oktyabrında qəbul etmiş “Qeyri-maddi mədəni irsin qorunması haqqında” Konvensiyada Qeyri-maddi mədəni irsin tərifi, Qeyri-maddi mədəni irs siyahısının tərtib edilmə qaydaları, bu siyahıya daxil edilmə qaydaları öz əksini tapmışdır. Bu Konvensiyanın qəbulunu şərtləndirən əsas amillər: - qeyri-maddi mədəni irslə maddi mədəni və təbii irs arasındakı sıx qarşılıqlı asılılıq; - qloballaşma və sosial dəyişiklik proseslərinin icmalar arasında dialoqun təzələnməsinə şərait yaratması ilə yanaşı, həm də dözümsüzlük təzahürlərinə yol açdığını, xüsusilə də qeyri-maddi mədəni irsin qorunması üçün vəsaitin çatışmamazlığı nəticəsində bu irsin deqradasiyaya uğraması, yox olması və dağıdılması üçün ciddi təhlükə mənbəyinin olması; - bəşəriyyətin qeyri-maddi mədəni irsinin qorunmasının təmin edilməsinə hamılıqla can atması və bununla əlaqədar yaşanan ümumi narahatlıq; - icmaların, xüsusilə də yerli icmaların, qrupların və bəzi hallarda ayrı-ayrı şəxslərin qeyri-maddi mədəni irsin yaradılması, mühafizəsi, qorunub saxlanması və yenidən bərpasında mühüm rol oynaması; - YUNESKO-nun mədəni irsin mühafizəsinə yönəldilən normativ aktların, xüsusilə də 1972-ci il Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında Konvensiyanın işlənib hazırlanması ilə bağlı fəaliyyətin böyük əhəmiyyəti; - hal-hazırda qeyri-maddi mədəni irsin qorunması ilə bağlı məcburi qüvvəyə malik heç bir çoxtərəfli hüquqi aktın mövcud olmaması; - mədəni və təbii irslə bağlı qüvvədə olan beynəlxalq saziş, tövsiyə və qətnamələrin qeyri-maddi mədəni irsə dair yeni müddəalar vasitəsilə səmərəli şəkildə zənginləşməyə və əlavələr edilməyə ehtiyacın olması; - qeyri-maddi mədəni irsin və onun qorunmasının əhəmiyyətinin xüsusilə də gənc nəsillər arasında daha dərindən qavranılmasının zəruriliyi; “Qeyri-maddi mədəni irsin qorunması haqqında” Konvensiyanın məqsədləri aşağıdakılardır: (a) qeyri-maddi mədəni irsin qorunması; (b) aidiyyəti icmaların, qrupların və ayrı-ayrı şəxslərin qeyri-maddi mədəni irsinə hörmətin təmin edilməsi; (c) yerli, milli və beynəlxalq səviyyələrdə qeyri-maddi mədəni irsin əhəmiyyəti haqda məlumatlılığın artırılması və onun qarşılıqlı şəkildə qəbul edilməsinə təminat verilməsi; (d) beynəlxalq əməkdaşlıq və yardım göstərilməsi. “Qeyri-maddi mədəni irs” xüsusilə aşağıdakı sahələrdə aydın şəkildə üzə çıxır: (a) qeyri-maddi mədəni irsin daşıyıcısı kimi dil də daxil olmaqla, şifahi ənənələr və ifadələr; (b) ifaçılıq sənətləri; (c) sosial təcrübələr, mərasimlər, bayram tədbirləri; (d) təbiətə və kainata aid bilik və təcrübələr; (e) ənənəvi sənətkarlığa aid bilik və təcrübələr. Konvensiyaya qoşulan hər bir dövlət öz ərazisində olan qeyri-maddi mədəni irsin qorunmasını təmin etmək üçün zəruri tədbirlər görməlidir, icmaların, qrupların və müvafiq qeyri-hökumət təşkilatlarının iştirakı ilə öz ərazisində olan qeyri-maddi mədəni irsin müxtəlif elementlərini eyniləşdirməli və müəyyən etməlidir. Qoruma məqsədilə eyniləşdirmənin təmin edilməsi üçün hər bir İştirakçı Dövlət, özünün mövcud vəziyyəti nəzərə alınmaqla, öz ərazisində olan qeyri-maddi mədəni irsin bir və ya bir neçə siyahısını tərtib edir.
Turizmin maddi-texniki bazası
Turizm təsərrüfatı ilə məşğul olan subyektlər öz fəaliyyətim da­imi etmək üçün müxtəlif əmək vasitələrinə malik olmalıdır. Turizmdə istifadə olunan əmək vasitələrinin məcmusu onun maddi-texniki bazasının əsasını təşkil edir.Turizmin maddi-texniki bazasına turizm tikililəri, onun texniki təhcizatı, nəqliyyat vasitələri və digər əsas fondlar daxildir. Maddi-texniki baza mütəşşəkkil turizmin inkişafının əsasını təşkil edir. Belə ki, turistlər tam kompleks xidmət göstərilməsi (yerləşdirilmə, qidalanma, daşınma, müalicə, ekskursiya və s.) üçün bütün zəruri şərait yaradır. == Turizmin maddi-texniki bazasının tərkibi == Turizmin maddi-texniki bazasının tərkibinə - turist firmaları (turopedratorlar və turagentlər), mehmanxanalar, turist bazaları, ticarət, avtonəqliyyat müəssisələri, turist ləvazimatı və avadanlığın kirayə məntəqələri, turist yollayırın (putyovka) satış büroları, nə­zarət-xilasetmə xidmətləri, turist klubları və s. daxildir.
вы́кривить неоперённый о́спочка отгоро́дка повы́расти со́ты уложи́ться англича́нка неблагожела́тельно посудомо́йка фильтрова́льный нетина цедулка astrophotography colonialism disinhibition electively endocrine glottal hideaway odd-come-shortly unclasp обидеть сутулый футляр